Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11828/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 2(001)-1929/2021 saylı qətnaməsindən Cavabdeh1 apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 5 nömrəli evin 16 nömrəli mənzilin cavabdehlər tərəfindən boşaldılması, bütün əşyaları çıxarılmaqla boşaldılmış vəziyyətdə ASC-yə təhvil verilməsi, mənzilə cavabdehlər və yetkinlik yaşına çatmayan X2 istifadə hüquqlarının itirilmiş hesab olunması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ASC-yə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2(011)-138/2018 saylı qətnaməsinə əsasən İddiaçı ASC-nin iddiası qismən təmin edilərək, cavabdeh X3 05 sentyabr 2014-cü il tarixli RBYF-5279 saylı Baş kredit müqaviləsi üzrə 123.500 manat əsas, 63.746 manat faiz, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 4.442,57 manat və 2.500 manat dəbbə borcu olmaqla, cəmi 194.188,57 manat tutularaq İddiaçı ASC-yə ödənilməsi, 05 sentyabr 2014cü il tarixli RBYF-5279 saylı Baş kredit müqaviləsi üzrə tələb cavabdeh X4 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində 1260V ünvanında yerləşən 0,12 ha toqpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 358,4 kv.m ibarət 2 mərtəbəli 6 otaqlı bağ evinə yönəldilməsi və ilkin satış qiyməti 250.000 manat olmaqla açıq hərracda satılması, həmin bağ evinə tutma yönəldikdən və o 1 ay satıldıqdan sonra boşaldılması, cavabdeh X3 30 oktyabr 2015-ci il tarixli RBYF-5528 RES saylı Baş kredit müqaviləsi üzrə 85.604,71 manat əsas, 181.161,97 manat faiz, 2.000 manat dəbbə, bildirişlərin qeydə alınması üçün 210 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 106.006,68 manatın tutularaq İddiaçı ASC-yə ödənilməsi, 30 oktyabr 2015-ci il tarixli RBYF-5528_RES saylı Baş kredit müqaviləsi üzrə tələb ipoteka müqavilələri ilə yüklü edilmiş X9 məxsus Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 9, mənzil 137-yə, X9 məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 25, mənzil 32-yə, X9 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Rüstəmov küçəsi, ev 20, mənzil 26-ya, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 5, mənzil 16-ya, X6 məxsus Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, ev 5, mənzil 21-22-yə, X9 məxsus Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 10, mənzil 11-ə yönəldilməsi, X9 məxsus Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 9, mənzil 137-nin ilkin satış qiymətinin 61.000 manat, X9 məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 25, mənzil 32-nin ilkin satış qiymətinin 59.000 manat, X9 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Rüstəmov küçəsi, ev 20, mənzil 26-nın ilkin satış qiymətinin 65.000 manat, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 5, mənzil 16-nın ilkin satış qiyməti 87.000 manat, X6 məxsus Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, ev 5, mənzil 21-22-nin ilkin satış qiymətinin 105.000 manat, X9 məxsus Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 10, mənzil 11-in ilkin satış qiymətinin 59.000 manat olmaqla açıq hərracdan satılması, həmin yaşayış sahələrinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra boşaldılması, ipoteka predmetlərinin satışından əldə olunan vəsait hesabına cavabdeh X5 İddiaçı ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir. "xxxx" MMC-nin hərracın nəticələri haqqında 27 sentyabr 2019-cu il tarixli Y-234/1 saylı Protokoluna əsasən ilkin hərrac qiyməti 87.000 manat olan ipoteka predmeti Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 5 nömrəli evin 16 nömrəli mənzili 55.462 manata satılmışdır. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 27 sentyabr 2019cu il tarixli müqaviləyə əsasən ipoteka predmeti olan Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 5, mənzil 16 İddiaçı ASC-nin mülkiyyətinə verilmişdir. Məhkəmə tərəfindən çıxarılmış qətnaməyə, keçirilmiş hərracın yekunlarına dair protokola məhəl qoymayaraq cavabdehlər fərdi yaşayış evini boşaltmaqdan imtina edir. Bu da İddiaçı ASC-nin öz qanuni mülkiyyət hüququnu həyata keçirməyə imkan vermir. “Elektron Notariat” X1 03 dekabr 2020-ci il tarixli Çıxarışa əsasən X10, Cavabdeh1 və Cavabdeh2 sözügedən mənzildə qeydiyyatdadırlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 2(001)- 1929/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 – 09 iyul 2016-cı il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 5 saylı evin 16 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin mənzilin cavabdehlər tərəfindən boşaldılmaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və ədalətsizdir, məhkəmə iclasının vaxtı və yeri barədə onlara məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin mübahisəsiz hallarına əsasən, iddiaçının cavabdeh X7 və qeyrilərinə qarşı kredit borcunun tutulması və tutmanın Cavabdeh1 məxsus olan hazırki mübahisəli mənzilə və digər cavabdehlərə məxsus əmlaklara yönəldilməsi barədə iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2(011)-138/2018 saylı qətnaməsi ilə qismən təmin edilmiş, cavabdeh X3 30 oktyabr 2015-ci il tarixli RBYF-5528 RES saylı Baş kredit müqaviləsi üzrə 85.601,71 manat əsas, 18.161,97 manat faiz borcu, 2.000 manat dəbbə, bildirişlərin qeyd alınması üçün ödənilmiş 210 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 106.000,68 manatın tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın 30 oktyabr 2015-ci il tarixli RBYF- 5528 RES saylı Baş kredit müqaviləsi üzrə tələb ipoteka müqavilələri ilə yüklü edilmiş digər evlərlə yanaşı Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 5 saylı evin 16 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 87.000 manat olmaqla açıq hərracda satılması, həmin yaşayış sahəsinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına cavabdeh X5 İddiaçı ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir. 27 snetyabr 2019-cu il tarixli hərracın nəticələri haqqında Y-234/1 nömrəli protokol və 27 sentyabr 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında iddiaçı hazırki mübahisəli mənzili əldə etmiş və onun mülkiyyət hüquqları 28.01.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla bu barədə Çıxarış (qeydiyyat nömrəsi **********) verilmişdir. “Elektron notariat” X1 çıxarışdan görünür ki, 09 iyul 2016-cı il təvəllüdlü X10, xx xxxxxxx 1992-ci il təvəlüdlü Cavabdeh1 və xx xxxx 1993-cü il təvəllüdlü Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 5, mənzil 16-da qeydiyyatdadırlar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli, 2(009)-566/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçılar X8 və X11 cavabdeh "xxxx" MMCyə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Mir Cəlal küçəsi 5 saylı evin 16 nömrəli mənzili barəsində keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, hərrac nəticəsində cavabdeh tərəfindən verilmiş bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2021-ci il tarixli, 2(102)-1477/2021 saylı qərarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli, 2(009)-566/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 5220/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı X5 adından kassasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçı X5 adından verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Daha sonra qeyd olunan qərardaddan kassasiya şikayəti verilsə də, şikayət təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5220/2020 nömrəli iş üzrə 26 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir. Cavabdehlərin isə həmin mənzilə dair hər hansı hüquqları artıq mövcud olmadığından iddiaçı hazırki iddianı qaldırmışdır. Kollegiya qeyd edir ki, iddiaçının tələbi əsaslıdır. İş materiallarından mübahisəsiz olaraq müəyyən edilir ki, mübahisəli mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş və sonradan açıq hərrac nəticəsində onun mülkiyyətçisi dəyişmişdir. Həmin mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC-nin adına qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, Bank hazırda mənzilin mülkiyyətçisidir. Cavabdehlərin isə mənzilə dair hər hansı hüquqları artıq mövcud deyil. Belə ki, iddiaçının mülkiyyət hüququ qeydə alındığı andan cavabdehlərin həmin mənzilə dair mülkiyyət hüquqları itirilmişdir. Azərbaycan Respublikası MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İddiaçının mənzilə mülkiyyət hüququ qeydiyyata alınmaqla Cavabdeh1 həmin əmlaka mülkiyyət hüququna dair qeyd yazısı ləğv edildiyindən cavabdehlərin mənzilə istifadə hüquqları da saxlanıla bilməz. Məhz bu səbəblə kollegiya hesab edir ki, iddiaçı öz əmlakına sahib olmaq, öz əmlakından maneəsiz şəkildə istifadə etmək hüququna malik olduğundan, cavabdehlərin isə mənzilə dair hər hansı hüquqları mövcud olmadığından onların mənzili boşaldaraq iddiaçıya təhvil verməməsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur, buna görə də birinci instansiya məhkəməsi iddia tələblərini haqlı olaraq təmin etmişdir. Apelyatorun, məhkəmə iclaslarında iştiraklarının təmin edilmədiyi və çəkişmə prinsipinin pozulduğu mənasına gələn arqumentləri isə iş materialları ilə təkzib olunur. İş materiallarından aydın olur ki, cavadehlərin qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişləri göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, məhkəmənin qənaəti isə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1929/2021 saylı iş üzrə 15 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11828/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11828/2021
13.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver