Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1184/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İddiaçı qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1184/2025 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X4 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun nümayəndəsivəkili Nümayəndə, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İddiaçı qarşı “mənzildən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(007)-2071/2023 nömrəli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə 28 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(007)- 2973/2022 saylı qətnaməsinə əsasən X5 ünvan 1 ünvanında yerləşən mənzilini Cavabdeh1 bağışlamasına dair Cəlilabad rayon 1 saylı notariat ofisində 05 may 2021-ci il tarixdə bağlanaraq reyestrdə 4-Ə352 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilin Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 21 may 2021-ci il tarixli ********** nömrəli çıxarış ləğv edilməsi, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsinin satılmasına dair X11 ilə alıcı X28 arasında Cəlilabad rayon 1 saylı notariat ofisində bağlanılmış və reyestrdə 4Ə-344 nömrə ilə qeydə alınmış 03 may 2021-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin X15 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 26 may 2021-ci il tarixli ********** nömrəli çıxarışın ləğv olunması qət edilmişdir.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(007)- 2973/2022 saylı qətnaməsi 10 fevral 2023-cü il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad Rayon 1 saylı Notariat ofisinin 18 may 2023-cü il tarixli, 624 saylı məktubundan görünür ki, ünvan 4 küçəsi 127 inzibati bina ünvanında qeydiyyatda olan İddiaçı ərizəsi əsasında mərhum anası X3 qalmış miras əmlak barədə qanun üzrə vərəsəlik işi açılmış və İddiaçı, Cavabdeh1 və X7 mərhum X5 qanun üzrə vərəsələri olması müəyyən edilmişdir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad Rayon 1 saylı Notariat ofisinin 18 may 2023-cü il tarixli, 622 saylı məktubundan görünür ki, X8 məxsus ünvan 5 ünvanında yerləşən mənzilin bağışlamasına dair 05 may 2021-ci il tarixli, 4-Ə352 reyestr nömrəli müqavilə və ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsinin alqı-satqısına dair 03 may 2021-ci il tarixli, 4Ə-344 reyestr nömrəli müqavilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(007)-2973/2022 saylı qətnaməsi əsasında ləğv edilmiş və bu barədə müvafiq qeyd aparılmışdır.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 25 may 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 37, 31 saylı mənzil 21 may 2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatda alınmış, lakin Masallı regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş 31 iyul 2022-ci il tarixli, 4Ə-566 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 özgəninkiləşdirilmişdir. Cavabdeh2 həmin mənzilə mülkiyyət hüququ 03 avqust 2022-ci il tarixdə qeydiyyata alınmışdır.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 13 mart 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 37, 31 saylı mənzil üzərinə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16(007)-43/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 13 mart 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 37, 31 saylı mənzil 17 iyul 2019-cu il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. Cəlilabad rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X16 tərəfindən təsdiq edilmiş 4Ə352 reyestr nömrəli, 05 may 2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir.
8. AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə X20 (Cavabdeh1 əvəzinə) ilə Cavabdeh2 arasında ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 83.1 kv.m olan mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır, həmin mənzilin müqabilində Cavabdeh2 Cavabdeh1 satdığı tam hissəni 61433,70 manat qiymətinə almışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 37 saylı evin 31 saylı mənzilinin alğı–satqısına dair Masallı regional “ASAN Xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş 31 iyul 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, sonuncunun həmin mənzil üzərində 3 avqust 2022-ci ildə qeydə alınmış mülkiyyət hüququnun ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 37 saylı evin 31 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İlkin iddia tələbi belə əsaslandırılmışdır ki, anası X11 vəfat etdikdən sonra Rusiya Federasiyasının vətəndaşı olan, orada qeydiyyatda olmaqla yaşayan bacısı Cavabdeh1 5 may 2021-ci il tarixdə, yəni anasının ölümündən 8 ay sonra anasına məxsus ünvan 6 ünvanda olan yaşayış evinə dair, "bağışlama müqaviləsi" əsasında öz adına çıxarış almışdır. Bundan başqa anasının adına olan ünvan 7 ünvanında yerləşən 0,015 ha həyətyanı torpaq sahəsi “alğı-satqı” müqaviləsinə əsasən X1. Həmin torpaq sahəsi X15 adına 26 may 2021-ci il tarixli, ********** qeydiyyat nömrəsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqi qeydiyyata alınmışdır. O, həm “bağışlama” müqaviləsinin, həm də “alğı-satqı” müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 16 dekabr 2023-cü il tarixli, 2(007)- 2973/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş və qətnamə 10 ferval 2023-cü il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Bununla bağlı ərizəsi əsasında mərhum anasından qalmış əmlak barəsində qanun üzrə vərəsəlik işi açılmış və o, göstərilən ünvanlardakı mülklərə, yəni daşınmaz əmlaklara çıxarış almaq istəyərkən müəyyən olunmuşdur ki, bacısı Cavabdeh1 anası X5 ölümündən sonra onun adından Cəlilabad rayon 1 saylı notariat ofisində 5 may 2021-ci ildə bağlanmış, reyestrdə 4Ə-352 nömrə ilə qeyd edilmiş "bağışlama” müqaviləsinə əsasında əldə etdiyi ünvan 5 ünvanda yerləşən mənzilini onun iddia ərizəsinə məhkəmədə baxılan zaman Masallı regional "ASAN Xidmət" mərkəzinin notariat ofisində təsdiq edilmiş 31 iyul 2022-ci il tarixli "alğı-satqı” müqaviləsinə əsasən Cavabdeh2 özgəninkiləşdirmişdir. Həmin mənzil üzərində Cavabdeh2 mülkiyyət hüququ 3 avqust 2022-ci il tarixdə qeydiyyata alınmaqla hazırda mülkiyyətində olmuşdur. O, 2021-ci ildən, yəni anası X12 öldükdən sözügedən mənzildə yaşamışd, bu günə kimi həmin mənzilə alıcı qismində gələn olmamış və kimsə ona mənzili aldığını bildirməmişdir. Bütün bunlar göstərmişdir ki, bacısı İlahə saxta yolla mənzili öz xeyrinə özəlləşdirmək məqsədi ilə indiyə kimi mənzillə maraqlanmayan, mənzilə gəlib baxmayan Lənkəran rayonunda yaşayan Cavabdeh2 satmışdır. Rusiya Federasiyasının vətəndaşı olan Rusiya Federasiyası, Kemerov vilayəti, Novokuznetsk şəhəri, Kurako prospekti, 4, mənzil 25 ünvanında qeydiyyatda olan və yaşayan bacısı Cavabdeh1 Azərbaycan Respublikası ərazisində qeydiyyatda olub-olmaması barədə sorğuya cavab olaraq bildirilmişdir ki, Cavabdeh1 Azərbaycan Respublikasının ərazisində qeydiyyatda olması barədə məlumat olmamışdır. Həmçinin Şükürova X14 rayonu, Mamusta kəndində qeydiyyatda olmaqla orada yaşamışdır.
12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 31 iyul 2022-ci ildə Masallı Regional “ASAN Xidmət” mərkəzində mübahisəli məzillə bağlı Cavabdeh1 ilə alğı-satqı müqaviləsi bağlanmışdır. Alğı-satqının həyata keçirilməsi üçün hər hansı bir maneə olmamışdır. Mənzilin ipoteka yüklülüyü, vərəsəlik predmeti və alğı-satqıya mane olacaq digər hər bir hansı halın olmadığı müəyyən ediləndən sonra rəsmiləşdirilmişdir. Mənzil alınarkən tərəfindən baxış keçirilib, vəziyyəti qənaətbəxş olmaqla yanaşı həmin vaxt evdə kənar şəxs olmamışdır. Hazırda ailə vəziyyəti ilə əlaqədar qaynanası ilə birlikdə yaşadığından daimi olaraq mənzildə yaşamasa da, həmin mənzil onun mülkiyyətində olmuşdur. 2023-cü ilin 5-8 iyul ayında mənzilə gedib evə aid qalan əşyalarını qoymaq istəyərkən qapının açarının dəyişdirildiyini görmüşdür. Qapını döydükdən sonra dəqiqləşdirmişdir ki, evdə tanımadığı şəxs yaşamışdır. Hadisə barədə DİN-in 102 zəng mərkəzinə mənzili əsassız olaraq zəbt edən şəxsin oradan çıxarılmasını tələbi ilə məlumat verilmişdir. Lakin onlar bu mübahisənin məhkəmə qaydasında həll edilməli olduğunu bildirmişdirlər. Artıq yaşadıqları müddət ərzində işıq, qaz və sudan istifadə etməklə xeyli miqdarda borc yığılmışdır. Sonradan ona məlum olmuşdur ki, mənzili zəbt edən evi aldığı İlahə adlı şəxsin bacısı Aynurədir.
13. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, iddiaçı ilə cavabdeh İlahə onun nəvələri olmuşdur. Vəfat edən qızı Mətanət Rusiyadan pulu onun adına göndərmiş və evi onun adına alacağını demişdir. Lakin İlahənin yoldaşı Elnur, o, yaşlı olduğu üçün, evi onun üçün özünün axtarıb tapacağını demişdir ki, o, yorulmasın. Sonradan bilmişdir ki, Elnur evi öz adına almışdır. Mətanət narazılıq etdiyindən evi onun adına keçirmişlər. Sonra o, yaşlı olduğundan evi bağışlama müqaviləsi ilə qızı Mətanətin adına keçirtmişdir. Ev vəfat edən qızı Mətanətin adına olmuş, evdə qızı Kəmalə və nəvəsi Aynurə yaşamışlar. Elnur və Füzuli evi satanda heç kimə deməmişlər. 2020-ci ildə Mətanət rəhmətə gedəndə o evə getmişlər və qapını açarkən Füzulinin qapının kilidini dəyişdirdiyini görmüşlər. Füzuli qonşulara heç kimin evə girməməsini tapşırmışdır. Daha sonra polis və Füzulinin müşayiəti ilə qapını açmış və bəzi əşyalar götürmüşlər.
14. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Aynurənin xalası olmuşdur. “COVİD” vaxtı bacısı açarı onlara vermişdir. Bacısını dəfn etdikdən sonra evə gedəndə onlara məlum olmuşdur ki, evin açarı dəyişdirilmişdir. Sonra polisin nəzarəti ilə Füzuli qapını açmışdır. O zaman hələ ev satılmamışdır. Füzuli qonşunu pulu ilə öz tərəfinə çəkdiyindən onları görəndə hay-küy salmışdır.
15. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Aynurənin qonşusu olmuşdur. 1991-ci ildən orada yaşamışdır. Həmin evdə çoxları yaşamış və çıxmışdır. Beş il olar, onlar o evi almışlar. Evdə Aynurə yaşamışdır. Evə kiminsə almaq üçün baxmağa gəldiyini və ya hər hansı bir əşya gətirdiyini görməmişdir.
16. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X22 ifadəsində göstərmişdir ki, o, evin satılması prosesində iştirak etmişdir. Ev almaq istədiyindən, evə baxmağa getdiyində 1 nəfər kişi və 1 nəfər qadın olmuşdur. Onlara evi göstərən özünü makler kimi təqdim etmişdir. Evi göstərən və evi satan başqa adam olmuşdur. Pulu Masallıya gələn kişiyə vermişdir. Evi bütün əşyalar ilə ona satmışlar. Evin sahibini soruşmamışdır. X6 yazılmışdır. Pulu verdiyi adamın adını soruşmuşdur, amma adı yadında qalmamışdır. O, evə baxanda Aynurə xanımı görməmişdir. Evdə problem olmamışdır. Onlar təxminən avqust ayında Lənkərandan gəlib görmüşlər ki, qapı bağlıdır və polisə getmişlər. Birinci dəfə o, özü tək gəlib danışmışdır, sonra yoldaşı ilə gəlib evə baxmışdır, yoldaşı ilə gələndə pulu da özü ilə gətirmişdir. Əvvəl evin qiymətini 65000 manata demişlər, o da 62000 manata saldırmışdır. Alğı-satqını Masallı “Asan Xidmətdə” bağlamışlar. Adına etibarnamə olan adam alğı-satqıya gəlmişdir.
17. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli, 2(007)- 2071/2023 nömrəli qətnaməsi ilə (hakim Rauf Əhmədov) ilkin iddia təmin olunaraq, Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 5 ünvanında yerləşən mənzilə dair bağlanmış və Masallı regional "ASAN Xidmət" mərkəzinin notariat ofisində təsdiq edilmiş 31 iyul 2022-ci il tarixli, 4Ə-566 reyestr nömrəli "alğı-satqı” müqaviləsi etibarsız hesab edilmiş, Cavabdeh2 adına 3 avqust 2022-ci il tarixdə qeydiyyata alınmış həmin mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış ləğv edilmiş, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı Cavabdeh2 mənzil barədə suallar verilən zaman ziddiyyətli cavablar vermiş, alqısatqı müqaviləsinin təxminən 62000 manat müqabilində bağlandığını qeyd etdiyi halda, barəsində toplanmış material üzrə Nizami RPİ-nin 24-cü PŞ-də izahat verən zaman həmin məbləğin 170000 manat təşkil etməsi ilə bağlı yaranmış ziddiyyətli məqamlara (qeyd olunan mənzilin real bazar qiymətinin daha yüksək olması məhkəmə iclasında inkar olunmamışdır) aydınlıq gətirə bilməmiş, əksinə məhkəmə araşdırması zamanı sözügedən alqı-satqı müqaviləsi bağlandığı dövrdə ilkin iddia üzrə iddiaçının həmin mənzildə yaşadığı, alqı-satqı müqaviləsini bağlayan tərəflərin isə hər ikisinin “təsadüfən” Rusiya Federasiyasının, Kemerovo vilayətində yaşamaqla tanışlıq münasibətlərinin olması məlum olmuş, qarşılıqlı iddia üzrə iddiaçı tərəf bunun əksini sübuta yetirə bilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(007)-2973/2022 saylı qətnaməsində göstərilən hallar da məhkəmə araşdırması zamanı nəzərə alınmışdır.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2ci, 324.4, 324.5, 337.1, 337.4, 385.1, 442-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı–ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişlər.
21. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə qiymət verərəkən nəzərə almamışdır ki, təqdim olunan CD diskdə olan videogörüntü çəkilmiş, ev satışa çıxarılarkən Aynurə mənzildə olmamışdır. Bundan başqa Aynurəyə məhkəmə tərəfindən suallar verilərkən bildirmişdir ki, o, həmin mənzilə qapını açmaq üçün polis çağırmış və polis onlara qapını açıb evə girməyə yardımçı olmuşdur. İddiaçıya məhkəmədə qarşı tərəf olan qarşılıqlı iddiaçının vəkili tərəfindən hansı polis tərəfindən belə hərəkətə yol verildiyi soruşulsa da cavab verməmişdir. Buradan aydın olmuşdur ki, o, həmin mənzilə özbaşına daxil olmuş və içəri girərkən polisə müraciət etməmiş və buna dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Qeyd edilənlər bir daha onu təsdiq etmişdir ki, Şahid2 məhkəmə iclasında bildirdiyi ifadələr həqiqəti əks etdirməmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsinə gəldikdə isə Cavabdeh1 nümayəndəsi Vəkil3 tərəfindən təqdim edilmiş 17 oktyabr 2022- ci il tarixli aktdan (elektron sistemə yerləşdirilib) məlum olmuşdur ki, mübahisəli binada və eyni blokda yaşayan qonşular X23 və X10 akta imza edərək, aktın tərtib olunduğu vaxtadək bu mübahisəli mənzilə Cavabdeh1 və onun əri Əliyev Elnurun olduğunu və onları qonşusu kimi tanıdığını bildirmişlər. Qeyd edilənə baxmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsində bu sənədə hüquqi qiymət verilməmişdir. Həmin akt elektron kabinetə yerləşdirilsə də bu sənəddə olan qonşuların bildirdiyi fikrə və ziddiyətli olan məhkəmə iclasında ifadə vermiş Şahid3 ifadəsində olan ziddiyyətə aydınlıq gətirilməmişdir. Bundan başqa o da qeyd edilməli idi ki, Cavabdeh1 nümayəndəsi Vəkil3 tərəfindən 17 oktyabr 2022-ci il tarixli akt məhkəmə iclasında təqdim edilsə də onun ifadəsinə aydınlıq gətirilməmiş, guya cavabdehin iştirakı olmadan məhkəmə prosesi aparılmışdır. Əgər elektron kabinetə diqqət yetirilsə məlum olar ki, həqiqətən də bu akt sistemə yerləşdirilmiş və məhkəmə iclasında təqdim edilmişdir. Məhkəmənin qətnaməsi bu əsasa görə də qanunsuz, maddi və prosessual hüquq normalarına ziddir və əsassız olmuşdur. İş materiallarında Cavabdeh2 mənzilin zəbt edilməsinə dair polisə müraciəti və təhqiqat araşdırması olmuşdur. Cavabdeh2 nümayəndə və vəkillə təmsil olunmasına baxmayaraq özü şəxsən məhkəmə prosessində iştirak etmiş, hakim və tərəflərin suallarını cavablandırmış, mənzili olduğu kimi təsvir etmişdir. Məhkəmə Cavabdeh2 alğı-satqı müqaviləsinin təxminən 62000 manat müqabilində bağlandığını qeyd etdiyi halda, barəsində toplanmış material üzrə Nizami RPİ-nin 24-cü PŞ-də izahat verən zaman həmin məbləğin 170000 manat təşkil etməsini ziddiyyətli məqam kimi qimətləndirmişdir. Əslində Cavabdeh2 məhkəmədə sualları cavablandırarkən bu məqama aydınlıq gətirmişdir. Özü-özlüyündə bu fakt alğısatqını bir daha təsdiqləmiş və Cavabdeh2 vicdanlı alıcı olduğunu sübut etmişdir. İşin obyektiv araşdırılmasının təmin etmək üçün Cavabdeh2 həyat yoldaşı X22 şahid qismində dindirilmşdir. Məhkəmə qətnaməsində qeyd edib ki, guya məhkəmə araşdırması zamanı alğı-satqı müqaviləsini bağlayan tərəflərin hər ikisinin “təsadüfən” Rusiya Federasiyasının, Kemerovo vilayətində yaşamaqla tanışlıq münasibətlərinin olması məlum olmuş, qarşılıqlı iddia üzrə iddiaçı tərəf bunun əksini sübuta yetirə bilməmişdir. Lakin prosessdə onların tanışlığı barədə heç bir sübut olmamış, tərəf də onun yalan olduğunu sübuta yetirmişdir. Onların tanış olması barədə iş materiallarında nə də ki, məhkəmə prosessində heç bir hal olmamışdır. Məhkəmə yalnız öz qətnaməsinə don geyindirmək üçün faktı yalnış təsvir edərək əsassız qətnamə çıxarmaq üçün əsaslandırma kimi qəbul etmişdir. Şahid özü ifadəsində iş ilə əlaqədar oradan keçdiyini demişdir, çünki səyyar ticarətlə məşğul olmuş və Rusiya Federasiyasının 90 faiz vilayət və şəhərlərində olmuşdur. Bu əsas verməmişdir ki, tərəfin min bir əziyyətlə pul toplayıb aldığı mənzilin onun əlindən alınmasına səbəb olsun. Məhkəmə vicdanlı alıcı məsələsinə, İddiaçı mülkiyyətçi Cavabdeh2 mülkiyyət hüququnu pozmasına qiymət verməmişdir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) 16 may 2024-cü il tarixli, 2(103)- 2139/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli, 2(007)-2071/2023 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmiş, Cavabdeh2 İddiaçı qarşı mənzildən çıxarılma barədə qarşılıqlı iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 37 saylı evin 31 saylı mənzilindən çıxarılması qət edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.
25. Qüvvədə olan mülki qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka üçüncü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148.2, 144.1. 152.1. 157.2, 324, 337.1, 340.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 27 oktyabr 2004-cü il tarixli Qərarına, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarına istinad etmişdir.
c) Kassasiya instansiya məhkəməsində icraat
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3332/2024 nömrəli 07 noyabr 2024-cü il tarixli qərarı iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2139/2024 nömrəli 16 may 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. (hakimlər – Ə.Xıdırov (məruzəçi), E.Vəliyeva və E.Şamayev).
28. Kassasiya instansiya məhkəməsi işi yeni apellyasiya baxışına qaytararkən göstərmişdir ki, mübahisə predmeti ilə bağlı mübahisə Cavabdeh1 məlum olduqdan sonra mənzilin Cavabdeh2 satılması barədə müqavilə bağlandığı işin mübahisəsiz halıdır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 ilə Cavabdeh2 arasında 31 iyul 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarlılıq şərtlərinə tam cavab verib-verməməsi məsələsini kifayət qədər araşdırıb hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 ilə Cavabdeh2 arşında bağlanmış müqaviləyədək olan vaxtda onların davranışlarını, aralarındakı şəxsi münasibəti nəzərə almaqla mənzil alqı-satqısı müqaviləsi bağlanması üçün həqiqi iradə ifadələrinin olub-olmamasını kifayət qədər araşdırıb hüquqi qiymət verməli idi. Mübahisələndirilən daşınmaz əmlakın alqı-satqısı haqqında 31 iyul 2022-ci il tarixli müqavilə ilə təsdiq edilir ki, alqı-satqı müqaviləsi Cavabdeh1 nümayəndəsi X20 ilə Cavabdeh2 arasında bağlanmışdır. İş materialları ilə o da təsdiq edilir ki, apellyasiya instansiyası məhkəməsində iddiaçının nümayəndəsi Cavabdeh1 həyat yoldaşı Elnurun evin alıcısı Cavabdeh2 həyat yoldaşı Şaddıqla dost olduğunu, ikisinin də birlikdə Rusiya Federasiyasında şərikli kafe işlətdiklərini bildirmişdir. İlkin iddia üzrə cavabdeh tərəf isə bunu təkzib etməmiş, apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 vicdanlı əldə edən olub-olmamasına hüquqi qiymət verilməsi üçün zəruri olduğu halda buna lazımi hüquqi qiymət verməmişdir. Məhkəmələrdə izahat verən Cavabdeh2 və şahid qismində ifadə verən X22 aldıqları mənzili makler vasitəsilə tapdıqlarını bildirirlər. Apellyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyətli olduğundan daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh1 nümayəndəsi olmuş şəxslə Cavabdeh2 və onun həyat yoldaşı X17 arasında qohumluq münasibətinin olmasını araşdırmalı və Cavabdeh2 vicdanlı əldə edən olubolmamasına qiymət verərkən bu münasibətin təsirini də nəzərə almalı və bu münasibətin Cavabdeh2 vicdanlılığını şübhə altına alıb-almadığına hüquqi qiymət verməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. Məhkəmə araşdırması zamanı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 mənzil barədə suallar verilən zaman ziddiyyətli cavablar vermiş, alqı-satqı müqaviləsinin təxminən 62000 manat müqabilində bağlandığını qeyd etdiyi halda, barəsində toplanmış material üzrə Nizami RPİ-nin 24-cü PŞ-də izahat verən zaman həmin məbləğin 170.000 manat təşkil etməsi ilə bağlı yaranmış ziddiyyətli məqamlara (qeyd olunan mənzilin real bazar qiymətinin daha yüksək olması məhkəmə iclasında inkar olunmamışdır) aydınlıq gətirə bilməmişdir. Qeyd edilən halların varlığı mübahisə predmeti olan daşınmaz əmlakın alqı-satqı müqaviləsi tərəflərinin həqiqi iradə ifadəsinin müəyyənləşdirilməsi, yəni tərəflərin iradə ifadəsinin daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmasına yönəlməsinin müəyyən edilməsi baxımından əhəmiyyətlidir. Belə ki, əldə edən şəxs əldə etdiyi daşınmaz əmlakı hansı qiymətə aldığını dəqiq bilir. Əldə etmə qiymətinə dair fərqli rəqəmlər bildirməsi isə artıq onun əqd bağlamaq iradəsinin həqiqiliyini şübhə altına alır. Həyat hadisələrinin mümkün axarı onu deməyə əsas verir ki, hər hansı bir şəxs daşınmaz əmlak əldə etdikdə, bu xüsusi iqtisadi dəyər kəsb etdiyinə görə əvvəlcə həmin daşınmaz əmlaka baxır, onu nəzərdən keçirir və sonra qərar verir. Lakin apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 mübahisə predmeti mənzil barəsində müqavilə bağlamazdan əvvəl mənzilə baxıb-baxmadığına, alqı-satqı müqaviləsi bağlamağa yönəlmiş iradə ifadəsinin olub-olmamasını müəyyənləşdirmək məqsədilə, şahid ifadələrini də nəzərə almaqla lazımi hüquqi qiymət verməmişdir.
d)Proses iştirakçılarının izahatı
29. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
30. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
31. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh və üçüncü şəxslər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
32. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
33. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
36. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (324.1). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (324.2). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (324.4). İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (324.5).
37. Maddə 337. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5).
38. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
48. Qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
50. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəsi gedən ünvan 1 ünvanında yerləşən mənzil (bundan sonra: mübahisəli mənzil) İddiaçı ilə Cavabdeh1 mərhum anası Mətanət Süleymanovaya məxsus olmuş, sonuncu xx.xx.2020-ci ildə vəfat etdikdən sonra, xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına keçmişdir.
51. İddiaçı həmin müqaviləni məhkəmə qaydasında mübahisələndirmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuş, yekun olaraq qətnamə xx.xx.2023-cü ildə qanuni qüvvəyə minmişdir.
52. İşə baxılan ərəfədə - xx.xx.2022-ci il tarixdə Cavabdeh1 mənzili Cavabdeh2 satmış, müqavilə Masallı Regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notarius tərəfinlən təsdiq olunmuş, satıcı kimi İddiaçı alıcı Cavabdeh2 qayınatası Nadir Şərbətov təmsil edmiş, mənzilin qiyməti 61.433,70 manat göstərilmişdir.
53. İddiaçı tərəf bildirir ki, hər iki cavabdehin əri X2 şəhərində yaşamaqla dostdurlar və şərikli kafe işlədirlər, mənzilin alqı-satqısına dair müqavilə bağlamaqda da məqsədləri süni şəkildə vicdanlı alıcı təəsüratı yaratmaq olmuşdur, çünki əqd bağlanan ərəfədə mənzildə o, yaşamışdır və cavabdehlərin mənzilə baxış keçirməsi mümkün deyildir. İlahə və əri həmin vaxt RF-da olmuşlar.
54. Cavabdehlər isə iddiaya etiraz edərək bildirirlər ki, mənzilin alınması makler vasitəsi ilə baş verib, yəni cavabdehlər, nə də onların ailə üzvləri qabaqcadan bir-birini tanımamış, mənzil Cavabdeh1 (onun ərinin) faktiki sahibliyində olmuş və Cavabdeh2 əri ilə birlikdə mənzilə baxaraq, onu bəyənib almışlar.
55. Cavabdeh2 birinci instansiya məhkəməsində izahatında göstərmişdir ki, mənzili əri makler vasitəsi ilə tapıb, İlahə xanım ev yiyəsi idi, evə baxanda görüb (c.1, i.v. 127- 128).
56. Cavabdeh2 əri Şaddıq Şərbətov da izahatında göstərmişdir ki, mənzili makler tapıb, birinci dəfə özü tək gedib danışıb, sonra yoldaşı ilə birlikdə gedib mənzilə baxıb, yoldaşı ilə gedəndə pulu da özü ilə aparıb. Birici dəfə gedəndə mənzili göstərməyiblər, açarı başqa adamda olub, deyiblər ki, yiyəsi burada yoxdur, rayondadır... İkinci dəfə gedəndə mənzili makler onlara göstərib, evdə də bir qız və bir kişi olub, səhv etmirsə qızın adı İlahə idi (c.1, i.v. 140).
57. Beləliklə müyyən olunur ki, mübahisəli mənzilin Cavabdeh1 adına qeydə alınmasına əsas verən bağışlama müqaviləsi etibarsız hesab olunmuşdur. İddiaçı da buna əsaslanaraq cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını tələb edir, hesab edir ki, Cavabdeh1 əvvəlki məhkəməni uduzacağını bildiyi üçün süni vicdanlı alıcı vasitəsi ilə mənzili əlində saxlamaq istəmişdir. Cavabdeh2 isə özünün vicdanlı əldə edən olması əsası ilə ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını tələb edir.
58. Kollegiya qeyd edir ki, artıq qüvvədə olan məhkəmə aktı ilə müəyyən olunmuşdur ki, mübahisəli mənzil üzərində Cavabdeh1 adına aparılmış qeyd əsassız olmuşdur (sonradan həmin məhkəmə aktına əsasən Cavabdeh1 adına aparılmış qeyd ləğv olunmuşdur). Ona görə də qiymət verilməli olan yeganə məsələ Cavabdeh2 vicdanlı alıcı olub-olmamasıdır.
59. Birinci instansiya məhkəməsi cavabdehlərin qabaqcadan tanış olmaları və məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş işin digər hallarına əsaslanaraq Cavabdeh2 vicdanlı alıcı hesab etməmişdir.
60. Kollegiya həmin qənaətlə razılaşır və hesab edir ki, mübahisəli mənzilə dair bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi yalnız görünüş yaratmaq məqsədini güdmüşdür, həmin əqd uydurma olmaqla əhəmiyyətsizdir. Bu nəticə işin aşağıdakı halları ilə müəyyən olunur.
61. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində istinad olunan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2022-ci il tarixli 05/2109 saylı arayışından məlum olur ki, Cavabdeh1 Azərbaycana giriş-çıxışı yalnız xx.xx.2019xx.xx.20219-cu il tarixlərə təsadüf edir, yəni həmin tarixdən sonra o, arayışın verildiyi tarixədək ümumiyyətlə Azərbaycanda olmamışdır. Onun əri Elnur Əliyev isə xx.xx.2020-xx.xx.2020, xx.xx.2021-xx.xx.2021 və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Azərbaycanda olmuşdur.
62. İddiaçı izahatlarında bildirir ki, o, 2021-ci ilin mart-aprel aylarında Azərbaycana qayıtmış və həmin vaxtdan da mübahisəli mənzildə yaşamağa başlamış, 2022-ci ilin fevral ayında 3 aylıq Türkiyədə yaşayan bacısının yanına getmiş, may ayında qayıtdıqda isə mənzilin qıfılının dəyişdirildiyini görmüş, bununla bağlı polisə şikayət etmiş, özü qıfılı dəyişdirirək mənzilə daxil olmuşdur (c.1, i.v. 127).
63. İşdə olan Bakı şəhəri Nizami rayon Pİ 24-cü PB-nin təhqiqatçısının xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd olunması barədə” qərarından görünür ki, İddiaçı Bakı şəhər BPİ-nə ərizə ilə müraciət edərək, bacısının əri Elnur Əliyevin mübahisəli mənzilin açarlarını dəyişdirdiyini və mənzili satmaq istədiyini, bundan narahat olduğu polisə müraciət etdiyini, lakin hazırda mənzildə yaşadığını, mənzilə daxil olmaqda heç bir maneənin olmadığını bildirmişdir.
64. Qərardan iddiaçının polisə konkret olaraq hansı tarixdə müraciət etməsini müəyyən etmək mümkün olmasa da, qərarın xx.xx.2022-ci il tarixdə qəbul olunmasını, müraciətin Bakı şəhər BPİ-nə daxil olunduqdan sonra araşdırılması üçün Bakı şəhəri Nizami RPİ 24-cü PB-nə göndərildiyini (yəni, bunun müəyyən vaxt tələb etdiyini) nəzərə aldıqda, müraciətin 2022-ci ilin may ayında edilməsi müəyyən olunur.
65. Bundan başqa, Bakı şəhəri Nizami rayon Pİ 24-cü PB-nin təhqiqatçısının xx.xx.2022ci il tarixli “Cinayət işinin başlanmasının rədd olunması barədə” qərarından görünür ki, bu dəfə Cavabdeh1 iddiaçıdan şikayət etmiş, şikayəti xx.xx.2022-ci il tarixdə 24-cü Polis Bölməsinə daxil olmuşdur.
66. Həmin şikayətdə Cavabdeh1 bacısı İddiaçı 2022-ci ilin may ayında qanunsuz olaraq mübahisəli mənzilə daxil olduğunu, özlərinin (ərinin) sonuncu dəfə mənzildə 2022-ci ilin aprel ayında olduqlarını göstərmişdir.
67. Həmin araşdırma zamanı izahatı alınmış makler X18 izahatında göstərmişdir ki, 2022-ci ilin may ayında Elnur adlı şəxs mübahisəli mənzili ona göstərib, 155.000 manata satmaq istədiyini bildirmiş, o, mənzilə baxmışdır. Mənzildə mebel olmuş, Elnur otaqların birində olan mebelin baldızına məxsus olduğunu, gəlib götürəcəyini demişdir. Elnur ertəsi gün RF-na gedəcəyini, mənzili almaq istəyən olsa onun atası ilə əlaqə saxlamasını tapşırmışdır. Lakin mənzilin qiyməti baha olduğundan müştəri olmamış, o, mənzilə heç bir müştəri aparmamış, mənzilin açarları onda olmamışdır.
68. Həmin araşdırma zamanı izahatı alınmış qonşu X24 izahatında göstərmişdir ki, təxminən 5 il əvvəl Cavabdeh1 onunla üzbəüz mənzildə qonşuluqda yaşamış, daha sonra RF-na getmişdir. 2022-ci ilin aprel ayında İlahənin qayınatası Füzuli həmin mənzilin açarlarını dəyişdirmiş, mənzilə kimsə daxil olarsa ona məlumat verməsi üçün öz əlaqə nömrəsini onun ərinə vermişdir. Təxminən 1 ay sonra həmin qapıda səs-küy eşitmiş, bayıra çıxdıqda, bir neçə nəfərin qapının qıfılını dəyişib mənzilə daxil olmaq istədiyini gördükdə, dərhal bu barədə Füzuliyə məlumat vermiş, daha sonra mənzildə baş verənlərlə bağlı heç bir məlumatı olmamışdır.
69. Bundan başqa, Bakı şəhəri Nizami rayon Pİ 24-cü PB-nin təhqiqatçısının xx.xx.2023cü il tarixli “Cinayət işinin başlanmasının rədd olunması barədə” qərarından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə zəng vuraraq, evdə olmadığı zaman tanımadığı şəxslərin ona məxsus mənzilin qapısına müdaxilə edərək içəri daxil olduqlarını bildirmişdir.
70. Həmin araşdırma zamanı Cavabdeh2 izahatında göstərmişdir ki, mübahisəli mənzili o, Elnur adlı şəxsdən almış, mənzil Elnurun arvadı İlahənin adına olmuş, mənzili almaq üçün Elnur və İlahəyə ümumilikdə 170.000 manat pul vermişlər. Buna baxmayaraq mənzildə İlahənin bacısı yaşayır və mənzili tərk etmir. Sonradan öyrənmişdir ki, mənzil mübahisəlidir və hazırda İddiaçı onun barəsində Nizami rayon məhkəməsinə müraciət etmişdir.
71. Göründüyü kimi, mübahisəli mənzilin 2022-ci ilin may ayından iddiaçının faktiki istifadəsində olması yuxarıda istinad olunan işin halları ilə müəyyən olunur. Yəni, cavabdehlər arasında mənzilə dair alqı-satqı müqaviləsi bağlanarkən mənzil iddiaçının istifadəsində olmuşdur və Cavabdeh2 və ya ərinin mənzilə baxması fiziki cəhətdən mümkün ola bilməzdi.
72. Mənzili satmaq üçün Elnur Əliyevin müraciət etdiyi makler X18 mənzilə müştəri aparmadığını bildirmiş, cavabdehlər də məhkəməyə başqa makler təqdim etməmişlər.
73. Elnur Əliyevin sonuncu dəfə Azərbaycanda (o cümlədən Bakıda) xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək olması nəzərə alınsa, onun yalnız bir maklerə - X13 müraciət etməsi müəyyən olunur, çünki, sonuncu izahatında bildirmişdir ki, Elnur ona ertəsi gün RF-na gedəcəyini demişdir. Elnurun xx.xx.2022-ci ildə RF-na getdiyi (qayıtdığı) mübahisə doğurmadığından, onunla makler arasında görüşün xx.xx.2022-ci il tarixdə baş tutduğu aydın olur.
74. Beləliklə müəyyən olunur ki, mübahisəli mənzil 2022-ci ilin may ayınadək Cavabdeh1 (ərinin və qayınatasının), həmin tarixdən sonra isə iddiaçının faktiki istifadəsində olmuşdur.
75. Bundan başqa, işin mübahisəsiz halları ilə müyyən olunur ki, alqı-satqı müqaviləsi Cavabdeh1 həmin şəhərdə verdiyi etibarnamə əsasında Cavabdeh2 qayınatası X20 tərəfindən imzalanmışdır.
76. Müəyyən olunmuşdur ki, Cavabdeh1 ailəsi ilə RF-nın Novokuznetsk şəhərində yaşayır. Cavabdeh2 da izahatında ərinin Novokuznetsk şəhərinə gedib-gəldiyini etiraf etmişdir (c.1, i.v. 128).
77. Təkrar apelyasiya baxışında Cavabdeh2 nümayəndəsi-vəkili bildirmişdir ki, mənzili makler vasitəsi ilə tapdıqdan sonra cavabdehlərin münasibəti yaranmış və Novokuznetsk şəhərində behləşmişlər. Bundan sonra Cavabdeh1 etibarnamə vermişdir. Ancaq qabaqcadan tanış olmamışlar.
78. Göstərilən hallar Cavabdeh1 əri Elnurla Cavabdeh2 əri Şaddıqın qabaqcadan tanış olmaları, dost olmaqla Novokuznetsk şəhərində şərikli kafe işlətmələri barədə iddiaçının dəlillərinin əsassız olmadığnı göstərir.
79. Cavabdeh2 nümayəndəsi-vəkilinin göstərdiklərinə isə Kollegiya inandırıcı yanaşmır, çünki bu dəlil ilk dəfə səsləndirilir, daha əvvəlki məhkəmə proseslərinin heç birində belə bir hal barədə məlumat verilməmişdir.
80. Bundan başqa, cavabdehlər mübahisəli mənzilin 62.000 manata alınıb-satıldığını bildirdikləri halda, Cavabdeh2 24-cü PB-də verdiyi izahatında mənzili 170.000 manata aldığını göstərmiş, sonradan məhkəmədə bu ziddəyətə aydınlıq gətirə bilməmişdir.
81. Mübahisəli mənzilin həmin dövrdə 62.000 manatdan daha baha qiymətə olması şübhə doğurmur, çünki mənzil 4 otaqlı, təmirli və əşyalı vəziyyətdə olmuşdur. Kollegiya razılaşır ki, hər hansı əqd üzrə qiymət tərəflərin razılığı ilə müəyyən olunur, yəni qiyməti müəyyən etməkdə əqdin tərəfləri sərbəstdirlər və bu müqavilə azadlığı prinsipindən irəli gəlir. Qiymətin az və ya çox göstərilməsinin də müxtəlif səbəbləri ola bilər (məsələn: vergidən yayınmaq, başqa şəxslərdə yalnış təəsüraft yaramaq və s.).
82. Lakin hazırki işdə cavabdehlər mübahisəli mənzilin təqribən iki dəfədən az qiymətə satılıb-alınmasının səbəbləri ilə bağlı heç nə bildirməmiş, müqavilədə göstərilən qiymətin real razılaşdırılmış qiymət olmasında israrlı olmuşlar.
83. Göründüyü kimi, mənzilin məhz həmin qiymətə satılıb-alınmasının ağlabatan əsasları olmalı idi. Lakin cavabdehlər buna dair heç bir ağlabatan dəlil təqdim etməmişlər.
84. Kollegiya onu da qeyd edir ki, mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlansa da, Cavabdeh2 uzun müddət mənzilə faktik olaraq yiyələnmək üçün heç bir real addım atmamış, yalnız xx.xx.2023-cü il tarixdə polisə müraciət etmiş, mənzildən çıxarılma tələbini də hazırki iddiaya qarşılıqlı olaraq vermişdir.
85. Göstərilənləri ümumiləşdirərək Kollegiya belə nəticəyə gəlir ki, cavabdehlər qabaqcadan tanış olmuş və İlahə Əliyevə mübahisəli mənzilin ona bağışlanmasına dair müqaviləsinin etibarsız hesab olunacağına əmin olduqdan sonra, mənzili əlində saxlamaq məqsədilə tanışı olan Cavabdeh2 ilə formal alqı-satqı müqaviləsi bağlamaqla, sonuncunun vicdanlı alıcı olması görüntüsünü yaratmaq məqsədini güdmüşdür. Ona görə həmin əqd uydurma olmaqla əhəmiyyətsizdir.
86. Uydurma əqd zamanı tərəflərin real hüquq münasibətlərinə girmək və həqiqi hüquqi nəticə yaramaq məqsədləri olmur. Əqd yalnız görunuş yaratmaq məqsədilə bağlanır. Yalan əqdin əlaməti – real icranın olmamasıdır.
87. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2071/2023 nömrəli iş üzrə 5 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.