Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11852/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh4 və X3 qarşı “avtomobil alğı-satqı müqavilələrinin etibarsız hesab olunması" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh4 və X3 qarşı “avtomobil alğı-satqı müqavilələrinin etibarsız hesab olunması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai Elantra” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-350” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair bağlanılmış alğı-satqı müqavilələrini etibarsız hesab edib, onların əsasında verilən qeydiyyat şəhadətnamələrini ləğv edib, 11000 ABŞ dolları 5030 manat məbləğində pul vəsaitinin tutulmasının sözügedən avtomobillərə yönəlməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı işə mahiyyəti üzrə baxılıb qurtaranadək “Hyundai Elantra” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-350” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(007)- 4212/2021 saylı qərardadı ilə İddiaçı iddianın təmin tədbiri barədə ərizəsinin təmin edilməsi, “Hyundai Elantra” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes- 350” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması, qərardadın icrasının Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh1 şikayət verərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(007)-4212/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nizami Rayon Məhkəməsinin 25 dekabr 2018 ci il tarixli qətnaməsi ilə borclu Cavabdeh1 X1 və X2 müştərək qaydada 11000 ABŞ dolları və 5030 manat pul vəsaiti tutularaq, tələbkar İddiaçı ödənilməsi qət edilmişdir. 23 oktyabr 2021-ci il tarixində poçt vasitəsilə Nizami rayon məhkəməsinin 2(007)-4212/7021 saylı 08.10.2021-ci il tarixli qərardadını almışdır. Bu qərardad onun iştirakı olmadan, məhkəmə tərəfindən heç bir araşdırma aparılmadan, İddiaçı yalanlarını həqiqi sübut növü kimi qəbul etməklə, mülkı prosessual qanunvericiliyin ziddinə olaraq mülkiyyətində olmayan, digər şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş və qorunan mülkiyyət hüquqlarını pozmaqla, onlara məxsus əmlak üzərinə həbs qoyulması barəsindədir. Qərardaddan aydın olur ki, İddiaçı iddianın təmin etmə ərizəsinə əsasən Cavabdeh1 mülkiyyətində olan "Hundai Elantra" markalı ** XX *** dövlət nömrə nişanlı və "Mersedes-350”markalı ** FT *** dövlət nömrə nişanlı avtomobilləri alğı-satqı yolu ilə digər cavabdehlərin adına rəsmiləşdirsə də hal hazırda həmin avtomobillər onun istifadəsindədir. Xüsusilə "Mersedes-350" markalı ** FT *** dövlət nömrə nişanlı avtomobil 09.01.2021-ci il tarixli baş etibarnamə ilə idarə olunur. Bu nəqliyyat vasitələrinin Cavabdeh1 məxsus olub-olmaması barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə sorğu verilməmiş və müvafiq arayış alınmadan Nizami rayon məhkəməsi qanunsuz və əsassız qərardad çıxarmışdır. Məhkəmə Qərardadın nəticə hissəsində aşağıdakı nəticəyə gəlmişdir. İş materiallarında olan AD seriyalı 378753 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, "Hundai Elantra" markalı ** XX *** dövlət qeydiyyat nişanlı və AB seriyalı 532924 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, "Mersedes 350" markalı ** FT *** dövlət qeydiyyat nişanlı avtomobillər Cavabdeh1 xüsusi mülkiyyətindədir". Halbuki, Daxili İşlər Nazirliyinin portallarında halhazırda həmin avtomobillərin onun mülkiyyətində olmaları haqqında heç bir məlumat yoxdur. Bu isə saxtakarlıqdır. Həmin avtomobillərin onun istifadəsində olduğunu iddia edən iddiaçı bu faktı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir, hətta "Mersedes- 350" markalı ** KT *** nömrəli maşının 09.01.2021-ci il tarixli baş etibarnamə də idarə olunması barəsindəki iddiası da tamamilə yalandır. Hal hazırda həmin avtomobillər digər şəxslərin mülkiyyətində və onların istifadəsindədir. Ona görə də məhkəmənin heç bir araşdırma aparmadan, iddiaçının yalan və sübutu olmayan sözlərinə əsaslanaraq, MPM-nin 158.1 və 158.1. 1 -ci maddəsinə istinad etməklə ona məxsus olmayan əmlak üzərinə həbs qoyması qanunvericiliyin tələblərinə ziddir. Qərardadın nəticə hissəsi ilə rəhbər tutulan və ya istinad edilən qanun arasında ziddiyyət olması hakim tərəfindən məhkəmə aktları haqqındakı mövcud qanunvericilik normalarının pozulmasıdır. Həmçinin həmin avtomobillərin digər şəxslərin mülkiyyətində olduğu halda ona məxsus olmaları məhkəmə qaydasında sübut olunmadığına, bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadığı halda, onlar üzərinə həbs qoyulması həmin avtomobillərin faktiki və qanuni sahiblərinin Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş mülkiyyət hüquqlarının pozulmasıdır. Məlumat üçün məhkəmənin nəzərinə çatdırır ki, eyni iddia predmeti və eyni mahiyyətlə Nizami Rayon Məhkəməsi heç bir araşdırma aparmadan icra məmurunun saxta və yalan arayışına əsaslanaraq 8(007)-175/2021 saylı 16.06.2021-ci il tarixli qərardadı ilə ona məxsus olmayan həmin avtomobillərin üzərinə həbs qoymuşdur. O, məhkəməyə şikayət verdikdən sonra məhkəmə həmin avtomobillərin digər şəxslərin mülkiyyətində olduqları üçün 8(007)-175/2021 saylı 04.08.2021-ci il tarixli qərardadı ilə 16.06.2021-ci il tarixli qərardadını ləğv etdi və eyni saylı 22.09.2021-ci il taıixli qərardadı ilə icra məmurunun həmin avtomobillər üzərində həbs qoyulması barəsindəki təqdimatı da rədd etdi. İddia predmeti olan ona məxsus olmayan, digər şəxslərin mülkiyyətində olan həmin avtomobillərin üzərinə həbs qoyulması barədə tələbin bu səbəbdən təmin olunmaması barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərardad ola-ola, mahiyyəti və məqsəd eyni olan bu tələbin təkrar məhkəmə baxışına qəbulu prosessual qanunvericiliyin pozulması deməkdir. Əlavə olaraq, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-175/2021 saylı 16.06.2021-ci il tarixli qərardadı ilə ona məxsus olan hal-hazırda Gəncə şəhərinin balansına verilmiş, bazar dəyəri 25-30 min manat olan 0.20 ha torpaq sahəsi üzərinə həbs qoyulmuşdur ki, bu da onun İddiaçı olan 8,0 min manat borcundan dəfələrlə çoxdur. Ona görə də, ona məxsus digər əmlakları axtarmaq və hamısının üzərinə həbs qoymaq qanunsuzdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01.11.2021-ci il tarixli 2(007)-4212/2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin məcəllənin 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin məcəllənin 157.5.2-ci maddəsinə əsasən, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Həmin məcəllənin 157.6-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin məcəllənin 163.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri üzrə bütün qərardadlardan şikayət vermək olar. Müvəqqəti təminat tədbirləri üzrə bütün qərardadlardan şikayət vermək olar. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, qanunvericilik iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə real icra edilə biləcəyi şübhəsi yarandıqda müvəqqəti təminat tədbirinin görülməsi üçün tədbir görülməsini nəzərdə tutmuşdur. Müvəqqəti təminat tədbirinin tədbiq qəbul edilməsi üçün əsas, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüzlüyü ilə əlaqədardır. Lakin nəzərə almaq lazımdır ki, müvəqqəti təminat tədbirlərinin tədbiq edilməsi üçün iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar mövcud olmalı və bu tədbirlər əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına səbəb olmamalıdır. Kollegiya qeyd edir ki, Nizami Rayon Məhkəməsinin 11.12.2018-ci il tarixli icra sənədinin icrası mərhələsində həll edilməli olan hərəkətlərin təmin edilməsi məqsədi ilə cavabdeh tərəfindən üçüncü şəxslərin xeyrinə özgəninkiləşdirilmiş “Hyundai Elantra” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı və “Mersedes 350” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin alğı-satqısının onun hüquqlarına toxunmasının əsasları olmadan mübahisələndirilməsi və bununla bağlı qeyd olunan avtomobillərin üzərinə həbsin qoyulması sonuncuların mülkiyyət hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına səbəb ola bilər. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157,158, 263, 264, 365, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 şikayəti təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı tərəfindən verilmiş “Hyundai Elantra” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-350” minik markalı avtomobillərin üzərinə həbs qoyulması barədə ərizəsi rədd edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-11852/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11852/2021
07.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver