Məhkəmə qərarları › İş №2(103)-11873/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11873/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11873/2021 27.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-nə, Suraxanı rayon İcra və Probasiya şöbəsinə, "xxxx" MMC-nə (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə məhkəmələrarası ərazi aidiyyətinin mübahisələndirilməsinə dair məsələyə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər "xxxx" ASC-nə, Suraxanı rayon İcra və Probasiya şöbəsinə, "xxxx" MMC-nə (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” barədə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.10.2021-ci il qərardadına əsasən mülki iş aidiyyət üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərarını belə əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı kimi qeyd edilmiş ünvan 1, həmçinin digər cavabdehlərin hüquqi ünvanı Yasamal rayonu ərazisinə aid olmadığından hazırkı mülki iş aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 3 ASC-nin hüquqi ünvanı ünvan 5nı rayon İcra şöbəsinin isə hüquqi ünvanı Suraxanı rayon ərazisindədir. Göründüyü kimi, iş üzrə hüquqi şəxs olan cavabdehlərdən heç birinin hüquqi ünvanı Bakı şəhəri Xətai rayon ərazisində deyildir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, hazırkı mülki iş aidiyyət məsələsinin yenidən müzakirə edilməsi üçün Bakı şəhəri Yasamal rayon məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyən edilir ki, iddiaçı üç cavabdehə qarşı iddi irəli sürmüşdür. Həmin cavabdehlərin hüquqi ünvanları Bakı şəhəri Səbail rayonu, Bakı şəhəri Nərimanov rayonu və Bakı şəhəri Suraxanı rayonunda yerləşir. Lakin iddiaçı səhvən iddianı Bakı şəhəri Yasamal rayon məhkəməsinə vermişdir. Yasamal rayon məhkəməsi isə mülki işi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai rayon məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 36.13-cü maddəsinə əsasən bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Azərbaycan Respublikası MPM-in 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Qanunvericiliyin yuxarıda sadalanan normalarının tələbinə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə nə Bakı şəhəri Yasamal rayon məhkəməsində, nə də Bakı şəhəri Xətai rayon məhkəməsində baxıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə üç cavabdeh olduğundan və cavabdehlərin hər birinin hüquqi ünvanı Bakı şəhərinin ayrı-ayrı rayonlarına aid olduğundan, habelə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ mülki prosessual qanunvericiliyə əsasən yalnız iddiaçıya məxsus olduğundan, hazırkı mülki iş aidiyyət məsələsinin yenidən müzakirə edilməsi və iddiaçının seçiminə uyğun olaraq müvafiq rayon məhkəməsinə göndərilməsi üçün Bakı şəhəri Yasamal rayon məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : İddiaçı cavabdehlər "xxxx" ASC-nə, Suraxanı rayon İcra və Probasiya şöbəsinə, "xxxx" MMC-nə (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə göndərilməsi məsələsinin yenidən müzakirə edilməsi üçün Bakı şəhəri Yasamal rayon məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar