Məhkəmə qərarları › İş №2(103)-11922/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11922/2021

25.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11922/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakda payın müəyyənləşdirilməsi, bağışlama müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixdə qəbul etdiyi qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət kimi qiymətləndirilərək Bakı Apellyasiya Məhkəməsinə göndərilən şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakda payın müəyyənləşdirilməsi, bağışlama müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi” tələblərinə dair iddia ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qərardadı ilə geri qaytarılmış, iddiaçının həmin qərardaddan verdiyi şikayət kimi qiymətləndirilən şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya hesab edir ki, iddiaçının müvafiq şikayətində işə aidiyyatı olmayan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş materiallarında mövcud olmayan 08 sentyabr 2021-ci il tarixli qərardadı mübahisələndirildiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur; Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixdə qəbul etdiyi qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət kimi qiymətləndirilərək Bakı Apellyasiya Məhkəməsinə göndərilən şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş göstərilən çatışmazlığın aradan qaldırılaraq şikayətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar