Məhkəmə qərarları › İş №2(103)-11926/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11926/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11926/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Cavabdeh2 qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 2(005)-2728/2019 nömrəli qərardadından İddiaçı hüquqi varisi X3 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Cavabdeh2 qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin hərracın nəticələri haqqında 09.04.2019-cu il tarixli yekun protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla yanaşı iddiaçı iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmin etmə tədbiri kimi mübahisə predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən «Aydınlıq» şadlıq evinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh2 cavabdeh İddiaçı qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanında yerləşən «Aydınlıq» şadlıq evindən çıxarılması və həmin qeyriyaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bununla yanaşı qarşılıqlı iddiada iddiaçı Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək, hazırki işə baxılıb yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəsini alanadək ünvan 1 ünvanında yerləşən «Aydınlıq» şadlıq evindən istifadəni cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli 2(005)- 2728/2019 nömrəli qərardadı ilə müvafiq ərizə qismən təmin edilərək, ilk iddiada İddiaçı və qarşılıqlı iddiada iddiaçı Cavabdeh2 iddianın təmini tədbiri barədə ərizələrinin təmin edilməsi, ünvan 1 ünvanında yerləşən «Aydınlıq» şadlıq evinin üzərinə həbs qoyulması, ünvan 1 ünvanında yerləşən «Aydınlıq» şadlıq evindən istifadə etməsi qarşılıqlı iddiada cavabdeh İddiaçı və üçün şəxslərə qadağan edilməsi qərara alınmışdır. Qarşılıqlı iddia üzrə üzrə iddiaçı Cavabdeh2 18.10.2021-ci il tarixdə ərizə ilə müraciət edərək, mülki işə xitam verilməsini, ünvan 1 ünvanında yerləşən «Aydınlıq» şadlıq evinin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli 2(005)-2728/2019 nömrəli qərardadının ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən «Aydınlıq» şadlıq evin üzərinə qoyulmuş həbsin və İddiaçı və üçüncü şəxslərin evdən istifadəsinə qoyulmuş qadağanın götürülməsi, qərardadın icrasının Azərbaycan Respublikası Əmlak Məsələlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçının hüquqi varisi qərardaddan şikayət verərək qərardadın qismən ünvan 2 ünvanında yerləşən "Aydınlıq” şadlıq evinin üzərinə qoyulmuş həbsin götürülməsi hissəsində ləğv edilməli və qarşılıqlı iddia üzrə iddaçı X1 ərizəsinin həmin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, üzərindən həbs götürülmüş qeyri-yaşayış obyekti ilə bağlı mübahisə Bakı İnzibati məhkəmənin icraatındadır. Bu mübahisə üzrə məhkəmənin yekun aktı çıxarılmadığından iddianın təmin tədbiri varədə Nərimanov Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli nömrəli qərardadının ləğv edilməsi əsassız və qanunsuzdur. Məhkəmənin 16 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki iş şikayətlə birlikdə baxılması üçün işə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Mülki Prosessual Məcəllənin 158.1.1-ci, 158.1.2 və 158.1.3-cü maddələrinə görə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, həmçinin mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmə tədbirləri görülə bilər. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Mülki iş materiallarından görünür ki, qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 12.07.2021-ci il tarixli 2(103)-4555/2021 saylı qərardadından görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.12.2019cu il tarixli, 2(005)-2728/2019 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilməsi, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 162-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. İddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. İddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(005)-2728/2019 saylı, 11 noyabr 2021ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar