Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1193/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 872/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ilə bağlanmış borc müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-872/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nəsimi rayon Məhkəməsinin müəyyən etdiyi hallara əsasən guya Cavabdeh3 aldığı borcları Otel tikilib başa çatdıqdan sonra oteli sataraq qaytarmalı idi. Guya bağlanan “şifahi müqavilələr”in” şərtlərindən biri budur. Lakin nədənsə bu otelin yerləşdiyi ərazi onun adına alınıb, otel onun adına verilmiş sərəncam əsasında tikilib və ən əsası isə uzun bir müddət həmin otel onun tərəfindən işlədilib. Mövcud olduğu iddia edilən müqavilələrin şərtlərinə əməl edilməsi bu müddət ərzində nəyə görə tələb edilməmişdi? Bu müddət ərzində istər Cavabdeh2 istərsədə Cavabdeh1 dəfələrlə onların evimizdə olmuş, xeyir-şər işlərində daim birlikdə olmuşlar. Nəyə görə bu şəxslər bir dəfədə olsun Barata bu qədər borc verdiklərini ona bildirməmişlər? Verdiklərini iddia etdikləri borclar 450 və ya 750 manat deyildir. 450000 və 750000 ABŞ dolları borc verən şəxslərin otel binası tikilib başa çatdıqdan sonra borc verdikləri şəxsin arvadı tərəfindən işlədilməsi ən azından onlarda bir qıcıq yaratmalı və onlarda Baratdan bu borcu 2013, 2014, 2015, 2016-cı illərdə tələb etməli idilər. Normal məntiq və işin halları bunu tələb edir. “İddiaçılar” və “cavabdeh” Barat Badullayev onun köməksiz vəziyyətindən istifadə edərək, ona birgə nikahdan pay verməmək məqsədi ilə bu oyunu oynamış və bu məbləğdə borclar yaratmışlar. X10 tərəfindən ona qarşı iddia qaldırılaraq göstərilən borcların birgə nikah dövründə alındığını və buna görə də bu borcların yarısının ona aid edilməsi barədə iddia qaldımışdır. Səbail Rayon Məhkəməsi özünün xx.xx.2019-cu il tarixli, 2(009)-1835/2019 saylı qətnaməsi ilə iddia tələbini qismən təmin edərək Bakı şəhər tutulması müəyyən edilmiş pul məbləğlətinin (1175000 ABŞ dolları) ½ hissəsi (587500 ABŞ dolları) cavabdeh X4 aid edilməklə həmin məbləğ - 587500 ABŞ dolları X1 Cavabdeh3 xeyrinə tutulduğu anada ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulmsı qət edilmişdir. Məhkəmə qətnaməsinin 3-cü səhifəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhkəməyə göndərdiyi etiraz ərizələrinə istinad etsədə həmin ərizələri məhkəmə prosesində elan etməmiş bu barədə iddiaçı olaraq ona heç bir məlumat verilməmişdir. Məhkəmənin hansı məqsədlə bu addımı atması, təqdim edilən ərizələrin nəyə görə ondan gizlədilməsi və daha sonra qətnamədə həmin ərizələrə istianad etməsi müəmmalıdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən cavabdehin vəkil-nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-711/2017 saylı xx xxxxxxxx 2017-ci il tarixli hökmünün surətindən görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 320.1, 320.2, 178.3.2 və 315.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası CMnin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə üzərində qəti olaraq 8 il müddətinə azadlıqdan məhrum etmə cəsazı saxlanmışdır. Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi 9 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 1684 nömrəli vərəqində xx xxxxxxx 2009-cu il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-430/2017 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə, X5 ilə Cavabdeh3 birgə nikahı dövründə əldə edilmiş, Cavabdeh3 adına rəsmiləşdirilmiş aşağıda sadalanan əmlaklar Cavabdeh3 ilə X2 birgə nikahı dövründə əldə edilmiş bərabər paylarda ümumi əmlakları hesab edilmiş və həmin əmlakların ½ hissəsinə X2 mülkiyyət hüquqları müəyyən edilmişdir: Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 14-də yerləşən 5 otaqlı 12, 13, 14 saylı mənzil (RX seriyalı ******* nömrəli Çıxarış); Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18/49-da yerləşən 159,78 kv.m. sahəli, 4 otaqlı, 23 saylı mənzil (RX seriyalı ******* nömrəli Çıxarış); Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 290,9 kv.m. sahəli qeyri yaşayış sahəsi (RX seriyalı ******* nömrəli Çıxarış); Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 29,6 kv.m. sahəli qeyri yaşayış sahəsi (MH seriyalı ******* nömrəli Çıxarış); Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 41,1 kv.m. sahəli qeyri yaşayış sahəsi (MH seriyalı ******* nömrəli Çıxarış); Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş xx xxxxxxx 2000-ci il tarixli 000313 saylı şəhadətnaməyə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev (Darvin) küçəsi, 2379-8182-ci məhəllədə yerləşən qeyri yaşayış sahəsi (“Azəristilikenerjiquraşdırma” trestinin ATSC-nin yarımçıq tikilisi); İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx xxxxx 2002ci il tarixli 000100 saylı şəhadətnaməyə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən, başa çatdırılmamış yaşayış evinin 3710 kv.m torpaq sahəsi; Dövlət X12 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx xxxx 2006-cı il tarixli 000376 saylı şəhadətnaməyə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən tikintisi başa çatdırılmamış su anbarı (yarımçıq tikili); Dövlət X12 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx xxx 2006-cı il tarixli 000106 saylı şəhadətnaməyə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən, 284,7 kv.m. sahəsi olan su anbarının yarımçıq tikilisi; 2003-cü il buraxılışlı, gümüşü metal rəngli, 1G6DM57N530159883 ban nömrəli, CADİLLAC CTS” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobil; 2013-cü il buraxılışlı, qara rəngli, “Porsche Cayenne” markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobil. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10790/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 430/2017 saylı iş üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsi apellyasiya şikayəti verən tərəflərə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3201/2016 saylı xx xxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh3 iddiaçı Cavabdeh2 xeyrinə 425 000 ABŞ dolları məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pul tutulması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3775/2016 saylı xx xxx 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh3 750 000 ABŞ dolları məbləğində pulun Cavabdeh1 verilməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1835/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3201/2016 saylı xx xxxxx 2016-cı il tarixli və 2(006)-3775/2016 saylı xx xxx 2016-cı il tarixli qətnamələri ilə tutulması müəyyən edilmiş pul məbləğlərinin (1 175 000 ABŞ dolları) ½ hissəsi (587 500 ABŞ dolları) cavabdeh X3 aid edilməklə həmin məbləğ - 587.500 ABŞ dolları X1 Cavabdeh3 xeyrinə tutulduğu anda ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması qət edilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3201/2016 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili X6 Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3201/2016 saylı xx xxxxx 2016-cı il tarixli Qətnaməsini 2017-ci ildə almışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(01)-711/2017 saylı xx.xx.2017-ci il tarixli hökmündən İddiaçı nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayətinin surətindən görünür ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3201/2016 saylı xx xxxxx 2016-cı il tarixli Qətnaməsindən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3775/2016 saylı xx xxx 2016-cı il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili X6 müvafiq hökmdən xx.xx.2017-ci il tarixdə apellyasiya şikayəti verərəkən məlumatlı olmuşdur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Məhkəmə araşdırması həmçinin zamanı müəyyən edildi ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanılarkən, müqavilənin şərtləri konkret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək, müqaviləni bağlamışlar, müqavilə bağlandıqdan sonra müqavilə şərtləri ilə bağlı heç bir iddia irəli sürülməmişdir. Azərbaycan Respublikası 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. X13 Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə xx xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Qeyd edilən müddəaların mənasından da göründüyü kimi, qanunverici əqdin tərəfinin etibarsızlığa səbəb olan halları bildiyi və ya bilməli olduğu gündən əqdin mübahisələndirilməsi üçün 1 illik kəsici müddət müəyyən etmişdir. İş materiallarından görünür ki, əqdin etibarsızlığına əsas olmuş hallar iddiaçıya Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3201/2016 saylı xx xxxxx 2016-cı il tarixli Qətnaməsindən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3775/2016 saylı xx xxx 2016-cı il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili X6 müvafiq hökmdən xx.xx.2017-ci il tarixdə apellyasiya şikayəti verərəkən müəyyən olsa da, məhkəməyə iddia müddəti keçdikdən sonra xx.xx.2020-ci il arixdə iddia ərizəsi ilə müraciət etmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Bundan başqa kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı göstərilən müqavilələrin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, apellyatorun dəlilləri formal xarakter daşıyır və apellyatorun mülahizələrinə əsaslanır. Bundan başqa hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini tələb etsə də, qətnamənin ləğv edilməsinə əsas olan sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, tərəflər arasında olan mövcud mübahisələr barəsində iddiaçının məlumatlı olması iş materialları ilə öz təstiqini tapır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-872/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1193/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1193/2021
09.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver