Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1196/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Həsənov Rəşad Məhəmməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-877/2021 saylı, 01 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilən apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh2 və qeyrisinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı “Pareks Lizinq and Faktorinq" MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 27 saylı mənzilin cavabdehdə saxlandığı müddət üçün 27.01.2017-ci ildən başlayaraq hər ay kompensasiya olaraq 500 (beş yüz) manat kirayə haqqı məbləğinin və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat məbləğində pulun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-877/2021 saylı, 01 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı 17.11.2021-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-877/2021 saylı, 02.12.2021-ci il tarxili qərardadı ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə edilmiş yeni dəyişikliklərin tələblərinə cavab vermədiyindən və həmin məcəllənin 10-1.3-cü maddəsinin müddəalarına uyğun gəlmədiyindən geri qaytarılmışdır. Bundan sonra iddiaçı tərəfindən 03.12.2021-ci il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya verilmiş, rayon məhkəməsinin 06.12.2021-ci il tarixli qərardadı ilə onun apellyasiya şikayəti qanunvericiliyin tələblərinə əməl edilməməsi əsası ilə təkrar geri qaytarılmışdır. Daha sonra rayon məhkəməsi tərəfindən mülki iş 15.12.2021-ci il tarixdə iddiaçının apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən verilən apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Belə ki, hazırkı iş üzrə iddiaçının Nizami Rayon Məhkəməsinin 2(007)-877/2021 saylı, 01 oktyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti 02.12.2021-ci il tarxili qərardadı ilə geri qaytarılmış, bundan sonra iddiaçı tərəfindən 03.12.2021-ci il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya verilmiş, rayon məhkəməsinin 06.12.2021ci il tarixli qərardadı ilə onun apellyasiya şikayəti qanunvericiliyin tələblərinə əməl edilməməsi əsası ilə təkrar geri qaytarılmışdır. Buna baxmayaraq, rayon məhkəməsi tərəfindən mülki iş 15.12.2021-ci il tarixdə səhvən iddiaçının apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM-in 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Qanunun tələbinə görə apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə.366.1, 366.2, 366.3.). İstinad olunan normanın mahiyyətində də bəlli olur ki, hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipi də bunu tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 12441/2021 saylı, 29 dekabr 2021-ci il tarixli apellyasiyanın mümkünlüyü qərardadı ləğv edilməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Nizami Rayon Məhkəməsinə göndərilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş son dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 384.0.6, 400, 402, 405, 406-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12441/2021 saylı, 29 dekabr 2021-ci il tarixli apellyasiyanın mümkünlüyü qərardadı ləğv edilsin. Nizami Rayon Məhkəməsinin 2(007)-877/2021 saylı, 01 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilən apellyasiya şikayətinə baxılması qeyrimümkün hesab edilsin və sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Nizami Rayon Məhkəməsinə göndərilsin Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Rəşad Həsənov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1196/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1196/2022
15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver