Məhkəmə qərarları › İş №2(103)-1200/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1200/2021

05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1200/2021 05.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) «İddiaçı” MMC-nin nümayəndəsi X3, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) «İddiaçı” MMC-nin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı «pul” tələbinə dair ilkin iddia və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-yə qarşı «müqavilənin ləğv edilməsi və s.” Tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1869/2020 saylı işi üzrə 07.09.2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) «İddiaçı” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.10.2017-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN LED markalı televizor üçün 444 manat ödənilməmiş hissə, 44 (qırx dörd) manat cərimə, cəmi 488 manat və 26.09.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********86865 Samsung Galaxy J5 markalı telefon üçün 433 (dörd yüz otuz üç) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə, cəmi 476 manat, ümumilikdə 964 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 994 manat Cavabdeh alınaraq «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, hazırkı iddia ərizəsi üzrə cavabdehlə aralarında bağlanmış 16.10.2017-ci il tarixli, 258870 saylı müqavilənin və 26.09.2018-ci il tarixli, 00311548 saylı müqavilənin ləğv edilməsinə, hazırkı iddia ərizəsi üzrə cavabdehdən dəymiş maddi ziyana görə 2000 manat, mənəvi ziyana görə 2000 manat, dövlət rüsumuna görə 30 manat məbləğin onun xeyrinə məcburi qaydada alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1869/2020 saylı işi üzrə 07.09.2020-ci il tarixli qətnaməsi ilə İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddiası qismən təmin edilməli, 16.10.2017-ci il tarixli müqaviləyə uyğun olaraq əsas borc üzrə 444 manat, cərimə borcu üzrə 4 manat, 26.09.2018-ci il tarixli müqaviləyə uyğun olaraq əsas borc üzrə 433 manat, cərimə borcu üzrə 3 manat, ümumilikdə hər iki müqavilə üzrə 884 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 28 manatı, cəmi 912 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia digər hissədə rədd edilməsi, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə cavabdeh) "İddiaçı" MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: “İddiaçı" MMC ilə Cavabdeh arasında 16.10.2017-ci il tarixdə ümumilikdə dəyəri 1792 manat təşkil edən “Hoffmann Led” markalı televizor, 26.09.2018-ci il tarixdə ümumilikdə dəyəri 648 manat təşkil edən İMEİ Kodu **********86865 olan “Samsung Galaxy J5” markalı telefonun alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əlavə edilən “Ödəniş cədvəli”nin 3 və 5-ci bəndlərinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldə bilər. “Müştəri” ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 65 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirilməlidir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 16.10.2017-ci il tarixli müqaviləyə əsasən 44 manat, 26.09.2018-ci il tarixli müqaviləyə əsasən isə 43 manat təşkil edir (səh.8, 12); 26.09.2018-ci il tarixli təhvil-təslim aktına əsasən 26.09.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə “Samsung Galaxy J5” markalı telefon və onun aksesuarları tam qüsursuz halda təhvil verilmişdir (səh.10); 16.10.2017- ci il tarixli təhvil-təslim aktına əsasən 16.10.2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə “Hoffmann Led” markalı televizor tam qüsursuz halda təhvil verilmişdir (səh.14); 11.04.2019-cu il tarixli xəbərdarlıq məktubuna əsasən, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir (səh.18); 20.05.2018-ci il tarixli texniki rəyə əsasən, “Hoffmann Led” markalı televizora texniki baxış keçirilmiş və malda istehlakçı tərəfindən istifadə nəticəsində yaranmış nasazlıq aşkar edilmişdir. Ekran sınıb. Qızıl zəmanətin şərtlərinə əsasən ekran dəyişdirilib və tam işlək vəziyyətdə müştəriyə təhvil verilmişdir (səh.82); 05.03.2020-ci il tarixli aparılan işlər barədə çıxarışa əsasən, Cavabdeh tərəfindən "Galaxy J5 2017” modelli mobil telefon 04.03.2019cu il tarixdə servisə qəbul olunmuşdur. Telefonun ekranı sınmışdır. Müştəri ödənişləri ödəmədiyi üçün Qızıl zəmanət qüvvədən düşmüşdür. Telefon təmir edilməmişdir (səh.49). İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)-1889;2020 saylı mülki iş üzrə 07 sentyabr 2020-ci il tarixli qətnaməsini ləğv edib ilkin iddianın rədd edilməsinə, qarşılıqlı iddiamın təmin edilməsinə yeni dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, iddiaçı ilə razılığa gələ bilmədiklərini, qızının əvvəllər avadanlıqlar aldığı üçün ona qızıl kart verildiyini, sonradan yenidən televizor və telefon götürdüyünü, 3 ay telefon üçün ödəniş edildiyini, sonra telefonun xarab olduğunu, düzəldilməsi üçün iddiaçıya verdiklərini, bir ay telefonun orada qaldığını, ona görə həmin ay ödəniş etmədiklərini, bir ay sonra cavabdehə ödəniş edilmədiyi üçün qızıl kartın ləğv olunduğunu bildirdiklərini, telefonun hələ də iddiaçıda qaldığını, 2019-cu ilin mart ayından ora təhvil verdiyini, həmçinin televizorun da xarab olduğunu, təmir üçün iddiaçıya versə də onu qəbul etmədiklərini, televizorun açılmadığını, ekranın isə sınmadığını, telefonun isə ekranının qaraldığını, lakin sınmadığını və ərizə təqdim edərək qarşılıqlı iddiadan imtina etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "İddiaçı” MMC-nin nümayəndəsi X6 cavabdehin iddiaçının şərtlərini qəbul edərək ərizəyə imza etdiyini, televizorun ekranının yandığını, əvvəl bir dəfə qızıl zəmanətlə pulsuz təmir edildiyini, sonra isə cavabdehin hesabına təmir edilməli olduğunu, lakin 2 dəfə cavabdehin televizoru təmirə gətirdiyini, bu zaman televizoru eyni detalınaeyni qüsura görə ödənişli təmir ediləcəyini bildirildiyini, həmçinin telefonun da təhvil-təslim aktına sındığının qeyd edildiyini, 61 gün telefon üçün aylıq ödəniş edilmədiyi üçün qızıl zəmanət kartının qüvvədən düşdüyünü, televizora aid hissədə apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşsa da telefon üçün borcun ödənilməli olduğunu, lakin telefonu qoyub getdiklərini bildirmiş və şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında mütəxəssis qismində dəvət edilmiş Azərbaycan Texniki Universitetinin “Radiotexnika və telekommunikasiya” kafedrasının professoru X5 rəylər təqdim edərək, mobil telefona baxış keçirildiyini, telefonda çat müşahidə olunduğunu, telefonun zədə aldığını və fiziki təsirə məruz qaldığını, "Hoffman led" markalı televizoruna da baxış keçirildiyini, əvvəl televizorun düzəldiyini, sonra yenidən telvizorun işləmədiyini, ustalar tərəfindən televizora baxılmasının zəruri olduğunu, bu qüsurun nədən yaranmasının müəyyən etmədiklərini, televizorun işıqlanmadığını, televiziya qəbuledicisinin servisdə düzəltmək mümkün olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında mütəxəssis qismində dəvət edilmiş Azərbaycan Texniki Universitetinin “Radiotexnika və telekommunikasiya” kafedrasının professoru X9 telefona baxış keçirilərkən onun düşüb sındığının aşkar edildiyini, televizora baxış keçirilsə də ona labarotar şəraitdə baxılmasının zəruri olduğunu, lakin televizoru onlar tərəfindən tam qaydada baxıla bilmədiyini, istehlakçının eyni defekt üzrə təkrar təmir edilməli olduğunu bildirdiyini, televizorun ekranının göstərmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası MM-nin 324,385-390, 404,442, 560, 567-589, 595-601, 614,615, 622-625; MPM 14.2, 76, 77, 80-82, 106.2, 119, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq apellyasiya şikayətinin dəlilləri qismən sübuta yetirildiyindən qarşılıqlı iddiaya münasibətdə iş üzrə icraata xitam verildiyindən qətnamənin ləğv edilməsi nəzərə alınmaqla ilk iddia qismən təmin edilməklə yeni qətnamə qəbul edilməlidir. Qeyd edilməlidir ki, televizora aid hissədə təmirdən sonra onun yenidən eyni qüsurlara məruz qalması bu hissədə ilk iddianın təmin edilməsinə əsas vermir, lakin telefonun qüsurunun birmənalı olaraq iddiaçıya aid olmaması ona aid hissədə borcun ödənilməsini tələb edir. Bununla belə, qarşılıqlı güzəştlərin zəruriliyi və qarşılıqlı münasibətlərin tənzimlənməsi baxımından əks-təsirlərə məruz qalan cavabdehdən cərimənin tutulmasını kollegiya mütənasiblik prinsiplərinə zidd hesab edir. Apellyasiya şikayəti qismən əsassız olduğundan məhkəmələrə müraciətlərlə bağlı məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1869/2020 saylı işi üzrə 07.09.2020-ci il tarixli qətnaməsi ləğv edilsin (qarşılıqlı iddiaya münasibətdə iş üzrə icraata xitam verildiyindən qətnamənin ləğv edilməsi nəzərə alınmaqla) ilk iddia qismən təmin edilməklə yeni qətnamə qəbul edilsin. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddiası qismən təmin edilsin. 26.09.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********86865 Samsung Galaxy J5 markalı telefon üçün 433 manat pul məbləği Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar