Məhkəmə qərarları › İş №2(103)-12023/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12023/2021

13.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12023/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 və cavadeh Cavabdeh1 ASC-nin nümayəndəsi Babayev Nazim Əziz oğlunun iştirakları ilə, İddiaçı cavadehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2na, X3 və Cavabdeh4 Raqif oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2631/2021 saylı işi üzrə 15 noyabr 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh4 Raqif oğlu ilə Cavabdeh1 ASC arasında Cavabdeh2 bağlanmış 30 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi və iddianın təmin tədbiri barədə ərizə verərək, mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək Göyçay şəhəri, R.İsayev küçəsi, 41 saylı evin, 17 saylı mənzilin üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsinin, ipoteka ilə yüklü edilməsinin, bağışlanılmasının və s. sərəncamların verilməsinin cavabdehlərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2na, X4 və Cavabdeh4 Raqif oğluna qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə cavabdeh "xxxx" ASC-nin mülkiyyətində olan Göyçay şəhəri, R.İsayev küçəsi, 41 saylı evin, 17 saylı mənzilinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Cavabdeh "Bank Respublika” ASC şikayət verərək qərardadın ləğv edilməsini və iddianın təmin tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 15 noyabr 2021ci il tarixli qərardadı ilə (Mülki Prosesual Məcəllənin 157.1 və 157.2, 158.1.1-ci maddələrinə istinadən) cavabdeh "xxxx" ASC-nin şikayətinin təmin edilməsi, cavabdeh "xxxx" ASC-nin mülkiyyətində olan Göyçay şəhəri, R.İsayev küçəsi, 41 saylı evin, 17 saylı mənzilinin özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qərardadın ləğv edilməsi və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddianın təmin tədbiri barədə ərizəsi təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin 2(009)-2631/2021 saylı iş üzrə 15.11.2021-ci il tarixli qərardadını ləğv edərək iddianın təmini tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 157.1, 157.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İş üzrə Cavabdeh4 Raqif oğlu ilə 02.11.2007-ci il tarixində rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Birgə aparılmış təsərrüfat fəaliyyəti ilə qazanılmış gəlir hesabına 17 dekabr 2009-cu ildə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,4 kv. m olan 3 otaqlı mənzili almışlar. Bir müddət həmin mənzildə yaşadıqdan sonra işi ilə əlaqədar olaraq Bakı şəhərində yaşamalı olmuşlar. 2021-ci ilin sentyabr ayında təsadüfən rayondakı evdə olarkən evə poçtalyon məktub gətirdi. Ona məlum olub ki, birgə nikah dövrü aldıqları mənzil xəbəri olmadan 30 dekabr 2014-cü il tarixində Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü olunaraq iş üzrə cavabdeh, həmçinin qaynatsı X2 adına elə Cavabdeh1 ASC- dən 46000 ABŞ dolları məbləğində kredit götürülmüşdür. Həmin kredit borcu ödənilmədiyi üçün məhkəmə qətnaməsi ilə əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş gəlirin kredit borcuna ödənilməsi qət edilmiş, məhkəmə qətnaməsi qanuni qüvvəsin alaraq icraya yönəldiyindən mənzil açıq hərracda satışa çıxarılmışdır. Bundan sonra məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq qeyd olunan ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Əmlak üzərində mülkiyət hüquqları hərrac vasitəsi ilə cavabdehlərədən Cavabdeh1 ASC-yə keçdiyindən və cavabdeh etdiyi qanunsuz hərəkətdən məlumatlı olduğundan əmlakı başqa şəxsə satmaqla məsuliyətdən yayınmağa çalışacaqdır. Onun nə mübahisələndirilən ipoteka müqaviləsindən, nə də ki, qeyd olunan məhkəmə çəkişmələrindən məlumatı olmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2631/2021 saylı işi üzrə 23 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, iddiaçının əri atasının biznesi ilə bağlı mənzili girov qoyaraq bankdan pul əldə etdiyini, bu zaman iddiaçının xəbərinin olmadığını, tərəflərin Bakı şəhərində yaşadığını, ipotekaya yönəldilmə barədə məhkəmə qərarından rayona gedən zaman xəbərdar olduğunu, iddiaçının mülkiyyət hüququqlarının pozulduğunu, imzanın saxtalaşıdırılaraq razılıq ərizəsi əldə edildiyini, hərrac keçirildiyini və mənzilin bankın mülkiyyətinə verildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavadeh Cavabdeh1 ASC-nin nümayəndəsi Babayev Nazim Əziz oğlu apellyasiya şikayətini qəbul etməyərək, imzanın saxta olmasının qanunvericilikdə qeyd edilmiş yolla müəyyən edilmədiyini, notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinin müvcud olduğunu,qarşı tərəfin məhkəmə qərarlarından xəbərdar olduğunu, iddia tələbləri üzrə məhkəmə qərarlarının qüvvədə olduğunun, mənzilin artıq bankın mülkiyyətində olduğunu və müddətin ötürürldüyünü bildirmiş və şikayət əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavadehlər Cavabdeh2, X5 və Cavabdeh4 Raqif oğlunun iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24(İİİ), 80, “X8 haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 63-67 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 14, 15, 77, 88, 157-164, 236, 371, 372, 386, 388; 397.2-ci maddələrinə əsasən hesab edir ki, qərardad ləğv edilməli və iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, müvəqqəti təminat tədbiri mülki dövriyyəni (hüquqları) məhdudlaşdırsa da, lüzumsuz yerə hüquqlardan məhrum edilməsinə və sui-istifadə hallarına şərait yaratmamalı, habelə mülki hüquq subyektlərinin bərabərliyini, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyini, mülkiyyətin toxunulmazlığını, müqavilələr azadlığını, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılmasını, pozulmuş hüquqların bərpasının təmin edilməsini, mülki hüquqların məhkəmə müdafiəsi prinsiplərinin həyata keçirilmə mütənasibliyini və tarazlığını təmin etməlidir. Kollegiya hesab edir ki, iddianın təmin edilməsi barədə təmin tədbiri iddianın əsaslılığına dair ilkin sübutların da mövcudluğunu tələb edir, əks halda qeyd edilən prosessual hüquq normasının tətbiqi dispozitiv imkandan və diskression səlahiyyətlərdən sui-istifadəyə şərayit yaradan hal kimi yolverilməzdir. Lakin mahiyyəti üzrə araşdırılması tələb edilən müəcərrəd hallar istisna təşkil edir və belə hallarda müvəqqəti təminat tədbirinin həyata keçirilməsinə zərurət mövcud olmuş olur. Əks halda isə, tələb edilən iddianın mahiyyətini təşkil edən hallara qabağcadan qiymət verilməsi insan hüquq və azadlıqlarının təmin edilməsində prosessual pozuntunun bərpaedilməz nəticələrini istisna etmir. Qeyd edilməlidir ki, mülki prosessual qanunvericilik heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını ehtiva edir. Hazırki iş üzrə İddia tələbinin təmin edilməməsinə, müvəqqəti təminat tədbirinin iddia ilə əlaqəsinin olmamasına yönəlik, yaxud bu növ tədbiri istisna edən digər hallar müəyyən edilmir və özgəninkiləşdirməyə qadağa qoyulması növündə görülmüş müvəqqəti təminat tədbiri mülki hüquqların məhkəmə müdafiəsi prinsiplərinə, onların həyata keçirilmə mütənasibliyinə və tərəflərin hüquq bərabərliyi üzrə prosessual tarazlığın təmin edilməsinə ziddiyyət təşkil etmir. Diqqətə çatdırılmalıdır ki, gələcəkdə iddia tələbinin təmin edilmədiyi təqdirdə maraqlı şəxslərin zərərdən irəli gələn tələblərinin irəli sürməsi hüquqları vardır. Hazırki iş üzrə müvəqqəti təminat tədbiri barədə qərardadın ləğvi əsaslandırılmamış və səbəbləri müəyyən edilməmişdir. Halbuki işin halları ərizənin saxtalaşdırılması, əmlak hüquqlarının pozulması və digər - mahiyyəti üzrə ciddi araşdırılması tələb edilən dəlillərlə əhatə edilmişdir. Ona görə məhkəmənin 15.11.2021-ci iltarixli qərardadı ləğv edilməli və nəticə etibarı ilə iddiaçı tərəfindən mübahisələndirilməyən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 28 oktyabr 2021-ci il tarixli qərardadı öz qüvvəsin almaqla, mahiyyəti üzrə baxılmasının davam etditilməsi üçün iş birinciı instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397, 398,400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2631/2021 saylı işi üzrə 15 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlərin aprılmasının təmin edilməsi üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın..

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar