Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1203/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X21 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X8 ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi-vəkili Vəkil1 Feyzulla oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 7 saylı Notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2948/2024 saylı 29 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsindən verilmiş FM seriyalı 013383 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xutor, 2-ci şimal şitilliyi 80 ünvanında yerləşən ümumi sahəsi 45,1 kv.m olan 2 otaqlı fərdi yaşayış evi xx.xx.2002-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır.
2. “Elektron notariat" X1 çıxarışdan görünür ki, İddiaçı X6 xx.xx.2016-cı il tarixdə 30 illik müddətə xx.xx.2046-cı il tarixədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri etibar etmişdir. Etibarnaməyə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.
3. X9 tərəfindən Bakı şəhəri 7 saylı notariat ofisində verilmiş 14 sentyabr 2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xutor, 2-ci Şimal Şitilliyi 80 ünvanında yerləşən evin Cavabdeh bağışlanmasına etirazı yoxdur.
4. Şahid tərəfindən Bakı şəhəri 7 saylı notariat ofisində verilmiş 14 sentyabr 2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xutor, 2-ci Şimal Şitilliyi 80 ünvanında yerləşən evin Cavabdeh bağışlanmasına etirazı yoxdur.
5. X10 tərəfindən Bakı şəhəri 51 saylı notariat ofisində verilmiş 29 sentyabr 2020-ci il tarixli ərizədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xutor, 2-ci Şimal Şitilliyi 80 ünvanında yerləşən evin özgəninkiəşdirilməsinə, satılmasına və evdən istifadə hüququna xitam verilmsinə razıdır. Habelə alqı-satqı müqaviləsi rəsmiləşdikdən sonra həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürür.
6. İddiaçı və Cavabdeh arasında Bakı şəhəri 7 saylı notariat ofisində bağlanmış 30 sentyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Xutor, 2-ci şimal şitilliyi 80 ünvanında yerləşən ümumi sahəsi 45,1 kv.m olan 2 otaqlı fərdi yaşayış evini hədiyyə alan Cavabdeh bağışlamışdır. Müqavilə hədiyyə verən qismində İddiaçı əvəzinə X12, hədiyyə alan qismində Cavabdeh tərəfindən imzalanmışdır.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri 7 saylı Notariat ofisinin xüsusi X3 tərəfindən təsdiq edilmiş, Reyestrdə 4Ə-445 nömrə ilə qeydə alınmış onunla Cavabdeh arasında bağlanmış Daşınmaz Əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, ona məxsus Nərimanov rayonu 2-ci Şimal şitilliyi küçəsi ev 80 ünvanında yerləşən yaşayış evi vardır. Həyat yoldaşı və övladları ilə birlikdə həmin evdə yaşamışdır və hal-hazırda da yaşayır. Qızının həyat yoldaşı X12 ona torpaq sahəsi alınması ilə əlaqədar etibarnamə lazım olduğunu bildirdi. Qeyd etdi ki, notariat orqanlarına və Daşınmaz Əmlaka gedib-gəlməyinə ehtiyac yoxdur, buna görə də ona etibarnamə versin, bu məsələləri özü həll etsin. Bu məqsədlə ona Bakı şəhər 7 saylı Notariat ofisində xx.xx.2016-cı il tarixdə verilmiş 9419 nömrəli Reyestrlə təsdiq olunmuş etibarnamə vermişdir. Etibarnamə torpaq alınması məqsədi ilə verilmişdir. 30 sentyabr 2020-ci il tarixdə X12 ona məxsus, hal-hazırda da yaşadığı yaşayış evini həyat yoldaşı, qızı Nəsirova Üİkər Əhməd qızına bağışlamışdır. Bağışlama müqaviləsi Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi X4 tərəfindən 4Ə-445 reyestr nömrəsi ilə təsdiq edilmişdir. Həm etibarnamə, həm də ona məxsus yaşayış evinin bağışlanması müqaviləsi eyni Notariat ofisində təsdiq edilmişdir. Qeyd olunan məsələni 2023-cü ilin axırlarında öyrənmiş və dəfələrlə evinin geri qaytarılmasını tələb etmişdir. Qızı Cavabdeh evinin geri qaytarılmasını tələb etmiş, qızı evin qaytarılmasını və bağışlama müqaviləsinin ləğv olunmasını istədiyini bildirsə də, ona Rövşən Nəsirov tərəfindən hədə-qorxu gəlindiyini və onu evdən çölə buraxmadığını bildirmişdir. Cavabdeh bağışlanmış əmlakın geri qaytarılmasını istədiyini bildirmişdir. Bağışlama müqaviləsinin təsdiq olunması və onun R.Nəsirov tərəfindən həyat yoldaşı Cavabdeh bağışlanması mülki qanunvericiliyin tələblərinə tamamilə ziddir. R.Nəsirov öz həyat yoldaşının adına ona məxsus evi bağışlaması dolayısı ilə öz adına müqavilə bağladığını təsdiq edir. Həmin evi gələcəkdə elə özünün istifadə edəcəyini və yaxud özgəninkiləşdirəcəyini və xeyir götürəcəyini təsdiqləyir. Ümumiyyətlə bu müqavilə dolayısı ilə öz xeyrinə bağlanmış hesab olunur. Ona görə də, AR MM-in 359.3-cü maddəsinə ziddir. Digər tərəfdən xəbəri olmadan, tamamilə başqa məqsəd üçün verdiyi etibarnaməni onun və övladlarının ziddinə istifadə etmişdir. Özü və digər övladları qeyd edilən ünvanda yaşadıqlarına və həmin ünvanda yaşamaqlarına əlaqədar heç bir mübahisə olmadığına görə, yaşayış evinin özgəninkiləşdirilməsindən xəbərləri olmamışdır. 2023-cü ilin sonlarında bu barədə məlumatları olub və dəfələrlə evin geri qaytarılmasını tələb etsə də, bağışlanma müqaviləsi qüvvədə qalmışdır.
9. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 öz ifadəsində bildirmişdir ki, anasının adında torpaq sahəsi olmuşdur. Rövşən Nəsirov anasına bildirmişdir ki, “gəl həmin torpaq sahəsini adından çıxarım.” Anasını aparıb 30 illik etibarnamə almışdır. “Asan Xidmət” Mərkəzində məlumatları olmuşdur ki, artıq evi iddiaçının adına keçirmişdir. Dəfələrlə əlaqə saxlamışlar, onlar demişlər ki, Rövşən onların pulunu verəcək, ancaq ondan sonra yenidən anasının adına keçirər. Anası özü də Rövşən Nəsirovla danışıb və o hər dəfə bildirirdi ki, “gəlib səni aparacam və təzədən sənin adına keçirəcəm”. Sonradan tikilən iki otağa dair çıxarışın alınması üçün qeydiyyatda olduqlarına görə imzalarının vacib olmasını bildirmiş, buna görə notariusda ərizə vermişdir. Ərizəni oxumamış imzalamışdır, çünki Rövşən Nəsirovu qardaşı bilmişdir. Özü orta təhsillidir, oxuma-yazma bilir. Notariusda onlara izah olunmamışdır. Rövşən Nəsirova inanmışdır. Ata evindən imtina etməyi mümkün deyil. Rövşən Nəsirov onu yoldaşı ilə ora aparıb, digər bacısını isə ayrı aparıb. Bacısı - cavabdeh ilə münasibətləri çox yaxşı olub, lakin onu və yoldaşını aldatdıqdan sonra araları pozulmuşdur. Rövşən Nəsirov bacısı ilə əlaqə saxlamağa icazə verməmişdir. Hazırda ailəsi ilə birlikdə anasının evində yaşayır.
10. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 öz ifadəsində bildirmişdir ki, İddiaçı qudasıdır. Evin sənədi Rövşən Nəsirova veriləndə orada olmuşdur. İddiaçı şəxsiyyət vəsiqəsini və evin sənədlərini vermişdir ki, evi qızının adına keçirsin. İddiaçı yoldaşının əmisi gəlinidir və onunla hər hansı bir düşmənçilikləri olmayıb.
11. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid öz ifadəsində bildirmişdir ki, Rövşən Nəsirovdan içində yarımçıq tikilən ev ilə torpaq sahəsi almışdır. Ona inanmış və alqı-satqı etməmişdir. Ona saxta sənəd verdikdən sonra bunu bilmişlər. Rövşən Nəsirov qayınanasına bildirmişdir ki, çıxarış alınmalıdır, dostu var, tələsir və tez hamısına sənədi imzalatdırmışdır. Saxta sənədi üzə çıxaranda iddiaçıya bildirmişdir ki, sənədləri araşdırsın, çünki iddiaçı sənədləri tələb edəndə o, müxtəlif bəhanələrlə sənədi vemirdi. xx.xx.2020-ci ildə notariatda ərizənin tərtib olunması zamanı notariusun içərisində olmamışdır. Onlara qonaq getmişlər, bu zaman onları maşına oturdaraq notariusa gedərək sənədi imzalamalarını demişdir. İmzanı notariusun çölündə qapıda çəkmişdir. Sənədə qol çəkəndə oxumağı özünə rəva bilməmişdir. Ona inanmışdır. Ona bildirmişlər ki, bu çıxarışın alınması üçün lazımdır. Ərizədə olan şəkil özünə məxsusdur.
12. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 öz ifadəsində bildirmişdir ki, iddiaçının qızıdır. Ərizə yazmaq üçün notariusda olmuşdur. Bacısına sənədi imzalatdırdıqdan bir həftə sonra Rövşən Nəsirov ona tez-tez zəng etmişdir. Anasına məxsus evin iki otağının çıxarışı var, digər üç otağının isə yoxdur. O, bildirmişdir ki, tanış adamı var və üç otağa dair onların razılığını almaqla çıxarış alacaqdır. Özü “X25”da baş tibb bacısı işləyir və bu səbəbdən icazə almaqda çətinlik çəkir. Bir gün ona zəng vuraraq adamının orada olduğunu, xaricə gedəcəyini bildirmişdir. Rövşən Nəsirov onu iş yerindən götürüb yaxınlıqda olan notariusa aparmışdır. Notariusda ona sənəd təqdim etmişlər. Özü orta təhsillidir. Həmin sənədi imzalamamışdan əvvəl oxumaq istəmişdir, lakin Rövşən Nəsirov tələsdiyini deyərək oxumağa qoymamış və bildirmişdir ki, surətini verəcək. Digər vərəqləri imzalayanda göz gəzdirərək oxumaq istəmiş, lakin Rövşən Nəsirov yenə də tələsdiyini deyərək oxumağa qoymamışdır. Avtomobilə əyləşəndə sənədləri təqdim etməsini, oxumaq istədiyini demiş, lakin Rövşən Nəsirov sənədləri götürmədiyini, “WhatsApp” vasitəsilə göndərəcəyini bildirmişdir. Notariusa hansı tarixdə getdiyi dəqiq yadında deyildir. Ərizənin üç otağa dair çıxarış alınması üçün lazım olduğu bildirilmişdir. İddiaçının əvvəlcədən Rövşən Nəsirova etibarnamə verilməsi barədə məlumatı olmayıb. Bacısına torpaq satdıqdan sonra məlumatları olmuşdur ki, anası ona 30 illik etibarnamə verib. Anası sonradan həmin etibarnaməni ləğv etdirmişdir. Özü 20 ildir ailə qurmuşdur, lakin həmin evdə qeydiyyatdadır. Əvvəllər yaxın münasibətləri olmuşdur, belə bir şey edəcəyinə inanmamışdır. Bundan sonra notariusa yaxınlaşmamışdır, çünki belə bir mübahisə olmamışdır.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2948/2024 saylı 29 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2016-cı il tarixdə notariat qaydada 30 il müddətinə verilmiş etibarnamədən görünür ki, onda iddiaçı tərəfindən digər səlahiyyətlərlə bərabər X6 iddiaçının harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etmək, onun üzərində sərəncam vermək səlahiyyətləri etibar edilmişdir. Qeyd olunan tarixdə bağışlanmış əmlak iddiaçının mülkiyyətində (xx.xx.2002-ci il tarixdən) olmuşdur. Etibarnamə notarial qaydada təsdiq edilmişdirsə, əksi sübut edilənə qədər, həmin etibarnamənin məzmununun və mahiyyətinin notarius tərəfindən izah edilmiş olması prezumpsiyası qüvvədə olmalıdır. Çünki, bu notariusun birbaşa vəzifəsidir və notarial təsdiq etmənin əhəmiyyəti də şəxsin fəaliyyət qabiliyyətinin yoxlanılması, bağlanılan əqdin qanunazidd olmaması, şəxsə verdiyi etibarnamənin, bağladığı əqdin və s. hansı nəticələr doğura biləcəyinin hüquqi baxımdan izah edilməsi və onun bu məsələlər barədə məlumatlı olmasından ibarətdir. Əks yanaşma notarial qaydada təsdiqləməni əhəmiyyətsiz edər və notarius tərəfindən təsdiq edilmiş etibarnamə ilə sadə yazılı etibarnamənin arasında heç bir fərq olmazdı.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, etibarnamə iddiaçının iştirakı ilə Bakı şəhəri 7 saylı notariat ofisində tərtib olunmuş və imzası ilə təsdiq edilmişdir. İddiaçı əmlaklarına dair sərəncam vermək hüquqlarının X2 barədə iradə ifadəsini etibarnaməni notariat orqanında öz imzası ilə təsdiq edərək ifadə etmişdir. İddiaçının etibarnamə üzrə verilən səlahiyyətlərin məzmunu ilə tanış olması, eləcə də, notarius tərəfindən etibarnamənin məzmunu və etibarnamə verən tərəfin hüquqları iddiaçıya izah edilməsi iddiaçının həmin etibarnaməni imzalaması ilə təsdiqlənir.
16. Məhkəmə onu da qeyd etmişdir ki, 30 sentyabr 2020-ci il tarixli bağışlanma müqaviləsi iddiaçının xx.xx.2016-cı il tarixdə, yəni müqavilə bağlanmazdan əvvəl verdiyi və 30 il müddətində qüvvədə olan etibarnamə əsasında bağlanmışdır və iddiaçı həmin müqavilənin bağlanması ilə bağlı iradə ifadəsinin olmadığını bildirsə də, həmin iradə ifadəsi hələ müqavilə bağlanmamışdan əvvəl iddiaçı tərəfindən cavabdeh X6 bütün əmlakları üzərində sərbəst sərəncam verməyi özündə ehtiva edən etibarnamənin verilməsi ilə həyata keçirilmişdir.
17. Məhkəmə şahid ifadələri ilə bağlı qeyd etmişdir ki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Bu baxımdan şahid ifadələri məhkəmə tərəfindən iddianın təmin edilməsi əsası kimi qəbul edilə bilməz.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 144.1, 337.1, 337.2, 337.3, 337.4, 359.1, 360.1, 362.1, 366.1, 366.2, 666.1 və 668.1.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
19. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2948/2024 saylı 29 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
20. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, R.Nəsirov öz həyat yoldaşının adına ona məxsus evi bağışlaması dolayısı ilə öz adına müqavilə bağladığını təsdiq edir. Həmin evi gələcəkdə elə özünün istifadə edəcəyini və yaxud özgəninkiləşdirəcəyini və xeyir götürəcəyini təsdiqləyir. Ümumiyyətlə bu müqavilə dolayısı ilə öz xeyrinə bağlanmış hesab olunur. Ona görə də, AR MM-in 359.3-cümaddəsinə ziddir. Digər tərəfdən onun xəbəri olmadan, tamamilə başqa məqsəd üçün verdiyi etibarnaməni onun və övladlarının ziddinə istifadə etmişdir. O və digər övladları qeyd edilən ünvanda yaşadıqlarına və onların həmin ünvanda yaşamağı ilə əlaqədar heç bir mübahisə olmadığına görə, yaşayış evinin özgəninkiləşdirilməsindən xəbəri olmamışdır. 2023-cü ilin sonlarında bu barədə məlumatı olub və dəfələrlə geri qaytarılmasını tələb etsə də, bağışlanma müqaviləsi qüvvədə qalmışdır. Bağışlama müqaviləsinin təsdiq olunması ilə əlaqədar notariat işini və digər sübutları məhkəmə iclasında təqdim etmişdir. X13 qorxutması, hədələməsini əks etdirən səs yazılarını, məhkəməyə təqdim etsə də, məhkəmə ümumiyyətlə bu sübutların qətnamədə adını çəkməmiş və bunlara heç bir hüquqi qiymət verməmişdir. Ümumiyyətlə, əri tərəfindən küncə sıxılmış və təzyiqlərə məruz qalmış, iş üzrə Cavabdeh ifadələrindəki dolaşıqlıq və ziddiyyət məhkəmənin nəzərindən qaçmışdır. Çünki onun mərhum əri İskəndərov Əhməd heç vaxt qeyd edilən mənzilin sahibkarı və mülkiyyətçisi olayıb. Buna görə də, Cavabdeh şifahi də olsa özünə vərəsə kimi bildirməyib. Axı onun həm arvadı, həm də Cavabdeh başqa 2 qız övladı da vardır. Mülki iş üzrə şahid digər qızı X9 məhkəmə araşdırması zamanı verdiyi aydın ifadələrdə bildirib ki, R.Nəsirov onun bacısının əri olduğundan istifadə edib öz qayınanasını aldatdığı kimi onu da aldadıb, etibarlarından istifadə edib. Nəticədə Nəsirov notariusda olduqda qərəzli şəkildə ona ailə ilə əlaqə yaradmağa da icazə verməyib və tələsik ona sənədlər imzalatdırıb. Qeyd edilən bu sübutlar və digər şahid ifadələri, həm də ziyançəkmişlərin cavabdehin əri Nəsirov Rövşən tərəfindən aldadıldıqları zaman məruz qaldıqları mental-mənəvi təzyiqlər nəzərə alınmayıb. Mülki iş üzrə qətnamə işin hallarına uyğun və lazımi araşdırılma aparılmadan, sübut və dəlilərə, şahid ifadələrinə düzgün hüquqi qiymət verilmədən çıxarılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2948/2024 saylı 29 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, 2012-ci ildə həyat yoldaşı rəhmətə getmişdir. Zirədə torpaq sahələri var idi, torpaq sahəsi onun adına idi. Torpaq sahəsi onun adından çıxmalı idi, qarşı tərəf onu Şüvəlana apardı və bir sənədə imza çəkdirdi, o, nəyə qol çəkdiyini bilmədi. “Asan Xidmət”də ona bildirdilər ki, 2016-cı ildə o, qarşı tərəfə etibarnamə vermişdir. Onun 3 övladı var, o, onlara verərdi də etibarnaməni yad oğluna niyə verirdi? O, etibarnaməni ləğv etdirdi, qarşı tərəf onu aldadaraq 30 illik etibarnaməyə imza çəkdirmişdir. O, etibarnamə verdiyini bilmirdi, o, təkcə Zirədəkə torpaq sahəsini adından çıxarmaq istəyirdi. İddia ərizəsində o, etibarnamənin verilməsi ilə bağlı yazmamışdır, görünür orada səhv yazılmışdır. Vəkili iddia ərizəsini səhv vermişdir. Zirədəki torpaq sahəsi onun adından çıxaraq ona verilməli idi, bununla bağlı razılıqları var idi. Torpaq sahəsi Ülkərin adınadır. Torpaq sahəsinin qarşı tərəfin adına nə zaman keçməsindən məlumatı yoxdur. Onun yoldaşının evə heç qeydiyyatı yoxdur, qaz, işıq, su və s. sənədlər onun adınadır. O, nəyə imza çəkdiyini bilməmişdir, oxumamışdır. Onun etibarnamədən çox gec xəbəri oldu. 2016-cı ildə onu aldadıbdır. Bağışlama müqaviləsi bağlanan zaman o, notariusa getməmişdir. Notarius ona heç nəyi izah etməmişdir. Ülkər xanımın 2 ildir onunla əlaqəsi yoxdur. Çıxarışın Cavabdeh adına keçməsindən 2022-ci ildə məlumatlı olmuşdur. Qalan 3 otağı da çıxarışa salmaq üçün cıxarışı Rövşənə verdi. 23.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs birinci instansiya məhkəməsində şəxsən iştirak etmiş və bütün suallara cavab vermişdir. Birinci instansiya məhkəməsində suallar əsnasında müəyyən edildi ki, qarşı tərəf ali təhsillidir, oxumadan mümkün deyildir ki, imza çəksin. İş materiallarında olan sübutlar göstərir ki, qarşı tərəf bağışlama müqaviləsindən məlumatlıdır. Tamamilə sübuta yetirilmiş məhkəmə qətnaməsi olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Ülkər xanımın atası sağ ikən ona Ülkər xanım və yoldaşı baxmış, bütün xərclər onlar tərəfindən çəkilmişdir. Ülkər xanımın atası sağ ikən həmin evi qızı Ülkər xanıma vermişdir. Burada şifahi vərəsəlik vardır. Buna görə də Cəmilə xanım etibarnamə vermişdir ki, gedin ev məsələsini həll edin. Burada özü barədə əqd bağlama da yoxdur. İstəsə idi özü barədə alğı-satqı edərdi. Əgər Ülkər xamımla yoldaşı gələcəkdə boşansa bu əmlak tam şəkildə Ülkər xanıma məxsus olacaqdır. Cəmilə xanım hazırda həmin evdə yaşayır. Həmin evdə qeydiyyatda olan qızları və kürəkənidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, o, heç notariat kontoruna daxil olmamışdır, ona çöldə imza çəkdiriblər. O, dəfələrlə soruşdu ki, girməmisiz? Dedi ki, xeyr. Lakin bununla bağlı iş materiallarında fotoşəkil vardır. Burada yalan ifadə vermə halı vardır. Qarşı tərəf etibarsızlıqla bağlı iddia qaldırdığı üçün Cavabdeh da evdən çıxarılma ilə bağlı iddia qaldırmışdır. 24.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasında iştirak etmədiklərindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiklərindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq norması
25.Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
26.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
27.14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 28.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 29.152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 30.225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikahkontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 31.225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habeləonlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 32.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 33.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 34.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 35.337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 36.339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 37.359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 38.359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 39.362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. 40.362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 41.404.1 və 404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 42.425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 43.560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 44.560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. 45.666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin
46.32.1-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumibirgə mülkiyyəti sayılır. 47.34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikahdövründəhədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata (bundan sonra “Təlimat”)
48.38-ci bəndinə əsasən, notariuslar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar təsdiq etdikləri əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. 49.49-cu bəndinə əsasən, yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin soyadı, adı və atasının adı haqqında elektron sənədi müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır.
Tətbiq edilən prosessual hüquq norması
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
50. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 51.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
52.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. 53.İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətində olmuş, X12 mülkiyyətçinin ona verdiyi 9419 reyestr nömrəli xx.xx.2016-cı il tarixli etibarnamə əsasında həmin əmlakı iddiaçının adından həyat yoldaşı Nəsirova Üİkər Əhməd qızına 30 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən bağışlamışdır. Hazırda iddiaçı 9419 reyestr nömrəli xx.xx.2016-cı il tarixli etibarnaməyə əsasən X5 adından qızı Nəsirova Üİkər Əhməd qızı ilə bağladığı 30 sentyabr 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
54. Kollegiya vurğulayır ki, qanunverici, etibarsız əqdləri subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif etməklə müvafiq maddələrdə qruplaşdırmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamasını ehtiva edir. Bu baxımdan, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu, bu iradənin lazımi formada və doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir.
55. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsi ilə əqdin təmsilçi vasitəsilə də bağlanması mümkünlüyü təsbit edilmişdir. Bununla belə nəzərə alınmalıdır ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Ona görə də bu kateqoriyadan olan işlərə baxılarkən, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olmasıdır.
56. İddiaçı məhkəmə iclasında verdiyi izahatında etibarnamənin verildiyi faktını ümumiyyətlə inkar etsə də, iddia ərizəsinin, apellyasiya şikayətinin məzmunundan, habelə şahid ifadələrindən müəyyən olunur ki, o, özünə məxsus torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə əlaqədar xx.xx.2016-cı il tarixdə cavabdehə müvafiq səlahiyyətləri özündə ehtiva edən etibarnamə vermişdir. Həmin etibarnamə verilən zaman onun, özünə məxsus ünvan 4 ünvanında yerləşən yaşayış evini qızı Nəsirova Üİkər Əhməd qızına bağışlamaq niyyəti olmamışdır. Yəni həmin etibarnaməni verməsində məqsədi mübahisəli evi hər hansı formada, əvəzli və ya əvəzsiz qayadada özgəninkiləşdirmək niyyətindən ibarət deyildir.
57. Lakin işə baxan birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan bu hal nəzərə alınmış, məhkəmə iddiaçının verdiyi etibarnamə əsasında bağışlama müqaviləsi bağlanarkən göstərilən maddi hüquq normalarının tələblərinə riayət edilməməsi barədə irəli sürülən dəlillərə lazımi qaydada hüquqi qiymət vermiş, iddiaçının 30 sentyabr 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən yaşayış evinin qızı Nəsirova Üİkər Əhməd qızına bağışlanmasına yönəlmiş iradə ifadəsinin mövcud olduğunu müəyyən etmişdir.
58. Məhkəmə kollegiyası da qeyd etməyi zəruri sayır ki, işdə olan sənədlərə əsasən, iddiaçının qızı - Nəsirova Üİkər Əhməd qızı və ya onun əri tərəfindən daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlanması məqsədi ilə aldadılması, həmin müqavilənin məzmunundan məlumatlı olmaması və s. barədə dəlillər öz təsdiqini tapmamışdır.
59. Əksinə, əqd bağlayarkən təmsil edənin təmsil edilənin adından mübahisəli fərdi yaşayış evinə dair sərəncam verməyə səlahiyyətli olduğu, təmsil edilənin-iddiaçının iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olduğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə müvafiq olduğu halları müəyyən edilmişdir. Müqavilə iddiaçının iradə ifadəsinə uyğun bağlanmış və həmin müqavilə rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi halları olmamışdır.
60. Belə ki, cavabdeh tərəfin mübahisələndirilən müqavilənin səlahiyyətli şəxs tərəfindən bağlandığını, həmin müqavilənin iddiaçının iradə ifadəsinin nəticəsi olduğunu sübut etmək məqsədilə istinad etdiyi notariat işinin materiallarından göründüyü kimi, mübahisə predmeti olan müqavilə təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin soyadı, adı və atasının adı haqqında elektron sənədi müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə etmiş və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almış, tərəfindən müqavilənin məzmunu aydın şəkildə sonunculara təsvir edilməsi ilə bağlı notariat əməliyyatları qanunvericiliyin şərtlərinə tam əməl edilməklə həyata keçirilmişdir.
61. Daşınmaz əmlakın bağışlanması müqaviləsi notarial qaydada təsdiq edilmişdirsə, əksi sübut edilənə qədər, müqavilənin məzmununun və mahiyyətinin notarius tərəfindən izah edilmiş olması prezumpsiyası qüvvədə olmalıdır. Çünki, bu, notariusun birbaşa vəzifəsidir və notarial təsdiq etmənin əhəmiyyəti də şəxsin fəaliyyət qabiliyyətinin yoxlanılması, bağlanılan əqdin qanunazidd olmaması, şəxsə bağladığı əqdin və sair hansı nəticələr doğura biləcəyinin və s. hüquqi baxımdan izah edilməsi və onun bu məsələlər barədə məlumatlı olmasından ibarətdir.
62. Notariat işinin materiallarında olan ərizələrdən də göründüyü kimi mübahisəli fərdi yaşayış evində qeydiyyatda olan şəxslərə, razılıqları alınan zaman bağlanan müqavilənin, habelə imzaladıqları ərizələrin məzmunu aydın şəkildə təsvir edilməsi ilə bağlı notariat əməliyyatları qanunvericiliyin şərtlərinə uyğun şəkildə həyata keçirilmişdir. Nəzərə alınsa ki, sözügedən şəxslər iddiaçının yaxın qohumlarıdır, bu zaman da iddiaçının mübahisələndirilən müqavilədən məlumatsız olması inandırıcı görsənmir.
63. Müqavilə bağlandıqdan sonra həmin müqavilədən məlumatlı olması işdə olan materiallara əsasən müəyyən edilən İddiaçı da daha sonra (dörd il ərzində) yaranmış bu hüquqi vəziyyətə hansısa formada etiraz etməməsi və əqdi mübahisələndirməməsi (sonrakı davranışı) məhkəmənin gəldiyi qənaəti təsdiqləyir.
64. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşaraq qeyd edir ki, iddiaçı bağışlama müqaviləsinin bağlandığından məlumatlı olmuşdur, əqdin də onun iradə ifadəsinin nəticəsi olduğu aşkardır.
65. Apellyasiya şikayətində iddiaçının istinad etdiyi digər - hədiyyə alan Nəsirova Üİkər Əhməd qızı ilə təmsilçi X5 nikahda olduqlarından sonuncunun özü barəsində əqd bağlaması qadağası pozduğuna dair dəlili ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
66. İddiaçının istinad etdiyi qanun normasına əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bununla yanaşı, Mülki Məcəllənin 359.3-cü maddəsində nəzərdə tutulmuşdur ki,təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.
67. Kollegiya vurğulayır ki, bu qaydanın məqsədi təmsil olunanı qorumaqdır. Çünki təmsil edən özü ilə müqavilə bağladıqda bir tərəfdən təmsil olunan adından hərəkət edir, digər tərəfdə isə özü (öz mənafeyi) olur. Bu halda, təmsilçinin özü ilə təmsil edilən qarşıqarşıya gəldiyi üçün təmsil institutundan gözlənilən (umulan) fayda təhlükə altına düşür. Çünki maraqların toqquşması halında təmsilçi öz mənafeyini üstün tuta bilər.
68. Sözügedən məcburi hüquq qaydasının pozulması ilə bağlanmış əqd həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsızdır. Bununla belə, təmsil olunan təmsilçiyə özü ilə müqavilə bağlamaq üçün səlahiyyət vermişsə və ya bağlanan müqavilə mahiyyəti etibarilə mənafe toqquşmasına imkan yaratmırsa (təmsil olunana zərər verən xüsusiyyətə malik deyilsə), yaxud təmsil olunan əqdi sonradan bəyənirsə Mülki Məcəllənin 359.3-cü maddəsinin tətbiqi istisna olunur.
69. Bu hallarda normanın məqsədinə zidd şəkildə tətbiq edilməsi Mülki Məcəllənin mülki dövriyyəni təmin etmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək vəzifələrinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərinə zidd olardı.
70. Hazırkı halda isə qeyd edilməlidir ki, Nəsirova Üİkər Əhməd qızı ilə X12 ər-arvad olsalar da Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
71. Göstərilən normaların təhlilindən görünür ki, X12 mülkiyyətçinin ona verdiyi etibarnamə əsasında əmlakı mülkiyyətçinin adından öz arvadı (iddiaçının qızı) Nəsirova Üİkər Əhməd qızına bağışlasa da, bağışlama nəticəsində həmin əmlak üzərində, ərarvadın birgə mülkiyyəti hesab olunmadığından onun mülkiyyət hüququ yaranmamış, əldə olunmuş əmlak hesabına hər hansı maddi tələbatlarının ödənilməsi halı baş verməmişdir.
72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
73. Beləliklə apellyasiya şikayətinin dəlilləri üzrə məhkəmə araşdırması zamanı cavabdehin adından verilmiş etibarnamə əsasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab olunması üçün hər hansı əsas müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. 74.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 75.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 76.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2948/2024 saylı 29 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev