Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1205/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1205/2025 (Açar sözlər: əmlak bölgüsü) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X4 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “birgə əmlakın satışından əldə edilmiş vəsaitin bölünməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-475/2024 nömrəli 29 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1959/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində qeydə alınmış və 1743 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 iddiaçı (anaları) İddiaçı yanında saxlanılması, xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşınadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
2. X11 və Cavabdeh arasında bağlanmış 04 sentyabr 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, buraxılış ili 2006-cı il olan “Hyundai Matrix" minik markalı **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobil “110500” manat sonuncuya satılmışdır.
3. Nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışından görünür ki, “Hyundai Matrix” **-KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydə alınmış, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən onun adından qeydiyyatdan çıxmışdır.
4. Cavabdeh və X10 arasında bağlanmış 09 aprel 2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, buraxılış ili 2006-cı il olan “Hyundai Matrix" minik markalı 99KV876 dövlət qeydiyyat nişanlı avtomobil 6000 manat sonuncuya satılmışdır.
5. Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyi Baş X19 İdarəsi tərəfindən vəkil bürosuna ünvanlanmış məktubdan görünür ki, DİN Baş X19 İdarəsi Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasına əsasən hal-hazırda Cavabdeh adında nəqliyyat vasitəsi qeydiyyatda yoxdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Taryel oğlu ilə birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 30-cu məhəllə, 11 saylı evin, 44 saylı mənzili üzərində tərəflərin payları müəyyən edilməklə, 2/3 hissə üzərində İddiaçı, qalan 1/3 hissədə isə Cavabdeh payı müəyyən edilməklə mülkiyyət hüququnun tanınması, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş 2006-cı il buraxılış ili olan, “Hyundai Matrix” markalı, 99KV876 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə Cavabdeh ilə X9 arasında bağlanan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin nəqliyyat vasitəsi üzərində tərəflərin bərabər payları müəyyən edilməklə, 1/2 hissə üzərində İddiaçı, qalan 1/2 hissədə isə Cavabdeh payı müəyyən edilməklə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2680/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “altı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi tələbinə dair” 2(005)-2680/2023 nömrəli mülki işdən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ayrılaraq ayrı-ayrı icraatlarda baxılması qərara alınmışdır.
8. İddiaçının nümayəndəsi-vəkili xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 9813 manat məbləğinin yarısının, yəni 4906 manat məbləğinin və eyni zamanda ekspertiza üçün ödənilmiş 300 manat pulun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə 448 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuşdur. Nikahın pozulması ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və iddia təmin olunaraq məhkəmənin 2(005)-1959/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 iddiaçının yanında saxlanılması qət edilmişdir. Birgə nikah dövründə - xx.xx.2021-ci il tarixdə əldə olunmuş 2007-ci il buraxılış ili olan, KMHPN81UP7U299326 ban nömrəli, “Hyundai Matrix” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman iddianın predmeti olan birgə nikah dövründə əldə edilmiş nəqliyyat vasitəsinin cavabdeh xx.xx.2022-ci il tarixdə həmin nəqliyyat vasitəsinin üzərində 1/2 hissədə mülkiyyət hüququ olan iddiaçının razılığını almadan X2. Birgə nikahdan anadan olan uşaqları onunla yaşayır. Onların hər birinin maddi tələbatlarını təmin etmək tək ana olaraq iddiaçı üçün çətindir. Hesab edir ki, bölgü zamanı onların mənafeləri nəzərə alınmalıdır. Həmin avtomobil tərəflərin birgə nikahda olduqları dövrdə xx.xx.2022-ci il tarixdə satılsa da, iddiaçı cavabdehlə bağladığı nikahının pozulması ilə bağlı xx.xx.2022-ci ildə iddia qaldırmışdır və həmin tarixdən birgə nikah dövründə alınmış mənzildən uşaqları ilə birlikdə köçərək kirayədə yaşayır. Yəni, avtomobil iddiaçının razılığı olmadan satılmışdır.
10. X3 27 iyun 2024-cü il tarixli, 107 saylı qiymətləndirmə rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, 2006-ci il buraxılışlı, 99- KV-876 dövlət qeydiyyat nişanlı, mühərrikinin həcmi 1493 sm3 olan, KMHPN81UP7U299326 ban nömrəli, qara metallik rəngli "Hyundai Matrix" markalı minik avtomobilinin, nəzəri hesablama yolu ilə, hazırkı orta bazar qiyməti ilə təqribi dəyəri 9813,00 manat məbləğində müəyyən edilir.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-475/2024 nömrəli xx.xx.2024cü il tarixli qərardadı ilə 2006-cı il buraxılışlı “Hyundai Matrix minik” markalı nəqliyyat vasitələrinin bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, qərardadın icrası zərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2024-cü il tarixli 9/6194 №-li ekspert rəyindən görünür ki, qərardadda göstərilən 2006-cı il buraxılışlı “Hyundai Matrix" minik markalı avtomobilin normal vəziyyətdə orta bazar qiyməti hesablama yolu ilə təxminən 10000,00 manat müəyyən olunur.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 oktyabr 2024-cü il tarixli 2(005)-475/2024 nömrəli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia qismən təmin edilmiş, Cavabdeh “Hyundai Matrix” **- KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə olumuş məbləğin yarısı kimi 4906 manat vəsaitin tutularaq İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh 50 manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
14. Məhkəmə göstərmişdir ki, “Hyundai Matrix” 99-KV876 dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikahları dövründə və birgə təsərrüfat apardıqları zaman – xx.xx.2021-ci il tarixdə alınmışdır. Qeyd olunan əmlakın tərəflərin birgə mülkiyyəti olması prezumpsiyasını aradan qaldıran hallara dair sübutlar məhkəməyə təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Göründüyü kimi, avtomobil tərəflərin birgə ümumi mülkiyyəti olmuş və hüquqi nəticə etibarı ilə iddiaçının həmin avtomobilin ½ hissəsinə hüququ yaranmışdır.
15. Məhkəmə hesab etmişdir ki, “Hyundai Matrix” 99-KV876 dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikahları dövründə və birgə təsərrüfat apardıqları zaman – xx.xx.2021-ci il tarixdə alınmışdır. Qeyd olunan əmlakın tərəflərin birgə mülkiyyəti olması prezumpsiyasını aradan qaldıran hallara dair sübutlar məhkəməyə təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Göründüyü kimi, avtomobil tərəflərin birgə ümumi mülkiyyəti olmuş və hüquqi nəticə etibarı ilə iddiaçının həmin avtomobilin ½ hissəsinə hüququ yaranmışdır.
16. Mübahisəli avtomobil xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən tərəflərin münasibətlərinin faktiki pozulduğu vaxtdan qısa müddət sonra artıq ayrı yaşadıqları dövrdə Cavabdeh tərəfindən X1 (tərəflər xx.xx.2022-ci il tarixdən faktiki olaraq ayrılmış, birgə təsərrüfat idarə etməmişdirlər, iddiaçı nikahın pozulması barədə iddia ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, avtomobil 3 gün sonra – xx.xx.2022-ci il tarixdə özgəninkiləşdirilmişdir). İddiaçı qeyd olunan avtomobilin onun razılığı alınmadan satıldığını bildirir.
17. Məhkəmə hesab etmişdir ki, avtomobilin cavabdeh tərəfindən satılmasından iddiaçının məlumatsız olduğu qənaətinə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur və Cavabdeh məhkəməyə bunu təkzib edəcək hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh həmin avtomobili xx.xx.2022-ci il tarixdə iddiaçının məlumatı - razılığı olmadan özgəninkiləşdirmiş, bununla da iddiaçının həmin əmlak üzərində mülkiyyət hüquqları pozulmuşdur.
18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 225.1 maddəsinə, Ailə Məcəlləsinin 32.2.2, 32.3, 33.1, 37.1 maddələrinə, Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 82.3, 115 və 119.1 maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, “Konstitusiya Məhkəməsinin Plenumu “G.Həsənzadənin şikayəti üzrə” 2015-ci il 20 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2023-cü il tarixli qərarına, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 3.9 və 3.11-ci bəndlərində istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh Azərbaycan Dövlət Akademik Milli Dram teatrında xx.xx.2010-cu il tarixdən xx.xx.2018-ci il tarixədək işləmiş və 2010-cu ildə 1641,70 manat, 2011-ci ildə 2514.78 manat, 2012-ci ildə 2719,78 manat, 2013-cü ildə 3015.16 manat, 2014-cü ildə 3402,96 manat, 2015-ci ildə 3329,27 manat, 2016-cı ildə 3572,56 manat, 2017-ci ildə 3492, 11 manat, 2018-ci ildə 889,42 manat gəliri olmuşdur. Lakin cavabdehin qardaşı X12 Nazirliyinin hərbi orkestrinin dirijor müavinidir, həm də kapitan rütbəsini daşıyır və AzTV-nin solistidir, əməkdar artistidir və aylıq gəliri 2000 manatdan yüksəkdir. İddiaçı isə 2010-cu il tarixdən - 2013-cü il tarixədək Azərbaycan Dövlət Akademik Milli Dram teatrında işləyib və aylıq gəliri 250 manat olub. Yəni qazanc yalnız alilənin tələbatını ödəməyə kifayət edirdi. Alqı-satqı müqaviləsində məbləğ 6000 manat yazılmışdır, lakin avtomobil ilə qəza törədilmiş, dəyəri aşağı düşmüşdür. Bununla bağlı sorğu verilsə də, cavab verilməmişdir. Qeyd olunan avtomobil birgə nikah dövründə, əsasən cavabdehin qardaşının vəsaiti hesabına əldə olunmuşdur.
a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı apellyasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, həmin vaxt birgə yaşamadıqlarından avtomaşının satılmasına razılığının olması mümkün deyil. Cavabdehin qardaşının avtomobili alması faktı da yalandır. Mənzil mübahisəsində də cavabdeh buna əsaslanmış, lakin sübut təqdim edə bilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsində də qeyd edilir ki, qardaşı tərəfindən alınmasına dair sübut yoxdur, sübut olsa belə həmin ödənişlər illərlə birgə ailə kimi yaşamış tərəflərə verilmiş hədiyyə olmuşdur. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır. Şikayətin təmin edilməməsini xahiş edir.
b) Proses iştirakçılarının izahatı
22. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. O, həmçinin qeyd edilən avtomaşının likvid dəyərinin müəyyən edilməsi məqsədi ilə məhkəməəmttəşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət təqdim etmişdir. Lakin avtomaşının qəzalı olması, onun dəyərini şübhə altına alacaq hər hansı sübut təqdim edilmədiyinə görə vəsatət təmin edilməmişdir.
23. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
24. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 25.Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
26. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 27.Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
28. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. 29.Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
38. İşin hallarından göründüyü kimi tərəflər xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuş, xx.xx.2022-ci il tarixdə isə nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Mübahisəli avtomaşın xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfindən özgəninkiləşdirilmişdir. Tərəflər xx.xx.2022-ci il tarixdən faktiki olaraq ayrılmış, birgə təsərrüfat idarə etməmişdirlər. İddiaçı nikahın pozulması barədə iddia ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, avtomobil isə 3 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə özgəninkiləşdirilmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, “Hyundai Matrix” **-KV-*** dövlət qeydiyyat nişanlı avtomaşının ümumi mülkiyyətə aid olması halı aşkardır.
40. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 3.9-cu bəndinə əsasən, ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür.
41. Həmin Qərarın 3.11-ci bəndinə əsasən, Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir.
42. Göründüyü kimi, şikayətin dəlillərində qeyd edilən halları sübutetmə yükü cavabdehə aiddir.
43. Cavabdeh hazırda ümumi mülkiyyət prezumpsiyasının əksini iddia etsə də, buna dair – avtomaşının onun qardaşı tərəfindən alınması sübut edilmir.
44. Avtomaşının qəzalı vəziyyətdə satılması ilə bağlı da hər hansı sübut – avtomaşının qəzalı vəziyyətdə satılmasına dair elan, reklam, həmin tarixə olan qüsur aktı və s. cavabdeh tərəfindən təqdim edilmədiyindən kollegiya bu dəlili mötəbər hesab etmir.
45. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-475/2024 nöməli nömrəli iş üzrə 29 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.