Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12053/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5721/2021 saylı, 03.11.2021-ci il tarixli qərardadından verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5721/2021 saylı, 03.11.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Hazırda cavabİddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5721/2021 saylı, 03.11.2021-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-ə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir (maddə 261.0.2). İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir (maddə 262.4). İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31.05.2021-ci il tarixli, 2(102)-3346/2021 saylı qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 351/2020 nömrəli iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-14/18 saylı, 05 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X3 07.10.2015-ci il tarixli 61B8/13 saylı əlavə kredit müqaviləsi üzrə 44099,2 ABŞ dolları məbləğində əsas borc, 8991,5 ABŞ dolları məbləğində faiz borcu, cəmi 53090,7 ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə, 01.12.2015ci il tarixli 61B8/13-4 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 14478,42 manat, faiz borcu üzrə 352,3 manat, cərimə borcu üzrə 500 manat, cəmi 15330,72 manat, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manatın tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin, 52 saylı mənzilinə yönəldilməsi və ilkin satış qiymətinin 82000 manat olmaqla açıq hərracdan satılması, həmin yaşayış sahəsinə tutma yönəldildikdə və o satıldıqdan sonra, cavabdehlər X6, Cavabdeh2, X7, X2 və İddiaçı tərəfindən 1 ay ərzində tərk edilmədikdə, həmin yaşayış sahəsindən çıxarılmaları, ipoteka predmetinin satışından əldə olunan vəsaitin hesabına cavabdeh X4 iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi,iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh X3 iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manatın alınaraq "xxxx" MMC-nin hesabına, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 manatın alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda İddiaçı mübahisələndirdiyi hallarla bağlı (ipoteka müqaviləsi ilə əlaqədar) yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktlarında müəyyən olunmuş hallar mahiyyət etibarı ilə eynilik təşkil edir. Yəni iddiaçının hazırda qaldırdığı iddiada mübahisələndirdiyi məsələlərə (ipoteka müqaviləsinə) artıq hüquqi qiymət verilmişdir Beləliklə Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi MPM-in 261.0.2-ci maddəsinə istinad etməklə iş üzrə icraata xitam verməkdə haqlı olmuşdur. Odur ki, MPM-in 398.0.1-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5721/2021 saylı, 03.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5721/2021 saylı iş üzrə 03 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-12053/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12053/2021
15.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver