Məhkəmə qərarları › İş №2(103)-1207/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1207/2023

14.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1207/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı və X11 cavabdehlər Cavabdeh2, İmişli Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə, Cavabdeh3, Cavabdeh4 Yahya qızına (Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması, vərəsəlik üzrə payların müəyyən edilməsi və yeni vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi) QƏTNAMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X3 ibarət tərkibdə, X23 oğlunun katibliyi, İddiaçılar İddiaçı və X11 etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2, onun etibarnamə əsasında nümayəndəsi X10 və vəkili X31 iştirakları ilə, İddiaçılar İddiaçı və X11 cavabdehlər Cavabdeh2, İmişli Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə, Cavabdeh3, Cavabdeh4 (Azərbaycan Respublikası ƏMDKnın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması, vərəsəlik üzrə payların müəyyən edilməsi və yeni vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2281/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı X19 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin hallarından görünür ki, hər iki iddiaçı iddia ərizəsində qeyd etmişlər ki, anaları X16 05 fevral 2019-cu il tarixdə, ataları X14 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişlər. Cavabdeh bacıları Cavabdeh2 İmişli Regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinə müraciət edərək hər iki valideynlərindən miras qalmış əmlaklarla bağlı vərəsəlik işini açdıraraq analarından və atalarından miras qalan bütün əmlakları - Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi ev 64 mənzil 39 (yeni qaydalarla AZ 1102 ünvan 1 ünvanda yerləşən 39,80 m2 sahəyə malik olan mənzili, ünvan 2 ünvanda yerləşən 39,62 m2 sahəyə malik olan mənzili, Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 4-cü mikrorayon 3169-cu məhəllə, ev-, mənzil 145 (yeni qaydalarla AZ 1102 ünvan 3 ünvanda yerləşən 148,60 m2 sahəyə malik olan mənzili, ünvan 4 ünvanda yerləşən 120,90 m2 sahəyə malik olan mənzili, ünvan 8 yerləşən 55,17 m2 sahəyə malik olan mənzili, ünvan 5 ünvanda yerləşən 85,30 m2 sahəyə malik olan qeyri-yaşayış sahəsini öz adına rəsmiləşdirmişdir. Açılmış vərəsəlik işi ilə bağlı ətraflı məlumat əldə edilməsindən ötrü vəkil ilə hüquqi yardım haqqında müqavilə bağlanılmış və bu müqaviləyə müvafiq olaraq vəkil tərəfindən İmişli Regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinə sorğu verilərək notariat işi istənilmişdir. Qoşmaya əlavə edilmiş notarial qaydada təsdiq edilən vərəsəlik işinin surətindən göründüyü kimi ataları mərhum X5 ölümündən sonra həm ondan, həm də anaları X6 miras qalan əmlaklara dair vərəsəlik işi açılmış və əmlaklar üzərində yalnız Cavabdeh2 payı müəyyən edilmişdir. Vərəsəlik işinin notarial qaydada təsdiq edilmiş surətinin 12-ci səhifəsindən görünür ki, xx.xx.2021-ci il tarixində İmişli RİHB-nin İmişli şəhər İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 2783 saylı arayış verilərək X5 ölümündən sonra ailə üzvləri Cavabdeh2, X20 və İddiaçı həqiqətən mərhumun yaşadığı evdə yaşayaraq mirasın tərkibinə daxil olan əmlakları qəbul etmişlər. Vərəsəlik işinin notarial qaydada təsdiq edilmiş surətinin 20-ci səhifəsindən görünür ki, Cavabdeh2 **********305 saylı notarial qaydada təsdiq edilmiş ərizə ilə notariusa yalan məlumat verərək guya İddiaçı yaşayış yerinin müəyyən olmamasını bildirmiş və İddiaçı susmuş vərəsə hesab edilməyini xahiş etmiş, həmçinin də gələcəkdə İddiaçı tərəfindən pay hüququ ilə bağlı hər hansı bir tələb irəli sürəcəyi təqdirdə onun payını verməyi öhdəsinə götürdüyünü bildirir. Vərəsəlik işinin notarial qaydada təsdiq edilmiş surətinin 22-ci səhifəsindən görünür ki, iddiaçı X19 xx.xx.2021-ci il tarixində ** AA ***5632 saylı imtina ərizəsi ilə X7 ona qalmış miras paylardan imtina edir. Vərəsəlik işinin notarial qaydada təsdiq edilmiş surətinin 34-cü səhifəsindən görünür ki, iddiaçı X19 xx.xx.2021-ci il tarixdə ** AA ***5820 saylı imtina ərizəsi ilə X6 ona qalmış miras paylardan imtina edir. Göründüyü kimi cavabdeh tərəfindən hər iki iddiaçı aldadılaraq bütün əmlaklar cavabdeh tərəfindən öz mülkiyyətinə keçirilmişdir. Bu səbəblə vərəsəlik işinin etibarsız hesab edilərək, verilmiş şəhadətnamələrin ləğv edilməsi, vərəsəliyin qəbulu üçün müəyyən edilmiş müddətin uzadılması, payların tanınması və və yeni vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi haqqında məhkəmə qətnaməsi çıxarılmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçılar İddiaçı və X19 cavabdehlər Cavabdeh2, İmişli Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə (Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması, vərəsəlik üzrə payların müəyyən edilməsi və yeni vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İmişli Regional “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisinin xüsusi notariusu X37 tərəfindən təsdiq edilmiş 201 nömrəli vərəsəlik işi üzrə xx.xx.2021-ci il tarixli 2V-315 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-316 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-378 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-379 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 186 nömrəli vərəsəlik işi üzrə xx.xx.2021ci il tarixli 2V-259 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-280 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X19 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ** AA ***5632 saylı və xx.xx.2021-ci il tarixdə verilmiş ** AA ***5820 saylı imtina ərizələrinin etibarsız hesab edilməsi, tərtib edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında cavabdehin adına verilmiş çıxarışların ləğv edilməsi, İddiaçı üçün anası X6 və atası X4 qalmış mirasın qəbul edilməsindən ötrü müəyyənləşdirilmiş müddətin üzrlü hesab edilərək uzadılıb, miras əmlaklar üzərində ½ payının tanınması və yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, X19 üçün anası X6 və atası X4 qalmış mirasın qəbul edilməsindən ötrü müəyyənləşdirilmiş müddətin üzrlü hesab edilərək uzadılıb, miras əmlaklar üzərində 1/3 payının tanınması və yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İşə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən 17 may 2022-ci il tarixdə iddiaçılar Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, İmişli Regional “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisinin xüsusi notariusu X37 tərəfindən təsdiq edilmiş 201 nömrəli vərəsəlik işi üzrə xx.xx.2021-ci il tarixli 2V-315 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-316 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-378 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-379 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 186 nömrəli vərəsəlik işi üzrə xx.xx.2021-ci il tarixli 2V-259 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-280 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X19 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 74AA5235632 saylı və xx.xx.2021-ci il tarixində verilmiş 74 AA5235820 saylı imtina ərizələrinin etibarsız hesab edilməsi, tərtib edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında cavabdehin adına Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi ev 64 mənzil 39 (yeni qaydalarla AZ 1102 ünvan 1 ünvanda yerləşən 39,80 m2 sahəyə malik olan mənzilə, ünvan 6 ünvanda yerləşən 39,62 m2 sahəyə malik olan mənzilə, Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 4-cü mikrorayon 3169cu məhəllə ev-, mənzil 145 (yeni qaydalarla AZ 1102 ünvan 3 ünvanda yerləşən 148,60 m2 sahəyə malik olan mənzilə, ünvan 5 ünvanda yerləşən 85,30 m2 sahəyə malik olan qeyriyaşayış sahəsinə dair verilmiş çıxarışların ləğv edilməsi, İddiaçı üçün anası X6 və atası X4 qalmış mirasın qəbul edilməsindən ötrü müəyyənləşdirilmiş vərəsəliyin qəbulu müddətinin üzrlü hesab edilərək müddətin uzadılıb, miras əmlaklar üzərində ½ payının tanınması və yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, ünvan 4 ünvanda yerləşən 120,90 m2 sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 100.000 manat məbləğdən İddiaçı payına uyğun olaraq ½ hissədə, yəni 50.000 manat məbləğində və ünvan 8 yerləşən 55,17 m2 sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 79.000 manat məbləğdən İddiaçı payına uyğun olaraq ½ hissədə, yəni 39.500 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi, X19 üçün anası X6 və atası X4 qalmış mirasın qəbul edilməsindən ötrü müəyyənləşdirilmiş vərəsəliyin qəbulu müddətinin üzrlü hesab edilərək uzadılıb, miras əmlaklar üzərində 1/3 payının tanınması və yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, ünvan 4 ünvanda yerləşən 120,90 m2 sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 100.000 manat məbləğdən X11 payına uyğun olaraq 1/3 hissədə, yəni 33.333 manat məbləğində və ünvan 7 ünvanda yerləşən 55,17 m2 sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 79.000 manat məbləğdən X11 payına uyğun olaraq 1/3 hissədə, yəni 26.333 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

4. İşə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən 31 may 2022-ci il tarixdə iddiaçılar Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, İmişli Regional “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisinin xüsusi notariusu X37 tərəfindən təsdiq edilmiş 201 nömrəli vərəsəlik işi üzrə xx.xx.2021-ci il tarixli 2V-315 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-316 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-378 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-379 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 186 nömrəli vərəsəlik işi üzrə xx.xx.2021-ci il tarixli 2V-259 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-280 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X19 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 74AA5235632 saylı və xx.xx.2021-ci il tarixdə verilmiş 74 AA5235820 saylı imtina ərizələrinin etibarsız hesab edilməsi, tərtib edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi ev 64 mənzil 39 (yeni qaydalarla AZ 1102 ünvan 1 ünvanda yerləşən 39,80 m2 sahəyə malik olan mənzilə, ünvan 6 ünvanda yerləşən 39,62 m2 sahəyə malik olan mənzilə, Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 4-cü mikrorayon 3169-cu məhəllə, ev-, mənzil 145 (yeni qaydalarla AZ 1102 ünvan 3 ünvanda yerləşən 148,60 m2 sahəyə malik olan mənzilə, ünvan 5 ünvanda yerləşən 85,30 m2 sahəyə malik olan qeyri-yaşayış sahəsinə, ünvan 4 ünvanında yerləşən 120,90 m2 sahəyə malik olan mənzilə, ünvan 8 yerləşən 55,17 m2 sahəyə malik olan mənzilə dair Cavabdeh2 adına verilmiş çıxarışların, həmçinin ünvan 4 ünvanda yerləşən 120,90 m2 sahəyə malik olan mənzilə dair Cavabdeh4 adına və ünvan 8 yerləşən 55,17 m2 sahəyə malik olan mənzilə dair Cavabdeh3 adına verilmiş çıxarışların ləğv edilməsi, İddiaçı üçün anası X6 və atası X4 qalmış mirasın qəbul edilməsindən ötrü müəyyənləşdirilmiş vərəsəliyin qəbulu müddətinin üzrlü hesab edilərək müddətin uzadılıb, miras əmlaklar üzərində ½ payının tanınması və yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi; ünvan 4 ünvanda yerləşən 120,90 m2 sahəyə malik olan mənzilin satın alınması ilə bağlı Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış ******* nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin və ünvan 8 yerləşən 55,17 m2 sahəyə malik olan mənzilin satın alınması ilə bağlı Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış ******* nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr etibarsız hesab edilməzsə ünvan 4 ünvanda yerləşən 120,90 m2 sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 100.000 manat məbləğdən İddiaçı payına uyğun olaraq ½ hissədə, yəni 50.000 manat məbləğində və ünvan 8 yerləşən 55,17 m2 sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 79.000 manat məbləğdən İddiaçı payına uyğun olaraq ½ hissədə, yəni 39.500 manat məbləğində pulun Cavabdeh2 alınaraq ona verilməsi, X19 üçün anası X6 və atası X4 qalmış mirasın qəbul edilməsindən ötrü müəyyənləşdirilmiş vərəsəliyin qəbulu müddətinin üzrlü hesab edilərək uzadılıb, miras əmlaklar üzərində 1/3 payının tanınması və yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, ünvan 4 ünvanda yerləşən 120,90 m2 sahəyə malik olan mənzilin satın alınması ilə bağlı Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış ******* nömrəli xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin və ünvan 8 yerləşən 55,17 m2 sahəyə malik olan mənzilin satın alınması ilə bağlı Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış ******* nömrəli xx.xx.2021-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr etibarsız hesab edilməzsə ünvan 4 ünvanda yerləşən 120,90 m2 sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 100.000 manat məbləğdən X11 payına uyğun olaraq 1/3 hissədə, yəni 33.333 manat məbləğində və ünvan 7 ünvanda yerləşən 55,17 m2 sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 79.000 manat məbləğdən X11 payına uyğun olaraq 1/3 hissədə, yəni 26.333 manat məbləğində pulun Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, valideynləri vəfat etdikdən sonra onlardan qalmış miras əmlaka dair vərəsə payının müəyyən edilərək ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmək istədikdə ona məxsus olan bütün sənədlərin yoxa çıxdığını müəyyən etmişdir. Həmin sənədlərin cavabdeh - bacısı Cavabdeh2 tərəfindən müraciətinə maneə törətməkdən ötrü götürüldüyünü düşündüyündən bununla bağlı aidiyyəti orqanlara müraciət etmişdir. Hüquq mühafizə orqanları tərəfindən aparılan axtarış nəticə verməmişdir. Belə ki, sənədlərinin tapılmaması ilə bağlı ona İmişli rayon Polis Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə № 168-2998Q saylı arayış verilmişdir. Bundan sonra o, sənədlərinin tapılmasında ona köməklik göstərilməsi üçün mümkün olan bütün dövlət orqanlarına müraciət etmişdir. Lakin, həmin dövlət orqanları tərəfindən də ona köməklik edilməmişdir. O da Rusiya Federasiyası vətəndaşı olduğu üçün itirilmiş pasportunun bərpası məqsədilə Rusiya Səfirliyinə müraciət etmişdir. Müraciətindən aylar sonra, yəni 09 fevral 2022-ci il tarixdə səfirlik vasitəsilə yeni pasportu ona təqdim edilmişdir. Pasportu aldıqdan sonra miras əmlakı qəbul etmək üçün müraciət etmək istədikdə aparılmış araşdırma nəticəsində (pasport olmadığı üçün heç bir dövlət orqanından məlumat alınması mümkün deyildi) müəyyən etmişdir ki, artıq cavabdeh vərəsəlik işini açdırmış və bütün əmlakları öz adına keçirmişdir. O, qardaşı Kurbanov Ərəstun və cavabdeh bacısı Cavabdeh2 öz aralarında belə razılığa gəlmişlər ki, Rusiya Federasiyasında miras qalan əmlakları bütünlükdə Kurbanov Ərəstun, Azərbaycan Respublikasında miras qalan əmlakların isə yarısını o, yarısını da cavabdeh götürməli idi. Lakin cavabdeh onları aldadaraq Azərbaycan Respublikasında miras qalan bütün əmlakları öz mülkiyyətinə keçirmişdir.

6. İddiaçı X19 iddia tələbini onunla əsaslandırmışdır ki, valideynləri vəfat etdikdən sonra cavabdeh bacısı ona müraciət edərək miras əmlakları bölüşdürməli olduqlarını bildirmişdir. Onlar cavabdehlə danışaraq belə razılığa gəlmişlər ki, Rusiya Federasiyasında miras qalan əmlakları bütünlükdə o, öz mülkiyyətinə keçirir və Azərbaycan Respublikasında miras qalan əmlaklar isə İddiaçılə cavabdehin arasında bölüşdürülür. Bunu razılaşdırdıqdan sonra cavabdeh, valideynlərindən miras qalmış əmlaklara dair sənədləşmə işlərinin aparılması üçün onun tərəfindən cavabdehin adına etibarnamə və notarial imtina əriəsinin verilməli olduğunu demişdir. Cavabdeh qeyd etmişdir ki, İddiaçı pasportunu itirib, bu səbəblə sonuncuya etibarnamə verilməsi mümkün deyil və o, etibarnaməni cavabdehin adına verməlidir. Cavabdeh də öz növbəsində vərəslik işini həll edib həm öz payını götürəcək, həm də Natiqin payını verəcək. Bundan sonra o, cavabdehlə razılığa gəlib cavabdehə notarial qaydada etibarnamə və imtina ərizələri vermişdir. Bundan bir neçə ay sonra qardaşı İddiaçı ona məlumat verərək bildirilmişdir ki, cavabdeh əslində Azərbaycan Respublikası ərazisində olan bütün əmlakları öz mülkiyyətinə keçirmiş və ona hər hansı bir pay verməmişdir. Hazırda hesab edir ki, cavabdehin bu qanunsuz əməlinə məhkəmə tərəfindən hüquqi qiymət verilərək baş vermiş bu özbaşınalığa son qoyulmalıdır.

7. İşə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən 31 may 2022-ci il tarixdə iddiaçılar həmçinin ərizə (vəsatət) verərək, Cavabdeh3 və Cavabdeh4 cavabdeh kimi mülki işə cəlb edilməsini xahiş etmiş, məhkəmə tərəfindən qeyd olunan vəsatət təmin edilmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-2281/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov), iddianın qismən təmin edilməsi, İmişli Regional “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisinin xüsusi notariusu X37 tərəfindən təsdiq edilmiş 201 nömrəli vərəsəlik işi üzrə xx.xx.2021-ci il tarixli 2V-315 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-316 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-378 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-379 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 186 nömrəli vərəsəlik işi üzrə xx.xx.2021-ci il tarixli 2V-259 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-280 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, İddiaçı üçün anası X6 və atası X4 qalmış mirasın qəbul edilməsindən ötrü müəyyənləşdirilmiş vərəsəliyin qəbulu müddəti üzrlü hesab edilərək müddət uzadılıb, miras əmlaklar üzərində ½ payının tanınması və yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, ünvan 4 ünvanda yerləşən 120,90 m2 sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 100.000 manat məbləğdən İddiaçı payına uyğun olaraq ½ hissədə, yəni 50.000 manat məbləğində və ünvan 8 yerləşən 55,17 m2 sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 79.000 manat məbləğdən İddiaçı payına uyğun olaraq ½ hissədə, yəni 39.500 manat məbləğində pulun Cavabdeh2 alınaraq ona verilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı üzrlü səbəbdən mirasın qəbul edilməsi ilə bağlı notariusa müraciət edə bilməmiş və bununla bağlı iradə ifadəsini göstərərək aidiyyəti qurumlara müraciət etmişdir. Eyni zamanda Cavabdeh2 notariat ofisinə təqdim etdiyi ərizədən görünür ki, əgər gələcəkdə İddiaçı miras əmlakla bağlı hər-hansı bir iddia və tələbi olarsa onu ödəməyi o, öz öhdəsinə götürmüşdür. Göstərilənlərə əsasən İddiaçı iddiası qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması, vərəsəlik üzrə payların müəyyən edilməsi və yeni vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi hissəsindən təmin edilməlidir.

10. ünvan 4 ünvanda yerləşən və ünvan 8 yerləşən mənzillərə dair alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı birinci instansiya məhkəməsi bildirmişdir ki, müqavilə üzrə tərəflər olan Cavabdeh3 və Cavabdeh4 vicdanlı əldə edən olduğundan iddia onlara münasibətdə təmin edilə bilməz. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarına əsasən əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Bununla əlaqədar iddia alğı-satqı nəticəsində əldə edilmiş vəsaitə münasibətdə təmin edilməli, ünvan 4 ünvanda yerləşən 120,90 m2 sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 100.000 manat məbləğdən İddiaçı payına uyğun olaraq ½ hissədə, yəni 50.000 manat məbləğində və ünvan 8 yerləşən 55,17 m2 sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 79.000 manat məbləğdən İddiaçı payına uyğun olaraq 1/2 hissədə, yəni 39.500 manat məbləğində pul Cavabdeh2 alınaraq ona verilməlidir.

11. X1 dair hissəsi ilə bağlı birinci instansiya məhkəməsi bildirmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçı yazılı qaydada ərizə ilə müraciət edərək mirasdan imtina etmişdir. Mülki Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Bununla əlaqədar X1 dair hissədə təmin edilə bilməz.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 182, 1133, 1134, 1159, 1243, 1246, 1248, 1261, 1262, 1264, 1268, 1318, 1321, 1322, 1325-ci maddələrinə, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a, Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli və H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarlarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

13. Qətnamədən iddiaçı X19 və Cavabdeh2 apelyasiya şikayətləri vermişlər. a) Apelyasiya şikayətlərinin dəlilləri

14. İddiaçı X19 apelyasiya şikayətində qətnamənin qismən, yəni iddia tələbinin ona aid hissədə təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edəsini xahiş etmişdir.

15. İddiaçı Ərəstun Kurbanovun apelyasiya şikayətində göstərilmişdir ki, vərəsəlik işinin surətinin 12-ci səhifəsindən görünür ki, xx.xx.2021-ci il tarixində İmişli RİHB-nın İmişli şəhər İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 2783 saylı arayış verilərək X5 ölümündən sonra ailə üzvləri Cavabdeh2, X20 və İddiaçı həqiqətən mərhumun yaşadığı evdə yaşayaraq mirasın tərkibinə daxil olan əmlakları qəbul etmişlər. Vərəsəlik işinin 20-ci səhifəsindən görünür ki, Cavabdeh2 **********305 saylı notarial qaydada təsdiq edilmiş ərizə ilə notariusa yalan məlumat verərək guya İddiaçı yaşayış yerinin müəyyən olmamasını bildirmiş və İddiaçı susmuş vərəsə hesab edilməyini xahiş etmiş həmçinin də gələcəkdə İddiaçı tərəfindən pay hüququ ilə bağlı hər hasnı bir tələb irəli sürəcəyi təqdirdə onun payını verməyi öhdəsinə götürdüyünü bildirir. Vərəsəlik işinin 22-ci səhifəsindən görünür ki, o, yəni iddiaçı X19 xx.xx.2021-ci il tarixində ** AA ***5632 saylı imtina ərizəsi ilə X7 ona qalmış miras paylardan imtina edir. Vərəsəlik işinin 34-cü səhifəsindən görünür ki, iddiaçı Ərəstun Kurbanov xx.xx.2021-ci il tarixində ** AA ***5820 saylı imtina ərizəsi ilə X6 ona qalmış miras paylardan imtina edir. Göründüyü kimi o, cavabdeh tərəfindən aldadılmış və bütün əmlaklar cavabdeh tərəfindən öz mülkiyyətinə keçirilmişdir. Məhkəmə MM-nin 1268.1-ci maddəsinə istinad edərək iddianı ona münasibətdə təmin etməmişdir. Qanunun bu göstərişindəki geri götürə bilməz ifadəsi aldadılmaya məruz qalmamış şəxslərə şamil edilir. Lakin, bu işdə açıq-aşkardır (qardaşımın iddia qaldırması da onu göstərir) ki, o, cavabdeh tərəfindən aldadılmaya məruz qalmış. Özü də iddiada ərizəsini geri götürmək tələbini yox, məhz ərizənin etibarsız hesab edilməsi tələbini qoymuşam

16. Cavabdeh2 apelyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edəsini xahiş etmişdir.

17. Cavabdeh2 apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı Ərəstun Qurbanov həm 05 dekabr 2019-cu il tarixdə vəfat etmiş anası X8 və həm də 07 dekabr 2020-ci il tarixdə vəfat etmiş atası X4 qalan miraslardan Cavabdeh2 lehinə imtina etmiş və məhkəmə onun mirasdan bacısı və hazırkı iş üzrə Cavabdeh2 xeyrinə imtina etməsini qətnamənin əsaslandırıcı hissəsində göstərsə də, bunu nəzərə almamış, nəticədə əsassız olaraq miras əmlakının İddiaçıla Cavabdeh2 arasında ½ hissədə bölünməsinə dair nəticəyə gəlmişdir. İddiaçı mirasın qəbulu müddətini ötürmüş və bunu özü də etiraf edərək mirasın qəbulu müddətinin bərpasına dair iddia qaldırmışdır. Lakin, işə baxan birinci instansiya məhkəməsi İddiaçı miras əmlakın əldə edilməsi ilə bağlı müvafiq sənədləri bərpa etməsi üçün dövlət orqanlarına etdiyi müraciətlərlə bağlı sübutlar təqdim etməsinə əsaslanmaqla, iddianın təmin edilməsinə dair əsassız nəticəyə gəlmişdir. Həmçinin işə baxan birinci instansiya məhkəməsi tərəfindən onun adına verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız hesab olunması qanunsuzdur. b) Apelyasiya şikayətlərinə qarşı etirazların dəlilləri:

18. Apelyasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır. Proses iştirakçılarının izahatı:

19. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı və Ərəstun Kurbanovun nümayəndəsi və vəkili Nümayəndə1 iddiaçı Ərəstun Kurbanov tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

20. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, onun nümayəndəsi X17 və vəkili X38 verdikləri apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı Ərəstun Kurbanov tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiklərini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.

21. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçılar İddiaçı və X19, cavabdehlər Cavabdeh3, Cavabdeh4, İmişli Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.

22. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Qətnamədən iddiaçı Ərəstun Kurbanov apelyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin ona aid hissədə təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni qismən, Cavabdeh2 isə apelyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə də iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

25. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

26. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

27. Maddə 1134. Vərəsələr 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

28. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

29. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

30. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

31. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

32. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

33. Maddə 1248. Mirasın qəbul edilməsi vaxtının uzadılması 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir.

34. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

35. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

36. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər.

37. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.

38. Maddə 1264. Əgər vərəsə mirası qəbul etməkdən bir neçə şəxsin xeyrinə imtina edirsə, onlardan hər birinin payını göstərə bilər. Belə göstəriş olmadıqda onun payı mirasın qəbulundan imtina xeyirlərinə edilmiş vərəsələr arasında bərabər bölüşdürülür.

39. Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.

40. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.

41. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.

42. Maddə 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

43. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.

44. Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004cü il 27 oktyabr tarixli Qərarına əsasən Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.

45. Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarına əsasən, Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

52. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

53. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası işin materiallarını, tərəflərin izahatlarını, apelyasiya şikayətinin dəlillərini əlaqəli təhlil edib qiymətləndirərək hesab edir ki, iddiaçı X19 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi payın müəyyən edilməsi hissəsində dəyişdirilməlidir.

55. Məhkəmə kollegiyası ilk öncə iddiaçı X19 tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərini qiymətləndirərək, aşağıdakıları qeyd edir.

56. İddiaçı X19 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Mülki Məcəllənin 1268.1-ci maddəsini hazırki mübahisəyə düzgün tətbiq etməmiş, həmin norma aldadılmaya məruz qalmış çəxsə tətbiq edilə bilməz. Onun iddia tələbi ərizənin geri götürülməsi yox, mirasdan imtina barədə ərizənin etibarsız hesab edilməsidir. Lakin işə baxan məhkəmə onun iddia tələbini düzgün qiymətləndirməmişdir.

57. Məhkəmə kollegiyası iddiaçı X11 apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, apelyator mirasdan imtina barədə ərizəni hazırki iş üzrə Cavabdeh2 tərəfindən valideynlərdən miras əmlakların bölüşdürülməsi barədə şifahi razılaşma (Rusiya Federasiyasında olan əmlakların ona, Azərbaycanda olan miras əmlakların qardaşı Natiqə və bacısı Vəfaya çatacağı barədə) əsasında yazdığını, lakin bacısının şifahi razılaşmaya əməl etməyərək, həmin razılaşmanı pozaraq valideynlərdən miras qalmış Azərbaycanda olan əmlakları bütövlüklə öz adına keçirməklə razılaşmanın şərtlərini pozmuş, bununla da onu aldatmış və bu səbəbdən də onun tərəfindən yazılmış ərizə etibarsız hesab olunmalı, valideynlərindən miras qalmış əmlaklar üzərində vərəsə kimi payı müəyyənləşdirilməlidir.

58. Mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazının əsaslarını sübut etməlidir (MPM 77.1). Məhkəmə işə baxarkən tərəflərin təqdim etdikləri və məhkəmə iclasında təqdim edilmiş sübutlar əsasında mübahisəyə mahiyyəti üzrə baxılır.

59. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı X19 valideynlərindən miras qalmış əmlakların vərəsələr arasında bölüşdürülməsi barədə razılaşma olmasını, mirasdan imtina barədə ərizəni aldadılmaya məruz qalmaqla yazdığını qeyd etsə də, bununla bağlı məhkəməyə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun sübutlar təqdim etməmişdir.

60. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi X11 iddia tələbinin rədd edilməsi barədə maddi hüquq norması kimi istinad etdiyi əsas düzgün olmuşdur, bu səbəbdən də onun apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.

61. Məhkəmə kollegiyası iş üzrə Cavabdeh2 apelyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

62. Cavabdeh2 apelyasiya şikayətinin dəlillərindən biri odur ki, İddiaçı mirasın qəbulu müddətini ötürmüş və bunu özü də etiraf edərək mirasın qəbulu müddətinin bərpasına dair iddia qaldırmışdır. Lakin, işə baxan birinci instansiya məhkəməsi İddiaçı miras əmlakın əldə edilməsi ilə bağlı müvafiq sənədləri bərpa etməsi üçün dövlət orqanlarına etdiyi müraciətlərlə bağlı sübutlar təqdim etməsinə əsaslanmaqla, iddianın təmin edilməsinə dair əsassız nəticəyə gəlmişdir.

63. Məhkəmə kollegiyası Cavabdeh2 apelyasiya şikayətinin qeyd edilən dəlillərini əsaslı hesab etmir.

64. Mülki qanunvericiliyin tələblərinə görə (Mülki Məcəllə 1248.1) mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı ..... əmlakdan pay naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir (Mülki Məcəllə 1248.2)

65. İş materialları ilə müəyyən edilir ki, iddiaçı X21 mirasın qəbulu müddətinin uzadılması barədə iddia tələbini onunla əsaslandırmışdır ki, valideynləri rəhmətə gedəndən sonra miras əmlakı sənədləşdirmək istədikdə şəxsiyyətini təsdiq edən sənədləri itirdiyindən və onun bərpası üçün müvafiq orqanlara müraciət etdiyindən, vaxtında notariat orqanına müraciət edə bilməmişdir və bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir.

66. İşə baxan birinci instansiya məhkəməsi iddiaçı X18 miras əmlakın əldə edilməsi ilə bağlı müvafiq sənədləri bərpa etmək üçün dövlət orqanlarına etdiyi müraciətlərlə bağlı sübutlar təqdim etməsinə əsaslanaraq, üzrlü səbəblərdən mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət edə bilməməsi, həmçinin Cavabdeh2 notariat ofisinə təqdim etdiyi ərizədə gələcəkdə İddiaçı miras əmlakla bağlı hər hansı bir iddia və tələbi olarsa, ona ödəməyi öz öhdəsinə götürməsinə əsaslanaraq, mirasın qəbulu müddətinin ötürülməsini üzrlü hesab etmişdir.

67. Həmçinin apelyasiya icraatı araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə İmişli RİHB-nın İmişli şəhər inzibati ərazi üzrə nümayəndəsi tərəfindən verilmiş 2783 saylı arayışdan məlum olur ki, X5 ölümündən sonra ailə üzvləri Cavabdeh2, X20 və İddiaçı həqiqətən mərhumun yaşadığı evdə yaşayaraq, mirasın tərkibinə daxil olan əmlakları qəbul etmişlər.

68. Həmçinin apelyasiya icraatı zamanı X18 vəkili və nümayəndəsinin, Cavabdeh2 izahatları, həmçinin iddiaçının nümayəndəsi və vəkilinin təqdim etdiyi sənədlər (Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi İstintaq şöbəsinin müstəntiqinin cinayət işinin başlanması və rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarları, ambulator kartdan çıxarış, poliklinikadan qeydiyyat haqqında sənədlər, "xxxx" MTK-nın xx.xx.2020-ci il tarixli arayışı, Cavabdeh2 X18 ailə üzvlərinin mənzildən çıxarılması barədə iddia tələbi üzrə xx.xx.2021-ci il tarixli məhkəmə bildirişi) ilə iddiaçı X18 ailə üzvlərinin valideynlərdən miras qalmış əmlaklardan birində faktiki yaşadıqları və bununla da miras əmlakı faktiki qəbul etdiyi təsdiq olunur.

69. Mülki qanunvericiliyin tələblərinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllə 1243.2). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. (Mülki Məcəllə 1243.3).

70. Mülki qanunvericiliyin göstərişlərinə görə (Mülki Məcəllə 1273-1) Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə, imtina etmədikdə o, susmuş vərəsə hesab edilir. Həmin mülki qanunvericiliyin tələblərinə görə (Mülki Məcəllə 1256) ...... mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

71. Məhkəmə kollegiyası qeyd edilən qanunvericiliyin tələblərinə, işin yuxarıda göstərilən hallarına əsasən hesab edir ki, iddiaçı X19 mirasın qəbulundan imtina etməmiş, əksinə miras əmlakın bir hissəsini faktiki qəbul etmiş və sahiblik etdiyindən o, susmuş vərəsə hesab edilə bilməz və miras əmlakı faktiki qəbul etmiş hesab olunmalıdır.

72. Hazırki iddia tələbində X2 itirdiyi üçün vaxtında notariat orqanında mirasın qəbulunu rəsmiləşdirə bilmədiyinə görə, miras əmlakın rəsmiləşdirilməsi üçün buraxılmış müddətin bərpası xahiş olunmuşdur.

73. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi miras əmlakın qəbulu müddətinin bərpası deyil, miras əmlakların rəsmiləşdirilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətlərin bərpası olduğundan, bu barədə birinci inastansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət əsaslı və qanuni olmuşdur.

74. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X12 X21 tərəfindən mirasın qəbulu müddətinin ötürülməsi barədə dəlili əsassız olmuşdur.

75. Məhkəmə kollegiyası Cavabdeh2 miras əmlakda paylar müəyyən olunarkən X13 mirasdan onun xeyrinə imtina etməsinin məhkəmə tərəfindən nəzərə alınmaması barədə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edir.

76. Mülki qanunvericiliyə görə (Mülki Məcəllə 1261) vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər.

77. İş materialları ilə müəyyən olunur ki, X11 03 iyun 2021 və 24 iyun 2021-ci il tarixli Rusiya Federasiyasının səlahiyyətli notariusu tərəfindən təsdiq edilmiş ərizəsindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə vəfat etmiş anası X9 və 07 dekabr 2020-ci iltarixdə vəfat etmiş atası X5 ölümündən sonra onlardan qalmış miras əmlaklardan mirasqoyanın qızı Cavabdeh2 xeyrinə miras paydan imtina etmiş, miras hüquqlarının Cavabdeh2 adına qeydiyyata alınmasına etiraz etmir.

78. İşə baxan birinci instansiya məhkəməsi X11 miras payından mirasqoyanın qızının xeyrinə imtina etməsini göstərsə də, mirasda vərəsələrin paylarını müəyyənləşdirərkən, həmin ərizəni nəzərə almamış, bununla da payları düzgün bölüşdürməmişdir.

79. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, X11 miras payından Cavabdeh2 xeyrinə imtina etməsi nəzərə alınmaqla, iddiaçı X11 miras əmlakın üzərində 1/3 payı, X11 miras payından isə 2/3 payı tanınmalıdır.

80. Məhkəmə kollegiyası Cavabdeh2 işə baxan birinci instansiya məhkəməsi tərəfindən onun adına verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız hesab olunmasının qanunsuz olması barədə apelyasiya şikayətinin dəlillərini müzakirə edib, həmin dəlilləri əsassız hesab edir və hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin nəticəsi əsaslı və qanunidir. Kollegiya iddia tələbinin vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bu barədə əlavə dəyərləndirmə aparılmasına zərurət görmür.

81. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X19 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırki iş üzrə 2(006)-2281/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi miras əmlaklar üzərində payların müəyyən edilməsi hissəsində dəyişdirilib, miras əmlaklar üzərində İddiaçı payı 1/3 hissədə, Cavabdeh2 payı 2/3 hissədə tanınmalı və həmin paylara uyğun olaraq qanun üzrə vərəsəlik şəhadətnamələrinin verilməsi müəyyən edilməli, həmçinin miras əmlakın kütləsinə daxil olan ünvan 4 ünvanda yerləşən 120,90 kv.m sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 100.000 manat məbləğdən İddiaçı payına uyğun olaraq 1/3 hissədə, yəni 33.333,33 (otuz üç min üç yüz otuz üç manat 33 qəpik) manat məbləğində və ünvan 8 yerləşən 55,17 kv.m sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 79.000 manat məbləğdən İddiaçı payına uyğun olaraq 1/3 hissədə, yəni 26.333,33 (iyimi altı min üç yüz otuz üç manat 33 qəpik) manat məbləğində pulun Cavabdeh2 alınaraq ona verilməsi müəyyən olunmalı, cavabdehin apelyasiya şikayəti qalan hissədə təmin olunmamalıdır.

82. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı X19 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2281/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi miras əmlaklar üzərində payların müəyyən edilməsi hissəsində dəyişdirilsin, miras əmlaklar üzərində İddiaçı payı 1/3 hissədə, Cavabdeh2 payı 2/3 hissədə tanınsın və həmin paylara uyğun olaraq qanun üzrə vərəsəlik şəhadətnamələrinin verilməsi müəyyən edilsin. Miras əmlakın kütləsinə daxil olan ünvan 4 ünvanda yerləşən 120,90 kv.m sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 100.000 manat məbləğdən İddiaçı payına uyğun olaraq 1/3 hissədə, yəni 33.333,33 (otuz üç min üç yüz otuz üç manat 33 qəpik) manat məbləğində və ünvan 8 yerləşən 55,17 kv.m sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 79.000 manat məbləğdən İddiaçı payına uyğun olaraq 1/3 hissədə, yəni 26.333,33 (iyimi altı min üç yüz otuz üç manat 33 qəpik) manat məbləğində pulun Cavabdeh2 alınaraq ona verilməsi müəyyən edilsin. Cavabdeh2 apelyasiya şikayəti qalan hissədə təmin olunmasın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar