Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12084/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin, maliyyə arayışlarının və kassas məxaric orderlərinin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş Binəqədi Rayon Məhkəməsinin 05.11.2021-ci il tarixli qərardadından İddiaçı MMC-nin şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət əsassızıdır. Belə ki, hazırkı iş üzrə verilmiş iddia ərizəsində tələb olunub ki, mənzilə dair tərəflərin arasındakı 11.11.2021-ci il tarixli müqavilə, maliyyə arayışı və kassa mədaxil orderi etibarsız hesab olunsun. Bu iş üzrə cavabdeh başqa mülki işdə (Abşeron Rayon Məhkəməsində baxılan işdə) hazırkı iş üzrə iddiaçıya qarşı eyni müqaviləyə münasibətdə “müqavilə öhdəliyinin icra edilməsi barədə” iddia qaldırıb. Həmin iş üzrə qətnamə qəbul edilsə də, qətnamənin qanuni qüvvəyə minməsi barədə məlumat yoxdur. Hazırkı iddianını əsaslandığı hallardan görünür ki, xarakterinə görə bu halların iddia olmadan da həmin mülki işdə araşdırılması və qiymətləndirilməsi mümkündür. Bundan başqa, hazırkı iş üzrə iddiaçı həmin iş üzrə cavabdeh olduğundan qarşılıqlı iddia vermək hüququna malik olub, habelə həmin üzrə narazı qaldığı məhkəmə aktlarını mübahisələndirmək hüququna malikdir. Odur ki, məhkəmə Mülki-Prosessual Məcəllənin 153.2.4-cü maddəsinin göstərişinə əsalanaraq hesab edir ki, birinci instansiya məhkəmsi düzgün olaraq iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edib. Beləliklə, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 05.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-12084/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12084/2021
17.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver