Məhkəmə qərarları › İş №2(103)-12086/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12086/2021

22.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12086/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilənin etibarsız hesab olunması və kredit borcunun və ona hesablanmış faizlərin siliməsi” barədə ilkin, Cavabdeh QSC-nin İddiaçı qarşı “kredit müqaviləsi üzrə faiz borcunun qaytarılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-494/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Aqrarkredit QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirirərək onunla "xxxx" arasında tərtib olunmuş 07.09.2010-cu il tarixli 10635 saylı və 24.09.2021-ci il tarixli 10678 saylı kredit müqavilələrinin etibarsız hesab olunması və həmin kredit müqavilələrinə əsasən kredit borcunun və ona hesablanmış faizlərin iddiaçının hesabından silinməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh QSC BOKT qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək cavabdeh İddiaçı 24.09.2010-cu il tarixli, 10678 saylı kredit müqaviləsi üzrə faiz borcu 317.356,67 manat, 07.09.2010-cu il tarixli, 10935 saylı kredit müqaviləsi üzrə faiz borcu 107.091,70 manat, hər iki müqavilə üzrə cəmi 424.448,37 manat manat məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub Cavabdeh QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-494/2021 saylı, 13 oktyabr 2021ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun ləğv edilməsini, ilkin iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti ilkin iddia ərizəsini dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərmişdir ki, ilkin iddianın bütövlükdə rədd edilməsində, başqa sözlə iddia tələbinin kredit müqaviləsinə əsasən kredit borcunun və ona hesablanmış faizlərin onun hesabından silinməsinə dair hissəsinin təmin olunmamasında haqlı olmamışdır. Belə ki, ilkin iddianın rədd edilməsi məsələsində məhkəmə cavabdehlə bağlanmış qeyd olunan müqavilələrin uydurma əqd olduğundan etibarsız hesab edilməməsi üçün qısaldılmış iddia müddətinin keçməsinə əsaslanmışdır. Halbuki, müqavilənin etibarsız edilməsi üçün Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İş materiallarından isə görünür ki, cavabdeh “Aqrarkredit" QSC tərəfindən belə bir ərizənin verilməsi müşahidə olunmur. Qətnamədən apellyasiya şikayəti verən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçınn nümayəndəsi onun ləğv edilməsini, ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın təmin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsini dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərmişdir ki, ilkin iddia üzrə iddiaçı iddia müddətinin tətbiqi barədə ərizə verməklə öhdəliyin icrasından birtərəfli qaydada imtina etmiş, işə baxmış məhkəmə də bunu qəbul etməklə ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiqi barədə ərizəsinə əsaslanmaqla kifayətlənmiş və işin hallarını araşdırmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını, ilkin iddianın təmin olunmamasını, qarşılıqlı iddianın təmin olumasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın “kredit müqaviləsi üzrə hesablanmış borcun silinməsi” hissəsinin təmin edilməməsi hissəsində ləğv edilməklə ilkin iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan 07.09.2010-cu il tarixli 10935 saylı kredit müqaviləsinə əsasən müəyyən edilir ki, borc verən Azərbaycan Respublikası Beynəlxalq X3 borcalan İddiaçı 840.000 manat məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Borcalana verilən kreditdən istifadə müddəti 36 aydır. İş materiallarında 29.09.2010-cu il tarixli 10678 saylı müqaviləyə əsasən müəyyən olunur ki, borc verən Azərbaycan Respublikası Beynəlxalq X3 borcalan İddiaçı 870.000 manat məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Borcalana verilən kreditdən istifadə müddəti 36 aydır. İş materiallarında olan 24.09.2014-cu il tarixli kassa məxaric orderinə əsasən İddiaçı 865.650 manat məbləğində pulu Azərbaycan Beynəlxalq Bankı ASC-dən almışdır. İş materiallarında olan 21.12.2011-ci il tarixli kassa məxaric orderinə əsasən 564.744 manat məbləğində pul Azərbaycan Beynəlxalq Bankı ASC-dən alınmışdır. İş materiallarında olan 11.08.2015-ci il tarixli "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun Cavabdeh QSC-yə güzəşt edilməsinə dair müqaviləyə əsasən müəyyən olunur ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlaması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570№-li fərmanına uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı” ASC fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünəməxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, Cavabdeh QSC-nin idarəetməsinə verir və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da “Aqrarkredit QSC-yə güzəşt etmişdir. İş materiallarında olan 19.06.2017-ci il tarixli SFK nömrəli akta əsasən borclu İddiaçı 424.448,37 manat məbləğində faiz borcu vardır. İş materiallarında olan Cavabdeh QSC tərəfindən təqdim olunmuş 17.02.2021-ci il tarixli arayışa əsasən İddiaçı 07.09.2010-cu il tarixli, 10935 saylı müqavilə üzrə 107091,70 manat, 24.09.2010-cu il tarixli, 10678 saylı müqavilə üzrə 317356,67 manat məbləğində borcu vardır. İş materiallarında olan 31.08.2021-ci il tarilxi 4/1137 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 181-187-ci vərəqlərində olan "xxxx" ASC-nin “Nəqliyyat” filialı ilə İddiaçı adlarından olan 24 sentyabr 10-cu il tarixli kredit müqaviləsinin 1-6-cı vərəqlərinin aşağı sağ küncündəki imzalar, 7-ci vərəqin aşağı sağ tərəfində “Borc alan:” qrafasındakı imza və “Babayev Ə” yazısı, 189-195-ci vərəqlərində "xxxx" ASC-nin “Nəqliyyat” filialı ilə İddiaçı adlarından olan 7 sentyabr 2010-cu il tarixli, 10935 nömrəli kredit müqaviləsinin 2-6-cı vərəqlərinin aşağı sağ küncündəki imzalar, 7-ci vərəqinin aşağı sağ tərəfində “Borc alan:” qrafasındakı imza və “İddiaçı” yazısı və 196-cı vərəqində "xxxx" ASC-nin “Nəqliyyat” filialı ilə İddiaçı adlarından olan 24 sentyabr 2010-cu il tarixli kassa məxaric orderində “orderdə göstərilən məbləği aldım” qrafasındakı imza (cəmi -14 imza) - İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 188-ci vərəqində "xxxx" ASC-nin “Nəqliyyat” filialı ilə İddiaçı adlarından olan FJB**********950 nömrəli kassa məxaric orderində “Müsterinin imzası” qrafasındakı imza- İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur Kollegiya ilk növbədə ilkin iddianın “07.09.2010-cu il tarixli 10935 saylı və 24.09.2021-ci il tarixli 10678 saylı kredit müqavilələrinin etibarsız hesab edilməsi” hissəsinə münasibət bildirərək hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi iş materiallarına, ekspert rəyinə əsasən hesab etmişdir ki, qeyd edilən müqavilələrdə imzanın İddiaçı məxsus olması iş materialları ilə müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı ilə Azərbaycan Beynəlxalq Bankı arasında bağlanmış 07.09.2010-cu il tarixli 10935 saylı və 29.09.2010-cu il tarixli 10678 saylı kredit müqavilələrinin etibarsız hesab edilməsi və iddiaçının kredit borcunun və ona hesablanmış faizlərin silinməsi üçün əsaslar iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə, həmçinin, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən qeyd etmişdir ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə qeyd edilən normalara əsasən bildirir ki, ilkin iddia üzrə iddiaçı hər bir halda Mülki Məcəllənin 354-cü maddəsində qeyd edilən müddətləri ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilkin iddianın kredit müqaviləsi üzrə hesablanmış borcun silinməsi barədə hissəsinin təmin edilməməsi barədə nəticəsini isə əsassız hesab edərək qeyd edir ki, həmin hissədə ilkin iddia əsaslı olduğu üçün təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 14.10.2016-ci il tarixli 1(101)-076/2016 nömrəli hökmündən görünür ki, həmin hökmlə "xxxx" MMC-nin rəhbəri İbrahim Hüsəynov bankın digər rəhbər işçiləri, o cümlədən "xxxx" ASC-nin idarə Həyətinin sədri işləmiş Cahangir Hacıyəvlə əlbir olub külli miqdarda bankın vəsaitərini mənimsəməyə görə məhkum olunmuşlar Həmin hökmlə müəyyən ədilmi.dir ki, "xxxx" ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış 07.09.2010-cu il tarixli 10935 nömrəli kredit müqaviləsi üzrə 840.000 manat pul, 24.09.2010-cu il tarixli 10678 nömrəli kredit müqaviləsi üzrə 870.000 manat pul vəsaitinin iş üzrə təqsirləndirilən şəxslər tərəfindən mənimsənildiyi və zərərçəkmiş bankın mülki iddiasının təmin ədildiyi, İddiaçı adından ödənilməsi rəsmiləşdirilmiş 840.000 pul vəsaitinin, onun adına 07.09.2010- cu il tarixli 10935 nömrəli kredit müqaviləsi üzrə qəyri-qanuni açılmış 840.000 manat kredit, 870.000 pul vəsaitinin, onun adına 24.09.2010-cu il tarixli 10678 nömrəli kredit müqaviləsi üzrə qəyri-qanuni açılmış 870.000 manat kredit, "xxxx" ASC-yə vurulmuş ziyanın ödənilməsi kimi qiymətləndirilmişdir. Yəni, 02.09.2010-cu il tarixli 10935 nömrəli və 24.09.2010-cu il tarixli 10678 kredit müqavilələri üzrə İddiaçı vərildiyi iddia ədilən 840.000 və 870.000 manat vəsait tam şəkildə vurulmuş maddi zərərin əvəzi kimi "xxxx" ASC-yə ödənilmişdir. İş üzrə vurulmuş maddi ziyanın məbləğlərinin məhkumlar İbrahim Hüseynov, Cahangir Hacıyev və qəyrilərindən tutularaq zərərçəkmiş şəxsə ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin iş üzrə dindirilmiş təqsirləndirilən şəxslər İbrahim Hüsəynov, Cahangir Hacıyəv və qeyriləri bildirmişlər ki, müxtəlif səxslərin, o cümlədən İddiaçı adına rəsmiləşdirilmiş kredit müqavilələri üzrə onlara pul vəsaltləri verilməmiş, bankın sərəncamında qalmış və başqa şəxslərə daha yüksək faizlə verilmişdir. Cinayət isinə məhkəmədə baxılarkən şahid qismində dindirilmiş İddiaçı və digərləri oxşar mazmunlu ifadələr verərək göstərmişlər ki, "xxxx" MMC-nin rəhbəri İbrahim Hüsüynovun tapşırığı ilə "xxxx" ASC-nin “Nəqliyyat” və “Nərimanov” filiallarına gədərək, adlarına kredit rəsmiləşdirilməsi üçün lazımi sənədləri imzalasalar da, bankdan pul götürməmişlər, adlarına rəsmiləsdirilən pulun məbləği, həmin pulun kim tərəfindən götürülməsi və nəyə sərf edilməsi barədə məlumatları olmamışdır. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14.10.2016-cı il tarixli 1(101)-975/16 nömrəli qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmişdir ki, “Azərbaycan Bəynəlxalq Bankı2 ASC-nin “Nqliyyat” filialı ilə İddiaçı arasında bağlanmış 02.09.2010-cu il tarixli 10935 nömrəli və 24.09.2010-cu il tarixli 10678 kredit müqavilələri uydurma əqd olmuşdur. İddiaçı kredit verilməsi görüntüsü yaratmaq üçün bağlanmış, kassa məxaric orderlərində göstərilən vəsaitlər İddiaçı verilməmiş, bankın rəhbərliyi tərəfindən cinəyət yolu ilə mənimsənilmiş, daha sonra cinayət işinə baxılan zaman İddiaçı verildiyi iddia ədilən 840.000 və 870.000 manat vəsait tam şəkildə vurulmuş maddi zərərin əvəzi kimi "xxxx" ASC-yə ödənilmişdir. Tədqiq olunmuş sübutlarla 02.09.2010-cu il tarixli 10935 nömrəli və 24.09.2010-cu il tarixli 10678 kredit müqavilələrinin uydurma əqd olduğu və həmin kredit müqavilələri ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kredit verilmədiyi təsdiq edilir. Odur ki, iddiaçının kredit müqaviləsinə əsasən kredit borcunun ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin hesabından silinməsi hissəsində iddia tələbi əsaslıdır və bu hissədə İddiaçı iddiası təmin edilməli, onunla “X2” ASC-nin “Nəqliyyat” filialı arasında bağlanmış 07.09.2010-cu il tarixli 10935 nömrəli və 24.09.2010-cu il tarixli 10678 kredit müqavilələri üzrə hesablanmış borc (əsas, faiz, dəbbə) iddiaçının hesabından silinməlidir. Kollegiya, həmçinin, qarşlıqlı iddiaya münasibət bildirərək hesab edir ki, qarşılıqlı iddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə iş materialları ilə müəyyən edərək qeyd etmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 07.09.2010-cu il tarixli 10935 saylı və 24.09.2010-cu il tarixli 10678 saylı kredit müqavilələrinin müddəti 36 ay təşkil etmiş və 07.09.2010-cu il tarixli 10935 saylı müqavilənin müddəti 07.09.2013-cü ildə, 24.09.2010-cu il tarixli 10678 saylı müqavilənin müddəti 24.09.2013-cü il tarixdə bitmişdir. Cavabdeh QSC tərəfindən isə həmin müqavilərək üzrə hesablanmış faiz borcunun tələbi barədə qarşılıqlı iddia ərizəsi 06.10.2020-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Mülki məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Qanunvericiliyin tələbindən göründüyü kimi Cavabdeh QSC tərəfindən pozulmuş hüququn müdafiəsi üçün iddia müddət ötürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, iddia müddəti ötürülmədiyi halda belə qarşılıqlı iddia əsassızdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi qanuni qüvvəyə minmiş hökmlə təsdiq olunmuşdur ki, İddiaçı ilə bağlanmış kredit müqavilələri uydurma əqdlərdir və həmin kredit müqavilələsi üzrə sonuncuya hər hansı məbləğdə kredit verilməmişdir. Belə olan halda həmin kredit müqavilələri üzrə iddiaçıdan hər hansı borcun tutulması tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-494/2021 saylı, 13 oktyabr 2021ci il tarixli qətnaməsi ilkin iddianın “kredit müqaviləsi üzrə hesablanmış borcun silinməsi” hissəsinin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə ilkin iddia təmin olunsun. İddiaçı ilə "xxxx" ASC-nin “Nəqliyyat” filialı arasında bağlanmış 07.09.2010-cu il tarixli 10935 saylı və 24.09.2021-ci il tarixli 10678 saylı kredit müqavilələri üzrə hesablanmış borc (əsas, faiz, dəbbə) ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hesabından silinsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar