Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12095/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı istehlakçının hüququnun bərpa olunması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(009)-650/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı istehlakçı hüquqlarının bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivi, 3 saylı evə quraşdırılmış su sayğacının göstəricisindən əlavə ödənişin ondan Cavabdeh ASC və onun qurumları tərəfindən tələb edilməsinin qadağan olunması və sayğacdan kənar hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(009)- 650/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 298 manat məbləğində borc - abonent kodu **********009 saylı abunə hesabından silinməsi, 15 manat məbləğində dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Cavabdeh ASC apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(009)-650/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(103)-10353/2021 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(009)-650/2021 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(009)- 650/2021 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(009)-650/2021 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda iş üzrə Cavabdeh ASC şikayət verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(009)-650/2021 saylı qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, dövlət rüsumu hər hansı bir məhkəmə işində istifadə edilərsə, qəbz nömrəsini daxil edərkən qəbzin istifadə edilməsi barədə ekrana qeyd çıxır və elektron məhkəmə portalı apellyasiya şikayətini qəbul etmir. İşin hallarından göründüyü kimi verilmiş apellyasiya şikayəti qəbul edilərək elektron məhkəmə portalı tərəfindən elektron apellyasiya şikayəti yaradılmışdır. Bu da öz növbəsində mübahisəli rüsumun başqa işdə istifadə edilmədiyini təsdiq edir. Digər tərəfdən rüsumun qətnamədən öncə ödənilməsi məsələsinə gəldikdə isə bu hala Lzərbaycan Respublikasının Ali Məhkəməsi 09 fevral 2021-ci il tarixli 2-2(102)-52/2021 saylı qərarı ilə münasibət bildirmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 2(009)- 650/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.4 və 8.4.1-ci maddələrinə əsasən, apellyasiya və kassasiya şikayətlərindən birinci instansiya məhkəmələrinə müraciət edilərkən, bu Qanunun 8-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun müvafiq olaraq 50 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Hazırkı iş üzrə verilmiş apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən isə görünür ki, dövlət rüsumu hazırkı iş iş üzrə yekun məhkəmə aktı çıxarılmamışdan əvvəl 23.01.2020-ci il tarixdə ödənilmiş və qeyd olunan qəbzin əsli deyil surəti əlavə edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(009)-650/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan, dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh ASC-nin şikayəti təmin edilməsin. Apellyasiya şikayətinin geri qaytarılması haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(009)-650/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-12095/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12095/2021
21.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver