Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-122/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X6 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı Socar-ın "Neft Kəmərləri” İdarəsinin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, iddiaçı Socar-ın "Neft Kəmərləri” İdarəsinin Cavabdeh qarşı "neft kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-660/2020 saylı işi üzrə 22.06.2020-ci tarixli mülki iş üzrə qətnaməsindən iddiaçı Socar-ın "Neft Kəmərləri” İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Socar-ın "Neft Kəmərləri” İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan-Bakı Dş-500mm-lik magistral neft kəmərinin 116-cı km-də, kəmərdən 39 metr aralı məsafədə Cavabdeh tərəfindən kəmərin mühafizə zonasında qanunsuz tikintinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: SOCAR NKİ-nin X7 nümayəndələri tərəfindən tərtib olunmuş akta əsasən, X7 istismarında olan Şirvan-Bakı Dş- 500mm-lik magistral neft kəmərinin 116-cı km-də, kəmərdən 39 metr aralı məsafədə kəmərin mühafizə zonasında natamam otaq tikilisinin olduğu aşkarlanmışdır. Tikintinin davam etdirilməsinin dayandırılması barəsində ev sahibinə xəbərdarlıq olunmuşdur; Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 596 saylı 16.12.2004-cü il tarixli Sərəncamından Çıxarışda qeyd edilmişdir ki, Biləcəri qəsəbəsi, Binəqədi yolu, Yeni massiv, 2-ci döngə, ev 8-də yaşayan vətəndaş Cavabdeh ərizəsini nəzərə alaraq, Binəqədi RİH Başçısının 201 saylı, 18.02.2000-ci il tarixli sərəncamı əsasında Biləcəri qəsəbəsində ona ayrılmış 600 kv.m torpaq sahəsində təqdim edilən layihə əsasında tikintisi başa çatdırılmış, MŞBİ-nin 18/03-8/7557 saylı, 19.11.2004-cü il tarixli məktubuna əsasən Biləcəri qəsəbəsi, Binəqədi yolu, Yeni massiv, 2-ci döngədə yerləşən 8 saylı yaşayış evi xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınsın, sərəncamın surəti qeyd edilən evə texniki pasportun və qeydiyyat vəsiqəsinin verilməsi üçün Bakı şəhər Tİ və MHQİ, eləcə də vətəndaş Cavabdeh göndərilsin; Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısı H.Hüseynovun 18.02.2000-ci il, 201 saylı Sərəncamı ilə Qarabağ müharibəsi veteranı X2 Biləcəri qəsəbəsi ərazisində uzun müddət istifadə edilən 600 kv.m torpaq sahəsi, fərdi yaşayış evinin tikintisi üçün ona ayrılması, tikinti işlərinin layihə sənədləri əsasında aparılmalı olduğu vətəndaş Cavabdeh izah edilməsi, Tikinti işlərinin aparıldığı sahənin və ətraf ərazinin texniki-sanitar normaların tələblərinə uyğun, təmiz saxlanılması vətəndaş Cavabdeh tapşırılması, sərəncamın surətlərinin rayon İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinə, rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə və vətəndaş Cavabdeh göndərilməsi qərara alınmışdır; 28.01.2020-ci il tarixli, 31035 nömrəli ekspert rəyinə əsasən cavabdehə məxsus tikili SOCAR-ın "Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Bakı Dş- 500 mm-lik magistral neft kəmərindən müvafiq olaraq 37 metr məsafədə yerləşdiyinə görə, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirinin 28 iyul 2010-cu il tarixli 39 saylı əmri ilə təsdiq edilmiş "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın Magistral neft kəmərlərinin xətti hissəsinin istismarı zamanı təhlükəsizlik tədbirləri bölməsinin (İV bölmə) 4.1.2-ci bəndinin tələbinə əsasən neft kəmərlərinin 50.0 metrlik mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Aparılmış ekspert tədqiqatı 50 manat təşkil etmişdir (iş.səh.6,18, 19, 44). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-660/2020 saylı işi üzrə 22.06.2020ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində ekspertiza xərcinin iddiaçı Socar-ın "Neft Kəmərləri” İdarəsindən tutularaq dövlət nəfinə alınması qət edilmişdir.Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 218.3; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1, 180.1, 180.2, 180.4; Torpaq Məcəlləsinin 55, 66.1, 66.2, 67.1, 68, 111-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə iddiaçının Mülki Məcəllənin 180ci maddəsinin tələbləri baxımından hazırki tələblə bağlı subyektiv hüquqa malik olsa da iddiaçının əsaslandığı hallar Mülki Məcəllənin 180-ci maddəsinin dispozitiv şərtləri ilə uzlaşmır. Cavabdeh ona ayrılmış torpaq sahəsində lazimi icazələr alaraq 2000-2004-cü illər ərzində fərdi yaşayış evi tikmişdir. Həmin tikilinin daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməməsi və mühafizə zonasında yerləşməsi onun özbaşına tikili olması qənaətinə gəlmək üçün kifayət etmir. sifarişçinin hər-hansı tikinti işləri apararkən Respublika ərazisində bütün texniki təhlükəsizlik qaydaları, tikinti normaları barədə məlumatının olması mümkün deyil və belə bir vəzifəsi də yoxdur. Bununla bağlı bütün yoxlamaları apardıqdan sonra, torpağın ayrılması və ya tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərarı səlahiyyətli dövlət orqanı qəbul edir. Həmin orqan belə qərar qəbul edərkən öz səlahiyyətləri həddində müvafiq orqanlardan (maraqlı tərəflərdən) razılıq alır. Göründüyü kimi vətəndaşın(sifarişçinin) müvafiq maraqlı şəxslərdən razılıq alması və tikintitexniki təhlükəsizlik qaydalarına uyğun tikinti aparılmasına nəzarət etməsi barədə öhdəliyi yoxdur.Bu baxımdan məhkəmə hesab edir ki, nə qədər ki müvafiq icra hakimiyyəti orqanının cavabdehə tikinti aparılması üçün torpaq ayırması və tikintiyə icazə verilməsi barədə ləğv edilməmiş qərarları, sərəncamları mövcuddur, həmin şəxsin evi özbaşına tikili hesab edilərək sökülə bilməz. Qanunvericilikdə müəyyən edilmiş qaydada lazimi icazələr alaraq özü üçün fərdi yaşayış evi tikən və 20 ilə yaxın müddət ərizəndə torpaq sahəsinə və orada yerləşən fərdi yaşayış evinə sahiblik edən, yaşayan cavabdehin həmin torpaq sahəsinə və tikiliyə gözlənilən mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ isə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin tələbi baxımından toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1 -ci maddəsində təsbit olunmuşdur. Bu səbəbdən magistral neft kəmərinin mühafizə zonasında yerləşən cavabdehə məxsus olan fərdi yaşayış evi özbaşına tikili hesab edilərək sökülə bilməz İddiaçı apellyasiya şikayəti verərək, Binəqədi rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli 2(001)-660/2020nömrəli qətnaməsinin ləğv edilməsi və SOCAR-ın “Neft Kəmərlən” İdarəsinin istismarında olan Şirvan-Bakı Dş-500 mm-lik magistral neft kəmərinin 116-cı kmdə, kəmərdən 39 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, iş üzrə cavabdeh X5 məxsus qanunsuz tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Mülki Prosessual Məcəllənin 13.1, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə öz qətnaməsində mübahisələndirilən qanunsuz tikilinin yerləşdirildiyi torpaq sahəsinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 18.02.200-ci il tarixli 201 saylı sərəncamına əsasən cavabdehə fərdi yaşayış evinin ayrılmasını qeyd edir. Daha sonra Binəqədi rayon İcra Hakimiyyəti başçısının 16.12.2004-cü il tarixli 596 nömrəli sərəncamı ilə sözügedən torpaq sahəsində tikintisi başa çatmış fərdi yaşayış evinin xususi mülkiyyət hüquqi kimi qeydiyyata alınması göstərilmişdir.Bu baxımdan məhkəmə hesab edir ki, nə qədər ki müfafiq icra hakimiyyəti orqanının cavabdehə tikinti aparılması üçün torpaq ayırması və tikintiyə icazə verilməsi barədə ləğv edilməmiş qərarları, sərəncamları mövcuddur, həmin şəxsin evi özbaşına tikili hesab edilərək sökülə bilməz. Qətnamə qanunsuz və əsassız olduğuna görə ləğv edilməli, İddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmənin istinad etdiyi hər iki sərəncam verilərkən idarənin istismarında olan Şirvan-Bakı Dş-500 mmlik magistral neft kəməri həmin ərazidən keşmiş və mübahisələndirilən tikilinin yerləşdiyi torpaq sahəsi kəmərin mühafizə zonası daxili yerləşmişdir. Bu baxımdan qeyd edilən hər iki sərəncam qanunsuzdur, nəzərə alınmamalıdır.Eyni zamanda nəzərə almaq lazımdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlak üzrərində mülkiyyət hüququ müvafiq qaydada qeydiyyata alındından sonra yaranır. Mübahisələndirilən qanunsuz tikilinin yerləşdiyi torpaq sahəsi cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün burda xüsusi mülkiyyət hüquqi yaranmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 15.03.2021-ci il tarixli qərardadı ilə,Binəqədi rayon İcra Hakimiyyəti cəlb edilməklə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətindən mütəxəssis rəyi alınmaqla iş üzrə təkrar məhkəmə-tikinti texniki ekspertizası təyin edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin 05.05.2021-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, mübahisələndirilən idıaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə baxış keçirilib, naturada koordinarları müəyyən edilməklə ölçülmüşdür. Ölçülmüş ərazi yaşayış məntəqəsinin hüdudları daxilində yerləşməklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan, və neft-qaz hasilatı məqsədilə Binəqədi Əməliyyat Şirkətininin idarəetməsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində olmaqla, sənaye təyinatlı dövlər mülkiyyəti torpağıdır, sahəsi 686 kvadratmetrdir. Ölçülmüş ərazinin naturada müəyən edilmiş koordinatlarına əsasən Naturada müəyyən edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi“nin mütəxəssisləri tərəfindən ölçülmüş ərazinin baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır (sxemlər əlavə edilir).1.iddiaçının iddia etdiyi və naturada göstərdiyi ölçülmüş torpaq sahəsi Şirvan-Bakı Dş-500 mm-lik magistral neft kəmərinin 116-cı km-də. kəmərdən 36.5 metr aralı məsafədə yerləşir, və Bakı səhər Binəqədi rayon İcra Hakimiyyəti başçısının 569 saylı 16.12.2004-cü ıl tarixli sərəncamı ilə cavabdeh X5 ayrılmış Biləcəri qəsəbəsi, Binəqədı yolu, Yeni massiv, 2-ci döngə, 8 saylı evin torpaq sahəsi ilə üst-üstə düşür. 2.Cavabdehə sərəncamla ayrılan torpaq sahəsi kəmərin mühafizə zonasında yerləşir, faktiki olaraq X3 istifadəsində olan tikili mövcudur, hüquqi əsaslarla kimə məxsus olması barədə məlumat aşkar edilmədi, rəyə əlavə edilmiş sxemdə ölçüsü və koordinatları göstərilmişdir, hasarın və tikililərin cavabdehdə olan (müraciətə əlavə edilmiş sxemlərə və peyk görüntüsündə qeyd edilmiş koordinatlara) sənədlərə uyğundur. 29.11.2021-ci il tarixli ekspert rəyinə əsasən, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi ölçülmüş torpaq sahəsi Şirvan-Bakı Dş-500 mm-lik magistral neft kəmərinin 116-cı km-də, kəmərdən 36.5 metr aralı məsafədə yerləşir və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 569 saylı 16.12.2004-cü il tarixli sərəncamı ilə cavabdeh X5 ayrılmış Biləcəri qəsəbəsi, Binəqədi yolu, Yeni massiv, 2-ci döngə, 8 saylı evin torpaq sahəsi ilə üst-üstə düşür. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyeəiri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, cavabdehə sərəncamla ayrılan torpaq sahəsi kəmərin mühafizə zonasında yerləşir, faktiki olaraq X3 istifadəsində olan tikili mövcuddur, hüquqi əsaslarla kimə məxsus olması barədə məlumat aşkar edilmədi, mütəxəssis rəyinə əlavə edilmiş sxemdə ölçüsü və koordinatları göstərilmişdir, hasarın və tikililərin cavabdehdə olan (müraciətə əlavə edilmiş sxemlərdə və peyk görüntüsündə qeyd edilmiş koordinatlara) sənədlərə uyğundur.Həmçinin qeyd olunur ki, tədqiqat obyekti olan, neft kəmərindən 36.5 metr məsafədə mişarlanmış əhəng daşından (mişar daşından) inşa olunmuş yarımçıq tikilinin eni 4 metr, uzunluğu isə 8 metr olmaqla ümumi sahəsi 32 m2-dir. Keçirilmiş ekspertiznın xərci 50 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Socar-ın "Neft Kəmərləri” İdarəsinin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, kəmərlə onun evi arasında 3 ev olduğunu, həmin torpaq sahəsinin ona sərəncamla ayrıldığını, mənzilin sənədləşdirilməsi üçün DƏDRX-a müraciət etdiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Binəqədi rayon İcra Hakimiyyətinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin əsaslı dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2, 46, 47, 67; Mülki Məcəllənin 139-181, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 372, 385, 386, 388, 389, 390-ci maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə səciyyə daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, iş üzrə torpağa dair icra hakimiyyəti tərəfindən verilmiş sərəncam mübahisələndirilmədiyindən prosessual hüquqi cəhətdən hazırki mülki icraat həddində (tələbdən kənar olaraq) onun şərtlərinin müzakirəsi yolverilməzdir və səlahiyyətlər baxımından mülki mühakimə predmeti ola bilməz. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da cavabdehin bu hüquqa gözləntiləri mülki qanunvericiliklə müəyyən edilmiş qaydada olduğundan, habelə onun əmlak və digər əlaqəli hüquqları ilə şərtləndiyindən apellyasiyanın bu dəlilləri əsassızdır. Apellyasiya icraatı zamanı aparılmış əlavə tədqiqatlar isə icra hakimiyyəti tərəfindən ayrılan torpaq sahəsinin məhz mübahisə edilən torpaq sahə ilə eyni olduğunu müəyyən etmişdir. Məhkəmələrə müraciətlərlə əlaqədar ödənilmiş dövlət rüsumu və ekspertiza üçün məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Socar-ın "Neft Kəmərləri” İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-660/2020 saylı işi üzrə 22.06.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 100 (yüz) manat məbləğdə pul vəsaiti – iddiaçı Socar-ın "Neft Kəmərləri” İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-122/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-122/2022
10.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver