Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1220/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi X14 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Bakı şəhəri 13 saylı Notariat Ofisinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.10.2021-ci il tarixli, 2(006)- 4186/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 13 saylı Notariat Kontoruna qarşı «məcburi paya görə şəhadətnamələrin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru tərəfindən X9 adına 30 oktyabr 2017-ci il tarixdə verilmiş, həmçinin Cavabdeh2 və Cavabdeh3 21 noyabr 2017-ci il tarixdə verilmiş məcburi paya görə şəhadətnamələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru tərəfindən Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının və X9 adına verilmiş 06 avqust 1998-ci il tarixli və 08 yanvar 1999-cu il tarixli məcburi paya görə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr onun iddiası əsasında Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16 oktyabr 2009-cu il tarixli 2(006)-2878/2009 saylı qətnaməsi ilə ləğv edilmişdir. Daha sonra Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru tərəfindən X9 adına 30 oktyabr 2017-ci il tarixdə yenidən şəhadətnamə verilmiş, 10.06.2016-cı il tarixdə vəfat etmiş Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının 21.11.1999-cu il tarixdə vəfat etmiş oğlu X24 övladları Cavabdeh2 və Cavabdeh3 21 noyabr 2017-ci il tarixdə məcburi paya görə şəhadətnamələr verilmişdir. Bu şəhadətnamələr qanunun tələbləri pozularaq verildiyindən etibarsız hesab edilməlidir. Belə ki, X9 adına 06 avqust 1998-ci il tarixdə verilmiş şəhadətnamə məhkəmə qətnaməsi ilə ləğv edildikdən sonra eyni əsasla 2-ci dəfə şəhadətnamə verilməsi əsassızdır. Bundan əlavə, Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızına verilmiş 08 yanvar 1999-cu il tarixli şəhadətnamənin məhkəmə qətnaməsi ilə ləğv edilməsi və onun vərəsəliklə bağlı heç bir hüququ olmadığı halda onun oğluna və nəvələrinə məcburi payla bağlı vərəsəlik şəhadətnaməsi verilərək qanunun tələbləri bir daha pozulmuşdur. O, verilmiş şəhadətnamələrin ləğv edilməsi ilə bağlı həm Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoruna, həm də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat-Notariat Baş İdarəsinə müraciət ünvanlamışdır. Lakin ünvan 1na etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat-Notariat Baş İdarəsi isə müraciətinə cavab verməmişdir. Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş vərəsəlik şəhadətnamələri əsasında cavabdehlər mübahisəli mənzilə dair artıq mülkiyyət hüququ da əldə etmişlər. Vərəsəlik şəhadətnamələrindən də göründüyü kimi, notarius vərəsəlik şəhadətnaməsi verərkən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə istinad etmişdir ki, bununla da həmin Məcəllənin 1194 və 1195-ci maddələrini nəzərə almayaraq, sözügedən maddələrin tələblərini pozmuşdur. Belə ki, notarius vərəsəlik şəhadətnaməsi verərkən payların miras əmlakına görə necə bölünməsini müəyyən etməmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.10.2021-ci il tarixli, 2(006)-4186/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi qətnamədə hazırkı vərəsəlik şəhadətnaməsinin əvvəl ləğv edilən vərəsəlik şəhadnaməsi ilə eynilik təşkil etmədiyini göstərsə də, bu fərqliliyin nədən ibarət olması, ümumiyyətlə hazırkı məcburi payçıların mərhum miras qoyan iddiaçının nənəsi Tükəzban Fətulla qızına və digər miras qoyan Gülmirzə Ağamirzə oğluna məxsus paya münasibətdə isə 1998-ci il tarixli, 2-809 saylı qanunu qüvvəsini almış qətnaməyə əsasən ölmüş elan edilməsi ilə açıldığı halda, hansı qanun üzrə vərəsəlik hüququnun yaranmasını, bunun istər məcburi vərəsə kimi və ya digər əsasla olması kimi hüquqlarının olub-olmamasını aydınlaşdırmadan işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə nəzərə almamışdır ki, miras əmlaka vərəsəliyin miras qoyanın 01 iyun 1997-ci il tarixdə vəfat etməsi ilə, Gülmirzə Ağamirzə oğluna məxsus paya münasibətdə isə 1998-ci il tarixli, 2-809 saylı qanunu qüvvəsini almış qətnaməsinə əsasən ölmüş elan edilməsi ilə açılmış və həmin miras əmlak üzrə yalnız vəsiyyət üzrə vərəsəliyin mövcud olduğu halda, notariusun təkrar ona hazırda qüvvədə olan Mülki Məcəllə ilə məcburi pay hüququ tanıması tamamilə qanunsuz olmuşdur. Halbuki qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə sonuncuların miras əmlaka vəsiyyət üzrə vərəsəlik hüququ olduğundan, mərhum Tükəzban Fətulla qızının payına münasibətdə hər hansı qanun üzrə vərəsəlik hüququnun mövcudluğundan söhbət gedə bilməz. Belə ki, qanunu qüvvəyə minmiş məhkəmə aktları ilə tam sübuta yetirilir ki, iddiaçının mərhum nənəsindən aldığı vəsiyyətnamə qüvvədə olmuş və qanunla müəyyən edilmiş qaydada miras əmlakı vəsiyyət üzrə vərəsə kimi qəbul etmişdir. Hazırkı işin hallarından və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilir ki, hazırkı vərəsəlik şəhadətnaməsi verilən miras mülklərə dair vərəsəlik 1997-ci il tarixdə mərhum Tükəzban Fətulla qızının vəfat etməsi ilə, Gülmirzə Ağamirzə oğluna məxsus paya münasibətdə isə 1998-ci il tarixli, 2-809 saylı qanuni qüvvəsini almış qətnaməsinə əsasən ölmüş elan edilməsi ilə açıldığından məhz cavabdehlərə münasibətdə sözgedən vərəsəlik şəhadətnaməsi də həmin dövr qüvvədə olmuş qanunverciliyin tələbləri baxımından, yəni 1964-cü il sentyabrın 11-də qəbul olunmuş və 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş AzərbaycanRespublikası Mülki Məcəlləsinin tələblərinə uyğun həyata keçirilə bilərdi ki, belə olan halda notarius tərəfindən qeyd edilən tələblərə əməl edilməməsi iddiaçının Konstitusiyanın 29-cu maddəsində nəzərdə tutulan vərəslik hüququnu pozmuşdur. Həmçinin vərəsəlik şəhadətnaməsi verilərkən notarius tərəfindən “Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbləri pozularaq, sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı müəyyənləşdirməmiş və şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını araşdırmamışdır. Məhkəmə qeyd edilən paylara münasibətdə vəsiyyətnamənin mövcudluğu və belə bir halda digər vərəsələrin qanun üzrə vərəsə ola bilməməsini və məcburi pay hüququ olan şəxslərin dairəsinə aid olmadığını nəzərə almamışdır. Bu halın qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tanınmasını bir daha nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X25 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 13 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Nəsimi rayon məhkəməsinin 16.10.2009-cu il tarixli 2(006)- 2878/2009 saylı qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi təmin edilərək ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair ünvan 3dən Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının və X9 adına verilmiş 06 avqust 1998-ci il tarixli və 08 yanvar 1999-cu il tarixli qanun üzrə vərəsəliyin qəbul edilməsi barədə şəhadətnamələrin ləğv edilməsi, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış 04 fevral 1999-cu il tarixli hüquqi qeydiyyatın ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan 31.10.2017-ci il tarixli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 13 saylı dövlət notariat kontorunun böyük dövlət notariusu İradə Hüseynova Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən təsdiq edir ki, 01 iyun 1997-ci ildə vəfat etmiş Tükəzban Fətulla qızının əmlakının 18/540 hissəsinə ünvan 4 ünvanda qeydiyyatda olan qızı X20 vərəsədir. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri Bakı Şəhər Ərazi İdarəsi tərəfindən, 129 nömrəli reyestr kitabının, 11792 nömrəli vərəqəsində, **********74-10301 reyestr nömrəsi ilə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, 14102017-ci il tarixdə verilmiş çıxarışa və elektron informasiya sistemi vasitəsi ilə, 31.10.2017-ci il tarixdə, ********** saylı əldə edilmiş daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi ev 56 mərhum Tükəzban Fətulla qızına məxsus 9/45 hissədən ibarətdir. Göstərilən miras əmlakın qalan 36/540 hissədən ibarət iki məcburi payına (Gülmirzə Ağamirzə oğluna veriləcək 18/540 hissə və X6 veriləcək 18/540 hissə) və 54/540 hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcək. İş materiallarında olan - 31.10.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 13 saylı dövlət notariat kontorunun böyük dövlət notariusu İradə Hüseynova Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən təsdiq edir ki, 19 iyul 1998-ci ildə vəfat etmiş Gülmirzə Ağamirzə oğlunun vərəsəsi bacısı X15r o bu miras əmlakdan 6/540 hissə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: Vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş, Gülmirzə Ağamirzə oğlunun, 01 iyun 1997-ci ildə vəfat etmiş anası Tükəzban Fətulla qızına məxsus olmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət Hüquqlarının Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri Bakı şəhər Ərazi İdarəsi tərəfindən, 129 nömrəli reyestr kitabının, 11792 nömrəli vərəqəsində, **********74- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, 14.10.2017-ci il tarixdə verilmiş çıxarışa və elektron informasiya sistemi vasitəsilə 31.10.2017-ci il tarixdə, ********** saylı əldə edilmiş daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışa əsasən, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 18/540 hissəsindən ibarətdir. Göstərilən miras əmlakın qalan 12/540 hissəsindən ibarət (6/540, 6/540) iki payı açıq saxlanır. İş materiallarında olan 31.10.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 13 saylı dövlət notariat kontorunun böyük dövlət notariusu İradə Hüseynova Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, 19 iyul 1998-ci ildə vəfat etmiş, Gülmirzə Ağamirzə oğlunun vərəsəsi ünvan 4 ünvanında qeydiyyatda olan bacısı X15r və o, bu əmlakdan 3/45 hissə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət Hüquqlarının Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri Bakı şəhər Ərazi İdarəsi tərəfindən, 129 nömrəli reyestr kitabının, 11792 nömrəli vərəqəsində, **********74-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, 14.10.2017-ci il tarixdə verilmiş çıxarışa və elektron informasiya sistemi vasitəsilə 31.10.2017-ci il tarixdə, ********** saylı əldə edilmiş daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışa əsasən, ünvan 5 mərhum X5 məxsus 9/45 hissədən ibarətdir. İş materiallarında olan 21.11.2017-ci il tarixli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 13 saylı dövlət notariat kontorunun böyük dövlət notariusu İradə Hüseynova Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən təsdiq edir ki, 01 iyun 1997-ci ildə vəfat etmiş Tükəzban Fətulla qızının əmlakının 18/540 hissəsinə ünvan 4 ünvanında qeydiyyatda olan, (10.06.2016-cı ildə vəfat etmiş qızı X4 21.11.1999-cu ildə vəfat etmiş oğlu X24 övladları Cavabdeh2 və Cavabdeh3 məcburi paya vərəsədirlər. Onlar bu miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri Bakı Şəhər Ərazi İdarəsi tərəfindən, 129 nömrəli reyestr kitabının, 11792 nömrəli vərəqəsində, **********74-10301 reyestr nömrəsi ilə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, 14102017-ci il tarixdə verilmiş çıxarışa və elektron informasiya sistemi vasitəsi ilə, 31.10.2017-ci il tarixdə, ********** saylı əldə edilmiş daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi ev 56 mərhum Tükəzban Fətulla qızına məxsus 9/45 hissədən ibarətdir. Göstərilən miras əmlakın qalan 18/540 hissədən ibarət bir məcburi payına və 54/540 hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcək. İş materiallarında olan 13 saylı Notariat Ofisinin təqdim etdiyi Abbasova (Məmmədova) Sara Ağamirzə qızının adına 31.10.2017-ciil tarixdə, Cavabdeh2 və Cavabdeh3 adına 21.11.2017-ci il tarixdə verilmiş «məcburi paya vərəsəlik hüququ haqqında» şəhadətnamələrin verilməsinə əsas olmuş notariat işində olan 23.12.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən Bakı şəhəri, 13 saylı dövlət notariat kontorunda 18.10.1991-ci il tarixdə 2V-12/34-28 saylı reyestrlə qeydiyyata alınmış vəsiyyətnaməyə əsasən 01.06.1997-ci il tarixdə vəfat etmiş Tükəzban Fətulla qızının vəsiyyətnamədə göstərilən vərəsəsi ünvan 2 ünvanda qeydiyyatda olan İddiaçıdur. O, bu miras əmlakdan 54/540 hissə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət Hüquqlarının Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri Bakı şəhər Ərazi İdarəsi tərəfindən 18.05.2012-ci il tarixdə verilmiş **********74 reyestr ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa və real vaxt rejimində 31.10.2017-ci il tarixdə elektron şəkildə əldə edilmiş ********** saylı arayışa əsasən verildiyi tarixədək üzərində məhdudiyyət və yüklülük qeydə alınmamış, paylı mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 113,3 kv.m olan fərdi yaşayış evinin mərhum Tükəzban Fətulla qızına məxsus olmuş 9/45 hissəsindən ibarətdir. İş materiallarında olan İddiaçı adına verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh2 (9\45 hissə 1 otaq, y\s 13,5 kv.m, k/s 8,3 kv.m) adına 04.11.2010-cu ildə, X14 (9\45 hissə 1 otaq, y\s 11,2 kv.m, k/s 10,4 kv.m) adına 18.05.2017-ci ildə, Cavabdeh1 (60/540 hissə) 06.11.2017-ci ildə, Cavabdeh3 (60/540 hissə) adına 29.11.2017-ci ildə, İddiaçı (9/45 hissə) 27.02.2021-ci ildə qeydiyyata alınmış, Tükəzban Fətulla qızının adına 60/540 hissə, X2 adına 36/450 hissə açıq qalmışdır. İş materiallarında olan İddiaçı adına verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh2 (9\45 hissə 1 otaq, y\s 13,5 kv.m, k/s 8,3 kv.m) adına 04.11.2010-cu ildə, X14 (9\45 hissə 1 otaq, y\s 11,2 kv.m, k/s 10,4 kv.m) adına 18.05.2017-ci ildə, Cavabdeh1 (60/540 hissə) 06.11.2017-ci ildə, Cavabdeh3 ( 60/540 hissə) adına 29.11.2017-ci ildə, İddiaçı (17/45 hissə) 27.02.2021-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 02.08.2018-ci il tarixli qərardadından görünür ki, iddiaçı X13 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «qanun üzrə vərəsəlik hüququna dair» şəhadətnamənin və daşınmaz əmlakın hüquqi qeydiyyatının ləğv edilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işin icratına xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2016-cı il tarixli 2(006)-6982/2016 saylı qətnaməsindən görünür ki, A.Məmmədovun iddiası təmin edilmiş, X29 ilə Tükəzban Fətulla qızının 1920-ci ilin sentyabr ayından faktiki nikahda olmaları faktının müəyyən edilməsi, ünvan 2-ya dair Məmmədova (Abbasova) Sara Ağamirzə qızına 2\15 pay hüququ, Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızına 2\15 pay hüququ və X16 11\15 pay hüququnun müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 03 may 2017-ci il tarixli 2(103)-2008/2017 saylı qərardadından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2016-cı il tarixli 2(006)- 6982/2016 saylı qətnaməsi ləğv edilərək iddiaçı Məmmədov (Məmmədli) Aydın Məmməd oğunun cavabdehlər Məmmədova (Abbasova) Sara Ağamirzə qızına qarşı faktiki nikahda olma faktının və miras payların müəyyən edilməsi tələbinə dair iddiasının baxılmamış saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 avqust 2017-ci il tarixli 2(102)-5615/2017 saylı qərarı ilə Bakı Apellyassiya Məhkəməsinin 03 may 2017-ci il tarixli 2(103)-2008/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli 2(006)-1965\2018 saylı qətnaməsindən görünür ki, iddiaçı X17 cavabdehlər X12, Cavabdeh2, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı «müəyyən edilmiş paylar üzrə hüquq müəyyənedici sənədlərin (çıxarışın) ləğv olunması, nikahda olma faktının müəyyən olunması, pay hüququnun müəyyən edilməsi» tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli 2(006)-1965\2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli 2(102)-1624/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi araşdırma zamanı müəyyən etmişdir ki, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru tərəfindən X9 adına 30 oktyabr 2017-ci il tarixdə və 10.06.2016-cı il tarixdə vəfat etmiş Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının 21.11.1999-cu il tarixdə vəfat etmiş oğlu X24 övladları Cavabdeh2 və Cavabdeh3 21 noyabr 2017-ci il tarixdə məcburi paya görə şəhadətnamələr, həmin Notariat Kontoru tərəfindən Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının və X9 adına verilmiş 06 avqust 1998-ci il tarixli və 08 yanvar 1999-cu il tarixli məcburi paya görə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2009-cu il tarixli 2(006)-2878/2009 saylı qətnaməsi ilə müəyyən edilmiş hallarla eyni əsaslarla təkrar verilməmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızına verilmiş 08 yanvar 1999-cu il tarixli şəhadətnamənin məhkəmə qətnaməsi ilə ləğv edilməsinin onun vərəsəliklə bağlı heç bir hüququ olmaması kimi qiymətləndirilə bilməz. Belə ki, 10.06.2016-cı ildə vəfat etmiş X10 01 iyun 1997-ci ildə vəfat etmiş Tükəzban Fətulla qızının övladıdır. 21.11.1999-cu ildə vəfat etmiş X34 isə X4 övladıdır. Şəhadətnaməyə əsasən isə X24 övladları Cavabdeh2 və Cavabdeh3 məcburi paya vərəsədirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1193 və 1159-cu maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırki mübahisənin həllinə dair mövqeyi ilə razılaşmır. Belə ki, iş materialları və tərəflərin verdikləri izahatlarla mübahisəsiz qaydada müəyyən olunur ki, mübahisəli miras əmlak ilk dəfə tarixsiz olaraq X23 məxsus olmuş (qeydiyyatdan keçmiş) və o, 17.10.1938-ci il tarixdə vəfat etmiş, həmin əmlak ölümündən sonra onun adına qeydiyyata alınmışdır. X31 ilə Tükəzban Fətulla qızının faktiki nikahlarından Məmməd, Ağa Mirzə, Sara və Anaxanım adlı uşaqları doğulmuşdur. Oktyabr Rayon Məhkəməsinin 18.02.1949-cu il tarixli qətnaməsi ilə ev vərəsəlik qaydasında Tükəzban Fətulla qızının, Məmmədov X28, X3, X7 və X1 birgə mülkiyyətinə keçmiş və 17.03.1949-cu ildə qeydiyyat vəsiqəsi verilmişdir. 18 oktyabr 1991-ci il tarixli vəsiyyətnamə əsasında Bakı şəhəri A.D.Qurbanov küçəsi ev 56-da yaşayan Tükəzban Fətulla qızı öləcəyi gün ona məxsus mənzili bərabər şəkildə X8 və X16 vəsiyyət etmişdir. Tükəzban Fətulla qızı 01 iyun 1997-ci il tarixdə vəfat etmişdir. Abbasova (Məmmədova) Sara Ağamirzə qızı və Rəhimova (Məmmədova) Anaxanım Ağamirzə qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi mülkiyyət hesab edilən, Bakı şəhəri A.Qurbanov küçəsindəki 56 saylı evdən olan paylarının naturada bölünüb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Nəsimi Rayon Məhkəməsinin 28.08.1998-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ev bölünərək, mülkiyyətçilər Məmmədova (Abbasova) Sara Ağamirzə qızına 11,2 m2 olan 1 nömrəli otağın və 10,4 m2 olan 12 nömrəli yardımçı sahənin, Rəhimova (Məmmədova) Anaxanım Ağamirzə qızına sahəsi 15 m2 olan 2 saylı otağın və 8,8 m2 olan 11 saylı yardımçı sahənin verilməsi, 2 və 3 saylı otaqların arasındakı arakəsmənin bərpa edilməsi, eyni zamanda cavabdeh X13 2 nömrəli otaqdan köçürülməsi qət edilmişdir. Bakı Şəhər Məhkəməsinin 22.10.1998-ci il tarixli qərardadı ilə həmin qətnamə ləğv olunaraq işə yenidən baxılması üçün göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Sədrinin müavininin Ali Məhkəmənin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına nəzarət qaydasında verdiyi protest əsasında qəbul edilmiş 09.12.1998-ci il tarixli 3d-6/464 nömrəli qərardadı ilə Bakı Şəhər Məhkəməsinin 22.10.1998-ci il tarixli qərardadı ləğv edilmiş və Nəsimi Rayon Məhkəməsinin 28.08.1998ci il tarixli 2-972 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Hazırkı iddiasında iddiaçı onun iddiası əsasında qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2009-cu il tarixli 2(006)-2878/2009 saylı qətnaməsinə istinad edərək Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru tərəfindən X9 adına 30 oktyabr 2017-ci il tarixdə, 10.06.2016-cı il tarixdə vəfat etmiş Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının 21.11.1999-cu il tarixdə vəfat etmiş oğlu X24 övladları Cavabdeh2 və Cavabdeh3 21 noyabr 2017-ci il tarixdə verilmiş məcburi paya görə şəhadətnamələrin verilməsinin qanuniliyini mübahisələndirir. İş materialları ilə birmənalı olaraq müəyyən edilir ki, miras əmlaka vərəsəlik miras qoyanın (Tükəzban Fətulla qızının) ölümü ilə yəni, 01 iyun 1997-ci il tarixdə vəfat etməsi ilə açılmışdır. Ona görə də tərəflər arasındakı münasibətlərə həmin vaxt qüvvədə olmuş maddi hüquq normaları əsasında, yəni 1964-cü il sentyabrın 11-də qəbul olunmuş və 2000-ci il sentyabrın 1-də qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun qiymət verilə bilərdi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən edilirdi ki, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmuş elan edilməsi ilə açılır (maddə 528). Hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayn-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər (maddə 537). Miras qoyanın həddi-buluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə ikisindən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır (maddə 538). Göründüyü kimi, həmin Məcəllədə miras əmlakda məcburi pay hüququ bütün vərəsələr üçün deyil, yalnız həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqlar (o cümlədən övladlığa götürülənlər), əmək qabiliyyəti olmayan ər (arvad), valideynlər (övladlığa götürənlər), ölənin himayəsində olanlar üçün nəzərdə tutulmuşdur. Kollegiya qeyd edilən işin müəyyən edilən hallarına sadalanan maddi hüquq normalarını tətbiq etməklə belə qənaətə gəlir ki, vərəsəlik miras qoyan Tükəzban Fətulla qızının 01 iyun 1997-ci ildə ölməsi ilə açıldığından, həmin dövrdə qüvvədə olmuş mülki qanunvericilik isə yalnız müəyyən kateqoriya şəxslərin məcburi pay almaq hüququnu nəzərdə tutduğundan, hazırkı iş üzrə cavabdehlər həmin kateqoriya şəxslərə aid olmadığından sonuncuların adına verilən məcburi paya görə şəhadətnamələr etibarsız olmuşdur. Belə ki, hazırkı mülki münasibətlərin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30-cu maddəsinə əsasən müəyyən edilirdi ki, qanuna zidd məqsədlə və ya qanuna etina etmədən bağlanan əqd, habelə açıq-açığına dövlətin zərərinə olan əqd etibarsızdır. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, mübahisəli evdəki miras qoyana məxsus əmlak payı miras açılanadək vəsiyyətnamə ilə yüklü edilmişdir. İş materiallarında cavabdehlərin mirasdan məcburi pay almaq hüququna malik şəxslər kateqoriyasına aid olduğu, habelə ölənədək mirasdan pay almaq üçün müraciət etməsi barədə hər hansı məlumat (sübut) yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. “Notariat haqqında” Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. İşin araşdırılan hallarından görünür ki, qeyd edilən maddənin tələbləri də notarius tərəfindən X9 adına 31 oktyabr 2017-ci il tarixdə, həmçinin Cavabdeh2 və Cavabdeh3 21 noyabr 2017-ci il tarixdə məcburi paya görə şəhadətnamələr verilərkən pozulmuşdur. Belə ki, qeyd edilən paya münasibətdə vəsiyyətnamə mövcud olduğu halda digər vərəsələrin qanun üzrə vərəsə ola bilməməsi və məcburi pay hüququ olan şəxslərin dairəsinə aid olmadığı nəzərə alınmamışdır. Bu hal qanunu qüvvəyə minmiş məhkəmə aktı ilə də tanınmışdır. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 16.10.2009-cu il tarixli 2(006)-2878/2009 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, mərhum Tükəzban Fətulla qızının ünvan 2 ünvanda yerləşən şəxsi mənzilini bərabər dərəcədə X11 və X16 notarial qaydada ünvan 3dən 18.10.1991-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnaməsi qüvvədə olduğu üçün qanunvericiliyin tələbinə görə miras mülkə dair qanun üzrə vərəsəlik yarana bilməzdi və ölmüş şəxsin əmlakı yalnız vəsiyyət üzrə vərəsələrə keçə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə müvafiq olaraq bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Məhz bu prinsipi əsas götürərək məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə hazırkı işdə mübahisələndirilən məsələlərə faktiki olaraq hüquqi qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işin hallarını düzgün müəyyən etməmiş, mübahisə üzrə səhv nəticəyə gəlmişdir, ona görə də qətnamə ləğv edilməklə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə T ET D İ : İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.10.2021-ci il tarixli, 2(006)-4186/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 13 saylı Notariat Kontoruna qarşı «məcburi paya görə şəhadətnamələrin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilsin. Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru tərəfindən X9 adına 30 oktyabr 2017-ci il tarixdə verilmiş, həmçinin Cavabdeh2 və Cavabdeh3 21 noyabr 2017-ci il tarixdə verilmiş məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1220/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1220/2022
12.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver