Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1235/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(004)-2619/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli K00108787 nömrəli müqavilə üzrə aldığı “Hoffmann LED 50E3400” markalı televizor cihazının 1080 manat dəyərindən ödənilməmiş qalan 292 manat əsas borc, 29 manat cərimə; xx.xx.2018-ci il tarixli k00188651 nömrəli müqavilə üzrə aldığı “Hoffmann FAAC-24/WEV” markalı kondisioner cihazının 1458 manat dəyərindən ödənilməmiş qalan 940 manat əsas borc, 94 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1385 manat vəsaitin Cavabdeh tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(004)-2619/2020 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2018-ci il tarixli K00108787 nömrəli müqavilə üzrə aldığı “Hoffmann LED 50E3400” markalı televizor cihazının 1080 manat dəyərindən ödənilməmiş qalan 292 manat əsas borc, 29 manat cərimə; xx.xx.2018-ci il tarixli K00188651 nömrəli müqavilə üzrə aldığı “Hoffmann FAAC-24/WEV” markalı kondisioner cihazının 1458 manat dəyərindən ödənilməmiş qalan 940 manat əsas borc, 94 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1385 (bir min üç yüz səksən beş) manat vəsait tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddia tələbləri əsasız olduğundan rədd olunmalıdır. İddiaçı ərizəsində onun ödədiyi məbləğləri düzgün göstərməyərək ondan artıq pul tələb edir. Bununla yanaşı, əlavə olaraq ondan cərimə pulu tələb edir. Halbuki dünyada yaranmış vəziyyəti nəzərə almır. O, faktiki olaraq müqavilə üzrə ödənişlərini edirdi. Yaxın adamının ölümü ilə əlaqədar ödəniş edə bilmədi. Vəziyyəti pisləşdi. Pandemiyadan sonra maddi vəziyyət daha da çətinləşdi və bu səbəbdən ödənişlərdə gecikmə yarandı. Bunu iddiaçı fors major hal kimi nəzərə almalı idi. Müqavilə üzrə borcu hissə hisə ödəməlidir. Birdəfəlik ödəməyə maddi imkanı olsa idi elə əvvəldən ödəniş edib malı alardı. İddiaçı yaranmış pandemiya vəziyyətindən istifadə edərək ondan pulu birdəfəlik ödənilməsini tələb edir. Bu da onun maddi durumunu imkansız edir. Hazırda ödəniş qrafikinə uyğun olaraq ödəniş etməyə hazırdır. Lakin iddiaçı məbləği dəqiqləşdirərək düzgün qeyd etməli və ona əlavə hesablanmış cəriməni silməlidir. Əlavə olaraq iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl pretenziya qaydasına da əməl etməmiş ona bu barədə hər hansı bildiriş göndərməmişdir. Faktiki olaraq bu məsələni özləri həll edə bilərdilər. Məhkəmə iclasında İddiaçı “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixli K00108787 nömrəli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh 1080 manat dəyərində “Hoffmann LED 50E3400” markalı televizor cihazını 0 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə ayda 90 manat ödənilməsi şərti ilə nisyə satmışdır. Həmçinin, xx.xx.2018-ci il tarixli k00188651 nömrəli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh 1458 manat dəyərində “Hoffmann FAAC-24/WEV” markalı kondisioner cihazını 0 manat ilkin ödəniş olmaqla, 18 ay müddətinə ayda 81 manat ödənilməsi şərti ilə nisyə satmışdır. Tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliyini yerinə yetirməmiş, cavabdeh aldığı 1080 manat və 1458 manat dəyərində televizor və kondisioner cihazlarının dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixli müqavilələr üzrə iddiaçı “xxxx” MMC-yə ödənilməmiş cəmi 1232 manat əsas borcu, 123 manat cərimə olmaqla, ümumilikdə 1355 manat borcu yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən, cərimə hissəsində ləğv edilməsi üçün əsasdır. Əvvəla, cavabdeh iddiaçının ondan artıq pul tələb etdiyini göstərsə də bu artıq pulun nədən ibarət olmasını açıqlamır. İddiaçı cavabdehin ödədiyi məbləği düzgün göstərmirsə, sonuncu özü bunu düzgün göstərə və buna dair məhkəməyə sübut təqdim edə bilərdi. Lakin bu barədə sübut təqdim etmir, ancaq şikayətində bundan fikir olaraq istifadə edir. İkincisi, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda cavabdehin iddiaçıya ödəməli olduğu pul məbləğidir(MM.mad.462.1). Cavabdehin müqavilə üzrə öhdəliyini lazımınca icra etmədiyi iş materialları ilə açıq-aşkar təsdiq olunur. Buna görə də cavabdehdən cərimə də tələb edilməsi əsassız olmamışdır. Üçüncüsü, cavabdeh iddiaçı ilə müqavilələri könüllü olaraq bağlamışdır. Müqavilədə nəzərdə tutulan şərtlərdən əvvəlcədən məlumatlı idi. Müqavilə müddətində öhdəliyin hissə-hissə icra edilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh müqavilələrin müddətinin bitməsinə baxmayaraq bugünə qədər öhdəliyini tam yerinə yetirməmişdir. Ona görə də iddiaçının məhkəməyə müraciət edərək cavabdehdən öhdəliyinin icrasını birdəfəyə yerinə yetirməyi tələb etmək hüququ olmuşdur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.4, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya isntansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(004)- 2619/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1235/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1235/2021
01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver