Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1235/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X6 qarşı (1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisi, Bakı şəhəri 9 saylı notariat ofisi, Bakı şəhəri 12 saylı Notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, əmlakın qaytarılması) X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X8, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X6 qarşı (1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisi, Bakı şəhəri 9 saylı notariat ofisi, Bakı şəhəri 12 saylı Notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, əmlakın qaytarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 699/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2004-cü il tarixdə X10 və xx.xx.2005-ci il tarixdə X9 doğulmuşdur. Tərəflərin birgə nikahda olduğu müddət ərzində: Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 77/9, 71 a saylı mənzil xx.xx.2014-cü il tarixdə cavabdehin adına qeydə alınmış, lakin xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir; Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Bakı yolu 5 ünvanda yerləşən 3.2413 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binası xx.xx.2010-cu il tarixdə cavabdehin adına qeydiyyata alınmış, lakin qeyri-yaşayış binası söküldüyü üçün hüquqları ləğv edilmiş, 3.2413 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilmişdir; ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası və üzərində yerləşdiyi 2.8578 ha torpaq sahəsi xx.xx.2009-cu il tarixdə cavabdehin adına qeydə alınmış, lakin qeyri-yaşayış binası söküldüyü üçün hüquqları ləğv edilmiş, 2.8578 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmişdir. Bundan başqa cavabdeh 2018-ci il tarixdə X13, Kestel, Yanımehmet məhəlləsində daşınmaz əmlak əldə etmişdir. Tərəflər arasında bağlanmış nikah Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(055)- 417/2022 saylı qətnaməsi ilə pozulmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 birgə nikah müddətində əldə olunmuş əmlaklarla bağlı Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 77/9, 71a saylı mənzilinin 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat kontorunda təsdiq edilmiş 49-953 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi Qala-Bakı yolu 5 ünvanda yerləşən 3.2413 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasının alqısatqısına dair Bakı şəhəri, 9 saylı DNK-nın xx.xx.2014-cü il tarixli, 4Ə-3/787 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasınnın və onun yerləşdiyi 2.8578 ha torpaq sahəsinin alqı-satqısına dair Bakı şəhəri 12 saylı DNK-nın 4Ə-1131 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə Şahlar Allahverdiyev küçəsi, 12m saylı evin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və bununla bağlı həmin daşınmaz əmlaka verilən dövlət reyestrindən çıxarışın ləğv edilməsi, xx.xx.2018-ci il tarixdə Türkiyə Respublikası, Bursa şəhəri, Kestel ilçəsi, Vanimehmet məhəlləsində hazırda Cavabdeh1 adına tam mülkiyyət hüququ ilə olan evdə payının müəyyən olunması, ona məxsus Saatlı rayonu, Nəsimikənd kəndində Cavabdeh1 yaşadığı evdə olan Divar mebeli – 2.000 manat, Masa və 8 ədəd stul - 800 manat, Divan, kreslo – jurnal masası, Türkiyə istehsalı – 1.900 manat, Televizor “Sony” markalı – 1.000 manat, Yataq dəsti, siyirtmə – 1.000 manat, Çarpayı 2 ədəd - 900 manat, Mətbəx mebeli - 800 manat, Paltar yuyan “Samsung” markalı - 700 manat, Tozsoran “LG” markalı - 130 manat, Toster - 100 manat, Soyuducu – 1.000 manat, Soba - 200 manat, Mikser (türk) - 100 manat, Şirəçəkən - 100 manat, Blender - 100 manat, Nikel qazan dəsti, “Korkmaz” - 500 manat, Mantı qazanı - 100 manat, Qazan dəsti, 5 ədəd, “Tefal” - 250 manat, Çilçıraq 2 ədəd - 200 manat, Serviz qablar 4 dəst - Türk istehsalı – 1.500 manat, Serviz qablar 24 ədəd - 200 manat, Büllur qrafin 4 ədəd - 500 manat, Büllur stəkanlar 24 ədəd - 300 manat, Çay stəkanları 24 ədəd - 150 manat, Armudu çay stəkanları 24 ədəd - 150 manat, Büllur meyvə qabları 6 ədəd - 300 manat, Qaşıq dəsti Türk istehsalı - 200 manat, Qaşıq seti 24 ədəd - 250 manat, Boşqablar 24 ədəd - 150 manat, Büllur şirə stəkanları 24 ədəd - 200 manat, büllur qəndqabılar 8 ədəd - 300 manat, “Tefal” tava 3 ədəd - 100 manat, Xalça 3 ədəd – 1.100 manat, Döşək dəsti 6 ədəd - 600 manat, Yun yorğan dəst - 8 ədəd - 400 manat, Yun ədyallar 10 dəst - 300 manat, Yastıqlar 12 ədəd - 120 manat, Masa üstü süfrələr 10 dəst - 500 manat, Çay dəsmalları 24 ədəd - 240 manat, Əl dəsmalı 24 ədəd - 400 manat, Çay dəsmalları 30 ədəd - 300 manat, Tros boyunbağı 23 qram – 1.500 manat, İtalyan boyunbağı (uşaq) 2 dəst 3 qram – 1.000 manat, Ağ qızıl boyunbağı 2 dəst, 2 qram – 800 manat, Qolbağı, saat, rus qızılı, 5 qram – 1.100 manat, Qolbağı, İtalyan, halqa, 5 qram – 1.000 manat, Dairəvi üzük, 2 ədəd, rus qızılı – 1.000 manat, Üzük, İtalyan qızılı 3 ədəd – 1.500 manat, Burma bilərzik türk qızılı. 22 qram – 2.000 manat, Üzük-sırğa dəsti İtalyan – 1.800 manat, Sırğa üzük dəsti, italyan – 2.000 manat; 11. Kulon, rus qızılı, 3 qram – 150 manat, Kulon, 2 ədəd, 2 qram – 300 manat, Tək qaş üzuk. italyan, 3 qram – 500 manat, Tək sırğa. 2 ədəd, italyan – 1.000 manat, Tək üzük, rus. 3 qram – 300 manat dəyərində olmaqla cehiz əşyalarının və ona hədiyyə olaraq verilən qızıl-zinət əşyalarının qaytarılması, onların hər hansı biri olmadığı və yararsız vəziyyədə olduğu halda dəyərinin ona ödəniİməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuşdur. Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(055)- 417/2022 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Onların birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X10 və xx.xx.2005-ci il təvəllüdlü X9 adlı iki övladları doğulmuşdur. O, cavabdehlə birlikdə ümumi təsərrüfatın idarə edilməsində iştirak etmişdir. Ona məxsus olan cehiz, qızıl-zinət və şəxsi əşyaları cavabdeh onu döyüb evdən qovduqdan sonra Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə, Ş.Allahverdiyev küçəsi, 12m saylı evdən yığıb, atasının yaşadığı Saatlı rayonunun Nəsimikənd kəndinə göndərmişdir. Onların birgə nikah müddətində cavabdehin adına aşağıdakı əmlaklar alınmışdır: 1) Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 77/9, 71a saylı mənzili Bakı şəhəri 13 saylı DNK-nın 4Ə-04 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən cavabdehin adına rəsmiləşdirilmiş və xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmiş, 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat kontorunda 4Ə953 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmışdır; 2) Bakı şəhəri 7 saylı DNK-nin 4Ə-1-88 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Bakı yolu 5 ünvanda yerləşən 3.2413 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binası xx.xx.2010-cu il tarixdə cavabdehin adına qeydiyyatdan keçmiş, Bakı şəhəri 9 saylı DNKnın xx.xx.2014-cü il tarixli 4Ə-3/787 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 300.000 manata satılmışdır; 3) Bakı şəhəri 9 saylı DNK-nın xx.xx.2009-cu il tarixli, 4Ə-7/963 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 2.8578 ha torpaq sahəsi xx.xx.2009-cu il tarixdə cavabdehin adına qeydiyyatdan keçmiş, həmin torpaq sahəsi Bakı şəhəri 12 saylı DNK-nın 4Ə-1131 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X6 2.200.000 manata satılmışdır; 4) xx.xx.2018-ci ildə Türkiyə Respublikası, Bursa şəhəri, Kestel ilçəsi, Vanimehmet məhəlləsində tam mülkiyyət hüququ ilə ev alınmışdır və hazırda cavabdehin mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 77/9, 71a saylı mənzil satıldıqdan sonra, həmin mənzildə olan ona məxsus cehiz əşyaları və ev avadanlıqları onların Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-cı sahə, Ş.Allahverdiyev küçəsində yerləşən 12m saylı evə yerləşdirilmişdir. Cavabdeh 2022-ci ilin sentyabr ayında onun xəbəri olmadan və həmin evin satılmasına razılıq vermədiyi üçün onu döyüb xəsarət yetirmiş, onun Səbail RPİ-nin 8-cı PB-yə şikayətindən sonra həmin evdə ona məxsus olan cehiz əşyalarını, qızıl-zinət əşyalarını yığıb atasının yaşadığı Saatlı rayonu, Nəsimikənd kəndində olan evinə aparmışdır. Həmin əşyalar aşağıdakılardır: 1. Divar mebeli – 2.000 manat; 2. Masa və 8 ədəd miz - 800 manat; 3. Divan, kreslo – jurnal masası, Türkiyə istehsalı – 1.900 manat; 4. Televizor “Sony” markalı – 1.000 manat; 5. Yataq dəsti, siyirtmə – 1.000 manat; 6. Çarpayı 2 ədəd - 900 manat; 7. Mətbəx mebeli - 800 manat; 8. Paltar yuyan “Samsung” markalı - 700 manat; 9. Tozsoran “LG” markalı - 130 manat; 10. Toster - 100 manat; 11. Soyuducu – 1.000 manat; 12. Soba - 200 manat; 13. Mikser (türk) - 100 manat; 14. Şirəçəkən - 100 manat; 15. Blender - 100 manat; 16. Nikel qazan dəsti, “Korkmaz” - 500 manat; 17. Manti qazanı - 100 manat; 18. Qazan dəsti, 5 ədəd, “Tefal” - 250 manat; 19. Çilçıraq, 2 ədəd - 200 manat; 20. Serviz qablar. 4 dəst - Türk istehsalı – 1.500 manat; 21. Serviz qablar. 24 ədəd - 200 manat; 22. Büllur qrafin 4 ədəd - 500 manat; 23. Büllur stəkanlar. 24 ədəd - 300 manat; 24. Çay stəkanları, 24 ədəd - 150 manat; 25. Armudu çay stəkanları, 24 ədəd - 150 manat; 26. Büllur meyvə qabları. 6 ədəd - 300 manat; 27. Qaşıq dəsti, Türk istehsalı - 200 manat; 28. Qaşıq seti. 24 ədəd - 250 manat; 29. Boşqablar, 24 ədəd - 150 manat; 30. Büllur şirə stəkanları, 24 ədəd - 200 manat; 31. Büllur qəndqabılar. 8 ədəd - 300 manat; 32. «Tefal» tava, 3 ədəd - 100 manat; 33. Xalça, 3 ədəd – 1.100 manat; 34. Döşək dəsti. 6 ədəd - 600 manat; 35. Yun yorğan dəst - 8 ədəd - 400 manat; 36. Yun ədyallar, 10 dəst. 300 manat;
37. Yastıqlar, 12 ədəd - 120 manat; 38. Masa üstü süfrələr.10 dəst - 500 manat; 39. Çay dəsmalları, 24 ədəd - 240 manat; 40. Əl dəsmalı, 24 ədəd - 400 manat; 41. Çay dəsmalları, 30 ədəd - 300 manat; Qızıl-zinət əşyaları: 1. Tros boyunbağı. 23 qram – 1.500 manat; 2. İtalyan boyunbağı (uşaq), 2 dəst. 3 qram – 1.000 manat; 3. Ağ qızıl boyunbağı. 2 dəst, 2 qram – 800 manat; 4. Qolbağı, saat, rus qızılı, 5 qram – 1.100 manat; 5. Qolbağı, İtalyan, halqa, 5 qram – 1.000 manat; 6. Dairəvi üzük, 2 ədəd, rus qızılı – 1.000 manat; 7. Üzük, İtalyan qızılı. 3 ədəd – 1.500 manat; 8. Burma bilərzik türk qızılı. 22 qram – 2.000 manat; 9. Üzük-sırğa dəsti. İtalyan – 1.800 manat; 10. Sırğa üzük dəsti, italyan – 2.000 manat; 11. Kulon, rus qızılı, 3 qr – 150 manat; 12. Kulon, 2 ədəd, 2 qram – 300 manat; 13. Tək qaş üzuk. italyan, 3 qram – 500 manat; 14. Tək sırğa. 2 ədəd, italyan – 1.000 manat; 15. Tək üzük, rus. 3 qram – 300 manat dəyərində olmuşdur. O, cavabdehə məhkəməyəqədər mübahisənin mediasiya qaydasında həll olunması üçün ilkin mediasiya prosesində iştrak etmək üçün təkliflərini versə də, cavabdeh bundan imtina etmiş və Bakı 2 saylı MT tərəfindən bu barədə xx.xx.2022-ci il tarixli MŞB/2-01611 saylı arayış verilmişdir.
4. Bundan sonra iddiaçının ərizəsinə əsasən Cavabdeh2, Cavabdeh3 və X12 cavabdeh qismində, 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisi, Bakı şəhəri 9 saylı notariat ofisi, Bakı şəhəri 12 saylı Notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.
5. Cavabdeh1 iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, ünvan 5 ünvandakı mənzil onların ümumi razılıqları əsasında ünvan 6unda 40-04 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında şəxsi vəsaitləri hesabına alınmış və onun adına rəsmiləşdirilmiş, xx.xx.2014-cü il tarıxdə sonuncunun adına qeydiyyata alınmaqla ailə həmin mənzildə yaşamış, sonra birgə razılıqları əsasında iddiaçının notariat qaydasında verdiyi rəsmi razılıq ərizəsi əsasında onun tərəfindən həmin mənzil 1 saylı Bakı ASAN Xidmət Mərkəzin notariat kantorunda 4Ə-953 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmışdır. Əldə olunan pul vəsaitinin bir hissəsi borclarına ödənmiş, qalan hissəsini isə uşaqlarının təhsilinə, arvadının müalicəsinə və ailə ehtiyacları üçün istifadə olunmuşdur. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Bakı yolu 5 ünvanda yerləşən 3.2413 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış sahəsi onların ümumi razılıqları əsasında Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunda 4Ə-1-88 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsi əsasında 220.000 manata əldə olunmuş, xx.xx.2010-cu il tarixdə onun adına qeydiyyatdan keçmiş, sonra Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontorunun xx.xx.2014-cü il tarixli 40-3/787 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satılmış, əldə olunan vəsait ailə ehtiyacları üçün istifadə olunmuşdur. Göründüyü kimi iddiaçı həmin əmlakları mübahisələndirərkən iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən həmin daşınmaz əmlalara dair tələb təmin edilməməlidir. ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 2.8578 ha torpaq sahəsi, ümumi razılıqları əsasında Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontorunda 4Ə-7/963 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında əldə olunmuş və onun adına qeydiyyatdan keçmiş, iddiaçı da birgə nigah dövründə əri tərəfindən həmin torpaq sahəsinin və qeyri yaşayış sahəsinin satılmasına notariat qaydada qabaqcadan razılıq vermiş, nigah dövründə onun tərəfindən həmin torpaq sahəsi və qeyri-yaşayış sahəsi Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunun xx.xx.2021-ci il tarixli 4Ə-1131 nömrəli alqı- satqı müqaviləsinə əsasən X1, əldə olunan vəsait ailə ehtiyacları üçün istifadə olunmuş, iddiaçının həmin vaxt, xx.xx.2022-ci il tarixdə nikahları pozulduqda və sonrakı müddətdədə qeyd olunan daşınmaz əmlaka dair heç bir narazılığı olmamış, tələb irəli sürməmişdir. İddiaçı Xeyrənsə Xayıpova iddia ərizəsində qeyd olunan daşınmaz əmlaklara dair əqdlərin etibarsızlığına əsas verən halları göstərməmiş, bununla bağlı hər hansı bir dəlil və sübut təqdim etməmişdir. Həmçinin tələbin hüquqi əsası da yoxdur, belə ki, əqdlər bağlanan zaman heç bir hüquqa zidd hallara yol verilməmiş, tərəflərin qarşılıqlı iradə ifadəsi və hüquqi niyyətləri vahid olmuşdur. Ər-arvadın biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan şəxs tərəfindən mübahisələndirilə bilər. Birgə nigah dövründə əldə etdikləri daşınmaz əmlaklar üzərində onun sərəncam verməsi Xeyrənsə Xayıpovanın qabaqcadan verdiyi razılığı əsasında olmuş, istər nikah dövründə, istərsə də nikah ləğv edildikdən sonrakı müddətdə bu razılıqdan imtina etməmişdir. Halbuki, Xeyrənsə Xayıpova nikah dövründə, həçinin nikah pozulduqdan sonra ərizə ilə notariat orqanına müraciət edib razılıq ərizəsindən imtina edə bilərdi. Həmçinin qeyd olunan daşınmaz əmlaklara dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışların etibarsız sayılması üçün də qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir. ünvan 8 ünvandakı ev birgə nikah dövründə onun mülkiyyətində olmamış, həmin ev dostu Ruslan Mustafayevə məxsus olmuş, onlar birgə nikah dövründə ünvan 11 ünvandakı 2 otaqla mənzili satdıqdan sonra dostu Ruslan Mustafayev özünə məxsus heç bir sənədi olmayan həyət evini onlara yaşamaq üçün vermiş, ev əşyalarını həmin evə köçürüb orada yaşamış, həmin evdə yaşadığı vaxt yalnız evin kommunal xərclərini ödəmiş, Ruslan Mustafayev ondan kirayə haqqı almamış, evi 2021-ci ilin sentyabr ayında sahibi Ruslana təhvil vermişdir. İddiaçı Xeyrənsə Xayıpovanın nümayəndəsi, vəkilin sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş cavab məktublarında ünvan 8 ünvandakı yaşayış evi onun adına özgəninkiləşdirilməmişdir. Həmçinin ünvan 10 ünvandakı yaşayış evinin tərəflərin birgə nikah dövründə əldə olunması iddia ərizəsinə əlavə olunmuş hər hansı bir mötəbər sübutla təsdiqini tapmır və yaxud onun həmin yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi də məhkəməyə təqdim etməmişdir. Türkiyə Respublikası, Bursa şəhəri, Kestel ilçəsi, Vanimehmet məhəlləsindəki yaşayış evi ünvan 11 ünvandakı mənzil satıldıqdan sonra 2018-ci ilin iyul ayında əldə olunan vəsaitin bir hissəsinə satın alınmış və həmin evə köçərək orada yaşamaq qərara alınmışdır. Onlar birlikdə ailəlikcə həmin evə baxmış və satın almış, sonra həmin evi birgə nikah dövründə satmış və əldə olunan vəsait ailə ehtiyacları üçün istifadə olunmuşdur. İddiaçı Xeyrənsə Xayıpova həmin yaşayış evini birgə nikah dövründə əldə etmələrini, özgəninkiləşdirilməsini, eyni zamanda mülkiyyət hüququnu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı Xeyrənsə Xayıpova həmin yaşayış evinə pay hüququnun tanınması əqdin etibarsız hesab edilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən və icra olunduqdan sonra əmlak əvvəlki hüquqi vəziyyətinə, yəni cavabdehin mülkiyyətinə qayıtdıqdan sonra iddiaçının yeni tələbi əsasında mümkün ola bilər. İddiaçı iddia ərizəsində göstərdiyi əmlaklardan və qızıl-zinət əşyalarından hansılarının cehizi olmasını, ona hədiyyə edilməsini, nikahdan əvvəl, nikah dövründə alınmasını iddia ərizəsində göstərməmiş, bununla bağlı hər-hansı bir sübut təqdim etməmişdir. İddiaçı Xeyrənsə Xayıpova 2021-ci ilin avqust ayında ondan ayrılıb gedərkən, evdə olan bütün qızıl-zinət əşyalarını götürüb özü ilə anasıgilə aparmış, evdə yalnız bir-iki qızıl-zinət əşyalarİ qalmış, onların da bir hissəsini qızı Samirə sonradan gəlib aparmışdır. O, məhkəmə baxışı iclasında onda olan bir neçə qızıl-zinət əşyalarını iddiaçı Xeyrənsə Xayıpovaya təqdim etmiş, onda qalan digərlərinidə ona verəcəyinə söz vermiş, həmçinin göstərmişdir ki, Xeyrənsə Xayıpovanin cehizlərini və nikah dövründə aldiqları əmlakları isə Saatlı rayonuna valideynlərinin yaşadığı evə aparmış və hazırda da orada saxlanılır, iddiaçı istədiyi vaxt apara bilər.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-699/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddia ərizəsində qeyd edilmiş cehiz əşyalarından divar mebelinin, stol və 8 ədəd stulun, Türkiyə istehsalı olan divanın, kreslonun, kamodun, 2 ədəd çarpayının, paltaryuyanın, “Toster" makinasının, soyuducunun, mikserin, sokçəkənin, blenderin, Nikel qazan dəstinin (Korkmaz), mantı qazanının, 5 ədəd qazan dəstinin (Tefal), 4 dəst servis qabların, 24 ədəd servis qabların, 4 ədəd xrustal qrafinin, 24 ədəd xrustal stəkanın, 24 ədəd çay stəkanının, 24 ədəd armudu çay stəkanının, 6 ədəd xrustal meyvə qabının,Türkiyə istehsalı olan qaşıq dəstinin, 24 ədəd qaşıq setinin, 24 ədəd boşqabın, 24 ədəd xrustal sok stəkanlarının, 8 ədəd xrustal qənd qablarının, 3 ədəd Tefal tavanın, 3 ədəd xalçanın, 6 döşək dəstinin, 8 ədəd yun yorğan dəstinin, 10 dəst yun ortüyün, 12 ədəd yastığın, 10 dəst stol üstü süfrənin, 24 ədəd çay dəsmallarının, 24 ədəd əl dəsmallarının, 30 ədəd çay dəsmallarının, habelə qızıl-zinət əşyalarından cavabdeh tərəfindən təqdim edilmiş fotolara uyğun olaraq 1 ədəd saatın, 1 ədəd klonun, 1 ədəd üzüyün və 1 cüt sırğanın Cavabdeh1 alınaraq iddiaçıya verilməsi, ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıya və 50 manat mediasiya xərcinin isə cavabdehə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim X11).
7. Məhkəmə iddia tələbinin daşınmaz əmlaklarla bağlı hissədə təmin etməyərək qeyd etmişdir ki, iş materiallarında olan notariat işlərindən göründüyü kimi, ünvan 11 ünvandakı mənzil və ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 2.8578 ha torpaq sahəsi notarial qaydada müvafiq olaraq xx.xx.2018-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrlə özgəninkiləşdirilmiş, hər iki müqavilənin bağlanılmasında iddiaçı iştirak edərək yazılı razılığını bildirmişdir. Bundan əlavə əqdlər bağlanan zaman heç bir hüquqa zidd hallara yol verilməmiş, əqdlər qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır. ünvan 8 ünvandakı evə dair məhkəmə qeyd etmişdir ki, həmin əmlakın birgə nikah dövründə əldə edilməsi, habelə cavabdehin mülkiyyətində olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Kommunal ödənişlərin cavabdeh tərəfindən ödənilməsi isə qeyd edilən hallardan heç birini sübut etmir. Türkiyə Respublikası, Bursa şəhəri, Kestel ilçəsi, Vanimehmet məhəlləsindəki yaşayış evi ilə bağlı məhkəmə bildirmişdir ki, həmin əmlakın birgə nikah dövründə əldə olunması, hazırda cavabdehin mülkiyyətində olması habelə, özgənikiləşdirilib-özgəninkiləşdirilməməsi ilə bağlı təsdiq edici sənədlər məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda həmin əmlakın məhkəmənin ərazi yurisdiksiyasından kənarda olması da nəzərə alınmalıdır. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Bakı yolu 5 ünvanda yerləşən 3.2413 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış sahəsinin özgəninkişlədirilməsinə dair müqavilənin etibarsız hesab edilməsinə dair məhkəmə qeyd etmişdir ki, əmlak xx.xx.2014-cü il tarixdə notarial qaydada özgəninkiləşdirilmişdir. Notariat işindən görünür ki, əmlak birgə nikah dövründə özgəninkiləşdirilsə də, iddiaçının razılığı alınmamış, cavabdeh subay kimi qeyd edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh3 əmlakın birgə əmlak olmasını bilməsi, habelə digər Cavabdeh1la qohumluq və s. yaxın münasibətdə olması müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd edilənlərə əsasən cavabdehin vicdanlı alıcı olması nəzərə alınaraq, iddia həmin hissədə də təmin edilməməlidir. Bu əmlaka münasibətdə iddiaçı birgə nikah dövründə əldə edilmiş vəsaitlə bağlı məhkəməyə müraciət edə bilər.
8. Məhkəmə ünvan 11 ünvandakı mənzil və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Bakı yolu 5 ünvanda yerləşən 3.2413 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış sahəsi üzrə iddia tələbi verilərkən iddia müddətinin ötürülməsi ilə bağlı qeyd etmişdir ki, həmin əmlaklara dair iddia digər əsaslarla təmin edilmədiyindən, habelə Xəzər rayonu, Qala qəsəbəsindəki əmlaka dair iddia müddətinin axımının daha öncədən başlanması məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia müddəti tətbiq edilməməlidir.
9. Məhkəmə iddia tələbinin cehiz əşyaları ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, cehiz əşyalarının 1-ci sırasında olan tros boyunbağı, 12-ci sırasında olan 2 ədəd klon, 6-cı və 7-ci sıralardan 1 ədəd olmaqla 3 ədəd üzük (o cümlədən siyahıda olmayan kişi üzüyü), 2 ədəd sırğa və 1 dənə komplekt (üzük-sırğa) məhkəmə iclasında iddiaçıya təqdim edilmişdir. Bu səbəbdən cehiz əşyalarına münasibətdə də iddia tələbi qismən təmin edilmiş, məhkəmə cehiz əşyalarından divarmebeli, stol və 8 ədəd stul, Türkiyə istehsalı olan divan, kreslo, kamod, 2 ədəd çarpayı, paltaryuyan, “Toster" makinası, soyuducu, mikser, sokçəkən, blender, Nikel qazan dəsti (Korkmaz), mantı qazanı, 5 ədəd qazan dəsti (Tefal), 4 dəst servis qablar, 24 ədəd servis qablar, 4 ədəd xurustal qrafin, 24 ədəd xrustal stəkan, 24 ədəd çay stəkanı, 24 ədəd armudu çay stəkanı, 6 ədəd xrustal meyvə qabı,Türkiyə istehsalı olan qaşıq dəsti, 24 ədəd qaşıq seti, 24 ədəd boşqab, 24 ədəd xrustal sok stəkanları, 8 ədəd xrustal qənd qabları, 3 ədəd Tefal tava, 3 ədəd xalça, 6 döşək dəsti, 8 ədəd yun yorğan dəsti, 10 dəst yun odeyal, 12 ədəd yastıq, 10 dəst stol üstü süfrə, 24 ədəd çay dəsmalları, 24 ədəd əl dəsmalları, 30 ədəd çaydəsmalları, habelə qızıl-zinət əşyalarından cavabdeh tərəfindən təqdim edilmiş fotolara uyğun olaraq 1 ədəd saat, 1 ədəd klon, 1 ədəd üzük və 1 cüt sırğanın Cavabdeh1 alınaraq iddiaçıya verilməsi qənaətinə gəlmişdir. Əşyaların qiyməti ilə bağlı məhkəmə qeyd etmişdir ki, bir qisminin mövcudluğu sübut edilmədiyindən, digərlərinin isə mövcudluğu isə cavabdeh tərəfindən fotoşəkillər təqdim edilməklə etiraf edildiyindən həmin hissədə qiymətləndirmə aparılmamışdır. Eyni zamanda məsələyə icra icraatı çərçivəsində baxıla bilər.
10. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab etmişdir ki, ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya və 50 manat mediasiya xərci isə cavabdehə aid edilməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 140cı, 148-ci, 182-ci, 225.2-ci, 324.1-ci, 324.4-cü, 331.1-ci, 335.2-ci, 337-ci, 356-cı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 2-ci, 16.6-cı, Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddianın təmin edilməyən hissəsinə münasibətdə də təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə mübahisələndirilən daşınmaz əmlaklara münasibətdə tərəflər arasında qarşılıqlı münasibətləri düzgün qiymətləndirməmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 77/9, 71a saylı mənzilin, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasının və onun yerləşdiyi 2.8578 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə onun razılığı olsa da, hər iki əmlakın satılmasından əldə olunan vəsait cavabdehlə aralarında bölünməli idi. Göstərilən əmlakların satıllmasından 2.280.000 manat vəsait əldə edilmişdir. Cavabdeh1 əldə olunmuş vəsaitin ailənin dolanışılq xərclərinə sərf olunması barədə gətirdiyi dəlillər heç bir sübutla əsaslandırılmamışdır. Bundan başqa, məhkəmə tərəflər arasında mübahisələndirilən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Bakı yolu, 5 ünvanda yerləşən 3.2413 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasının özgəninkiləşdirilməsinə dair heç bir münasibət bildirməmişdir. Halbuki, həmin əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada rəsmiləşdirilməsi zamanı Cavabdeh1 onunla nikahda ola-ola ərizə verərək bildirmişdir ki, həmin əmlakı əldə edən və satılan vaxtda subay olmuşdur. Həmin fakt üzrə sənədlərin saxtalaşdırılması, birgə nikah müddətində əldə edilmiş əmlakların alqı-satqı zamanı iddiaçının əmlaka olan hüquqlarından məhrum olunması üçün nikahda olma faktı gizlədilmiş, bunun nəticəsində cavabdeh əmlakda pay üstünlüyü əldə etmişdir. Məhkəmə işin bu faktiki halını hərtərəfli, tam və obyektiv araşdırmamış, istər əmlakın özgəninkiləşdirilməsinə dair notariat hərəkətlərin qanunvericilik normalarının pozulması hallarına və istərsə də Cavabdeh1 sənədlərin saxtalaşdırılması halına hüquqi qiymət verməmişdir. Məhkəmənin tərəflər arasında birgə nikah müddətində əldə olunan xx.xx.2018- ci il tarixdə Türkiyə Respublikası Bursa şəhəri, Kestel ilçəsi, Vanimehmet məhəlləsində tam mülkiyyət hüququ ilə evin hazırda Cavabdeh1 mülkiyyətində olması faktına verdiyi qiyməti də əsaslı hesab etmək olmaz. Məhkəmənin icraatında olan 16(006)-2022 saylı iş üzrə müvəqqəti təminat tədbiri kimi həmin əmlak üzərinə həbs qoyulması xahiş edilmişdir. Bununla bağlı məhkəmə heç bir prosessual hərəkətlər etməmişdir. Həmçinin, məhkəmənin Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə, Şahlar Allahverdiyev küçəsi, 12m saylı evin Cavabdeh1 tərəfindən satılması halını da düzgün qiymətləndirməmişdir. Halbuki, Cavabdeh1 həmin evi onun xəbəri olmadan və həmin evin satılmasına razılıq vermədiyi üçün onu döyüb xəsarət yetirmiş, onun Səbail RPİ-nin 8-ci PB-nə şikayətindən sonra həmin evdə ona məxsus olan cehiz əşyaları, qızılzinət əşyalarını yığıb atasının yaşadığı Saatlı rayonunun Nəsimikənd kəndində olan evinə aparmışdır. Bundan başqa məhkəmənin daşınmaz əmlaklar barədə cavabdehin etirafını nəzərə almadan həmin hissədə iddianın qismən də olsa təmin etməməsi ilə bağlı mövqeyi anlaşılan deyildir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.
16. Məhkəmə iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdilər.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X12 məhkəmə iclasına gəlməmişlər, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 9 saylı notariat ofisi, Bakı şəhəri 12 saylı Notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Üçüncü şəxs 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisi isə ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə həmin cavabdehlərin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir; 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 148.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir; 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 354.2-ci maddəyə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər; 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir; 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır; 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur; 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin; 360.2-ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir; 404.1-ci maddəsinə əsasən qüqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Mülki Məcəllənin 354.2-ci maddəsində şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.
22. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Hazırda apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə də təmin edilməsi xahiş olunduğundan, qətnamə yalnız mübahisələndirilən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
27. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddianın Türkiyə Respublikası, Bursa şəhəri, Kestel ilçəsi, Vanimehmet məhəlləsində yerləşən daşınmaz əmlak üzərində pay hüququnun tanınması (payın müəyyən edilməsi) hissəsinə baxmaq üçün Azərbaycan Respublikasının məhkəmələri səlahiyyətli olmadığından Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1235/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi və bu hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bu səbəbdən hazırda məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə iddia tələbinin daşınmaz əmlakla bağlı hissəsinə münasibətdə iddia tələbində göstərilən digər dörd ədəd daşınmaz əmlakla bağlı dəlillər hüdudunda baxılır. Apellyasiya instansiya məhkəməsindəki icraat zamanı iddiaçı öz tələbini dəqiqləşdirərək, bu əmlakların yalnız 3-nü mübahisələndirmiş (alqı-satqısına notarial qaydada razılıq verdiyi əmlakları çıxarmışdır), o cümlədən əlavə olaraq bu 3 əmlakdan (Türkiyə Respublikasında olan əmlakla bağlı belə bir tələb artıq irəli sürmüşdür) digər ikisinə də payının tanınmasını tələb etmiş, lakin bu tələblər üzrə apellyasiya şikayətindən imtina etməmişdir. Apellyasiya instansiyasında da tələbin dəyişdirilməsi kimi prosessual hərəkətin yerinə yetirilməsi nəzərdə tutulmadığından həmin ərizə icraata qəbul edilməmişdir. Bu səbəbdən apellyasiya şikayətinin dəlillərinə 4 əmlakın hər biri üzrə hüquqi qiymət verilir.
28. Məhkəmə kollegiyası ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə münasibətdə qeyd edir ki, tərəflərin həmin əmlakda bir müddət yaşaması işin mübahisəsiz halıdır. Lakin həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində nəinki cavabdeh Məhəmməd Xayıpovun adına qeydə alınması, ümumiyyətlə mülkiyyət kimi qeydə alınması, o cümlədən alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilməsi müəyyən edilmir. İddiaçı da qeyd edilən hallarla bağlı hər hansı sübut təqdim edə bilmir, o cümlədən bu əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsini tələb etməsinə baxmayaraq, həmin müqavilənin tərəfi, müddəti və sair barədə hər hansı məlumat verə bilmir. Kommunal xidmətləri göstərən aidiyyəti qurumlar, o cümlədən "xxxx" MMC və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqdim edilmiş məlumata əsasən bu evə kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilələr 2010-cu ildə cavabdehlə bağlanmış, lakin 2021-ci ildən etibarən bu ünvan üzrə istehlakaçı dəyişmiş və abonent kodları X4 adına qeydə alınmışdır. Bu da öz növbəsində həmin əmlakın hüquqi vəziyyətinə görə özbaşına tikinti olması qənaətinə gəlməyə əsas verir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini bu hissədə əsassız hesab edir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməkdə haqlı olmuşdur.
29. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarına, tərəflərin izahatlarına, iddia ərizəsinin və etirazın dəlillərinə əsasən iddia ərizələrində göstərilən digər üç əmlakın ər-arvadın ümumi əmlakı olması, yəni birgə nikah dövründə və birgə ailə təsərrüfatı hesabına alınması təsdiqini tapdığından və işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən qeyd olunan xüsusat işin mübahisələndirilməyən halını təşkil edir.
30. Lakin bütün bunlara baxmayaraq mübahisələndirilən daşınmaz əmlaklardan ikisi, yəni ünvan 11 ünvandakı mənzil və ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 2.8578 ha torpaq sahəsi birgə nikah dövründə cavabdehin adına qeydiyyata alınsa da, sonra iddiaçının özünün notarial qaydada təsdiqlənmiş müvafiq olaraq xx.xx.2018-ci il və xx.xx.2020-ci il tarixli yazılı razılığı (bu ərizələr məzmun etibarı ilə ümumi şəkildə bütün əmlakın satılması ilə deyil, məhz göstərilən əmlaklarla bağlı olmuşdur) ilə xx.xx.2018-ci il tarixli və xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən digər cavabdehlərə satılmışdır. İkinci razılıq ərizəsinin alqı-satqı müqaviləsi bağlandığı tarixdən bir ildən artıq müddət əvvəl verilməsi də bu müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Bu ərizələr qeyd edilən əmlaklara dair alqı-satqı müqavilələri bağlanan zaman qüvvədə olmuş, hətta hazırda da qüvvədədir və iddiaçı tərəfindən ləğv edilməmişdir.
31. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda sadalanan aidiyyəti müddəalarına istinad edərək qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
32. Bu prizmadan yanaşaraq məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı notarial qaydada təsdiqlənmiş yazılı qaydada verilmiş razılığı ilə özgəninkiləşdirilmiş həmin əmlaklara münasibətdə ilk növbədə həmin razılıq ərizələrinin etibarsızlığını sübut etməli və bununla bağlı sübutları məhkəməyə təqdim etməli idi. Belə ki, notarial qaydada təsdiqlənmiş və yazılı qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, əqd üzrə tərəfin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Odur ki, notarial qaydada təsdiqlənmiş yazılı formada olan hər hansı əqdin etibarsızlığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Digər tərəfdən, formalaşmış təcrübəyə əsasən hər hansı ərizə notarial qaydada təsdiqləndiyi zaman həmin ərizənin məzmunu və yarada biləcəyi risklər barədə notarius tərəfindən şəxsə ətraflı izah verilir. Bu halın olmaması fərz edilsə belə, iddiaçı könüllü formada əmlakın konkret şəxsə deyil, ümumiyyətlə (hər hansı bir şəxsə) özgəninkiləşdirməsinə razılıq vermişdir.
33. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Rüspublikasının Baş Prokuroru və Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı müraciətində cavabdehin və onun dayısının işgəncəsi və təsiri altında notarial kontoruna aparılaraq, həmin razılıq ərizələrini yazmaq məcburiyyətində qaldığını bildirmişdir. Lakin bu halları da təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən onun bu mövqeyi qeyd edilən əmlaklarla bağlı tələbin 1 illik kəsici müddət tətbiq edilməklə rədd edilməsi üçün əsas yaradır. Belə ki, bu ərizələrdən sonuncusu xx.xx.2020ci il tarixdə yazılmış və ən azı həmin gün iddiaçı bu məsələ üzrə zorakılığa məruz qalmasını bilməsinə baxmayaraq, hazırki tələblərlə mediasiya təşkilatına iki ildən sonra, yəni 2022-ci ilin sentyabr ayında, məhkəməyə isə bundan 3 ay sonra, yəni dekabr ayında müraciət etmiş, bununla da həmin ərizələri mübahisələndirmək hüququnu itirmişdir.
34. Məhkəmə kollegiyası iddia tələbinin Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Bakı yolu 5 ünvanda yerləşən 3.2413 ha torpaq sahəsi və üzərində yerləşən qeyriyaşayış sahəsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, həmin daşınmaz əmlak xx.xx.2014-cü il tarixdə Cavabdeh3 ilə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən onun xeyrinə özgəninkiləşdirilmişdir. Lakin qeyd edilən daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı notariat işində iddiaçının onun satılması ilə bağlı razılığını ifadə edən hər hansı sənəd mövcud deyil. Cavabdeh notariat kontoruna təqdim etdiyi ərizədə subay olduğunu göstərmiş və mübahisə yarandığı təqdirdə məsuliyyəti öz üzərinə götürmüşdür.
35. Bununla belə, bu əmlak birgə nikah dövründə əldə edilmiş lakin onun alqı-satqısı zamanı iddiaçının razılığı olmadan satılmışdır. Lakin buna baxmayaraq, həmin müqavilə etibarsız hesab edilə bilməz. Belə ki, iddiaçı 32-ci bənddə qeyd edilən xx.xx.2023-cü il tarixli məktubunda hazırda mübahisələndirdiyi əmlakları, o cümlədən bu əmlakı dövlət əmlakının qanunsuz və əsassız yollarla özəlləşdirilməsi ilə əldə edildiyini və həmin əmlakların satılmasına razı olmadığını bildirmişdir. Başqa sözlə, iddiaçı bu əmlakın cavabdehin mülkiyyətində olduğunu və 2014-cü ildə satıldığını bilmişdir. Bu baxımdan iddiaçı həmin əmlakın satılmasına razılıq verməsə də, bu barədə xəbərdar olmuşdur. Bu da onun həmin müqaviləni bəyənməsi və bu baxımdan müqavilənin tərəfi hesab edilməsi deməkdir. Qeyd edilənlər öz növbəsində xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman həmin müqaviləni bağlayan cavabdehin bunun üçün səlahiyyətə malik olması kimi qiymətləndirilməli və iddiaçı üçün bütün müvafiq hüquqi nəticələrə səbəb olmalıdır.
36. Məhkəmə kollegiyası iddia tələbinin “qızıl-zinət, məişət və digər əşyaların qaytarılması” tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia üzrə 41 adda məişət və digər, habelə 15 adda və bundan da artıq sayda qızıl-zinət əşyasının ona məxsus olduğunu, lakin cavabdeh tərəfindən ona qaytarılmadığını və hazırda sonuncunun qanunsuz istifadə və sahibliyində olduğunu bildirsə də, həmin əmlakların, xüsusilə də qızıl-zinət əşyalarının mövcudluğunu təsdiq edən hər hansı sübut, o cümlədən adi fotoşəkil məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi də iddianın bu hissəsinə hüquqi qiymət verərkən, haqlı olaraq məhz iddiaçının etirafını, o cümlədən təqdim etdiyi fotoşəkilləri əsas götürərək, digər əşyalarla yanaşı 1 ədəd saat, 1 ədəd klon, 1 ədəd üzük və 1 cüt sırğanın cavabdehdən alınaraq, iddiaçıya verilməsini qət etmişdir. İştirak etdiyi məhkəmə iclasında da cavabdeh qeyd edilən bu 4 adda əşyanı təhvil vermək üçün üstündə gətirmiş, lakin 1 ədəd üzük istisna olmaqla (məhkəmə iclas zalında həmin əşyanı iddiaçı cavabdehdən təhvil almışdır) digər əşyaların ümumiyyətlə ona məxsus olmadığını bildirmiş və təhvil almaqdan imtina etmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən cavabdehdən alınaraq, iddiaçıya verilməli olan “Samsung” markalı paltaryuyan maşının və soyuducunun da artıq iddiaçıya təhvil verildiyi müəyyən edilmişdir. Lakin məhkəmə kollegiyası iddiaçının bu tələblərdən imtina etməməsini, cavabdehin apellyasiya şikayəti verməməsini və bu məsələnin icra mərhələsində həllinin mümkün olmasını nəzərə alıb, təhvil alınmış və təhvil alınmasından imtina edilmiş bu əşyalara hüquqi qiymət verilməsinə hər hansı zərurət görməmişdir. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini bu hissədə də əsassız hesab edir.
37. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, qaytarılmalı olan əşyaların dəyəri Mülki Prosesual Məcəllənin 222-ci maddəsinin tələblərinə uyğun olaraq göstərilir və yalnız qətnamə icra olunan vaxt bu əşyaların mövcud olmaması həmin dəyərin tutulması üçün əsas yaradır. Cavabdehin etirafına uyğun olaraq iddiaçıya verilməli olan əşyaların hər biri mövcuddur və cavabdeh nəticə etibarı ilə onların hər birinin təhvil verilməsinə etiraz etmir. Məhkəmə kollegiyası da bu halları nəzərə alıb, onların hazırki mərhələdə qiymətinin müəyyən edilməsinə də hər hansı hüquqi zərurət görmür və icra mərhələsində həmin əşyaların təhvil verilməsi zamanı onların hər hansı birində aşkar edilmiş qüsurların vurulmuş zərərin əvəzini tələb etməklə aradan qaldırılmasının mümkün olduğunu vurğulayır.
38. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas yaratmır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-699/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumü İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.