Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12388/2021 28.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı cavabdeh LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 2(005)-4615/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə ünvan 3əsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 2(005)- 4615/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Hakim iddia ərizəsini geri qaytararkən ona istinad etmişdir ki, iddia ərizəsində cavabdeh qismində cəlb olunmuş Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı Bakı şəhəri Bülbül prospekti, 40 olmaqla Nəsimi Rayon Məhkəməsinin yurisdiksiyasına daxildir. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı həmin iddia ərizəsi ilə ilk olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 11 avqust 2021-ci il tarixli 2(009)-2221/2021 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardadda qeyd olunmuşdur ki, Cavabdeh ASC hüquqi şəxs kimi ləğv olunmadığından iddia ərizəsi onun ləğvedicisinin hüquqi ünvanı ilə deyil, hüquqi şəxsin öz hüquqi ünvanı üzrə yerləşdiyi məhkəməyə verilməlidir. Cavabdeh ASC-nin hüquqi ünvanı ünvan 2ı da həmin qərardada istinad edərək iddia ərizəsini aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim etmişdir. Ona görə də hesab edir ki, iddia ərizəsi qüvvədə olan məhkəmə qərardadına və qanunvericiliyə istinad edildiyi üçün icraata qəbul edilməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(005)- 4615/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün ünvan 3əsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. ünvan 3əsinin İnzibati Kollegiyasının 14 may 2020-ci il tarixli 2-3(103)-131/2020 nömrəli qərarı ilə NBC Bank ASC-nin müflis elan edilməsi və Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. İddia ərizəsindən də müəyyən olunur ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı Bakı şəhəri Bülbül prospekti, 40 olmaqla Nəsimi Rayon Məhkəməsinin yurisdiksiyasına daxildir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bilavasitə Əmanətlərin Sığortalanması Fonduna qarşı yönəldiyindən, iddia ərizəsinə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 2(005)- 4615/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-12388/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12388/2021
28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver