Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12427/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə),Tanrıverdiyev Anar Vəzir oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2987/2018 saylı işi üzrə 02.10.2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununu Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayəti (iş səh.57) müəyyən edilmiş formada tərtib (təqdim) edilməmiş, müəyyən edilmiş ardıcıllığa riayyət edilməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”-də apellyasiya şikayətinin forması müəyyən edilmişdir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1 və 363.1.5-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məcəllənin 10-1.3cü maddəsinə əsasən: “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli 363-VİQD№-li Azərbaycan Respublikası Qanununun “Keçid müddəaları” adlanan 2-ci maddəsinə görə: Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Buna əlavə olaraq diqqətə çatdırılmalıdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2007)-2987/2018 saylı işi üzrə 02.10.2018-ci il tarixli qətnaməsinin surətini cavabdehə 15.10.2018-cı il tarixində sifarişli xəbərnaməli məktub vasitəsilə göndərilmiş(iş səh.50), iş materialına geri qaytarılmış zərf əlavə edilmişdir (iş səh.49), qətnamə qanuni qüvvəsini almış və iş icraya yönəlmiş (səh.44-47), Bakı Şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra sənədinin icrası ilə bağlı cavabdehə xəbərdarlıq edilmiş və həmin xəbərdarlıq 10.10.2019-cu il tarixində cavabdeh tərəfindən qəbul edilmişdir (iş səh.56). Cavabdeh 05.10.2021-ci il tarixində ərizə ilə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2987/2018 saylı işi üzrə 02.10.2018-ci il tarixli qətnaməsinin surətinin təqdim edilməsini xahiş etmiş və qətnamənin surəti ona 05.11.2021-ci il tarixində təqdim edilmişdir (iş səh.54). qətnamədən şikayət məhkəməyə 05.11.2021-ci il tarixində daxil olmuşdur (səh.57). Şikayət verilərkən birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi və bununla bağlı ayrıca ərizə verilməməsi məsələsinə səlahiyyəti daxilində hüquqi qiymət verilməmişdir. Qeyd edilməlidir ki, prosessual qanunvericilik yalnız qüvvəsin almamış məhkəmə aktlarından şikayət vermək mümkünlüyün müəyyən etmişdir.Qətnamənin icraya yönəlməsi artıq onun qanuni qüvvəsinin almasını şərtləndirir. Ona görə, müəyyən edilmiş formaya riayyət edilməsi, müddətin üzrlü səbələrdən ötürülməsinin və müddətin bərpa edilməsi məsələlərinə qiymət verilməsi, mənsub olan səlahiyyətlər həddində birinci instansiya məhkəməsi müvafiq prosessual hərəkətlər etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 2 4 (İİİ), X3 haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357, 360-366, 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2987/2018 saylı işi üzrə 02.10.2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyrimümkün hesab edilsin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki iş Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-12427/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12427/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver