Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1255/2024 26.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı” Bakı Sığorta” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə Q Ə T N A MƏ S İ Açar sözlər: (sığorta ödənişinin ödənilməsi) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X8, Cavabdeh2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3156/2023 saylı işi üzrə 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı "xxxx" ASC-nin cavabdehlər X6 və Cavabdeh2 müştərək qaydada 6369 manat məbləğində sığorta ödənişinin, 83.69 manat məbləğində dövlət rüsumu və 0.4 manat xidmət haqqı, cəmi 6453.09 məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3156/2023 saylı işi üzrə xx.xx.2023cü il tarixli qətnaməsi ilə təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək olaraq dəymiş ziyana görə ümumilikdə 6369 manat məbləğində sığorta ödənişi, 83.69 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqı, cəmi 6453,09 məbləğində pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. 2.Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsi; “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.3; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3; 37; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 936.1, 936.2, 936.5, 1096.1,1097.1,1108.1, 1108.3; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, "Kia Sportage” markalı, **-PK-*** dövlət qeydiyyat nışanlı avtomobil xx.xx.2022- ci ildən xx.xx.2024-cü ilədək “Avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsi” müqaviləsi əsasında "xxxx" ASC tərəfindən sığortalanmışdır. Müqavilənin qüvvədə olduğu müddət ərzində, xx.xx.2023-cü il tarixində Bakı şəhəri ərazisində yol nəqliyyat hadisəsi baş vermişdir. "xxxx" ASC tərəfindən sığorta ödənişi faydalanan şəxslərin bank hesablarına ödənildiyindən iddiaçı Şirkətin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936, 1108.1 və 1108.3-cü maddələrinin tələblərinə əsasən, cavabdehlərdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yaranmışdır. Belə ki, mülki işin mübahisəsiz hallarından yol nəqliyyat hadisəsini törətmiş olan “Opel Astra” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 mülkiyyətində olması müəyyən olunmuş, eyni zamanda Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etdiyi də müəyyən edilmişdir. Bu baxımdan yüksək təhlükə mənbəyinin – “Opel Astra” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1 həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduğundan mülki hüquq pozuntusuna görə məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin, yəni “Opel Astra” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 üzərinə qoyulmalı və 6369 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. 3.Birinci instansiya məhkəməsində icraat zamanı sübut qismində təqdim edilmişlərdən görünür ki: - xx.xx.2022-ci il tarixli, ********** saylı “Avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsi”nə əsasən, "Kia Sportage” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən "avtomobillərin tam sığortası” qaydasında, xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixədək sığortalanmışdır; - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən "Opel Astra" markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil alqı-satqı müqaviləsi əsasında X3 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır; - “X13” MMC tərəfindən verilən 23 dekabr 2022-ci il tarixli etibarnaməyə əsasən, X1 “X13” MMC-yə məxsus "Kia Sportage” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini tərəflər arasında bağlanmış 22 iyun 2022-ci il tarixli, 652 saylı lizinq müqaviləsinə əsasən idarə edə bilə. Etibarnamə xx.xx.2023-cü il tarixədək qüvvədədir;- Bakı şəhəri Binəqədi RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Ruslan Əsgərovun “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarına əsasən, toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, Opel Astra markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərin görülməsi üçün toplanmış material Binəqədi RPİ-nin DYPŞ-si vasitəsi ilə Binəqədi rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır;- İş materiallarında olan Müstəqil ekspert rəyinin surətinə əsasən, sığorta hadisəsi nəticəsində "Kia Sportage” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 11.510 manat olaraq müəyyən olunmuşdur;- xx.xx.2023-cü il tarixli, 46/2- 5018 nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış"ın surətindən müəyyən olunur ki, yolnəqliyyat hadisəsi törədilən vaxt "Opel Astra" markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6, hadisə zamanı sürücü isə Cavabdeh2 olmuşdur;- xx.xx.2023cü il tarixli ödəniş tapşırığına əsasən, “Kia Sportage” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən “X13” MMC-yə 11260 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir;- İcbari Sığorta Bürosunun portalından çıxarışdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən zaman “Opel Astra” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən sığortalanmışdır;- 12 fevral 2021-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nin surətinə əsasən, “Opel Astra” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil X7 tərəfindən X4 4500 manata satılmışdır;- X3 12 fevral 2021-ci il tarixli ərizəsinə əsasən “Opel Astra” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil AR DİN BDYPİ Qİİ tərəfindən “** EY ***” qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır;- xx.xx.2023-cü il tarixli ödəniş məlumatlarından məlum olur ki, "xxxx" ASC tərəfindən 4891 manat məbləğində pul vəsaiti "xxxx" ASCnin hesabına ödənilmişdir;- xx.xx.2023-cü il tarixli, BS-C-23/0926 saylı məktubuna əsasən, "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 11260 manat məbləğində sığorta ödənişinin 6369 manat məbləğində olan hissəsinin "xxxx" ASC-yə geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilib, Bakı şəhər, Nərimanov rayon Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməklə, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 1097.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə qətnaməsindən həmin vaxt onun etibarnaməsi olmadığını qeyd etsə də, hadisə baş verən zaman onun etibarnaməsi olmuş, etibarnamə ona bir il müddətinə verilmişdir, bu halda subroqasiyadan söhbət gedə bilməz. Bundan əlavə iş materiallarında olan Müstəqil ekspert rəyi, sığorta hadisəsi nəticəsində "Kia Sportage” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləğini 11510 manat olaraq müəyyən olunmasına da düzgün olmayan hüquqi qiymət vermişdir. Belə ki, bu qədər məbləğin həqiqətən də olması bir az qeyri-müəyyən olaraq qalır. Həmin avtomobil tam ziyan dəyməmişdir. Qismən cüzi hissədə ziyan dəymişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 hadisədən sonra xəsarət aldığından bir müddət Göyçayda müalicə aldığını, qiymətləndirmə prosesinə onu çağırsalar da bu səbəbdən iştirak edə bilmədiyini, daha sonra ona qiymətləndirmə kağızında hadisə baş verən zaman onun etibarnaməsinin olmadığı qeyd edildiyinin məlum olduğunu, lakin hadisə baş verən zaman onun etibarnaməsinin olduğunu, belə ki, sürücülük vəsiqəsi mövcud olduğunu, yalnız Nərimanov Rayon Məhkəməsində hazırkı məhkəmə prosesinə baxılan zaman rəsmi sənədlərdə onun etibarnaməsinin olmadığının qeyd edildiyini bilmişdir. Zərər vurulması məsələsinə münasibətdə isə, bu faktı danmadığını, lakin qiymətləndirmədə müəyyən qədər şişirdilmə olduğunu qeyd etmişdir. 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X8 apellyasiya şikayətini əsassız hesab etdiyini, mübahisənin barışıq yolu ilə hissə-hissə - borcun üç dəfəyə ödəmək təklifi ilə qarşı tərəfin razılaşmadığını bildirmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. 7.Məlumatlandırılması üçün qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən digər Cavabdeh1 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 8.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 9.“Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 12.1. Sığorta məbləği Qanuna və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta olunana ödənilməli pul məbləğinin həddidir. Sığorta haqqının və ödənişinin məbləğləri ondan asılıdır. 2. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın əmlakına və ya əmlak mənafelərinə dəyən zərərin yerini doldurmaq üçün ödənilən pul məbləğidir. 21. 1. Sığortaçı: sığorta olunanı sığorta qaydaları ilə tanış etməlidir; sığorta olunan sığorta hadisəsinin baş verməsi risqini və sığortalanmış əmlaka dəyə biləcək zərərin miqdarını azaldan tədbirlər gördükdə, yaxud əmlakın həqiqi dəyəri artdıqda sığorta olunanın ərizəsi üzrə bu halları nəzərə almaqla sığorta müqaviləsini yenidən bağlamalıdır; sığorta ödənişini müqavilədə və ya qanunda müəyyən edilmiş müddətdə verməlidir. Əks halda sığortaçı sığorta olunana ilk 5 gün ərzində sığorta ödənişinin 0,2 faizi məbləğində, sonra isə ötürülmüş hər gün üçün 1 faizi məbləğində cərimə ödəyir; sığorta hadisəsində sığortalanmış əmlaka dəyə bilən zərərin qarşısının alınması və ya azaldılması üçün sığorta olunanın xərclərini ödəməlidir, bir şərtlə ki, bu, sığorta qaydalarında nəzərdə tutulsun, həm də dəyən zərərin miqdarından artıq olan xərclərin əvəzi ödənilmir; sığorta olunan və onun əmlak vəziyyəti barədə məlumatı, o cümlədən kommersiya sirri olan məlumatı yaymamalıdır. Bu məlumatı yaymağa görə sığortaçılar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar. 2. Sığorta müqaviləsində sığortaçının başqa vəzifələri də nəzərdə tutula bilər. 10.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 11.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883, 885, 922-927, Mülki Prosessual Məcəlləsinin 76, 77, 80-82, 106, 119, 216-220, 227, 385-390-cı maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13, 15, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 12, 21-ci maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, şikayət verən cavabdehə münasibətdə etibarnamənin mövcud olması onu mülki məsuliyyətdən azad edilməsi üçün əsas deyildir. Nəqliyyat vasitəsini biləvasitə o idarə etmiş və yol-nəqliyyat hadisəsinin baş verməsində inzibati xəta üzrə təqsirli bilinmişdir. Zərərin məbləğinin mübahisə edilməsi üzrə əsaslı və mötəbər sübutedici dəlillər təqdim etməmişdir. 12.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 13.Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onu ödəyən şəxsə aid edilməlidir.
14. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3156/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.