Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1256/2023 16.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və zərərin ödənilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “cavabdehə məxsus mənzilin əvvəlki vəziyyətinə qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-720/2021 saylı qərardadından ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(009)-720/2021 saylı qətnaməsi (bundan sonra qətnamə) ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri, Mirzə Mənsur küçəsi, 94 saylı evin, 9 a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağın sökülməsi və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətlərinin ləğv edilməsi, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 333 manatın tutularaq İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə geri qaytarılmış, ona qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququnun olması izah edilmişdir. Bundan sonra hər iki tərəfin qətnamədən apellyasiya şikayəti işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 2(103)- 12094/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayətlərinə baxılması qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətlərinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə tərəflərin apellyasiya şikayətləri geri qaytarılmış, onlara qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərardaddan ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2110/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilmiş və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3438/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş və mülki iş şikayətin geri qaytarılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadından ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış, ona qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququnun olması izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4839/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından yenidən şikayətlə məhkəməyə müraciət etmiş, həmçinin, məhkəməyə prosessual müddətin bərpasına dair ərizə ünvanlamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayət və prosessual müddətin bərpasına dair ərizə geri qaytarılmışdır. Həmin qərardaddan ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6828/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi və prossesual müddətin bərpa olunaraq apellyasiya şikayətinin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış, ona qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququnun olması izah edilmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh yenidən ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi və prossesual müddətin bərpa olunaraq apellyasiya şikayətinin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh vəsatəti təmin edilməmişdir. Həmin qərardaddan ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7928/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh yenidən ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi və prossesual müddətin bərpa olunaraq apellyasiya şikayətinin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəsatəti və apellyasiya şikayəti geri qaytarılmışdır. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirdiyi qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin üzürlü səbəbdən ötürülməsinə dair hər hansı sübutu əlavə etmədiyinə görə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-720/2021 saylı qərardadı ilə onun vəsatəti təmin edilməmişdir. Müddətin üzürlü ötürməsinə dair sübutu əlavə edə bilməməsinə dair səbəb kimi isə ünvan 2 ünvanda yaşamadığını göstərsə də, yaşayış yeri üzrə arayış tələb olunmadığından vəsatətinə əlavə etməmişdir. Buna görə də buraxılmış prosessual müddət bərpa edilməmişdir. Lakin hazırda həmin sübutu vəsatətinə əlavə etdiyindən onun tərəfindən buraxılmış müddət bərpa edilməli və apellyasiya şikayətinə baxılmalıdır. Hesab edir ki, məhkəmənin qərardadı qeyriobyektiv olduğundan ləğv edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayəti təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(009)-720/2021 saylı qətnaməsini ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixdə poçt qəbzinə imza etməklə qəbul etmiş və ilk dəfə həmin qətnamədən apellyasiya şikayətini xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Ümumiyyətlə həmin tarixdən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin verildiyi xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Cavabdeh bir neçə dəfə apellyasiya şikayəti vermiş, həmin şikayətlərin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin qərardadlarını (hətta xx.xx.2022-ci il tarixli qərardadını 2 instansiya üzrə iki dəfə) mübahisələndirmiş, həmçinin qarşı tərəfin apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində işə baxılmasında iştirak da etmiş (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4839/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi), lakin buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəni yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Halbuki, qeyd edilən dövr ərzində məhkəmə qərardadlarında göstərilən nöqsanların aradan qaldırılması və mülki prosessual qanunvericiliklə müəyyən edilmiş formaya və qaydaya uyğun tərtib edilmiş apellyasiya şikayətini qeyd edilən ərizə ilə birlikdə məhkəməyə təqdim edilməsinə hər hansı maneənin olduğu müəyyən edilmir. Belə olan halda, Cavabdeh həmin müddət ərzində apellyasiya şikayətini vermək imkanının olmaması istisna olunur. Məhz bu, yəni prosessual müddətin üzürlü səbəbdən ötürülməsinə dair hər hansı sübut təqdim edilmədiyindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə onun prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi bu nəticə ilə razılaşmışdır (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı). Buna baxmayaraq, Cavabdeh xx.xx.2022-ci il tarixdə yenidən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırda mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə və şikayət geri qaytarılmışdır. Bununla belə, birinci instansiya məhkəməsi bu məsələyə artıq münasibət bildirməsinə və Bakı Apellyasiya Məhkəməsinin bu nəticə ilə razılaşmasına baxmayaraq, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh bir müddət sonra yenidən ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Halbuki, artıq müəyyən edildiyi kimi, ötən bir ilə yaxın müddət ərzində onun tərəfindən apellyasiya şikayətinin verilməsinə mane olan hər hansı üzrlü səbəb olmamışdır. Bu da onun bundan sonra bu məsələ ilə bağlı birdə məhkəməyə müraciət etməsini hüquqi baxımdan istisna edir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-720/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməklə, bərpa edilməsi barədə ərizəsini və apellyasiya şikayətini geri qaytarmışdır. Bu səbəbdən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayəti təmin olunmamalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-720/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-720/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1256/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1256/2023
16.01.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver