Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1262/2022 12.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MTK və qeyrisinə qarşı “müqavilə öhdəliyinin yerinə yetirilməsi” tələbinə dair ilkin; iddiaçı Cavabdeh2 MMC-nin cavabdehlər İddiaçı Mənsim oğlu və Cavabdeh1 MTK-ya qarşı “müqavilənin ləğv edilməsi” qarşılıqlı, iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı Mənsim oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi” qarşılıqlı iddia tələbinə dair və birləşmiş iddiaçı Cavabdeh2 MMC-nin cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işlər üzrə QƏTNAMƏ (Açar sözlər: “müqavilə öhdəliyinin yerinə yetirilməsi, müqavilənin ləğv edilməsi, müqavilənin etibarsız hesab edilməsi”) Hakimlər Şirinov İkram Sabir oğlu (sədrlik edən və məruzəçi), Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 MMC-nin nümayəndələri və vəkilləri Nümayəndə və X11, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 nümayəndəsi və vəkili X5 iştirakları ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1579/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 MTK və Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4691/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Birinci iş üzrə:
1. İddiaçı Cavabdeh1 MTK-ya qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsinə dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 MTK və "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa etdiyi 3 girişli, 21 mərtəbəli binanın giriş C blokunun 5-ci mərtəbəsində yerləşən C5- 04 saylı (C bloku, sıra 4,5-ci mərtəbədə yerləşən), ümumi sahəsi 98,43 kv.metr olan 2 otaqlı mənzili iddiaçının adına rəsimləşdirmələri və mənzilin iddiaçıya (sahibliyinə) təhvil verilməsi üçün müqavilə üzrə digər öhdəliklərini icra etmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh1 MTK cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 5-ci mərtəbəsində yerləşən, C5-04 saylı (C bloku, sıra 4.5-ci mərtəbədə yerləşən), ümumi sahəsi 98.43 kv. metr olan 2 otaqlı mənzili iddiaçının adına rəsimləşdirilməsi və mənzilin iddiaçıya verilməsi üçün müqavilə üzrə digər öhdəliklərin icra etmələrinə dair iddia ərizəsinin rədd edilməsi və ünvan 2 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşyayış evinin giriş C blokunda 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m yaşayış sahəsi, 87,90 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət C5-04 saylı mənzilə dair 09 fevral 2019-cu il tarixli C-169/05 saylı, mənzilə dair tərəflər arasında 10 yanvar 2019-cu il tarixli B-142/12 saylı müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh2 MMC cavabdehlər İddiaçı Mənsim oğlu və Cavabdeh1 MTK-ya qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək İddiaçı iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilərək ünvan 3 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 5-ci mərtəbəsində yerləşən C5- 04 saylı, ümumi sahəsi 98,43 kv.metr yaşayış sahəsi 87,90 kv.metr olan izolə olunmuş 2 otaqlı mənzil üzrə Cavabdeh1 MTK ilə İddiaçı Məsum oğlu arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1579/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, ünvan 2 ünvanında inşa olunan 3 girişli yaşayış evinin, C blokunun, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m olan, 2 otaqdan ibarət C5-04 saylı mənzil Cavabdeh1 MTK tərəfindən İddiaçı təhvil verilməklə müqavilə öhdəliklərinin yerinə yetirilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh2 MMC-nin cavabdehlər İddiaçı Mənsim oğlu və Cavabdeh1 MTK-na qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi və iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı Mənsim oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi” qarşılıqlı tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
5. Həmin qətnamədən İddiaçı və Cavabdeh1 MTK tərəfindən apellyasiya şikayətləri verilmişdir.
6. Qətnamədən Cavabdeh2 MMC tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:
7. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, rayon məhkəməsi onun iddia tələbini Cavabdeh2 MMC-yə münasibətdə təmin etməməkdə haqlı olmamışdır. Belə ki, qətnamənin 16-cı səhifəsinin 5-ci abzasında qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixli mənzillərin bölgü aktının surətindən görünür ki, tərəflər təsdiq edirlər ki, 07 yanvar 2020-ci il tarixində imzalanmış “Təhvil-Təslim AKT-na” uyğun olaraq, sifarişçi Cavabdeh2 MMC tərəfindən, podratçı “Konstra MTK”-a 62 (altmış iki) ədəd mənzilin verilməsi barədə razılığa gəlinmiş 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahələrinin bloklar üzrə bölgüsünə dair razılığa gəlmişlər. Həmin siyahıya İddiaçı verilən C5-4 saylı mənzil də daxildir. Bu səbəbdən qətnamənin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin digər cavabdeh Orxan-TİT” MMC-yə münasibətdə də təmin edilməsini xahiş etmişdir.
8. Qətnamədən cavabdeh “Konstra MTK” apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, cavabdeh heç bir mənzilin sahibi deyil, onunla iddiaçı arasında bağlanmış müqavilə bağlandığı andan etibarsızdır. Belə ki, onlar podratçıdır, həmçinin mənzilin dəyəri də MTK-ya ödənilməmişdir. Bu səbəbən, qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməməsi, MTK-nın qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İkinci iş üzrə:
9. İddiaçı Cavabdeh2 MMC cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı və Cavabdeh1 MTK arasında bağlanmış, ünvan 1 ünvanında inşa edilən 3 girişli, 21 mərtəbəli binanın giriş C blokunun 5-ci mərtəbəsində yerləşən C5- 04 saylı (C bloku, sıra 4,5-ci mərtəbədə yerləşən), ümumi sahəsi 98,43 kv.metr olan 2 otaqlı mənzilə dair 09 fevral 2019-cu il tarixli, C-169/05 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4691/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlili:
11. İddiaçı apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, o, göstərilən mənzil üzərində sərəncam vermək səlahiyyətini Cavabdeh1 MTK-ya verməmişdir. Onunla cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli podrat müqaviləsinə görə MTK podratçı kimi həmin ünvandakı tikinti işlərini yerinə yetirməli idi. Tikinti işləri icra olunduğu müddətdə podratçı onun razılığı olmadan onun mülkiyyətində olan mənzil, qaraj və qeyri-yaşayış sahələrinə dair saxta müqavilələr bağlamışdır. Bununla bağlı onun müraciəti əsasında, 03 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində X1 olduğu Cavabdeh1 MTK-nın qnaunsuz hərəkətlərinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanılmış, hazırda ibtidai istintaq yekunlaşır. Onunla podratçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı əsasında podratçı MTK-ya görülən işlər müqabilində 74 mənzil barəsində sərəncam vermək hüququ verilmiş, bir şərtlə ki, MTK həmin mənzilə dair bağlanmış müqavilələri qeydiyyat üçün MMC-yə təqdim etməli idi. Lakin Cavabdeh1 MTK-nın İddiaçılə bağladığı müqavilədə göstərilən mənzillə bağlı nə sərəncam vemə səlahiyyəti verilib, nə də həmin müqavilə qeydiyyat üçün MMC-yə təqdim edilməyib. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya Məhkəməsində icraat:
12. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4943/2022 saylı, 02 avqust 2022-ci il tarixli qərardadı ilə İddiaçı (bundan sonra birinci iddiaçı) cavabdehlər Cavabdeh1 MTK və qeyrisinə qarşı “müqavilə öhdəliyinin yerinə yetirilməsi” tələbinə dair ilkin; iddiaçı Cavabdeh2 MMC-nin (bundan sonra iddiaçı MMC) cavabdehlər İddiaçı Mənsim oğlu və Cavabdeh1 MTK-ya (bundan sonra iddiaçı MTK) qarşı “müqavilənin ləğv edilməsi” barədə qarşılıqlı, Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı Mənsim oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş ilə iddiaçı Cavabdeh2 MMC-nin cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır.
13. Bundan sonra işə apellyasiya qaydasında baxılarkən X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Tərəflərin izahatı:
14. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək təmin edilməsini, qarşı tərəflərin apellyasiya şikayətləri ilə razılaşmayaraq, onların təmin edilməməsini xahiş etdilər.
15. Məhkəmə kollegiyasının iclasında iddiaçı MMC-nin nümayəndə və vəkilləri Nümayəndə və B.Bayramov ayrılıqda həm MTK-nın, həm də MMC-nin apellyasiya şikayətlərini müdafiə edərək həmin şikayətlərin məzmununa uyğun izahat verərək təmin edilməsini, iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər və eyni zamanda da bildirdilər ki, həmin mənzil müstəqil tələb irəli sürməyən üçüncü şəxs G.Abbasovaya satılmışdır, hazırda da onun mülkiyyətindədir.
16. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs G.Abbasovanın nümayəndəsi və vəkili B.Bayramov iddiaçılar MMC və MTK-nınapellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
17. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
18. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Birinci iş üzrə:
19. Cavabdeh1 xx.xx.2019-cu il tarixli C-60/06 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən “Kooperativ” ünvan 2 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C, blokunda 05-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98.43 m2 yaşayış sahəsi 87,90 m2 olan izolə olunmuş 2 otaqdan ibarət mənzilin “payçıya” verilməsini, “payçı” isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürürlər.
20. Cavabdeh1 xx.xx.2019-cu il tarixli C-187/15 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən Kooperativ” ünvan 2 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C, blokunda 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98.43 m2 yaşayış sahəsi 87,90 m2 olan izolə olunmuş 2 otaqdan ibarət mənzilin “payçıya” verilməsini, “payçı” isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürürlər.
21. Cavabdeh1 MTK-nın kassa mədaxil orderirinin qəzinin surətindən görünür ki, İddiaçı mənzilə görə 98.430,0 (doxsan səkkiz min dörd yüz otuz) manat məbləğində pul vəsaitini kassaya mədaxil etmişdir.
22. Cavabdeh1 MTK-nın xx.xx.2019-cu il tarixli 138 nömrəli maliyyə arayışının surətindən görünür ki, İddiaçı ona görə ki, o həqiqətən Cavabdeh1 MTK-nın ünvan 4 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində C blokunun 05-ci mərtəbəsində yerləşən, C5- 04 mənzil, ümumi sahəsi 98.43 m2, yaşayış sahəsi 87,90m2 olan 2 otaqdan ibarət yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Cavabdeh1 MTK şirkətinə C-169/5 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olan şəxsin borcu yoxdur.
23. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Adil İsgəndərov ev 3/5-dir.
24. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Cavabdeh1 MTK-a MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani, ev 18A,m.63-dir.
25. Cavabdeh1 "xxxx" MMC-yə ünvanladığı xx.xx.2020- ci il tarixli №.47 nömrəli məktubdan görünür ki, Cavabdeh2 MMC və “Konstra MTK” 05 iyul 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə, tərəflər arasında faktiki yerinə yetirilmiş Tikinti Quraşdırma İşlərinin (TQİ) həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsinə dair 07 yanvar 2020-ci il tarixdə imzanlanmış “Təhvil-Təslim AKTnın” habelə tərəflər arasında 21 yanvar 2020-ci il tarixdə imzalanmış 62 (altmış iki) ədəd, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin “Mənzillərin Bölgü AKT-nın” müddəalarına uyğun olaraq, aşağıda adı,soyadı və digər məlumatları qeyd olunan şəxsin adına rəsimləşdirilməsi xahiş edilmişdir.
26. "xxxx" MMC-nin 07 yanvar 2020-ci il tarixli təhvil-təslim altının surətindən görünür ki, sifarişçi "xxxx" MMC ilə podratçı Cavabdeh1 MTK arasında 05 iyul 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq, sifarişçiyə məxsus, ünvan 7 ünvanında yerləşən 0.3112 ha torpaq sahəsində 3 girişli, 21 mərtəbəli yaşayış binasının tikintisi podratçıya həvalə olunmuşdur.
27. 05 iyul 2018-ci il tarixli №0507/01-18 nömrəli müqavilənin surətindən görünür ki, bir tərəfdən Azərbaycan Respublikasının qanunları əsasında təşkil olunmuş və mövcud olan, hüquqi ünvanı Azərbaycan Respublikası, ünvan 8ət mülkiyyətində olan hüquqi şəxs, "xxxx" MMC, X8 şəxsində, bundan sonra “sifarişçi” adalandırılacaq və digər tərəfdən Cavabdeh1 MTK (VÖEN: **********), X10 şəxsində, bundan sonra “Podratçı” adlandırılacaq, sifarişçinin tapşırığına uyğun olaraq, “Azərdövlətlayihə” DBLİ tərəfindən hazırlanmış, Bakı şəhəri, Möhsün Sənani küçəsi 13/15 ünvanında yerləşən 3, bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair (burada “iş” adlanacaq) texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetrilməsinə dair razılığa gələrək ehtimal olunan qiymət 5.000.000.00 manatı, ödəniş yerinə yetirilmiş işlər həcminə uyğun olaraq, tərəflərin qarşılıqlı razılaşmasına əsasən müvafiq həcmdə mənzil sahəsi ilə əvəz (barter) edilməsi müəyyən edilmişdir.
28. Cavabdeh1, Cavabdeh2 MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli 027 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh2 MMC və “Konstra MTK” 05 iyul 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə, tərəflər arasında faktiki yerinə yetirilmiş Tikinti Quraşdırma İşlərinin (TQİ) həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsinə dair 07 yanvar 2020-ci il tarixdə imzalanmış “Təhvil-Təslim AKTnın” habelə tərəflər arasında 21 yanvar 2020-ci il tarixdə imzalanmış 62 (altmış iki) ədəd, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin “Mənzillərin Bölgü AKT-nın” müddəalarına uyğun olaraq,aşağıda,adı,soyadı və digər məlumatları qeyd olunan şəxsin adına rəsimləşdirlməsi xahiş edilmişdir.
29. Cavabdeh2 MMC-nin, Cavabdeh1 MTK-nın direktoru X9 ünvanlanmış xx.xx.2019-cu il tarixli 12/72, xx.xx.2019-cu il tarixli 12/79, xx.xx.2019-cu il tarixli 12/62 nömrəli bildiriş-xəbərdarlıqların surətindən görünür ki, “"xxxx" MMC ilə Konstra MTK arasında 05 iyul 2018-cı ildə 0507/01 -18 saylı müqavilə imzalanmışdır. Bu müqaviləyə əsasən BŞİH başçısının xx.xx.2015-cı il tarixli 566 saylı sərəncamı və xx.xx.2016-cı ildə 539 saylı Nərimanov rayonu, M.Sənani küçəsi 13/15-də 3 girişli, 21 mərtəbəli və 2 səviyyəli zirzəmi mərtəbəsinin tikintisinə icazəsi verilmiş "xxxx" MMC-yə məxsus olan ərazidə tikinti-quraşdırma işlərinin 24 (iyirmi dörd) ay müddətində başa çatdırılması nəzərdə tutulurdu. Bu 'müqavilənin bağlandığı vaxtdan indiyədək tikinti quraşdırma işlərinin 30%-dək həcmində yerinə, yetirilmişdir. Tikinti-quraşdırma işlərinin Konstra MTK tərəfindən gecıkdirilməsi ilə bağlı Konstra MTKda dəfələrlə şifahi xəbərdarlıq edildiyi, 18 aprel 2019-cu il 12/72 saylı və 24 iyun 2019- cu ıl 12/73 savlı bildiriş-xəbərdarlıqlar göndərilmişdir. Təəssüf ki, bu xəbərdarlıqlardan da Cavabdeh1 MTK heç bir nəticə çıxarmamış və tikinti işlərinin sürətini artırmaq üçün heç bir addım atmamışdır. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq indiyədək Konstra MTK görülən işlər barədə Orxan TİT MMC-yə heç bır rəsmi hesabat verməmişdir. Müqavilənin 9-cu maddəsindəki 9.1, 9.1.1, 9.1.2, 9 1.3 bəndlərinə əsasən "xxxx" MMC şirkətə dəyən zərəri azaltmaq üçün və «C» blokundakı tikinti işlərini Cavabdeh1 MTK-nın başlaya bilmədiyi üçün «C» blokundakı tikinti-quraşdırma işlərini başa çatdırmaq üçün müqavilə əsasında başqa bir şirkətə verməyi qərara almışdır. Son olaraq Cavabdeh1 MTK-ya xəbərdarlıq edərək onlara işlərində ciddi dönüş yaratmağı «A» və «B» bloklarında görüləcək işləri sürətləndirməyi, görülən işlər barədə ətraflı rəsmi hesabat vermələrini və tərəfinizdən təqdim olunacaq Forma-2-ləri təsdiq edərək görülmüş işlərin tanınmasına dəvət edildiyi bildirilmişdir.
30. Cavabdeh1 MTK-nın xx.xx.2019-cu il tarixli 03 nömrəli qərarının surətindən görünür ki, xx.xx.2019-cu ildə "xxxx" MMC və Cavabdeh1 MTK arasında bağlanmış razılaşma müqaviləsində xx.xx.2018-ci il tarixli tərəflər arasında bağlanmış podrat müqaviləsi və ondan irəli gələn 1,2 və 3 saylı əlavələr ləğv edilmişdir. Bundan sonra tərəflər arasında əməkdaşlıü yalnız “Şəhər incisi” yaşayış kompleksinin A və B bloklarına aiddir. Aid olduğu üçün Cavabdeh1 MTK-nın C bloku üzərində heç bir hüquq və iddiası qalmamışdır. Bunu nəzərə alaraq Cavabdeh1 MTK C blokuna aid bağladığı satış müqavilələrini birtərəfli qaydada ləğv etmişdir.
31. xx.xx.2020-ci il tarixli mənzillərin bölgü aktının surətindən görünür ki, tərəflər təsdiq edirlər ki, 07 yanvar 2020-ci il tarixində imzalanmış “Təhvil-Təslim AKT-na” uyğun olaraq, sifarişçi Cavabdeh2 MMC tərəfindən, podratçı “Konstra MTK”-a 62 (altmış iki) ədəd mənzilin verilməsi barədə razılığa gəlinmiş 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahələrinin bloklar üzrə bölgüsünə dair razılığa gəlmişlər. Həmin siyahıya C5-4 saylı mənzil də daxildir.
32. 25.02.2020-ci il tarixli mənzillərin bölgü aktının surətindən görünür ki, tərəflər təsdiq edirlər ki, razılaşdırılmış bölgüyə əsasən, sifarişçi "xxxx" MMC tərəfindən B bloku üzrə, ümumi sahəsi 1417.93 kv.m olan 24,11 və 27 ədəd mənzilin podratçı “Konstra MTK”a verilməsi barədə razılığa gəlmişlər.
33. "xxxx" MMC-yə ünvanlanmış məktubun surətindən görünür ki, hal-hazıradək (xx.xx.2019-dək) 4.989.672 AZN (dörd milyon doqquz yüz səksən doqquz min altı yüz yetmiş iki manat) dəyərində müştərilərlə alqı-satqı və barter əməliyyatları həyata keçirilmişdir. Konstra şirkəti olaraq öz üzərilərinə öhdəlik kimi onu götürür ki, bundan sonra bütün alqı-satqı və barter əməliyyatları sifarişçinin ümumi razılığı olmadan həyata keçirilməyəcəkdir.
34. "xxxx" MMC-nin direktoruna ünvanlanmış məktubun surətindən görünür ki, ünvan 9nşa edilmiş binalardan Cavabdeh1 MTKnın icraçı direktoru X12 tərəfindən 152 nəfər vətəndaşlara satılmış mənzillərə dair bağlanmış müqavilələri qeyri-qanuni hesab edildiyi üçün kooperativ tərəfindən 02 dekabr 2019-cu il tarixdə həmin müqavilələrin ləğvi barədə əmr verilmişdir. Sonra müəyyən edilmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən həmin müqavilələr kooperativ tərəfindən bir tərəfli qaydada ləğv edilməsi qeyri-qanunidir. Ona görə də 09 dekabr 2019-cu il tarixdə 02 saylı əmrlə 02 dekabr 2019-cu il tarixli 01 saylı əmr qüvvədən düşmüş hesab edilmişdir.
35. Cavabdeh1 01,02 nömrəli, 02,xx.xx.2019-cu il tarixli əmrlərin surətində qeyd edilmişdir ki, sifarişçi "xxxx" MMC ilə podratçı Cavabdeh1 MTK arasında 05 iyul 2018-ci il tarixdə imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq, sifarişçiyə məxsus, ünvan 10 ünvanında yerləşən 0.3112 ha torpaq sahəsində 3 girişli, 21 mərtəbəli yaşayış binasının tikintisi podratçıya həvalə olunmuşdur. İkinci iş üzrə:
36. X2 şəxsində "xxxx" MMC (sifarişçi) ilə X3 şəxsində Cavabdeh1 MTK (podratçı) arasında bağlanmış 05 iyul 2018-ci il tarixli, 0507/01-18 saylı müqaviləyə əsasən, tərəflər "xxxx" MMC-nin tapşırığına uyğun olaraq Bakı şəhəri, Möhsün Sənani küçəsi 13/15 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetirilməsinə dair razılığa gəlmiş, ehtimal olunan qiymət ******* (beş milyon) manat müəyyən edilmiş, yerinə yetirilmiş işlər həcminə uyğun olaraq, tərəflərin qarşılıqlı razılaşmasına əsasən müvafiq həcmdə mənzil sahəsi ilə əvəz (barter) edilməsi ödəniş qaydası kimi müəyyənləşdirilmişdir.
37. X3 şəxsində Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 09 fevral 2019-cu il tarixli, C-169/05 saylı müqaviləyə əsasən, MTK ünvan 2 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 98,43 kv.metr, yaşayış sahəsi 87,9 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət C5-04 saylı mənzilin İddiaçı verməyi, İddiaçı isə mənzilin dəyəri olan 98430 manatın MTK-ya ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 7.3cü maddəsində qeyd olunmuşdur ki, müqaviləyə hər hansı dəyişiklik və əlavələr hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən, imzalandıqdan və möhürləndikdən sonra etibarlıdır.
38. Cavabdeh1 MTK-nın "xxxx" MMC-yə ünvanlandırdığı 15 fevral 2019-cu il tarixli məktubda göstərilmişdir ki, “ Cavabdeh1 MTK hal-hazıradək (xx.xx.2019-dək) ******* (dörd milyon doqquz yüz səksən doqquz min altı yüz yetmiş iki) manat dəyərində müştərilərlə alğı-satqı və barter əməliyyatları həyata keçirmişdir. Konstra şirkəti olaraq öz üzərimizə öhdəlik kimi onu götürürük ki, bundan sonra bütün alğı-satqı və barter əməliyyatları sifarişçinin ümumi razılığı olmadan həyata keçirilməyəcəkdir.”
39. Cavabdeh1 MTK-nın 30 oktyabr 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, xx.xx.2019-cu ildə "xxxx" MMC və Cavabdeh1 MTK arasında bağlanmış razılaşma müqaviləsində xx.xx.2018-ci il tarixli, tərəflər arasında bağlanmış podrat müqaviləsi və ondan irəli gələn 1,2 və 3 saylı əlavələr ləğv edilmişdir. Bundan sonra tərəflər arasında əməkdaşlıq yalnız “Şəhər İncisi” yaşayış kompleksinin A və B bloklarına aiddir. Aid olduğu üçün Cavabdeh1 MTK-nın C bloku üzərində heç bir hüquq və iddiası qalmamışdır. Bunu nəzərə alaraq Cavabdeh1 MTK C blokuna aid bağladığı satış müqavilələrini birtərəfli qaydada ləğv edir.
40. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(005)- 1579/2021 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh1 MTK-ya qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsinə dair” ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 MTK və "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında inşa etdiyi 3 girişli, 21 mərtəbəli binanın giriş C blokunun 5-ci mərtəbəsində yerləşən C5-04 saylı, ümumi sahəsi 98,43 kv.metr olan 2 otaqlı mənzili onun adına rəsmiləşdirilməsi və mənzilin ona təhvil verilməsi üçün müqavilə üzrə digər öhdəliklərini icra etmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh1 MTK-nın nümayəndəsi X4 “müqavilənin etibarsız hesab edilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 5-ci mərtəbəsində yerləşən, C5-04 saylı, ümumi sahəsi 98,43 kv.metr olan 2 otaqlı mənzilə dair 09 fevral 2019-cu il tarixli, C-169/05 saylı müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh2 MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sözügedən 98,43 kv.metr ümumi sahəli, C5-04 saylı mənzil üzrə Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
41. Cavabdeh1 MTK-nın kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı mənzilə görə 98430 manat məbləğində pul vəsaitini kassaya mədaxil etmişdir.
42. Cavabdeh1 MTK-nın xx.xx.2019-cu il tarixli, 138 nömrəli maliyyə arayışının surətindən görünür ki, İddiaçı Cavabdeh1 MTK-nın ünvan 2 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində C blokunun 05-ci mərtəbəsində yerləşən, C5-04 saylı mənzilin dəyərini tam ödəmişdir. MTK-ya C-169/5 nömrəli müqaviləyə əsasən İddiaçı borcu yoxdur.
43. Cavabdeh1 MTK-nın "xxxx" MMC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli, 47 nömrəli məktubdan görünür ki, "xxxx" MMC və Cavabdeh1 MTK 05 iyul 2018-ci il tarixdə imzalanmış müqavilənin şərtlərinə, tərəflər arasında faktiki yerinə yetirilmiş Tikinti Quraşdırma İşlərinin həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsinə dair 07 yanvar 2020-ci il tarixdə imzalanmış “Təhvil-Təslim Akt”ının, habelə, tərəflər arasında 21 yanvar 2020-ci il tarixdə imzalanmış 62 ədəd, 6700 kv.metr ümumi mənzil sahəsinin “Mənzillərin Bölgü Akt”ının müddəalarına uyğun olaraq, adları qeyd olunan şəxslərin adlarına rəsmiləşdirilməsi xahiş edilmişdir.
44. xx.xx.2020-ci il tarixli mənzillərin bölgü aktının surətindən görünür ki, tərəflər təsdiq edirlər ki, 07 yanvar 2020-ci il tarixdə imzalanmış “Təhvil-Təslim Akt”ına uyğun olaraq, sifarişçi Cavabdeh2 MMC tərəfindən, podratçı Cavabdeh1 MTK-ya 62 ədəd mənzilin verilməsi barədə razılığa gəlinmiş 6700 kv.metr ümumi mənzil sahələrinin bloklar üzrə bölgüsünə razılığa gəlmişlər. Həmin siyahıya C5-4 saylı mənzil də daxildir.
45. "xxxx" MMC-nin direktoruna ünvanlanmış məktubun surətindən görünür ki, ünvan 11nşa edilmiş binalardan Cavabdeh1 MTK-nın icraçı direktoru X12 tərəfindən 152 nəfər vətəndaşa satılmış mənzillərə dair bağlanmış müqavilələr qeyri-qanuni hesab edildiyi üçün kooperativ tərəfindən 02 dekabr 2019-cu il tarixdə həmin müqavilələrin ləğvi barədə əmr verilmişdir. Sonra müəyyən edilmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən, həmin müqavilələr kooperativ tərəfindən birtərəfli qaydada ləğv edilməsi qeyri-qanunidir. Ona görə də, 09 dekabr 2019-cu il tarixdə 02 saylı əmrlə 02 dekabr 2019-cu il tarixli, 01 saylı əmr qüvvədən düşmüş hesab edilmişdir.
46. "xxxx" MMC-nin direktoru Bəhruz Novruzovun imzaladığı xx.xx.2022-ci il tarixli protokolundan məlum olur ki, "xxxx" MMC ilə X14 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 45 saylı alqı-satqı müqaviləsində “C5-3” səhvən yazılan mənzilin nömrəsinə düzəliş olunur.
47. 45 saylı alqı-satqı müqaviləsində yazılan C bloku 98,43 kv.m ümumi sahəsi 87,90 yaşayış sahəsi olan mənzilin nömrəsi “C5-4” saylı mənzildir və C bloku 5-ci mərtəbədə eyni saylı eyni sahəli başqa mənzil yoxdur.
48. 01 noyabr 2021-ci il tarixli Maliyyə Arayışında mənzilin nömrəsi C5-4 olaraq düzgün yazılmışdır.
49. “Satıcı” "xxxx" MMC ilə “alıcı” X14 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 45 saylı alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya ünvan 2 ünvanında inşa olunan 3 girişli bina, “C” bloku, 5-ci mərtəbə, C5-4 saylı ümumi satış sahəsi 98,43 kvm, ümumi yaşayış sahəsi 87,90 kv.m olan 1 ədəd 2 otaqdan ibarət olan mənzili ümumi dəyəri 127.959 manat olmaqla, 88.000 AZN müqavilə bağlanan anda, 39959 AZN hissəsi iki ay müddətində ödəmək şərti ilə satır.
50. 01.11.2021-ci il tarixli maliyyə arayışından məlum olur ki, X14 ünvan 2 ünvanında inşa olunan 3 girişli yaşayış evinin, C blokunun, 5-ci mərtəbəsində ümumi satış sahəsi 98,43 kvm, ümumi yaşayış sahəsi 87,90 kv.m olan 1 ədəd 2 otaqdan ibarət olan C5-4 saylı mənzilin dəyərini tam ödəmişdir. Onun "xxxx" MMC-yə 45 saylı müqaviləyə əsasən, borcu yoxdur.
51. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından məlum olur ki, sifarişçi "xxxx" MMC ilə podratçı Cavabdeh1 MTK arasında bağlanmış razılığa əsasən, sifarişçi ünvan 2 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsində 3 girişli, 21 mərtəbəli yaşayış evinin həmin aktda göstərilən cədvəldə qeyd edilmiş ümumi sahəsi 7588,67 kv metr olan 74 yaşayış mənzillərini podratçının sərəncamına verir, podratçı həmin mənzillərə dair bağladığı alqı-satqı müqavilələrinə əsasən, həmin mənzilləri alıcılara təhvil verməyi öhdəsinə götürür. Həmçinin podratçı həmin mənzillərə dair alqı-satqı müqavilələrini qeydiyyat üçün sifarişçiyə təqdim edir. Tətbiq edilən maddi hüquq Mülki Məcəllə
52. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
53. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
54. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
55. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
56. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
57. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
58. Maddə 359.2. Özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər.
59. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
60. Maddə 359.4. Xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir.
61. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
62. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
63. Maddə 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Tətbiq edilən prosessual hüquq normaları:
64. Mülki Prosessual Məcəllə
65. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
66. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
68. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
69. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
70. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
71. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
72. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
73. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
74. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
75. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
76. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
77. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
78. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
79. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
80. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-1579/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsini birinci iddiaçı və iddiaçı MTK-nın apellyasiya şikayətlərinə əsasən ilkin iddia tələbi hissədə, iddiaçı MTK-nın qarşılıqlı iddia tələbi hissədə və Binəqədi Rayon Məhkəməsinin 2(001)-4691/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsini iddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
81. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1579/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi həmin hissədə təmin edilməməli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4691/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.
82. Məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə Binəqədi Rayon Məhkəməsinin 2(001)-4691/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı qiymətləndirilmə aparılmalıdır.
83. İddiaçı MMC ilə MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli podrat müqaviləsinə görə MTK podratçı kimi həmin ünvandakı tikinti işlərini yerinə yetirməli idi.
84. Mülki iş materiallarında olan X2 şəxsində "xxxx" MMC (sifarişçi) ilə X3 şəxsində Cavabdeh1 MTK (podratçı) arasında bağlanmış 05 iyul 2018-ci il tarixli, 0507/01-18 saylı müqaviləyə əsasən, tərəflər "xxxx" MMC-nin tapşırığına uyğun olaraq Bakı şəhəri, Möhsün Sənani küçəsi 13/15 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetirilməsinə dair razılığa gəlmiş, ehtimal olunan qiymət ******* (beş milyon) manat müəyyən edilmişdir.
85. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (MM maddə 752.1.).
86. Göründüyü kimi, iddiaçı MMC ilə MTK arasında podrat münasibətləri olmuşdur, buna görə də o yalnız icra etdiyi işin nəticələrini sifarişçiyə təhvil vermək vəzifəsini daşıyır, bununla da məlum olur ki, MTK-nın MMC-nin sifarişi əsasında tiktiyi binada mənzil satmaq kimi səlahiyyəti olmamışdır ki, bu səbəbdən də MTK-nın mənzilə dair sərəncam vermək hüququ olmadan birinci iddiaçı ilə bağladığı ünvan 1 ünvanında inşa edilən 3 girişli, 21 mərtəbəli binanın giriş C blokunun 5-ci mərtəbəsində yerləşən C5-04 saylı (C bloku, sıra 4,5-ci mərtəbədə yerləşən), ümumi sahəsi 98,43 kv.metr olan 2 otaqlı mənzilə dair 09 fevral 2019-cu il tarixli, C-169/05 saylı müqavilə bağlandığı andan etibarsız olmuşdur.
87. Bundan əlavə, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından məlum olur ki, sifarişçi "xxxx" MMC ilə podratçı Cavabdeh1 MTK arasında bağlanmış razılığa əsasən, sifarişçi ünvan 2 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsində 3 girişli, 21 mərtəbəli yaşayış evinin həmin aktda göstərilən cədvəldə qeyd edilmiş ümumi sahəsi 7588,67 kv metr olan 74 yaşayış mənzillərini podratçının sərəncamına verir, podratçı həmin mənzillərə dair bağladığı alqı-satqı müqavilələrinə əsasən, həmin mənzilləri alıcılara təhvil verməyi öhdəsinə götürür. Həmçinin podratçı həmin mənzillərə dair alqı-satqı müqavilələrini qeydiyyat üçün sifarişçiyə təqdim edir.
88. Kollegiya bildirir ki, qeyd edilən aktdakı cədvəldə də birinci iddiaçıya MTK tərəfindən satılan mənzil göstərilməmişdir.
89. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
90. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
91. Eyni zamanda, “Satıcı” "xxxx" MMC ilə “alıcı” X14 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 45 saylı alqı-satqı müqaviləsindən məlum olur ki, mübahisələndirilən mənzil G.Abbasovaya satılmışdır, hazırda onun mülkiyyətindədir.
92. Beləliklə, Məhkəmə kollegiyası tədqiq olunmuş şübutlara əsasən və istinad olunan hüquq normalarının tələblərinə əsasən belə qənaətə gəlir ki, iddiaçı MTK-nın podratçı kimi yuxarıda qeyd edilən mənzilə dair sərəncam vermək hüququ olmadığndan həmin mənzillə bağlı MTK ilə birinci iddiaçı arasında bağlanmış birinci iddiaçı ilə mənzilə dair 09 fevral 2019-cu il tarixli, C-169/05 saylı müqavilə etibarsız hesab edilməlidir.
93. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
94. Mülki iş materiallarında olan Cavabdeh1 MTK-nın kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı mənzilə görə 98430 manat məbləğində pul vəsaitini kassaya mədaxil etmişdir.
95. Kollegiya qeyd edir ki, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 09 fevral 2019-cu il tarixli, C-169/05 saylı müqavilə etibarsız olduğu üçün Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, İddiaçı mənzilə görə ödədiyi 98430 manat Cavabdeh1 MTK-dan alınaraq birinci iddiaçıya verilməlidir.
96. Bundan əlavə, İddiaçı mənzillə bağlı çəkdiyi başqa xərclər, eləcə də dəymiş digər zərərlə bağlı müvafiq tələblə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması da izah edilməlidir.
97. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
98. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
99. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
100. Məhkəmə kollegiyası birinci iş üzrə birinci iddiaçı və MTK-nın apellyasiya şikayətləri ilə bağlı qeyd edir ki, iddiaçı MMC-nin iddiası təmin edilərək, MTK ilə birinci iddiaçı arasında bağlanmış 09 fevral 2019-cu il tarixli, C-169/05 saylı müqavilə etibarsız hesab edildiyindən, birinci iddiaçının həmin mənzili onun adına rəsimləşdirmələri və mənzilin iddiaçıya (sahibliyinə) təhvil verilməsi üçün müqavilə üzrə digər öhdəliklərini icra etmələrinə dair iddia tələbi əsassızdır və təmin edilə bilməz.
101. Kollegiya qeyd edir ki, MTK apellyasiya şikayətində ona mənzilə görə hər hansı məbləğ ödənilmədiyini bildirsə də, mülki iş materiallarında olan Cavabdeh1 MTK-nın kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı mənzilə görə 98430 manat məbləğində pul vəsaitini kassaya mədaxil etmişdir, onun həmin dəlili əsassızdır.
102. Məhkəmə kollegiyası birinci işlə bağlı iddiaçı MTK-nın apellyasiya şikayətinin onunla birinci iddiaçı arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi dəlilləri ilə bağlı aşağıdakları bildirir.
103. İddiaçı MMC-nin həmin müqavilənin etibarsızlığı ilə bağlı iddia tələbi hazırkı qətnamə ilə təmin edildiyindən MTK-nın da həmin iddiasının təmin edilməsi prosessual qənaət prinsipinə ziddir.
104. Eyni zamanda, MTK-nın özü ilə iddiaçı arasında bağlanmış müqavilənin MTKnın öz iddia tələbi ilə etibarsız hesab edilməsi, MTK-nın müqavilənin tərəfi olması, onun podratçı olması və podratçı olduğu üçün həmin mənzillə bağlı sərəncam verə bilməməsinin MTK-ya məlum olması səbəbindən keçərli deyildir.
105. Bu səbəbdən, birinci iş üzrə rayon məhkəməsi iddiaçı MTK-nın iddia tələbinin təmin edilməməsi ilə bağlı düzgün qənaətə gəlmişdir.
106. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuşdur ki, məhkəmə qərarları qanuna və sübutlara əsaslanmalıdır.
107. Eyni tələb MPM-in məhkəmə aktlarının qanuni və əsaslı olmasını tənzimləyən 217-ci maddəsində də nəzərdə tutulmuşdur (Maddə 217.3).
108. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, məhkəmə aktlarının əsaslandırılmaması, qərarlarda qanunvericilik aktlarının sadəcə olaraq sadalanması ədalətli məhkəmə araşdırmasına olan hüquqa xələl gətirir, başqa sözlə Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermir.
109. Avropa Məhkəməsi «Kastravet Moldovaya qarşı» iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir.
110. Avropa Məhkəməsi həmin işdə milli məhkəmələr tərəfindən Konvensiyanın 6-cı maddəsinin pozuntusunu müəyyən etmişdir. Nəticə:
111. Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırma aparılmadığından və düzgün olmayan nəticəyə gəlindiyindən birinci işlə bağlı iddiaçı MTK-nın apellyasiya şikayəti qismən təmin edilməli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1579/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, birinci iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qətnamə onun apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalı, ikinci işlə bağlı iddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4691/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbləri tətbiq edilməlidir.
112. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
113. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir.
114. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1579/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 MTK-nın apellyasiya şikayəti qismən təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1579/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, ilkin iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4691/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. İddiaçı və Cavabdeh1 MTK arasında bağlanmış, ünvan 1 ünvanında inşa edilən 3 girişli, 21 mərtəbəli binanın giriş C blokunun 5-ci mərtəbəsində yerləşən C5-04 saylı (C bloku, sıra 4,5-ci mərtəbədə yerləşən), ümumi sahəsi 98,43 kv.metr olan 2 otaqlı mənzilə dair 09 fevral 2019-cu il tarixli, C-169/05 saylı müqavilə etibarsız hesab olunsun. Cavabdeh1 MTK-dan 98430 (doxsan səkkiz min dörd yüz otuz) manat alınaraq İddiaçı verilsin. İddiaçı mənzillə bağlı çəkdiyi başqa xərclər, eləcə də dəymiş digər zərərlə bağlı müvafiq tələblə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev