Məhkəmə qərarları › İş №2(103)-1269/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1269/2022

28.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1269/2022 28.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4798/2019 saylı, 15 noyabr 2019cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə, eləcə də cavabdehlər Cavabdeh1 və 4 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları

1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 93.06 kv.m olan 2 saylı fərdi yaşayış evi 29.12.1984-cü il tarixli bağışlama müqaviləsinə əsasən X30 adına qeydiyyatdan keçmişdir. X34 və Rəfiqə Məmmədova 06.10.1960-cı il tarixdə nikaha daxil olmuşlar. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh1 onların övladlarıdır.

2. X34 13.08.2007-ci il tarixdə tərtib etdiyi, 17 saylı dövlət notariat kontorunda təsdiq olunan və reyestrdə 2V-46 nömrə ilə qeyd olunan vəsiyyətnamə ilə sözügedən evi Cavabdeh1 vəsiyyət etmişdir. X34 20.02.2008-ci il tarixdə, Rəfiqə Məmmədova isə 22.07.2008-ci il tarixdə vəfat etmişlər.

3. Cavabdeh1 həmin vəsiyyətnamə əsasında evə dair 4 saylı Bakı "ASAN Xidmət" Mərkəzinin notariat kontorundan 22 iyun 2018-ci il tarixli "vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə almış və qeyd olunan evi 18.07.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyatdan keçirmişdir.

4. Mübahisə vərəsələr arasında miras əmlaka hüquqlarının olması ilə bağlı yaranmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar Sabunçu rayon Məhkəməsinə cavabdehlər Cavabdeh1, 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat kontoru və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi və sonradan iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, mərhum X12 və mərhum X1 miras qalan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 121,2 kv.m. olan 2 saylı fərdi yaşayış evinin qanun üzrə vərəsələr olan iddiaçılar tərəfindən faktiki qəbul olunmasının müəyyən edilməsi, miras əmlakdan Cavabdeh1 tam hissədə pay almalı olması barədə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat kontorunun 22.06.2018-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab olunması, DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sözügedən fərdi yaşayış evinin Cavabdeh1 adına qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrinin RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv olunması, evin qanun üzrə vərəsələr olan iddiaçılar arasında miras əmlak kimi 1/3 hissədə olmaqla bərabər paylarla bölünməsi və iddiaçıların hər birinin həmin fərdi yaşayış evinə 1/3 hissədə mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

6. İddia tələbi belə əsaslandırılıb ki, mərhum X9 və mərhum X3 rəsmi nikahından 4 övladları olmuşdur: İddiaçı1, Cavabdeh1, İddiaçı3 və Məmmədova (hazırda Manafova) Həqiqət Ağa Əli qızı. X13 20 fevral 2008-ci ildə, X7 isə 22 iyul 2008-ci ildə vəfat etmişdir.

7. X9 mülkiyyətində ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 121.2 kv.m olan 2 saylı yaşayış evi olmuşdur. O, həmin fərdi yaşayış evini 13 avqust 2007-ci il tarixli vəsiyyətnamə ilə Cavabdeh1 vəsiyyət etmişdir.

8. Cavabdeh1 həmin vəsiyyətnamə əsasında Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi 2-ci döngə ünvanında yerləşən və ümumi sahəsi 121.2 kv.m olan fərdi yaşayış evinə dair 4 saylı Bakı "ASAN Xidmət" Mərkəzinin notariat kontorundan 22 iyun 2018-ci il tarixli "vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə almış, 18.07.2018-ci ildə həmin evi daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyatdan keçirmişdir.

9. İddiaçılar hesab edir ki, miras əmlakda məcburi pay hüququ olan və miras əmlakı faktiki olaraq qəbul edən vərəsələr kimi onların atalarından miras qalan fərdi yaşayış evinin üzərində Cavabdeh1 tam payla mülkiyyət hüququ əsassız şəkildə tanınmışdır.

10. Cavabdeh1 həm atası X9, həm da anası X3 qırx mərasimlərində iştirak etmişdir. Bundan sonra o, daimi yaşadığı və vətəndaşı olduğu Rusiya Federasiyasına qayıtmış və valideynlərindən qalan miras əmlakı faktiki olaraq qəbul etməmişdir. Cavabdeh yalnız miras açıldıqdan 10 il sonra notariusa mirasın qəbulu haqqında ərizə vermişdir. Bu zaman cavabdeh notariusa mirasın qəbulu barədə ərizə verərkən notariusun təklifinə baxmayaraq, digər vərəsələrin olmasını və mirasın onlar tərəfindən faktiki qəbul edilməsi faktını da gizlətmişdir.

11. İddiaçılar cavabdehin 4 saylı Bakı "ASAN Xidmət" Mərkəzinin notariusuna yazdığı 03.05.2018-ci il mirasın qəbulu ərizəsini və həmin ərizə əsasında verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni də düzgün hesab etmirlər. Mirası qəbul etmək üçün qanunvericiliklə miras açıldıqdan sonra 3 ay vaxt müəyyən olunduğu halda, Cavabdeh1 miras açıldıqdan 10 il sonra notariusa mirasın qəbulu haqqında ərizə vermiş və notarius həmin ərizənin qəbulundan imtina etməli olduğu halda, həmin ərizəni təmin etmişdir. Cavabdeh1 fərqli olaraq, iddiaçılar həm ataları X13, həm də X3 payı hissəsində fərdi yaşayış evini və evdə olan daşınar əmlakları sahibliklərinə qəbul edərək onları idarə etməyə başlamış və beləliklə də, miras əmlakı faktiki olaraq qəbul etmişlər.

12. Miras qalmış fərdi yaşayış evi mərhum X9 və X3 ümumi birgə mülkiyyəti olmuşdur. Buna görə də X13 fərdi yaşayış evini Cavabdeh1 vəsiyyət etsə də, vəsiyyətnamə həmin fərdi yaşayış evinin ona aid hissəsinə, yəni 50%-nə şamil olunur. X7 ərindən təqribən 6 ay sonra – 22 iyul 2008-ci ildə vəfat etmişdir. Buna görə fərdi yaşayış evinin X5 aid hissəsinə qanun üzrə vərəsəlik şamil olunmalı və fərdi yaşayış evinin digər hissəsi kimi də əmlakı faktiki sahibliyinə qəbul edən və onu idarə edən qanun üzrə vərəsələr – iddiaçılar arasında bölünməlidir. Belə ki, hələ valideynləri xəstə olduqları vaxt onlara iddiaçılar qulluq etmiş, vəfat etdikdən son onların dəfnini təşkil etmiş və dəfn xərclərini də iddiaçılar ödəmişlər.

13. Cavabdeh1 Rusiya Federasiyasının vətəndaşı olaraq həmin vaxt orada yaşamış, işləmiş və yalnız valideynlərinin dəfnində iştirak etmək üçün Azərbaycan Respublikasına gəlmişdir. Cavabdeh1 Azərbaycan Respublikasına birdəfəlik yalnız 2016cı ildə qayıtmışdır. X13 vəfat etdikdən sonra İddiaçı1, İddiaçı3 və İddiaçı2 atadan miras qalan ünvan 3 ünvanında yerləşən və ümumi sahəsi 121.2 kv.m olan 2 saylı fərdi yaşayış evini faktiki sahibliyə götürmüşlər. Onlar miras açıldıqdan sonra 2016-cı il tarixədək evin bütün kommunal xərcini ödəmişlər.

14. Belə ki, İddiaçı1 öz vəsaiti hesabına 2008-ci ilin aprel ayında həmin fərdi yaşayış evinin pəncərəsində və dam örtüyündə təmir işləri aparmışdır. Avtomobilini həmin fərdi yaşayış evinin qarajında saxlamağa başlamışdır. Həmin ilin aprel ayında o, istixana üçün nəzərdə tutulmuş 1000 m dəmir borunu həmin fərdi yaşayış evinin anbarında yerləşdirmişdir. Fərdi yaşayış evinin toyuq damında öz toyuqlarını saxlamağa başlamışdır. Hazırda da onun 3 toyuğu həmin fərdi yaşayış evinin toyuq damındadır. 2008-ci ildən 2016-cı ilədək İddiaçı1 həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində olan ağaclara və kollara qulluq etmiş, yeni ağaclar əkmişdir. O, bilavasitə qonşuluqda yerləşən evdə yaşadığından daimi olaraq miras qalan ata evinə nəzarət etmiş və vaxtaşırı olaraq həmin fərdi yaşayış evində zəruri təmir-tikinti işləri aparmışdır.

15. İddiaçı3 atası və anasının həyatının son vaxtlarında onların yanında olmuş, dəfndə, dəfn xərclərinin ödənilməsində iştirak etmiş, bilavasitə atasının xəstə olduğu vaxtlarda və dəfnindən sonra həmin fərdi yaşayış evində yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etdiyini hamıya nümayiş etdirmiş, həmin evin kirəmitdən olan köhnə dam örtüyünü tam şəkildə təmir etdirərək şiferlə dəyişmiş, evin qapı-pəncərələrini dəyişmiş, evdə kombi istilik sistemi qurdurmuş, yeni hamam və tualet inşa etdirmiş, həyətdə kanalizasiya üçün quyu qazdırmışdır. Onun həyat yoldaşının gətirdiyi bütün cehiz əmlakları – mebel, yataq dəstləri, qab-qacaq, məişət texnikası həmin evdə olmuş və İddiaçı3 həmin evdə ailəsi ilə birlikdə yaşamaqla həm qeyd olunan əmlaklardan, həm də valideynlərindən miras qalan digər daşınar əmlaklardan (stul, divan, televizor və s.) istifadə etmişdir.

16. İddiaçı Manafova (Məmmədova) Həqiqət Ağaəli qızı valideynlərinin razılığı ilə onların sağlığında 2003-cü ildə öz cehiz əmlakının bir hissəsini ata evində yerləşdirmişdir. Atasının vəfatı ilə bağlı 40 mərasimi verdikdən sonra 2008-ci ilin aprel-may aylarında özünün digər əmlaklarını – qaz sobasını, 4 ədəd xalçasını, elektrik sobasını, paltaryuyanı, şabalıdı rəngli divar mebelini, divan, stol və stullarını, taxtı, yorğan-döşəyini, çilçırağını, servisini, qab-qacaq dəstini, tozsoranını, 1 çay servisini və 2 qəhvə servisini ata evinə gətirərək onun bir otağına yığmış, 2008-ci ilin may ayından sentyabr ayınadək həmin evdə yaşamış və bununla da miras əmlakı – fərdi yaşayış evini və həmin evdə olan digər əmlakları faktiki olaraq qəbul etmiş və bunu hamıya nümayiş etdirmişdir. Bundan sonra 2008-ci ildən 2016-cı ilədək Manafova (Məmmədova) Həqiqət Ağaəli qızı ailəsi ilə birlikdə 3 ay yay mövsümündə tam olmaqla, ilin qalan vaxtları isə istirahət günləri bilavasitə ata evində yaşamışdır.

17. Cavabdeh1 iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - atası vəfat etməmişdən 6 ay əvvəl vəsiyyətnamə əsasında sözügedən bağ sahəsini ona vəsiyyət etmişdir. Bir müddət öncə ona vəsiyyətnamə əsasında şəhadətnamə verilmişdir. Vərəsəlik ya qanun üzrə, ya da vəsiyyətnamə üzrə olmalıdır. O, vəsiyyətnamə üzrə vərəsəlik hüququnu əldə etmişdir; - ölkə hüdudlarından kənarda olduğu üçün həmin əmlaka faktiki sahibliyi 2016cı ildən başlamışdır. Bu günədək o, həmin bağ sahəsinə faktiki sahiblik etməkdədir. İddia ərizəsində də qeyd edildiyi kimi iddiaçılar həmin bağ sahəsində qısamüddətli yaşamışlar. Onların həmin bağ sahəsinə hər hansı daşınar əmlaklarını yerləşdirməsi həmin bağ sahəsində sahiblik etmək hüquqlarına yol açmır. İddiaçıların daşınar əmlakları sözügedən bağ sahəsinə yerləşdirmələri həm planlı şəkildə olmuşdur, həm də sadəcə anbar kimi istifadə etmişlər; - müddətlə bağlı məsələyə gəldikdə o, bir neçə il ölkə hüdudlarından kənarda olduğu üçün bu yaxınlarda şəhadətnamə əldə edərək bağ sahəsinə hüquqi sahiblik etmişdir. Vəsiyyətnamə verilərkən İddiaçı1 məlumatlı olmuşdur. Belə ki, vəsiyyətnamənin surətinin 1-ci səhifəsindən də göründüyü kimi mərhum atasının əlləri əsdiyi üçün öz razılığı əsasında qardaşı imza etmişdir. Beləliklə də sözügedən miras əmlakı faktiki olaraq o qəbul etdiyindən daha sonra vərəsəlik hüququ ilə şəhadətnamə və çıxarış almışdır. Məhz həmin miras qalmış əmlakın hazırkı iş üzrə onun adına rəsmiləşdirilməsində heç bir qanun pozuntusuna yol verilməmişdir; - o, sözügedən fərdi yaşayış evində bir çox abadlıq işləri apararaq ailəsi ilə birlikdə yaşayır. Müəyyən vaxtlarda əkin-biçin işləri, müəyyən vaxtlarda təmir işləri də tərəfindən görülmüşdür; - miras əmlak olan ev atasına bağışlama yolu ilə keçdiyi üçün anasının həmin ev üzərində payı olmayıb; - evin pəncərələrini 2016-cı ildə, damını 2014-cü ildə Fərhad təmir etdirmişdir, hasarı isə dəqiq xatırlamır. Evdəki mebellər Fərhadın yoldaşınındır, 2003-də evə qoyulmuşdur, 2008-ci ildən həmin evdə yaşayış olmamışdır. Hətta evin içərisi kif bağlamışdır. Evdə Fərhada məxsus digər əşyalar da var, lakin onlar bağlı olduğundan içindəkilər barədə məlumatı yoxdur.

18. Sabunçu Rayon Məhkəməsinin 2(008)-4798/2019 saylı, 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 121,2 kv.m. olan 2 saylı fərdi yaşayış evindən Cavabdeh1 tam hissədə pay almalı olması barədə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat kontorunun 22.06.2018-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, DƏDRX-nin sözügedən fərdi yaşayış evinin Cavabdeh1 adına qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın ləğv olunması, həmin evə Cavabdeh1 175/400 hissədə, İddiaçı1 75/400 hissədə, İddiaçı3 75/400 hissədə və İddiaçı2 75/400 hissədə pay hüquqularının tanınması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. (hakim Zaur Hacıyev)

19. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara, o cümlədən şahid ifadələrinə istinadən müəyyən etmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi, Məhəmmədəli Şəfai küçəsi 2-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsinin nəzdində olan 3 otaqdan ibarət və ümumi sahəsi 93.06 kv.m olan 2 saylı fərdi yaşayış evi 1984-cü ildə bağışlama müqaviləsinə əsasən 1985-ci ildə miras qoyan X9 adına qeydiyyatdan keçmişdir. Həmin vaxt X13 X7 ilə rəsmi nikahda olmuşlar. Miras qoyan X13 adına olan evi 2007-ci ildə hazırkı iş üzrə Cavabdeh1 vəsiyyət etmişdir. 2008-ci ilin fevral ayında X13, həmin ilin iyul ayında arvadı X7 vəfat etmişdir. 2018-ci ildə vəsiyyət edilən vərəsə Cavabdeh1 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoruna müraciət edərək, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və şəhadətnamə əsasında ünvan 4 ünvanında yerləşən 975 kv.m torpaq sahəsinin nəzdində olan ümumi sahəsi 121.2 kv.m olan fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmişdir. Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi 2-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsinin nəzdində olan 3 otaqdan ibarət və ümumi sahəsi 93.06 kv.m olan 2 saylı fərdi yaşayış evi 1984-cü ildə X10 bağışlanarkən miras qoyan X7 ilə rəsmi nikahda olmuş, nikah dövründə iş materialları və hazırkı iş üzrə tərəflərin qəbul etdiyi kimi evin sahəsi artırıldığından, X13 Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi 2-ci döngədə yerləşən 975 kv.m torpaq sahəsinin nəzdində olan 4 otaqdan ibarət və ümumi sahəsi 121.2 kv.m olan 2 saylı fərdi yaşayış evi miras qoymuşdur.

20. Bu səbəbdən birinci instansiya məhkəməsi hesab edib ki, miras qoyana mübahisəli fərdi yaşayış evi bağışlanma əsasında keçməsinə baxmayaraq, həmin evin sahəsi genişləndiyi üçün köhnə qanunvericiliyin tələbinə əsasən birgə nikah dövründə əldə edilmiş əmlak olaraq qəbul edilir və X3 mübahisəli fərdi yaşayış evinə ½ hissəyə mülkiyyət hüququ tanınır. Miras qoyan X13 adına olan fərdi yaşayış evini tam olaraq oğlu Cavabdeh1 vəsiyyət etsə də, həmin vəsiyyətnamə yalnız miras qoyan X9 mübahisəli evə olan ½ pay hissəsinə nisbətdə qüvvədədir.

21. Birinci instansiya məhkəməsi qeyd edib ki, miras qoyan X9 öldüyü gün onun məcburi pay almaq hüququ olan birinci növbəli vərəsələri arvadı X7, övladları İddiaçı1, İddiaçı3, İddiaçı2 və vəsiyyət üzrə vərəsəsi Cavabdeh1 olmuşdur. Miras qoyanın arvadı eyni zamanda evin birgə mülkiyyətçisi X7 mirasın açıldığı gündən 5 ay sonra ölmüşdür. Hazırda sağ olan vərəsələr miras qoyanın övladlarıdır.

22. Birinci instansiya məhkəməsinin mövqeyinə görə tərəfələr (iddiaçılar və cavabdeh) mirası faktiki qəbul etmişlər. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 mütəmadi olaraq mübahisəli evdə qalmaqla, kommunal xərcləri ödəməklə (işıq və telefonla bağlı işdə olan sənədlər), orada əşyalarının olması və evdə təmir-bərpa işləri aparmaqla mirasa şəksiz sahib çıxmalarını nümayiş etdirmişlər. Eyni zamanda, Cavabdeh1 başqa ölkədə yaşamasına baxmayaraq, miras qoyanın 40 mərasiminə gələrək atasının evində qalmaqla və daha sonra anası X3 ölümündən sonra da mütəmadi həmin evə gəlməklə mirası faktiki qəbul etmiş sayılır.

23. Birinci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, miras qoyan X9 Cavabdeh1 başqa daha 3 vərəsəsi – İddiaçı1, İddiaçı3 və İddiaçı2 olduğu və bu hal, həmçinin, miras qoyanın uşaqlarının olduğu yer Cavabdeh1 məlum olduğu halda, sonuncu mirasqoyanların ölümündən 10 il sonra 03 may 2018-ci il tarixdə 4 saylı “Asan xidmət” mərkəzinin notariat kontoruna miras evi vəsiyyət üzrə miras əmlak kimi qəbul etməsi barədə ərizə verərək ondan başqa vərəsələrin olmadığını bildirmiş, notariat orqanı isə qanunun tələblərini pozaraq digər vərəsələrin müəyyənləşdirilməsi üçün hər hansı tədbir görməmiş, miras qoyanın övladlarını vərəsəliyə çağırmamış, Cavabdeh1 ərizəsinə əsasən onu yeganə vərəsə kimi tanıyaraq onun adına miras əmlak olan evə dair 22 iyun 2018-ci il tarixdə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir.

24. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə əsasən miras əmlak olan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi 2-ci döngə ünvanında yerləşən və ümumi sahəsi 121,2 kv.m olan 2 saylı fərdi yaşayış evindən Cavabdeh1 tam hissədə pay almalı olması barədə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat kontorunun 22 iyun 2018-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsi etibarsız hesab olunmalı, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi 2-ci döngə ünvanında yerləşən və ümumi sahəsi 121,2 kv.m olan 2 saylı fərdi yaşayış evinin Cavabdeh1 adına qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış ləğv olunmalı, sözügedən evin ½ hissədə Cavabdeh1 vəsiyyət üzrə, həmin hissəyə nisbətdə X7, İddiaçı1, İddiaçı3 və İddiaçı2 məcburi pay hüququ tanınmalı, X7 öldüyündən ona məxsus olmuş qalan ½ hissə və digər ½ hissədə ona çatası məcburi pay birləşdirilərək, qanun üzrə vərəsəlik qaydasında tərəflər (iddiaçılar və cavabdeh) arasında bərabər bölünməlidir.

25. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, bölgünün düzgün aparılması üçün miras əmlak 400 pay kimi qəbul edilməli, vəsiyyətin qüvvədə olan ½ hissəsində, yəni 200 paydan 120/200 pay vəsiyyət üzrə vərəsə Cavabdeh1, X7, İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinə 20/200 məcburi pay müəyyən edilməli, ölmüş vərəsə əmlakın ½ hissədə mülkiyyətçisi X5 məxsus 200 pay və almış olduğu 20/200 məcburi payı bərabər olaraq övladları Cavabdeh1, İddiaçı1, İddiaçı3 və İddiaçı2 arasında bölünməlidir.

26. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1133, 1151.1, 1159.1.1, 1166, 1193, 1196, 1243.1, 1243.2, 1246, 1300, 1318-ci, Nikah və Ailə Məcəlləsinin 22-ci, “Notariat haqqında” Qanunun 55-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

27. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Ağa Əli qızı apelyasiya şikayəti verib, qətnamənin iddianın rədd edilən hissəsinin ləğv, həmin rədd edilən hissənin də təmin edilməsi barədə yeni qətnamə qəbil edilməsini xahiş etmişlər.

28. İddiaçıların apellyasiya şikayətinin dəlilləri: - iddiaçılar miras açıldıqdan sonra miras əmlakı faktiki olaraq sahibliklərinə qəbul edərək, 2016-cı ilədək ondan istifadə etmiş, onu qorumuş, kənar şəxslər tərəfindən müdaxilə edilməsinin qarşısını almışlar. Belə ki, iddiaçılar 2008-ci ilin aprel ayında evin dam örtüyünü əsaslı şəkildə təmir etdirərək, onu tam yeniləmiş, qapı və pəncərələrini dəyişmiş, 2008-ci ilin sentyabr ayında qonşu ilə arada olan hasarın uçan hissəsini yenidən bərpa etdirmiş, 2009-cu ilin yayında evdə hamam və sanitar qovşaq inşa etdirərək, onu istifadəyə vermiş, kanalizasiya quyusu qazdırmış, 2013-cü ildə kombi istilik sistemi quraşdırmış və digər çoxsaylı abadlıq, yaxşılaşdırma işləri aparmışlar. Cavabdeh1 da, məhkəmədə verdiyi izahatında qeyd edilən işlərin hamısının görüldüyünü etiraf etmişdir; - cavabdehin valideynlərinin “40” mərasimindən sonra atasının evində qalması və anasının ölümündən sonra mütəmadi olaraq həmin evə gəlməsi onun miras əmlakı faktiki qəbul etməsi kimi qiymətləndirilə bilməz. Cavadehin Maştağa qəsəbəsində həyat yoldaşının adına olan öz evi vardır və Azərbaycana qayıdarkən cavabdeh məhz öz evində qalıb. Valideynlərinin vəfatından sonra cavabdehin ata evində yaşamasına (bacıqardaşları ilə görüşmək üçün qısa müddətə-1 saatlıq gəlmə halları istisna olmaqla) dair hər hansı sübut yoxdur. Buna görə də cavabdeh miras əmlakı nə faktiki sahiblik etmək üsulu ilə, nə də faktiki idarə etmək üsulu ilə qəbul etməyib; - bundan başqa, məhkəmə iddiaçıların mübahisəli evə pay hüquqlarını tanısa da, qətnamənin nəticə hissəsində onların mirası faktiki qəbul etmələrini göstərməyib. Tələbin həmin hissədə də qətnamədə əks olunması zəruri hesab olunur. Həmçinin, iddiaçılar miras əmlaka mülkiyyət hüquqlarının tanınmasını xahiş etsələr də, məhkəmə onların əmlaka pay hüquqlarını tanıyıb; - eyni zamanda, cavabdehin məhkməyə təqdim etdiyi bağışlama müqaviləsinin və DƏDRX-in müvafiq məktubu kserosurət olduğundan onların sübut kimi qəbul edilməsi düzgün olmamışdır.

29. Cavabdehlər Cavabdeh1 və 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat kontoru da apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

30. Cavabdehlərin apellyasiya şikayətinin dəlilləri: - fərdi yaşayış evinin sahəsi bağışlama müqaviləsində 93,06 kv.m. göstərilmişdir. Lakin vəsaiyyətnamə üzrə vərəsəlik işi açıldıqda mirasqoyanın adına alınmış çıxarışda evin ümumi sahəsi 121.2 kv.m. kimi göstərilmişdir. DƏDRX-nin tərtib etdiyi texniki pasporta görə də bəzi uyğunsuzluqlar müşahidə olunur. Belə ki, texniki pasporta görə, ümumi sahəsi 28.2 kv.m. olan və holl kimi göstərilən sahə əlavə olaraq daxil edilmişdir. Ancaq bu sahə ümumiyyətlə holl deyil, evin bünövrəsindən etibarən mövcud idi və valideynlərinin birgə nikahı dövründə həmin evə aid həyata keçirilmiş hər hansı bir artım və bəhər olmamışdır; - həmçinin, evin ətrafında olan torpaq sahəsinin də artırıldığı müşahidə olunur. Bu halda, həmin artımların hansı sənəd əsasında baş verməsi bəlli deyil. DƏDRX-nin əməkdaşı ölçmə işləri apararkən əlavə olaraq 3-4 sot torpaq sahəsinin hansı sənəd əsasında artırıldığına diqqət yetirməmiş, həqiqətə uyğun olmayan ölçüləri nəzərə almışdır. Məhkəmə isə, bunun səbəblərini araşdırmamış, eyni zamanda bununla bağlı cavabdehə də vaxt verməmişdir. Halbuki, məhkəmə işə obyektiv baxılması üçün işdə iştirak edən tərəflərə şərait yaratmalı idi. Beləliklə, yanlış olaraq miras əmlak nikah dövründə əldə edilmiş birgə əmlak kimi başa düşülmüş və nəticədə mirasda payların müəyyənləşdirilməsinə ciddi təsir edərək, Cavabdeh1 vəsiyyətnamə üzrə vərəsə olmasına baxmayaraq, məcburi pay alan iddiaçıların ümumi payı ona çatası pay hesabına xeyli dərəcədə artmışdır; - iddiaçıların miras əmlakı faktiki qəbul etmələri, ondan istifadə etmələri və üzərində hər hansı işlərin aparmaları, ümumiyyətlə, sübuta yetirilməmişdir. Belə ki, miras açıldıqdan sonra 11 il müddətin keçməsi bu halları sübuta yetirməyi qeyri-mümkün edir. İddiaçılar tərəfindən dəvət olunmuş şahidlər də, məhkəməyə konkret hər hansı fakt bildirməmişlər. Onların ifadələri iş üçün hər hansı əhəmiyyət kəsb etmir. Məhkəmə yalnız iddiaçıların bir-birini təsdiq edən izahatlarını əsas götürmüşdür; - qətnamədə göstərilir ki, vərəsəlik işinin açılması ilə əlaqədar notarius tərəfindən müəyyən hərəkətlər yerinə yetirilməmiş, digər vərəsələrin axtarılması üçün tədbirlər görülməmişdir. Ancaq miras əmlak üzrə qeydiyyatda olan hər hansı şəxs olmamış, həmçinin miras açılan gündən 10 il vaxt keçməsini nəzərə alaraq hər hansı bir vərəsənin məlumatsız olduğu nəzərə alınmamışdır. İddiaçılar mirasın açılmasından xəbərdar olmalarına baxmayaraq, ümumiyyətlə, hər hansı notariat ofisinə müraciət etməmişlər. Əksinə, İddiaçı1 cavabdehin adına verilmiş vəsiyyətnaməni gizlətməklə, verilməsindən imtina etmiş, bununla da mirasın açılmasından xəbəri olmuşdur. Digər İddiaçı3 isə RF vətəndaşı olması, onun Azərbaycana gəlib-getmə vaxtları məhkəmə tərəfindən öyrənilməmişdir. Halbuki, İddiaçı3 miras açıldığı vaxtdan sonra Azərbaycana yalnız 2015-ci ildən gəlməyə başlamışdır. İddiaçı3 qeyd edir ki, 2014-2015-ci illərdə miras əmlakda təmir-bərpa işləri aparmışdır. Lakin bunu təsdiq edən hər hansı bir sübut yoxdur. Məhkəmə isə, cavabdehin etirazını və yerli müayinə, ekspertizanın keçirilməsi barədə vəsatətlərini rədd etmişdir; - eyni zamanda cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsini məhkəmə nəinki tətbiq etməmiş, qətnamədə, ümumiyyətlə, bu halı təkzib edən heç bir əsas gətirməmişdir.

31. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5604/2020 nömrəli, 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(008)-4798/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ziya Şirinov (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Rafael Eyvazov )

32. Apellyasiya məhkəməsi apellyasiya şikayətlərinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

33. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Ağa Əli qızı kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbil edilməsini xahiş etmişlər.

34. İddiaçıların kassasiya şikayətinin dəlilləri: - qətnamənin mübahisələndirilən hissəsində apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1202.2., 1243, 1246, 1262, 1263, 1273-1-ci maddələrini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2014-cü il tarixli qərarını tətbiq etməli olduğu halda tətbiq etməyib və bu, düzgün olmayan qətnamə çıxarılmasına səbəb olmuşdur. - 35.Cavabdeh1 da kassasiya şikayəti verərək, qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 36.Cavabdehin kassasiya şikayətinin dəlilləri: - məhkəmə sübutları düzgün qiymətləndirməmiş, sübutemə vəzifəsini düzgün bölüşdürməmiş, qətnaməni düzgün əsaslandırmamışdır.

37. Cavabdeh 4 saylı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi də kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

38. 4 saylı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinin kassasiya şikayəti: - mülki qanunvericiliyin tələblərinə əsasən ümumi iddia müddətinin 10 il olmasını nəzərə alaraq iddia tələbləri üzrə qətnamənin çıxarılması zamanı iddia müddətinin keçməsinin də diqqətə alınmasını məhkəmədən xahiş ediblər, lakin işə baxan məhkəmə işin faktiki hallarını nəzərə almamış, iş üzrə iddiaçıların təqdim etdiyi sübutları ətraflı və obyektiv araşdırmamış qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir; - məhkəmə sübutları düzgün qiymətləndirməmiş, sübutemə vəzifəsini düzgün bölüşdürməmiş, qətnaməni düzgün əsaslandırmamışdır.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2021-ci tarixli 2-2(102)-1233/2021 nömrəli qərarı ilə kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

40. Kassasiya instansiyasının mövqeyi: - apelyasiya Məhkəməsinin gəldiyi nəticə əsaslı deyil, çünki məhkəmə araşdırmaları ilə mirasın faktiki olaraq kimlər tərəfindən və hansı tarixdə qəbul edilməsi ilə bağlı mənzərə aydın olmamışdır; - nəzərə almaq lazımdır ki, qanunverici mirasın qəbul edilmə müddətini konkret olaraq göstərmişdir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (Maddə 1246). Həmin müddət mirasın qəbulunun hər iki üsuluna aiddir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdiyi və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladığı hərəkətlər həmin müddət çərçivəsində baş verməlidir. Mirasın faktiki qəbulu ilə bağlı xüsusi norma nəzərdə tutulmamışdır. Buna görə mübahisəli miras əmlakın faktiki qəbulu ilə bağlı tərəflərin sübutları həmin müddətə aid olmalıdır və yaxud həmin hərəkətlər sonradan baş vermişdirsə, tələb edən tərəf həmin hərəkətlərin üzrlü səbəbdən vaxtında edilməməsini sübut etməli və mirasın qəbulu müddətinin uzadılmasını xahiş edə bilərdi; - hazırkı işdə nə iddiaçı tərəfin və nədə cavabdeh tərəfin mirasın qəbul edilmə müddəti ərzində mirası konkret olaraq hansı hərəkətləri yerinə yetirməklə qəbul etdikləri aydınlaşdırılmayıb; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18.07.2014-cü il tarixli qərarında qeyd olunur ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun; - nəzərə almaq lazımdır ki, istifadə olunmayan bağ evinin (hazırkı halda qardaşa vəsiyyət olunmuş bağ evinin) istifadə olunmayan anbarına qardaş və yaxud bacı tərəfindən hansısa əşyaların saxlanmaq üçün qoyulması, üç ədəd toyuğun (iddia ərizəsində qeyd olunur) onun damında saxlanması, yay aylarında həmin bağda dincəlmək və s. buna oxşar hərəkətlər yuxarıda qeyd olunan hərəkətləri (mirasın qəbulu üçün zəruri olan) ehtiva etmir; - işdə olan Sabunçu RİHB-nın Maştağa qəsəbəsi üzrə nümayəndənin verdiyi arayışda qeyd olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Ağa Əli qızı 1990-cı il tarixdən 2016-cı il tarixədək mübahisəli evdə yaşamışlar. İşdən görünür ki, bütün vərəsələrin özlərinin ayrıca yaşayış evləri olmuş və ailələri ilə birgə orada yaşamışlar. Belə olan təqdirdə, iddiaçıların miras əmlakda yaşamalarına dair təqdim edilmiş sübutların digər sübutlarla birgə dəyərləndirilməsinə zərurət vardı; - bundan başqa, mülki işə əlavə edilmiş sənədlərdən görünür ki, tərəflərin mərhum anaları X2 miras ev qalmış və tərəflər hələ 2014-cü ildə həmin evin iddiaçılardan İddiaçı1 vərəsəlik hüququnun tanınması üçün sənədləşmə işi aparmışlar. Həmin vərəsəlik işində (mülki işin 187-210-cu səhifələri) İddiaçı2 Ağa Əli qızı və hazırkı iş üzrə cavabdeh Məmmədov X25 ərizələri var. Onlar miras əmlakı qəbul etmədiklərini təsdiq etdikləri üçün miras bütünlüklə İddiaçı1 mülkiyyətinə keçmişdir. Belə olan halda qətnamədə aradan qaldırılması mümkün olmayan ziddiyyət yaranır. Hazırkı işdə X4 miras payı vərəsələr arasında bölünübsə, deməli, mirası (X4 hazırkı işdəki payını və digər evi) bütün vərəsələr qəbul ediblər. Çünki mirasın qismən qəbuluna yol verilmir. Digər vərəsəlik işinin göstəriciləri nəzərə (Həqiqətlə Rüfətin mirası qəbul etmədikləri) alınsa, onda belə qənaət hasil olur ki, iki nəfər vərəsə X4 mirasını, ümumiyətlə, qəbul etməyib (özlərinin etirafı ilə). Bu baxımdan, hazırkı iş üzrə nəticənin düzgün olmadığı qənaəti formalaşır; - Məmmədov X32 etirazlarında etiraf etmişdir ki, o, Rusiya Federasiyasında yaşamış və vəsiyyət üzrə mirası 2016-cı ildə Bakı şəhərinə qayıtdıqdan sonra faktiki qəbul etmişdir. Hansı ki, yuxarıda qeyd olunduğu kimi (MM-nin 1246-cı maddəsi) miras qanunla müəyyən edilən müddət ərzində qəbul edilməli idi; - göründüyü kimi, mirasın açılmasından 11 il sonra hər bir tərəf mirasın onun tərəfindən qəbul edilməsini israr edir və ziddiyyətli sübutlara istinad edirlər. Ona görə ilk növbədə iddiaçı tərəf mirasın qanunla müəyyən edilən müddət ərzində hansı hərəkətləri ilə qəbul etməsini təsdiq edən sübutları təqdim etməli, həmin halı sübuta yetirdiyi təqdirdə, cavabdeh tərəf öz növbəsində öz sübutlarını təqdim etməli idi. 1-ci tərəf həmin halı sübuta yetirə bilmirsə, mübahisə orada bitmiş olur, əks təqdirdə, cavabdehin mirası qəbul edibetməməsi yoxlanılır; - buna görə işə yenidən baxılarkən apellyasiya məhkəməsi sübutemənin bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin mirası faktiki qəbul etmələri ilə bağlı ətraflı araşdırma aparmalı, kimin hansı hərəkətləri ilə mirası qəbul etməsini aydınlaşdırmalı, əlavə sübutlar təqdim olunacağı təqdirdə həmin sübutları hansı əsaslarla 1-ci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəbləri aydınlaşdırılmalı (MPM-nin 372.2. maddəsi) və prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla qərar qəbul edilməlidir; - bundan başqa, kassatorlar miras əmlakın ər-arvadın birgə əmlakı olması ilə bağlı məhkəmələrin gəldiyi nəticəni mübahisələndirirlər. Birinci instansiya məhkəməsi qətnaməsində (qətnamənin 9-cu səhifəsinin sonu, 10-cu səhifənin əvvəli) həmin məsələyə belə qiymət vermişdir: “İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi 2-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsinin nəzdində olan 3 otaqdan ibarət və ümumi sahəsi 93.06 kv.m olan 2 saylı fərdi yaşayış evi 1984-cü ildə X10 bağışlanarkən miras qoyan X7 ilə rəsmi nikahda olmuş, nikah dövründə iş materialları və hazırkı iş üzrə tərəflərin qəbul etdiyi kimi evin sahəsi artırıldığından, X13 Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi 2-ci döngədə yerləşən 975 kv.m torpaq sahəsinin nəzdində olan 4 otaqdan ibarət və ümumi sahəsi 121.2 kv.m olan 2 saylı fərdi yaşayış evi miras qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, miras qoyana mübahisəli fərdi yaşayış evi bağışlanma əsasında keçməsinə baxmayaraq, həmin evin sahəsi genişləndiyi üçün köhnə qanunvericiliyin tələbinə əsasən birgə nikah dövründə əldə edilmiş əmlak olaraq qəbul edilir və X3 mübahisəli fərdi yaşayış evinə ½ hissəyə mülkiyyət hüququ tanınır.” - göründüyü kimi 1-ci instansiya məhkəməsi əmlakın hansı əsaslarla, hansı maddi hüquq norması tətbiq edilməklə ər-arvadın birgə əmlakı hesab etməsini əsaslandırmamışdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir; - məhkəmə “köhnə qanunvericiliyin tələbinə əsasən” mücərrəd söz birləşmələrini rəhbər tutub belə bir ciddi qərar qəbul etməkdə haqlı deyildi, çünki həmin qərarla əmlakın hüquqi vəziyyəti dəyişdirilmişdir; - bu məsələ ilə bağlı Apellyasiya Məhkəməsinin də əsaslandırılması qənaətbəxş olmamışdır; - əmlak miras qoyana bağışlandığı üçün ona məxsus olmuşdur. Onun vəfatından bir neçə ay sonra 2008-ci ildə həyat yoldaşı X7 vəfat etmişdir. Məmmədova X6 əmlak mübahisəsi etməmiş, əmlakın birgə mülkiyyət kimi tanınmasını tələb etməmiş, bununla bağlı mübahisə açmamışdır. 13 ildən sonra vərəsələr iddia qaldıraraq miras qalan əmlakın mərhum valideynlərinə birgə əmlak statusunda malik olmasını iddia etmişlər. İşə baxan apellyasiya məhkəməsi belə bir tələbin qanuni əsasını axtarmamış, bu tələbi irəli sürməyə iddiaçıların sübyektiv hüquqlarının olub-olmamasını araşdırmamış, bağışlanan tikili ilə hazırda mülkiyyətdə olan evin sahə fərqini əsas tutaraq hesab etmişdir ki, ər-arvad sonradan ərin mülkiyyətində olan evin dəyərinin artırılması üçün əhəmiyyətli vəsait qoyduqları üçün əmlak birgə əmlak hesab olunmalıdır; - nəzərə almaq lazımdır ki, mübahisənin həlli üçün ilkin addım olaraq tələbin düzgün qanuni əsasının tapılması məsələsi həll edilməlidir. Hər bir iş üzrə iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün dörd sualı cavablandırmaq lazımdır; kim kimdən, nə və nəyə əsasən tələb edir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan dəqiqləşmə aparılmadan tələbin qanuni əsasını tapmaq və nəticə etibarı ilə mübahisəni düzgün həll etmək mümkün olmayacaq.

ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

41. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2021-ci il tarixli, 2(103)-4956/2021 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən birgə verilmiş və cavabdehlər Cavabdeh1 və 4 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən birgə verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, Sabunçu Rayon Məhkəməsinin 15.11.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məhəmmədli Şəfai küçəsi, döngə 2-də yerləşən 2 №-li fərdi yaşayış evinə dair Cavabdeh1 adına 4 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş 22.06.2018-ci il tarixli, 2V-476 reyestr nömrəli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamənin əsasında həmin evə dair Cavabdeh1 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və verilmiş reyestrdən çıxarışın ləğv edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Xəyal Sarıyev )

42. Apellyasiya instansiyası qeyd edib ki, bütün vərəsələr mirasın qəbulu müddətini ötürüb. Belə ki, mirasın qəbulu müddəti 3 aydır (Mülki Məcəllə, maddə 1246). Həmin müddət vərəsənin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Tərəflərin hər biri atalarının öldüyü gün vərəsəliyə çağırıldığını bilib. Ona görə də 3 aylıq müddətin axımı 20.02.2008-ci ildən başlayıb, 20.05.2008-ci ildə isə bitib. Mirasın qəbul edilməsinin 2 qaydası var: 1) notariusa ərizə verilməsi; 2) əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlama, bununla da mirasın qəbul edildiyini şəksiz nümayiş etdirmə (Mülki Məcəllə, maddə 1243). Vərəsələrin heç biri göstərilən 2 hərəkətdən hər hansı birini 3 aylıq müddət ərzində etməyib.

43. İddiaçılara münasibətdə apellyasiya instansiyası məhkəməsi göstərib ki, iddiaçılar mirasın qəbulu faktının müəyyən edilməsi üçün mirasın açılmasından 11 il sonra məhkəməyə müraciət ediblər. İddiaçıların hər üçü mirası faktiki qəbul etdiklərini iddia edirlər. Bununla bağlı 3 iddiaçının və 2 şahidin ifadəsi var. 1-ci iddiaçı Piri Məmədov bildirir ki, evdə yaşayıb, evin həyətində heyvan saxlayıb, habelə istixanası olub. 2-ci İddiaçı3 bildirir ki, evdə əşyalarını saxlayıb. 3-cü İddiaçı2 bildirir ki, evdə ona məxsus yorğandöşək, ət çəkən maşın, qab-qaşıq və dəsmallar var, atasının 40 mərasimindən sonra evdə yaşamaq üçün orada mebellər yerləşdirib. 1-ci şahid Valeh Novruzov bildirir ki, İddiaçı2 əri ilə bir yerdə işləyib, 2008-ci ilin aprel-may aylarında evdə təmir işləri aparıb, təmir pulunu İddiaçı1 verib. 2-ci şahid Xəzər İsayev bildirir ki, İddiaçı2 ev əşyalarının həmin evə daşınmasında iştirak edib.

44. Mirasın 3 ay ərzində, yəni 20.02.2008-ci ildən 20.05.2008-ci ildək olan müddətdə qəbul edildiyi mötəbər sübutlarla təsdiq olunmalıdır. Belə ki, 1-ci, zaman çox keçib, 2-ci, şübhəli sübutlara istinad əks tərəfin (cavabdehin) mənafeyini poza bilər. Tərəflərin 11 il bundan əvvəl baş verənləri xatırlaması mümkündür, çünki baş verənlər özlərinə aiddir. Lakin 2 şahidin başqalarına aid olanların 11 il bundan əvvəlki tarixini, yəni mirasla bağlı hərəkətlərin məhz mirasın qəbulu müddətində edilməsini xatırlaması şübhəlidir.

45. Buna görə də apellyaisya məhkəməsi hesab edib ki, iddiaçıların mirası qəbul etməsi, yəni 20.02.2008-ci ildən 20.05.2008-ci ildək olan müddətdə miras evə sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlaması sübut olunmur.

46. Cavabdeh1 münasibətdə apellyasiya məhkəməsinin mövqeyi belə olub ki, cavabdeh mirasın qəbulu üçün ərizə ilə notariusa 03.05.2018-ci ildə, yəni mirasın qəbul müddəti bitdikdən 10 il sonra müraciət edib. Mirası qəbul etmək hüququ mülki hüquqdur. Mirasın qəbulu müddətinin bitməsi ilə həmin hüquq xitam olunur. Belə ki, müddət” anlayışına görə müddət həm də mülki hüququn xitamının bağlı olduğu vaxtdır (Mülki Məcəllə, maddə 367.1). Odur ki, cavabdehin adına verilmiş “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız sayılmalı, habelə həmin şəhadətnamənin əsasında dövlət reyestrində cavabdehin mülkiyyət hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışı ləğv edilməlidir.

47. Apellyasiya məhkəməsinin mövqeyinə görə iddiaçıların mirasın qəbulu müddətini ötürməsi onları cavabdehin adına verilmiş şəhadətnamənin etibarsız sayılmasını tələb etmək hüququndan məhrum etmir. Belə ki, iddiaçılar mirasın qəbulu müddətini ötürsələr də vərəsədirlər, vərəsə kimi mirasın qəbulu vaxtının uzadılması üçün məhkəməyə müraciət etmək hüququna malikdilər. Odur ki, mirasın qəbulu müddətini ötürmüş şəxsə (cavabdehə) “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilməsi onların qanuni maraqlarını pozur.

48. Cavabdeh1 mirasın qəbulu faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyib. Onun 3 aylıq müddət ərzində mirası qəbul edib-etmədiyi araşdırılarkən bildirmişdir ki, atasının 40 mərasimi üçün gələndə evdə 1 ay qalıb. Onun bu hərəkəti mirasa sahiblik etməyə və ya mirası idarə etməyə faktiki başlama kimi qiymətləndirilə bilməz.

49. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 367.1, 1243, 1246 və 1248.1-ci maddələrinə istinad etmişdir.

50. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Ağa Əli qızı (Vəkil1) qətnamədən kassasiya şikayəti verib, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv, iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. -

52. Cavabdeh1 da kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir.

53.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5490/2021 saylı, 29 noyabr tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4956/2021 saylı, 18 iyun 2021-ci il tarixli tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. 54.Həmin qərarda qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarına əməl edilməmişdir. 55.Belə ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin bu iş üzrə qərarında şərh edilən və hazırki qərarın 40-ci bənində qeyd edilən göstərişlərə əməl etməmiş, Ali Məhkəmənin qeyd etdiyi hallarla bağlı hər hansı araşdırma aparmamışdır. Halbuki Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 56.Ali Məhkəmənin hazırkı qərarında nə iddiaçı tərəfin, nə də cavabdeh tərəfin mirasın qəbul edilmə müddəti ərzində mirası konkret olaraq hansı hərəkətləri yerinə yetirməklə qəbul etdiklərinin aydınlaşdırılmaması barədə göstəriş olsa da, apellyasiya məhkəməsi bu yöndə hər hansı prosessual hərəkətlər etməyib. Qanunvericiliyin tələbinə görə də məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. 57.Daha bir göstəriş ondan ibarət olub ki, işə yenidən baxılarkən apellyasiya məhkəməsi sübutemənin bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin mirası faktiki qəbul etmələri ilə bağlı ətraflı araşdırma aparmalı, kimin hansı hərəkətləri ilə mirası qəbul etməsini aydınlaşdırmalı, əlavə sübutlar təqdim olunacağı təqdirdə həmin sübutları hansı əsaslarla 1-ci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəbləri aydınlaşdırılmalı və prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla qərar qəbul edilməlidir. Baxmayaraq ki, bu göstərişlər üzrə araşdırma aparılması mübahisənin qanuni və əsaslı şəkildə həll edilməsi üçün mühüm əhəmiyyət daşımışdır. Çünki bir qayda olaraq miras əmlakla bağlı mübahisələrin həllində mirasın qəbul edilməsi faktı və bunun hansı müddətdə həyata keçirilməsi hallarının müəyyən edilməsi iddianın qanuni həllinin əsas şərtilərindən biridir.

58. Göründüyü kimi, Ali Məhkəmənin qeyd edilən qərarında da məhz bu hallarla bağlı məsələyə aydınlıq gətirilməsi və bundan sonra iddiaya hüquqi qiymət verilməsi barədə göstəriş vardır. Bundan çıxış edərək işə baxan apellyasiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutları MPM-in 88 və 175.1-ci maddəsinin tələbələrinə uyğun olaraq qiymətləndirməli idi. Apellyasiya instansiyası isə tərəflərin mirasın qəbulu ilə bağlı dəlillərinə, buna aid sübutlarına prosessual qanunvericiliyin tələbələrinə uyğun qiymət verməyib. Halbuki 1-ci apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə də bu hallar əsas olmuşdu.

59. İşdən görünür ki, Cavabdeh1 evin damının 2014-cü ildə, pəncərələrinin 2016-cı ildə İddiaçı3 tərəfindən təmir edilməsini, hasarın çəkilməsi tarixini isə dəqiq xatırlamadığını bildirmişdir. Apellyasiya məhkəməsi tərəfindən ən azı cavabdehin bu izahatı ilə bağlı sübut etmə yükü də dəqiq müəyyən edilməklə iş üçün təsir edən hallara aydınlıq gətirilməyib. 60.Nəzərə alınmalıdır, kassasiya instansiyasının qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburi olduğu üçün həmin göstərişlərin icra edilməsi ilə bağlı zəruri hərəkətlərin edilməsi vəzifəsini də işə baxan məhkəmə daşıyır. 62.Buna görə də tərəflərin mirasın qəbulu ilə bağlı (forması, müddəti və s.) işin hallarına tam aydınlıq gətirilmədiyi üçün məhkəmə kollegiyası gəlinən nəticənin əsaslılığına və düzgünlüyünə qiymət verə bilmir. 63.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 64.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

66. Bu baxımdan, apellyasiya instansiyasının qətnaməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenumunun qərarında qətnamənin əsaslığına dair irəli sürülən tələblərə cavab verən qətnamə hesab edilə bilməz. 67.Bundan başqa, apellyasiya məhkəməsi bir tərəfdən nə iddiaçıların, nə də cavabdehin miras əmlakı qəbul etməməsini göstərmiş, digər tərəfdən də mirası qəbul etmədiklərini qeyd etdiyi iddiaçıların tələbi üzrə cavabdehin adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız, evə dair çıxarışın ləğv edilməsini qət etməklə ziddiyyətli nəticəyə gəlmiş, miras əmlakın taleyini açıq saxlamış, mübahisəni həll etməmişdir.

68. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı3 və iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda özlərinin apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda özlərinin apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər DƏDKRX-in 1 saylı Bakı Ərazi İdarəsinin və 4 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndələri məhkəmə iclasında iştirak etmirlər və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə digər cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. İddiaçıların apellyasiya şikayətinin obyektini qətnamənin bir hissəsi, yəni iddianın edilməyən hissələri, cavabdehlərin apellyasiya şikayətinin obyektini isə qətnamənin digər hissəsi, yəni iddianın edilən hissələri, (şikayətlərin obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissələrdə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə, Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İdda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia üzrə faktiki halların Mülki Məcəllənin 1133.1, 1133.2,1159.1, 1193, 1194, 1196, 1202, 1243, 1246-cı maddələrinin dispozisiya şərtləri ilə qismən uzlaşır və cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də tam aradan qalxmır. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını(məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1202-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunun mənasına görə mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, ...əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir... Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir. Əvvəla, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır(MPM. mad. 217.2). Miras qoyan X34 20.02.2008-ci ildə ölmüşdür. Demək qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin dövrdə 01 sentyabr 2000-ci ildən qüvvəyə minən Mülki Məcəllə qüvvədə olmuşdur. Hazırdada qüvvədə olan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən isə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İkincisi, iddiaçıların miras qoyan öldükdən sonra miras əmlakı faktiki qəbul etmələrini cavabdeh də açıq-aşkar mübahisələndrmir, başqa sözlə dolayı da olsa iddianı qismən etiraf edir. Apellyasiya baxışı zamanı da iddiaçıların miras əmlakda məcburi pay hüququnun olduğunu etiraf etmişdir. Cavabdeh1 da həmin miras əmlakı faktiki qəbul etməsi iddiaçılar tərəfindən açıq-aşkar mübahisələndirilmir yaxud sonuncular cavabdehin miras əmlakı onun qəbulu üçün nəzərdə tutulmuş müddətdə faktiki qəbul etmədiyinə dair mötəbər arqument gətirmirlər. Yəni, miras qoyanın “40” mərasimindən sonra anasının öldüyü vaxta qədər həmin miras evdə bir neçə ay yaşaması iş materialları ilə təsdiq olunur. Bu faktı iddiaçılar təkzib etməyə çalışa, yəni həmin vaxt Cavabdeh1 miras əmlakda yaşamadığını,arvadına məxsus başqa ünvanda yaşadığını iddia edə bilərlər. Ancaq buna dair məhkəməyə heç bir sübut təqdim etmirlər. İddiaçıların miras evdə cavabdehin yaşamadığını və miras əmlakı faktiki olaraq qəbul etmədiyini iddia edirlərsə buna dair məhkəməyə mötəbər sübut təqdim etməli idilər. Öz tələblərinin əsası kimi istinad etdiyi halları yaxud bəyan etdikləri halları onlar sübuta yetirməlidir. Çünki, bəyan etdiyi bu halları sübut etmək yükü bilavasitə onların üzərinə düşürdü. Ancaq iddiaçılar bu halları sübu edə bilmirlər. Başqa sözlə, həm iddiaçıların, həm də cavabdehin mirasın qəbul etməsi üçün mütləq notariat kontoruna müraciət etmələri məcburi şərt olmamışdır. Yəni, miras qanunun tələbinə əsasən qəbul olunmuşsa, lakin vərəsəlik şəhadətnaməsi vaxtında rəsmiləşdirilməmişsə, bu, mirasa qarşı hüququn itirilməsi üçün əsas hesab edilə bilməz. Çünki, miras əmlakının faktiki surətdə qəbul olunması dedikdə, vərəsə tərəfindən miras əmlaka münasibətdə müxtəlif hərəkətlərin məcmusu anlaşılmalıdır. Vərəsənin miras evdə yaşaması da həmin hərəkətlərdən biri kimi qiymətləndirilir və buna görə də həmin halın mövcud olması şəraitində mirasın faktiki surətdə qəbul edilməməsi yaxud bunun üçün notariat orqanına yaxud məhkəməyə müraciət edilməli olması haqqında nəticə isə əsaslı hesab oluna bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi ümumən həm iddiaçıların, həm də cavabdehin miras evi faktiki qəbul etmələrini müəyyən etsə də maddi hüquq normalarına uyğun qətnamə çıxarmaq əvəzinə, Mülki Məcəllənin vərəsəliklə bağlı normalarının tələblərini pozmuşdur. Üçüncüsü, birinci instansiya məhkəməsinin miras əmlakın ər-arvadın birgə əmlakı olması ilə bağlı gəldiyi nəticənin qanuni əsası olmamışdır. Belə ki, məhkəmə göstərir ki, “İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi 2-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsinin nəzdində olan 3 otaqdan ibarət və ümumi sahəsi 93.06 kv.m olan 2 saylı fərdi yaşayış evi 1984-cü ildə X10 bağışlanarkən miras qoyan X7 ilə rəsmi nikahda olmuş, nikah dövründə iş materialları və hazırkı iş üzrə tərəflərin qəbul etdiyi kimi evin sahəsi artırıldığından, X13 Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi 2-ci döngədə yerləşən 975 kv.m torpaq sahəsinin nəzdində olan 4 otaqdan ibarət və ümumi sahəsi 121.2 kv.m olan 2 saylı fərdi yaşayış evi miras qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, miras qoyana mübahisəli fərdi yaşayış evi bağışlanma əsasında keçməsinə baxmayaraq, həmin evin sahəsi genişləndiyi üçün köhnə qanunvericiliyin tələbinə əsasən birgə nikah dövründə əldə edilmiş əmlak olaraq qəbul edilir və X3 mübahisəli fərdi yaşayış evinə ½ hissəyə mülkiyyət hüququ tanınır.” Açıq-aşkar görünür ki, birinci instansiya məhkəməsi mübahisəli miras evi hansı əsaslarla, hansı maddi hüquq norması tətbiq edilməklə ər-arvadın birgə mülkiyyəti hesab etməsini əsaslandırmamışdır. Məhkəmə “köhnə qanunvericiliyin tələbinə əsasən” belə qənaətə gəldiyini göstərsə də “köhnə qanunvericilik” dedikdə konkret mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan hansı maddi hüquq normasına istinad etməsini də göstərməmişdir. İşdən bəlli olur ki, miras qoyanın ölümündən bir neçə ay sonra, yəni 22.07.2008-ci ildə arvadı X7 da ölmüşdür. Sonuncu sağlığında əmlak mübahisəsi etməsi, əmlakın birgə mülkiyyət kimi tanınmasını tələb etməsi, digər məsələrlə bağlı mübahisə açmamışdır. Əksinə, iş materialları ilə bilavasitə təsdiq olunur ki, mübahisəli fərdi yaşayış evi miras qoyana bağışlandıqdan sonra həmin evdə əlavə tikinti və yenidənqurma işləri aparılmamışdır. İddiaçıların da bu cür, yəni miras qalan əmlakın mərhum valideynlərinə birgə əmlak statusunda malik olmasını iddia etməkdə subyektiv hüquqları da yaranmamışdır. Dördüncüsü, hazırki iş üzrə Cavabdeh1 iddia tələbinə etirazı, həm də vəsiyyətnaməyə əsaslanır. Həmin vəsiyyətnamə ilə X34 13.08.2007-ci il tarixdə tərtib etdiyi, 17 saylı dövlət notariat kontorunda təsdiq olunan və reyestrdə 2V-46 nömrə ilə qeyd olunan vəsiyyətnamə ilə sözügedən evi Cavabdeh1 vəsiyyət etmişdir. Qeyd olunduğu kimi X34 20.02.2008-ci il tarixdə, Rəfiqə Məmmədova isə 22.07.2008-ci il tarixdə vəfat etmişlər. Həmin vəsiyyətnamənin hazırkı miras əmlaka münasibətdə hüquqi qüvvəsi mövcuddur. Çünki, bu vəsiyyətnamənin hansısa şəxs tərəfindən etibarsızlığı mübahisələndirilməmiş, əksinə tərtib edilməsində iddiaçılardan İddiaçı1 da iştirak etmiş və bundan xəbəri olmuşdur. Ona görə də vəsiyyət üzrə vərəsəlik qaydasında Cavabdeh1 qeyd olunan vəsiyyətnaməyə əsasən vərəsəlik hüququ tanınaraq payı müəyyən edilməlidir. Ancaq qeyd olunduğu kimi iddiaçılar da miras əmlakı faktiki olaraq qəbul etdiklərindən onlar vəsiyyət edənin uşaqları kimi mirasda məcburi pay hüquqları vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını(məcburi payı) təşkil etməlidir(MM.m.1193).Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Göründüyü kimi, Cavabdeh1 mübahisələndirilən vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinə əsasən mübahisəli evi bütövlükdə vəsiyyət üzrə vərəsəlik qaydasında ona vəsiyyət edildiyinə görə ev üzərində tam etibarlı mülkiyyət hüququ yarada bilməzdi və bu cür qeydiyyat da əsassız olmuşdur. Çünki, qeyd olunduğu kimi iddiaçıların da məcburi pay hüququna malik şəxslər kimi vəsiyyətnamənin məzmunundan asılı olmayaraq həmin mirasda məcburi pay hüquqları vardır və bu pa qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarsını(məcburi payı) təşkil etməlidir. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddiaçılar iddia tələbində mərhum X12 və mərhum X1 miras qalan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 121,2 kv.m. olan 2 saylı fərdi yaşayış evinin qanun üzrə vərəsələr olan iddiaçılar tərəfindən faktiki qəbul olunmasının müəyyən edilməsi..yaxud çıxarışın ləğv edilməsinin qeyd olunması miras əmlakın Rəfiqə Məmmədovadan da qaldığını yaxud cavabdehin mübahisəli mənzilə mülkiyyət hüququnun qeydiyyatının deyil, çıxarışın ləğvinin tələb edildiyini əsas götürərək bu əsasla iddianın qismən təmin olunması üçün də əsas ola bilməzdi. Çünki, məhkəmə özü də iddiaçıların bu tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Başqa sözlə, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddia edənin istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları təmin və ya qismən təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Apellyasiya baxışı zamanı da iddiaçıların həqiqi istəyinin əsas tələbdən asılı olduğuna görə qeyd olunan tələblərin, yəni cavabdehin adına mübahisəli mənzilin tam mülkiyyət hüququ ilə qeydiyyatın aparılmasının ləğv edilməsinə, vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində paylarının müəyyən olunmasına nail olmaq olduğu müəyyən edilmişdir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən birgə, cavabdehlər Cavabdeh1 və 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinin birgə verdikləri apellyasiya şikayətləri qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4798/2019 saylı, 15 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməli; Cavabdeh1 adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məhəmmədəli Şəfai küçəsindəki, 2-ci döngə, 2 saylı fərdi yaşayış evinə dair 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun verdiyi 22.06.2018-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və həmin şəhadətnamə əsasında evin Cavabdeh1 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və reyestrdən çıxarış ləğv edilməli; X28 Əli Mirzə oğlundan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məhəmmədəli Şəfai küçəsindəki, 2-ci döngə, 2 saylı fərdi yaşayış evinə iddiaçılar İddiaçı1 1/8(səkkizdə bir)hissədə, İddiaçı3 1/8(səkkizdə bir)hissədə, Məmmədova (Manafova) Həqiqət Ağa Əli qızının 1/8(səkkizdə bir)hissədə məcburi pay üzrə, Cavabdeh1 isə 5/8(səkkizdə beş)hissədə vəsiyyət üzrə vərəsəlik qaydasında vərəsəlik hüququ tanınmalı və payları müəyyən edilməli; İddia qalan hissədə təmin edilməməli; İddia ərizəsi və apellyasiya şikayətləri üzrə ödənilmiş dövlət rüsümu tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən birgə, cavabdehlər Cavabdeh1 və 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinin birgə apellyasiya şikayətləri qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4798/2019 saylı, 15 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh1 adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məhəmmədəli Şəfai küçəsindəki, 2-ci döngə, 2 saylı fərdi yaşayış evinə dair 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun verdiyi 22.06.2018-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və həmin şəhadətnamə əsasında evin Cavabdeh1 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı və reyestrdən çıxarış ləğv edilsin. X28 Əli Mirzə oğlundan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məhəmmədəli Şəfai küçəsindəki, 2-ci döngə, 2 saylı fərdi yaşayış evinə iddiaçılar İddiaçı1 1/8(səkkizdə bir)hissədə, İddiaçı3 1/8(səkkizdə bir)hissədə, İddiaçı2 Ağa Əli qızının 1/8(səkkizdə bir)hissədə məcburi pay üzrə, Cavabdeh1 isə 5/8(səkkizdə beş)hissədə vəsiyyət üzrə vərəsəlik qaydasında vərəsəlik hüququ tanınsın və payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizələri və apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsümları tərəflərə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar