Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1277/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X24 Sarıyevin sədrliyi ilə, X22 və X3 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinin nümayəndəsi X4, 3-cü şəxs X5 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(011)-2619/2023 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" ASC, Cavabdeh3 İB, Cavabdeh5 QSC, Cavabdeh2 ASC və Ramana Bələdiyyəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 QSC, "xxxx" ASC, Cavabdeh2 ASC və Cavabdeh2 ASC ilə X15 arasında bağlanmış müqavilələrin bağlandığı andan, Ramana Bələdiyyəsi tərəfindən X6 xx.xx.2019-cu il tarixdə verilmiş şəhadətnamənin verildiyi andan etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 əri X7 X11 ona xx.xx.2017-ci il tarixdə verdiyi etibarnamə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 180 kv.m torpaq sahəsi üzərində tikdirdiyi 78 kv.m metr sahəsi olan fərdi yaşayış evinə sahiblik hüquqları İddiaçı1 keçmişdir. Bu hüququn mülkiyyət hüququna keçməsinə əsas yaradan Abşeron rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2010 ildə verdiyi 257 nömrəli Sərəncamı vardır. Sonradan məlum olmuşdur ki, X2 Bələdiyyəsində onlara məlum olmayan şəraitdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 180 kv.m torpaq sahəsi üzərində tikmiş 78 kv.m metr sahəsi olan fərdi yaşayış evinə uçota alınmasına dair şəhadətnamə düzəltdirmiş və həmin sənəd əsasında Cavabdeh5 QSC, "xxxx" ASC, Cavabdeh2 ASC və Cavabdeh2 ASC iləmüqavilələr bağlayaraq başqasının qanuni sahibliyində olan fərdi yaşayış evinə sayğacların quraşdırılmasına və abonent kodlarının alınmasına nail olmuşdur. Bununla yanaşı Sabunçu rayonu Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin X5 Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə deyilən ərazidən qəsəbə nümayəndəliyində qeydiyyatdan keçməməsinə dair arayış vermişdir. Bundan başqa İddiaçı2 Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında özbaşına tikili olaraq fərdi yaşayış evi tikmişdir. İddiaçı2 həmin evi müqavilə əsasında müvəqqəti olaraq bacısı X12 vermişdir. Həmin evin İddiaçı2 aid olmasına rəğmən, X15 “ünvan 1 ünvanında qeydiyyatsız yaşayır” Arayışı (surət) əsasında Cavabdeh5 QSC, "xxxx" ASC, Cavabdeh2 ASC və Cavabdeh2 ASC arasında müqavilələr bağlayaraq başqasının qanuni sahibliyində olan fərdi yaşayış evinə sayğacların quraşdırılmasına və abonent kodlarının alınmasına nail olmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 180 kv.metr tikilmiş, 78 kv.metr fərdi yaşayış evində və Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında yerləşən fərdi yaşayış evinə X1 hüququnun olub-olmaması yuxarıda qeyd edilən Təşkilatlar tərəfindən araşdırılmamış və son nəticədə başqasının sahibliyində olan əmlaklara və həmin əmlaklar üzərində olan hüquqlara qanunsuz müdaxilə olunmuşdur. Azərbaycan Respublikası Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Mənzil – Kommunal Təsərrüfatı Birliyinin 67 saylı Mənzil Kommunal İstismar Sahəsinin 14 noyabr 2022-ci il tarixli, 179 nömrəli Arayışına əsasən – İddiaçı2 Bakı şəhəri, Nizami rayonu 67 saylı Mənzil Kommunal İstismar Sahəsinin ərazisində yerləşən Qafqaz küçəsi, 2/7 nömrəli mənzildə yaşayır, yaşadığı və özü tikdiyi Qafqaz küçəsi 2/7 ünvanı üzrə 2016-2022 illər üçün məişət tullantıları ilə bağlı vəsaiti ödəmişdir. İddia ərizəsinə əlavə edilmiş Mənzil-Kommunal Xidməti üçün SERİYA GJF № 937702 mədaxil qəbzindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında yerləşən fərdi evi üzrə 2016- 2022 illər üçün İddiaçı2 98 manat ödəmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Mənzil- Kommunal Təsərrüfatı Departamentinin Mənzil – Kommunal Təsərrüfatı Birliyinin 67 saylı Mənzil Kommunal İstismar Sahəsinin 20 iyun 2022-ci il tarixli, 18 nömrəli Arayışına əsasən – ünvan 2 ünvanında X5 yaşaması barədə məlumat yoxdur. 01 yanvar 2018-ci il tarixdə İddiaçı2 və X17 arasında bağlanmış “Özbaşına tikilinin tərkib hissəsindən istifadə hüququna dair” Müqavilə əsasında ünvan 2 ünvanında yerləşən İddiaçı2 məxsus fərdi ev X8 müvəqqəti istifadəsinə verilmişdir. 08 yanvar 2018-ci il tarixdə İddiaçı2 və X17 arasında bağlanmış “Özbaşına tikilidən istifadə üçün təhvil-təsliminə dair” Təhvil-Təslim Aktına əsasən özbaşına tikili olan ünvan 2 ünvanında yerləşən İddiaçı2 məxsus fərdi ev əşyaları ilə birlikdə X12 təhvil verilmişdir. 22 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində X20 (AZE№ ********), X13 (AZE№ ********) və X9 (AA0040453) arasında imzalanmış AKT-da qeyd edilmişdir ki, xx xxx 1968-ci il təvəllüdlü İddiaçı2 2016- cı il tarixində ünvan 3 ünvanında 115 kv.m torpaq sahəsinin üzərində kürsülü 2 otaqdan ibarət özbaşına fərdi yaşayış tikmişdir və qeydiyyatsız həmin evdə yaşayır. Aşağıda qeyd edilənlərdən bir daha sübut olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə deyilən ünvanında yerləşən 2 və 3otaqlı fərdi yaşayış evləri İddiaçı1 məxsusdur. Həmin evin birində özü yaşayır, birini isə kirayəyə vermişdir. Abşeron rayon İHB tərəfindən xx.xx.2010 ildə 257 nömrəli Sərəncama əsasən X16 ayrılmış Abşeron rayonu, Ramana südçülük sovxozunun ərazisində yerləşən 600 kv.m torpaq sahəsinin 300 kv.m torpaq sahəsini xx.xx.2017-ci il tarixli etibarnamə əsasında özəlləşdirməyi, tikinti işləri aparmağı, tikintini özəlləşdirməyi, buna dair idarə və təşkilatlarda həmçinin İH-də, DTXKdə, Əmlak Məsələləri DK yanında DƏDRX-nin Abşeron Ərazi idarəsində, notariat kontorunda, bankda və s idarə və təşkilatlarda nümayəndə olmağı, ərizə yazmağı, müqavilələr imzalamağı, torpağa və tikintiyə sərəncam, arxiv çıxarışı, kadastr planı, şəhadətnamə, çıxarış, texniki passport və.s lazımi sənədlər almağa, aldıqdan sonra torpağa və tikintiyə sərəncam verməyi, Forma 1, Forma 2 almaqla satmağı, bağışlamağı, dəyişməyi, ipotekaya qoymağı, pulunu almağı və bununla əlaqədar bütün hərəkətləri etməyi X14 xx.xx.2103-cü il tarixədək etibar edilmişdir. X21 xx.xx.2017-ci il tarixli etibarnamə əsasında 300 kv.m torpaq sahəsini İddiaçı1 əri X14 vermişdir. Qeyd edilən ərazidə X18 2 və 3 otaqdan ibarət fərdi evlər tikmişdir. X10 oğlu X25 xx.xx.2021-ci il tarixində 79,12 manat bələdiyyə vergisi ödəmişdir. Sabunçu rayonu, Ramana Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 218 nömrəli məktubunda X7 arvadı İddiaçı1 Ramana bələdiyyəsində vergi ödəyicisi olduğu bildirilmişdir, Sabunçu rayonu, Ramana Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 69 nömrəli məktubunda qeyd edilmişdir ki, X15 2018-ci ilə qədər Ramana Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Mülki qanunvericiliyə uyğun gəlməyən, İddiaçı1 və İddiaçı2 mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan Cavabdeh5 QSC, Azərişıq” ASC, Cavabdeh2 ASC və Cavabdeh2 ASC ilə X15 arasında bağlanmış müqavilələr və Ramana Bələdiyyəsi tərəfindən X6 xx.xx.2019-cu il tarixdə verilmiş Şəhadətnamə etibarsız hesab edilməlidir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 sahibliyində və istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda 180 kv.m torpaq sahəsində yerləşən 2 və 3 otaqlı fərdi yaşayış evlərinə və İddiaçı2 sahibliyində və istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh5 QSC, "xxxx" ASC, Cavabdeh2 ASC və Cavabdeh3 İB ilə X15 arasında bağlanmış müqavilələrin bağlandığı andan, Ramana Bələdiyyəsi tərəfindən X6 xx.xx.2019-cu il tarixdə verilmiş Şəhadətnamənin verildiyi andan etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(011)-2619/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evinə dair X15 ilə Cavabdeh3 İB arasında bağlanılmış 28 dekabr 2018-ci il tarixli 96009 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi Südçülük sovxozunda yerləşən fərdi yaşayış evinə dair abonent X15 (abonent kodu: **********10472) ilə "xxxx" ASC arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evinə dair Sabunçu rayonu Ramana Bələdiyyəsi tərəfindən X6 verilmiş yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında 19 fevral 2019-cu il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair X15 ilə Cavabdeh3 İB arasında 01 oktyabr 2018-ci il tarixli AKX-00309xx/xx-2018 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair X15 ilə Cavabdeh2 ASC arasında bağlanmış 30 avqust 2018-ci il tarixli 39466835 nömrəli müqavilənin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçı X15 cavabdeh X12 qarşı (Azərbaycan Respublikasının Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti və Bakı şəhəri Sabunçu Rayon Ramana Bələdiyyəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilə köçürmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2917/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh X17 apellyasiya şikayəti vermiş, mülki iş hal-hazırda hakim Fuad Abdıyevin icraatındadır. Həmin mülki iş üzrə icraat, hazırki mülki iş üzrə qəbul edələcək məhkəmə aktı qanuni qüvvəyə minənə kimi dayandırılmışdır. Məhkəmə kollegiyası tərəfləri və üçüncü şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hazırki mülki iş, iddiaçı X5 cavabdeh X12 qarşı (Azərbaycan Respublikasının Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti və Bakı şəhəri Sabunçu Rayon Ramana Bələdiyyəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilə köçürmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, iş materiallarından görünür ki, hakim Fuad Abdıyevin icraatında olan iddiaçı X5 cavabdeh X12 qarşı (Azərbaycan Respublikasının Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti və Bakı şəhəri Sabunçu Rayon Ramana Bələdiyyəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilə köçürmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair 2(103)- 154/2024 saylı mülki iş, hazırki 2(103)-1277/2024 saylı mülki işlə əlaqəli olmaqla, əvvəl icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. (maddə 43.1). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. (maddə 169.3). Kollegiya hesab edir ki, Bakı Apellyasiya Məhkəməsində olan 2(103)-154/2024 və 2(103)-1277/2024 saylı mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" ASC, Cavabdeh3 İB, Cavabdeh5 QSC, Cavabdeh2 ASC və Ramana Bələdiyyəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair 2(103)-1277/2024 saylı mülki iş, iddiaçı X5 cavabdeh X12 qarşı (Azərbaycan Respublikasının Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti və Bakı şəhəri Sabunçu Rayon Ramana Bələdiyyəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilə köçürmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair 2(103)-154/2024 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasia şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-1277/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1277/2024
14.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver