Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12775/2019 05.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 nümayəndələri (vəkilləri) X8, Cavabdeh6, onun vəkili X9, cavabdehlər Cavabdeh7 və Cavabdeh2 nümayəndələri (vəkilləri) X10, cavabdeh - ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X22 iştirakları ilə İddiaçı, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 və X7 qarşı “əqdlərin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması və pulun tutulması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh6, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 qarşı iddia ərizəsi, sonradan isə Cavabdeh7 və Cavabdeh5 da cavabdehlər qismində göstərdiyi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra onların nümayəndələri iddia tələblərini dəqiqləşdirərək, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 119 saylı evin ipoteka ilə yüklü edilməsinə dair İddiaçı adından razılıq verilməsi barədə Bakı şəhəri 10 saylı Dövlət notariat kontorunun dövlət notariusu X15 tərəfindən 7E 168540 reyestr nömrəsi ilə qeydə alınaraq təsdiq olunmuş “07 sentyabr” tarixli ərizəsinin və həmin evə dair Cavabdeh7 adına olan Bakı şəhər 43 saylı notariat kontorunda 7E 05/3803 reyestr nömrəsi ilə qeydə alınmış xx xxxxxx 2011-ci il tarixli etibarnamənin; evin ipoteka ilə yüklü edilməsinə dair Bakı şəhəri 46 saylı X16 3M/1195 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2011-ci il tarixli 582/01 F1 №-li ipoteka müqaviləsinin; evin Cavabdeh3 satılmasına dair Bakı şəhər notariat kontorunun notariusu Xəlilov İ.M. tərəfindən 4Ə-01-30 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2012-ci il tarixli AN-1 seriyalı ******* №-li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin və Cavabdeh6 satılmasına dair Bakı şəhər 38 saylı notariat kontorunda 4Ə/01-123 reyestr nömrəsi ilə qeydə alınmış xx xxxxx 2014-cü il tarixli AN-1 seriyalı ******* №-li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi; Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 119 saylı evin Cavabdeh3 adına mülkiyyət hüququ ilə qeydə alınmasına dair DƏDRX-in Bakı Ərazi İdarəsində aparılmış xx.xx.2012-ci il tarixli ********** №-li qeydiyyatın və bunun əsasında verilmiş MA seriyalı ******* №-li “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın və Cavabdeh6 adına mülkiyyət hüququ ilə qeydə alınmasına dair DƏDRX-in Bakı Ərazi İdarəsində aparılmış xx.xx.2014-cü il tarixli ********** №-li qeydiyyatın və bunun əsasında verilmiş RX seriyalı ******* №-li “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv olunması; Cavabdeh7 və Cavabdeh2 müştərək qaydada 383 000 manatın alınaraq iddiaçıya və müstəqil tələb irəli sürən üçüncü şəxsə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmuş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin Cavabdeh7 və Cavabdeh2 müştərək qaydada tutularaq müvafiq hesaba köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh6 apellyasiya şikayəti verərək onun ləğv, iddia tələblərinin tam rədd edilməsini; Cavabdeh7 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək iddianın pul tələbinə dair hissəsinin təmin edilməməsini; Cavabdeh5 apellyasiya şikayəti verərək, qətnamənin ləğvini, iddia tələblərinin iddia müddəti tətbiq edilərək tam rədd edilməsini; Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilərək iddianın pul tələbinə dair hissəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh6 apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh4 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi qanunla müəyyən olunmuş qaydada ipoteka ilə yüklü edilmiş, bundan sonra prosedur qaydalarına uyğun şəkildə son olaraq ona satılmış və mülkiyyətinə keçirilmiş, sonradan Cavabdeh4 evi əvvəlki MTN əməkdaşlarının təsiri ilə məcburi alqı-satqı müqaviləsi ilə ondan almağa nail olmuş, lakin 2015-ci ilin sonlarına yaxın MTN əməkdaşları barəsində başlanmış cinayət işi ilə əlaqədar o, yenidən evini Cavabdeh4 geri ala bilmişdir. Belə ki, Xətai Rayon Məhkəməsi onun iddiasını haqlı olaraq təmin edərək onunla Cavabdeh4 arasında məcburi və hədə-qorxu təsiri altında bağlanmış alqı-satqı müqaviləsini ləğv etmiş, nəticədə fərdi yaşayış evi yenidən onun mülkiyyətinə verilmişdir. Taryel və Nəzakət Zamanovlar hazırkı iddialarında göstərdikləri arqumentləri onun iddiası ilə başlanmış işdə də irəli sürmüşlər. Əgər həqiqətən Zamanovların iddiaları əsaslı olsa idi, onun iddiasına Xətai Rayon Məhkəməsində baxılan zaman bu hallara qiymət verilər və iddiası təmin olunmazdı. Bundan əlavə, Cavabdeh4 hazırki qətnamədə qeyd olunanlarla bağlı qarşılıqlı iddia da verə bilərdi, lakin bunu etməmişdir. Bundan sonra, Cavabdeh4 evin əlindən çıxmaması üçün bütün yollara əl atmış, ən sonda isə İddiaçı hazırkı qondarma iddianı irəli sürmüş, ipoteka müqaviləsini mübahisələndirməyə cəhd etməklə sıfır vəziyyətinə qayıtmaq istəmişdir. Nəsimi Rayon Məhkəməsinin hakimi işə baxan zaman mübahisəli fərdi yaşayış evi ilə bağlı davam edən mülki iş üzrə icraatın olmasını nəzərə almamışdır, halbuki onun iddiası üzrə Xətai Rayon Məhkəməsində başlanmış mülki işdə Cavabdeh4 bütün etirazları nəzərə alınmışdır. Ümumiyyətlə, Nəsimi Rayon Məhkəməsində qaldırılmış iddia düşünülmüş iddia olmuş, heç bir cavabdeh iş üzrə məhkəmə baxışında iştirak etməmiş, öz sübutlarını təqdim etməmiş, etirazlarını bildirməmiş, işə sifarişli və qərəzli şəkildə baxılaraq onlarsız qətnamə çıxarılmışdır. Cavabdeh7 apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işdə olan sübutların pulun ödənilməsinə dair hissəsini düzgün qiymətləndirməmiş, guya onların qanunsuz əməlləri nəticəsində iddiaçının ailəsinə maddi ziyan vurulduğu nəticəsinə gəlmiş, faktiki yaşadığı ünvanın Göyçay şəhəri olduğunu bildiyi halda Göyçay şəhərinə hər hansı bildiriş göndərməmiş və işə iştirakı olmadan baxmışdır. Həmçinin məhkəmə guya tərəflərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararaq bu barədə xüsusi qərardad çıxarmaqla prokurora göndərmişdir, halbuki, qərardadda göstərilən və məhkəmənin cinayət hesab etdiyi halların heç biri qərardadda qeyd edildiyi kimi, iddiaçının və həyat yoldaşı Cavabdeh4 əmlakını ələ keçirmək niyyəti ilə deyil, onun özünün razılığı ilə həyata keçirilmişdir. Sadəcə bankın tələbi ilə qeyd edilən ev banka yaxın olan şəxslərin mülkiyyətinə alqı-satqı yolu ilə ona görə keçirilmişdir ki, “Emil-İ” firmasının bankdan götürmüş olduğu krediti vaxtında geri qaytara bilməmişlər. Ev ipoteka ilə yüklü olduğu üçün bankın razılığı ilə formal alqı-satqı edilmişdir, yəni iddiaçıların mülkiyyətlərinin hər hansı şəkildə mənimsənilməsindən söhbət gedə bilməz. Ev həm ipoteka ilə yüklü edilərkən, həm də sonrakı “alqı-satqı” əməliyyatları aparılarkən iddiaçı və onun həyat yoldaşı məlumatlı olmuş, hətta bank həmin evə dair ipoteka müqaviləsi bağlayarkən evdə yaşayan şəxslərin iştirakı ilə evə baxış da keçirilmişdir. Sadəcə 2015-ci ilin iyul ayına kimi banka olan “Emil-İ” firmasının borcu tam ödənilmədiyindən və 383 000 manat kredit borcu qaldığından iddiaçılarla onlar arasında narazılıq yaranmış və onlar müxtəlif təşkilatlara şikayətlər etmişlər. Bununla bağlı, Milli Təhlükəsizlik Nazirliyinin sabiq vəzifəli şəxsləri barəsində olan cinayət işinin materiallarında da məlumatlar vardır. Həmin vaxt iddiaçının həyat yoldaşı Cavabdeh4 “Emil-İ” fimasının onlarla şərikli olan X23 383 000 manat pul vermişdir ki, həmin pulu banka ödəməklə evini ipotekadan çıxarsın. “Emil-İ” firmasının kredit borcu kimi ödənilmiş 383 000 manat həmin puldur. Qeyd edilən evin bütün sənədləri X12 olmuş və ipoteka müqaviləsi bağlanılarkən onun tərəfindən həmin sənədlər ona təqdim edilmişdir. X18 ona vermiş olduğu etibarnamə də X23 tərəfindən təqdim edilmişdir. Ötən müddət ərzində evin mülkiyyətçiləri hesab olunan Cavabdeh4 və İddiaçı tərəfindən evin ipoteka ilə yüklü edilməsinə hər hansı narazılıqlar olmamış, götürülmüş kredit xx.xx.2012-ci ildən başlayaraq mütəmadi olaraq banka faizlə qaytarılmışdır. Sonuncu ödəniş isə qeyd etdiyi kimi X23 tərəfindən Cavabdeh4 383 000 manat məbləğində verilmişdir ki, həmin pulu banka ödəməklə evini bankın ipotekasından çıxarsın. Cavabdeh5 apellyasiya şikayətinə görə, Cavabdeh4 məxsus olmuş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi qanunla müəyyən olunmuş qaydada ipoteka ilə yüklü edilmiş, əvəzində Zamanovlar ailəsinə kredit pul vəsaiti ayrılmış, banka olan kredit borcu ödənilmədiyindən fərdi yaşayış evi bank tərəfindən müvafiq prosedur qaydalarına uyğun şəkildə satılmışdır ki, bankın mənafelərinə zərər dəyməsin. Fərdi yaşayış evinin sonuncu mülkiyyətçisi Cavabdeh6 evi qanunla müəyyən edilmiş qaydada əldə etmiş, sənədləşmə zamanı hər hansı saxtakarlığa yol verilməmişdir. Əgər belə hal olsa idi, iddiaçı məhkəməyə 2017-ci ildə yox, daha öncədən müraciət edərdi. İddianın bu qədər gec verilməsinin bir digər səbəbi də evin Cavabdeh6 Cavabdeh4 məcburi satılması ilə bağlı müqavilənin ləğv edilməsi və evin Cavabdeh6 qaytarılmasıdır ki, nəticədə evin yenidən Zamanovlara qaytarılması üçün başqa yol qalmamışdır. Belə ki, Cavabdeh4 Cavabdeh6 mülkiyyətində olan evi əvvəlki MTN əməkdaşlarının təzyiqi ilə sonuncudan məcburi alqı-satqı müqaviləsi ilə almağa nail olmuş, lakin Xətai Rayon Məhkəməsində Cavabdeh6 iddiası təmin olunaraq ev sonuncunun mülkiyyətinə qaytarılmışdır. Taryel və Nəzakət Zamanovlar hazırkı iddialarında göstərdikləri arqumentləri Cavabdeh6 iddiası ilə başlanmış işdə də irəli sürmüş, lakin məhkəmə onların mövqeyini əsaslı saymamışdır. Bundan əlavə, Cavabdeh4 hazırki qətnamədə qeyd olunanlarla bağlı qarşılıqlı iddia da verə bilərdi, lakin bunu etməmişdir. Cavabdeh4 evin əlindən çıxmaması üçün bütün yollara əl atmış, ən sonda isə həyat yoldaşı İddiaçı adından hazırkı qondarma iddia qaldırılmışdır ki, ev ən başından ipoteka ilə yüklü edilərkən İddiaçı razılığı olmamışdır. Halbuki, ev 2011-2012-ci illərdən Zamanovların faktiki istifadə və sahibliyindən çıxmışdır, əgər bank tərəfindən hər hansı saxtakarlıq edilmiş olsa idi, həqiqətən də İddiaçı evin ipoteka ilə yüklü edilməsinə iradə ifadəsi olmamış olsa idi, bu iddia bu qədər gec qaldırılmazdı. Əgər həqiqətən Zamanovların iddiaları əsaslı olsa idi, ilk dəfə Xətai Rayon Məhkəməsində Cavabdeh6 iddia qaldırdığı zaman bu hallara da qiymət verilərdi və iddia təmin olunmazdı. Nəsimi Rayon Məhkəməsində işə baxılan zaman hakim çəkişmə prinsipinin tələblərini pozaraq onun iştirakını təmin etməməklə yanaşı, Cavabdeh6 iddiası ilə başlanmış mülki işin icraatının davam etməsinə də diqqət yetirməmişdir. Belə ki, hazırkı işin yekun məhkəmə baxışı zamanı Cavabdeh6 iddiası üzrə başlanmış iş Ali Məhkəmənin icraatında olmuş, Ali Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Cavabdeh6 iddiasının təmin edilməsi ilə bağlı məhkəmə aktı dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə, Zamanovlar hazırki iddianı ipoteka müqaviləsinin bağlanmasından 5-6 il sonra qaldırmaqla, həmçinin Xətai Rayon Məhkəməsində Cavabdeh6 iddiasına baxılan zaman qarşılıqlı iddia verməməklə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan iddia müddətini ötürmüşlər. Zamanovların özlərinin qeyd etdiklərinə əsasən, onlar ən gec 2015-ci ildə evi yenidən öz adlarına qaytarmağa nail olduqları anda bankın “saxtakarlığı”nı bilmiş, həmin ipoteka müqaviləsini mübahisələndirmək üçün imkan əldə etmişlər. Lakin Zamanovlar bu hüquqlarından bir il ərzində istifadə etməmiş, hətta Cavabdeh6 iddiası ilə Xətai Rayon Məhkəməsində başlanmış işin icraatı zamanı da qarşılıqlı iddia verməmiş, nəticədə əqdin mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən olunan 1 illik müddəti ötürmüşlər. İşə birinci instansiya məhkəməsində baxılan zaman məhkəmə iclası barədə bildirişləri əldə etmədiyindən məhkəmə prosesində iştirak edə bilməmiş, buna görə də iddia müddətinin tətbiqi barədə ərizə təqdim edə bilməmişdir. Cavabdeh2 apellyasiya şikayəti də Cavabdeh7 şikayəti ilə bənzər məzmunda əsaslandırılmış, məhkəmə iclasları barədə ona hər hansı bildiriş göndərilmədiyi, işə iştirakı olmadan baxıldığı irəli sürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh7 və Cavabdeh2 kassasiya şikayətləri tam, Cavabdeh6 və Cavabdeh5 kassasiya şikayətləri isə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən Cavabdeh6 və onun vəkili Bəylər Məmişov, həm Cavabdeh7, həm də Cavabdeh2 nümayəndələri (vəkilləri) Mehram Kərimov öz apellyasiya şikayətlərinin məzmununa uyğun izahatlar verərək şikayətlərin təmin olunmasını xahiş etmiş, işə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış Cavabdeh5 məhkəməyə gəlməmiş (Bəylər Məmişov əvvəlki apellyasiya baxışında onu təmsil etmiş olsa da, hazırkı apellyasiya icraatı zamanı ona belə bir səlahiyyət verilmədiyini bildirmişdir), ləğv prosesində olan “xxxx” ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X33 isə banka olan kredit borcunun tam ödənildiyini qeyd etməklə mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 nümayəndələri (vəkilləri) Cəlil Mirzəyev apellyasiya şikayətlərinin əsassız olduğunu bildirərək və iddia ərizələrinin məzmununa uyğun izahat verərək şikayətlərin təmin olunmamasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh3 və Cahid Məmmədov məhkəmə iclasına gəlmədiklərindən, üçüncü şəxslər Bakı şəhəri 38, 43 və 46 saylı notariat kontorları və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsi isə nümayəndələrinin iştirakını təmin etmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə həmin proses iştirakçılarının iştirakı olmadan baxılmasına qərar verilmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki, “...ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə birgə nikah dövründə əldə edilmiş mübahisəli evin üzərində sərəncam vermək üçün İddiaçı notariat qaydasında təsdiq edilmiş razılığı alınmamasına istinad edərək iddiaçının razılığı olmadan mübahisəli evin ipotekaya qoyulması, sonradan isə etibarsız alqı-satqı müqavilələri əsasında əvvəlcə Cavabdeh3, daha sonra isə Cavabdeh6 satılmasının onun mübahisəli evin üzərində qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu əhəmiyyətsiz etməsi qənaətinə gələrkən alqı-satqı müqavilələrinin mülki qanunvericiliyin tələblərinə uyğun, qanunun tələbləri pozulmadan bağlanmasının hüquqi əsaslarına diqqət yetirməmiş, ekspert rəyinə digər sübutlarla bərabər qiymət verməmişdir. Belə ki, işin materiallarından görünür ki, mübahisəli evin İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 birgə nikahı dövründə və ümumi gəlirləri hesabına əvəzli əqd əsasında əldə etməsi işin mübahisəsiz halı olsa da, apellyasiya instansiyası məhkəməsi həmin evin ipoteka qoyulması və sonradan Cavabdeh3, daha sonra isə Cavabdeh6 satılması ilə bağlı hadisələrin ardıcıllığı baxımından iş materiallarında olan mühüm və diqqətəlayiq məqamları nəzərə almamış, İddiaçı və Cavabdeh4 mübahisəli evin ipotekaya qoyulması halından xəbərləri olmadıqları qəbul edilsə belə, həmin evin satılması ilə bağlı etdikləri hərəkətlərin qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi nəticələrə səbəb olmasına hüquqi qiymət verməmişdir. Belə ki, xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına dair notariat işində İddiaçı xx.xx.2011-ci il tarixli notarial qaydada verilmiş evin satılmasına razılıq ərizəsi, onun nikah şəhadətnaməsi mövcuddur. Həmin ərizədəki imza iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi müqavilələrin sözügedən şəxslərin iradə ifadələrinin məhz mülkiyyətlərində olan evin satılmasına yönəldilməsi halının mövcudluğuna, həmçinin müqavilələrin onların özlərinin deyil, buna müvafiq qaydada səlahiyyət verilmiş nümayəndələri tərəfindən imzalanmasının qanunvericiliyin nümayəndəlik institutunun tələblərinə uyğun olmasına da düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası həmçinin iddiaçı Cavabdeh6 cavabdeh X3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilərək onların arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 119-da yerləşən ümumi sahəsi 391 kv.metr olan fərdi yaşayış evinə dair xx xxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh6 10 000 manatın alınaraq X3 verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsinin qəbulundan sonra İddiaçı və Cavabdeh4 hazırki iddia ilə Nəsimi Rayon Məhkəməsinə xx.xx.2017-ci il tarixdə müraciət etməsinə diqqət yetirməmişdir. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 119-da yerləşən ümumi sahəsi 391 m2 olan 7 otaqlı fərdi yaşayış evi X4 məxsus olmuş və Bakı şəhəri 37 saylı X16 təsdiq edilmiş xx xxxxxx 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən G.B.Hacıyeva həmin evi Cavabdeh4 satmışdır. Cavabdeh4 xx xxxx 2011-ci il tarixdə X24 ona məxsus evə dair sərəncam hüququ verən (o cümlədən satmaq, bağışlamaq, ipoteka qoymaq) etibarnamə vermiş, sonuncu isə həmin evə dair bütün səlahiyyətləri xx xxxxxx 2011-ci il tarixli etibarnamə ilə Cavabdeh7 vermişdir. xx xxxxxxxx 2011-ci il tarixdə Cavabdeh7 kredit müqaviləsinin təminatı kimi həmin evə dair “xxxx” ASC ilə ipoteka müqaviləsi bağlamış, xx xxxxxx 2012-ci il tarixdə Cavabdeh7 tərəfindən ev Cavabdeh3 40 000 manata satılmışdır. xx xxxxx 2014-cü il tarixdə Cavabdeh3 həmin evi Cavabdeh6 15 000 manata satmışdır. xx xxxx 2015-ci il tarixdə isə Cavabdeh6 evi onun əvvəlki mülkiyyətçisi Cavabdeh4 10 000 manata satmış və ev hazırda onun mülkiyyətindədir. 2016-cı ilin yanvar ayında Cavabdeh6 cavabdehlər Cavabdeh4, maraqlı şəxslər “xxxx” ASC-nə, “Emil-1” firmasının direktoru Cavabdeh2 Məmməd oğluna və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli evi Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin rəhbər vəzifəli şəxslərinin təzyiqi altında kredit borcunu qeyrisi ilə birlikdə ödəməklə evi ipoteka yüklülüyündən azad edərək Cavabdeh4 adına rəsmiləşdirilməsini əsas göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən xx xxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sözügedən qərarında kollegiya həmçinin qeyd etmişdir ki, Milli Təhlükəsizlik Nazirliyinin müvafiq vəzifəli şəxslərinin barəsində olan işə həmin ərəfədə Bakı Hərbi Məhkəməsində baxılması, eləcə də İddiaçı tərəfindən evə dair bağlanmış ipoteka və s. müqavilələrin etibarsız hesab edilməsi tələbi ilə məhkəmədə ayrıca icraatda iddia qaldırması işə baxılmasına mane olmamış və iş üzrə icraatın dayandırılması üçün əsas verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məhkəmə aktları ilə müəyyən edilənlər hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edə bilməsə də, apellyasiya instansiyası məhkəməsi ən azından onların məzmununda göstərilən mühüm və diqqətəlayiq məqamlara hazırki iddia tələblərinin əsaslı olub-olmaması baxımından nəzərə almalı idi. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni araşdırarkən nəzərə almamışdır ki, iddia ərizəsində Zamanovlar qeyd etmişlər ki, evi sonradan öz adlarına yenidən qaytarmağa nail olmuşlar, lakin, bu əvvəlki MTN əməkdaşlarının təzyiqi və məcburiyyəti ilə baş vermişdi. Kollegiya hesab edir ki, Xətai Rayon Məhkəməsində Cavabdeh6 iddiası təmin olunaraq ev sonuncunun mülkiyyətinə qaytarılmasına, yəni Zamanovların Cavabdeh6 iddiasından sonra mənzilləri ilə bağlı həyata keçirilən bütün əməliyyatlardan (ipoteka, etibarnamə, alqı-satqı və s.) tam məlumatlı olduqları halda yenidən Nəsimi Rayon Məhkəməsində ən birinci ipoteka müqaviləsini mübahisələndirmək hüququndan istifadə edilməsinin səbəblərinə apellyasiya instansiyası məhkəməsi qiymət verməmişdir. Belə ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. İşin materiallarından görünür ki, Cavabdeh6 iddiasına baxılan zaman da həmin ipoteka müqaviləsi Zamanovlar tərəfindən mübahisələndirilməmişdir, buna baxmayaraq Cavabdeh6 iddiası təmin olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən biri olan Taryel və Nəzakət Zamanovların hazırki iddianı ipoteka müqaviləsinin bağlanmasından 5-6 il sonra qaldırmaqla, həmçinin, Xətai rayon məhkəməsində Cavabdeh6 iddiasına baxılan zaman qarşılıqlı iddia verməməklə iddia müddətini ötürməsi kimi dəlillərinə də düzgün hüquqi qiymət verməyərək iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməli olmasının qanunun imperativ tələbi olmasını, cavabdehlərin iddia müddətinin keçməsindən istifadə etmək istəməyərək mübahisə ilə bağlı birinci instansiya məhkəməsində ərizə vermədiklərini göstərmişdir. ...Apellyasiya instansiyası məhkəməsi Zamanovların qeyd etdiklərinə əsasən, sonuncuların ən gec halda 2015-ci ildə evi yenidən öz adlarına qaytarmağa nail olduqda bankın “saxtakarlığını” bilmələrinə, həmin ipoteka müqaviləsini mübahisələndirmək üçün imkan əldə etmələrinə istinad etməklərinə diqqət yetirməmiş, onların bu hüquqlarından bir il ərzində istifadə etməyərək, (hətta Cavabdeh6 iddiası ilə Xətai Rayon Məhkəməsində başlanmış işin icraatı zamanı da qarşılıqlı iddia da vermək hüququndan istifadə etməmişlər), nəticədə, əqdin mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən olunan 1 illik müddəti bilərəkdən ötürmələrinə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Halbuki, kollegiya qeyd edir ki, Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddət tamamilə fərqli anlayışlardır. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Lakin iddiaçı onun hüququnun pozulduğunu bildiyi andan 1 il müddətində əqdin etibarsızlığı ilə bağlı mübahisə açmamış və bununla da qanunla müəyyən edilmiş müraciət müddətini ötürmüşdür. İddiaçının məhkəməyə deyil, hüquq-mühafizə orqanlarına müraciət etməsi onun hüququnun pozulduğunu bilməməsi anlamına gəlmir. ...Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi evin ipoteka ilə yüklü edilməsinə dair Bakı şəhəri 46 saylı X16 3M/1195 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2011-ci il tarixli 582/01 F1 №-li ipoteka müqaviləsini etibarsız saysa da, həmin müqavilənin işə baxılan dövrdə faktiki olaraq artıq xitam olunmasına diqqət yetirməmişdir, yəni, kollegiyanın qənaətinə görə hazırda mövcud olmayan ipoteka müqaviləsinin etibarsız sayılması özü-özlüyündə əhəmiyyətsiz olmuşdur... Mübahisəli evin ipotekaya qoyulması zamanı İddiaçı notariat qaydasında təsdiq edilmiş razılığının alınmaması faktı mövcud olsa da belə, Cavabdeh7 adına olan Bakı şəhər 43 saylı notariat kontorunda 7E 05/3803 reyestr nömrəsi ilə qeydə alınmış xx xxxxxx 2011-ci il tarixli etibarnamənin qanuni əsaslarla verilməsinə də düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, alqı-satqı müqavilələri də məhz verilməsi qanunvericiliyin pozulması ilə müşayiət olunmayan həmin etibarnamənin əsasında baş vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 364.2-ci maddəsinə əsasən səlahiyyətləri başqa şəxsə bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu məsuliyyət qoyur. Apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, bu normanın tələbi belə etibarnamə əsasında bağlanmış əqdin etibarsız hesab edilməsinə deyil, vurulmuş ziyana görə hər iki nümayəndənin məsuliyyət daşımasına əsas verir... apellyasiya instansiyası məhkəməsi cavabdehlər Cavabdeh7 və Cavabdeh2 müştərək qaydada 383 000 manat məbləğində pulun alınaraq İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 verilməsi ilə bağlı iddia tələbinin əsaslılığına və bununla bağlı verilən apellyasiya şikayətinin dəlillərinə qətnamədə demək olar ki, heç bir hüquqi qiymət vermədən, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsinin qanuni və əsaslı olmasını qeyd etməklə kifayətlənmiş, bununla da cavabdehlərin 383 000 manat məbləğin məhz onların hesabına banka ödənildiyini bildirsələr də, bu dəlillərin onların izahatından başqa iş materiallarında olan hər hansı bir sübutla öz təsdiqini tapmaması kimi səhv qənaətə gəlmişdir. Belə ki, qeyd olunan məbləğin məhz Cavabdeh4 adından banka ödənildiyi iş materialları ilə təsdiq olunsa da, apellyasiya instansiyası məhkəməsi işin bu halına diqqət yetirməmişdir ki, Cavabdeh7 və Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə əsasən X23 adlı şəxs tərəfindən evin mülkiyyətçisi hesab olunan Cavabdeh4 383 000 manat verilmişdir ki, həmin pulu banka ödəməklə evini bankın ipotekasından çıxarsın. 2015-ci ilin iyul ayına kimi banka “Emil-İ” firmasının borcu tam ödənilmədiyindən və 383 000 manat kredit borcu qaldığından iddiaçılarla onlar arasında narazılıq yaranmış və onlar müxtəlif təşkilatlara şikayətlər etmişlər. Bununla bağlı, Milli Təhlükəsizlik Nazirliyinin sabiq vəzifəli şəxsləri barəsində olan cinayət işinin materiallarında da məlumatlar vardır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə qeyd edilən cinayət işinin materiallarını araşdırmadan cavabdehlər Cavabdeh7 və Cavabdeh2 müştərək qaydada 383 000 manat məbləğində pulun alınaraq İddiaçı və Cavabdeh4 verilməsi qənaətinə gələrkən həmin pulun sonunculara məxsus olubolmamasını aydınlaşdırmadan cavabdehlər iddia tələbinə etirazının əsası kimi, istinad etdikləri hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmələri, eləcə də məhkəmə tədqiqi zamanı istinad etdikləri halları sübuta yetirə bilməməsi kimi əsaslandırılmamış nəticələrə gəlmişdir. Halbuki iddiaçı və 3-cü şəxsin nümayəndəsinin apellyasiya şikayətləri üzrə qətnamədə verdiyi izahatında bu fakt qismən də olsa etiraf edilmiş və qətnamənin 6-cı vərəqinin sonuncu abzasında qeyd edilmişdir ki: “2015-ci ildə bankın rəhbərliyi evi Cavabdeh4 qaytarmaq qərarına gəlir. Murad adlı şəxs evin girovluqdan çıxarılması üçün Cavabdeh4 müəyyən məbləğdə pul verir və 383 000 manat ödənildikdən sonra ev girovdan çıxarılaraq Cavabdeh4 adına keçir”. ...Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh4 mülkiyyətində olan, onunla İddiaçı ilə birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 119 saylı ev onların xəbərləri və razılıqları olmadan bir qrup şəxsin qanunsuz əməlləri nəticəsində ipoteka ilə yüklü edilmiş, sonra isə alqı-satqı müqavilələri ilə ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilməsi ilə bağlı xüsusi qərardad çıxarılmasına baxmayaraq işin faktiki halları bunun əksini təsdiq etsə də, hər bir halda apellyasiya instansiyası məhkəməsi yalnız mötəbər və tutarlı sübutların mövcudluğu təqdirdə İddiaçı və Cavabdeh4 hüquqlarını pozan şəxsə və ya şəxslərə qarşı vurulmuş ziyanın ödənilməsi barədə iddia qaldırmaq hüquqlarının olmasını izah etməli idi. Belə ki, işin materiallarından görünür ki, həmin evin ipotekaya qoyulmasına İddiaçı notariat qaydasında təsdiq edilmiş razılığının mötəbərliyi şübhə altına alınsa da, hadisələrin sonrakı gedişatı və illər ərzində baş verənlər onların evlə bağlı aparılan əməliyyatlardan məlumatlı olmasına birbaşa dəlalət edir. Belə olan halda isə apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin hərəkətlərində hüquqdan suiistifadə hallarının olub-olmamasına hüquqi qiymət verməli idi”. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh7 və Cavabdeh2 apellyasiya şikayətləri təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh7 və Cavabdeh2 müştərək qaydada 383 000 manat məbləğində pulun alınaraq Nəzakət və Cavabdeh4lara verilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbləri təmin olunmamalı, digər apellyasiya şikayətləri isə təmin edilməyərək qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, Cavabdeh4la İddiaçı (Hüseynova) xx.xx.1991-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahda olduqları dövrdə - yəni xx xxxxxx 2007-ci il tarixdə Bakı şəhəri 37 saylı notariat kontorunda bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X13 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində istifadədə olan 0,01615 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 7 otaqlı, 138,4 m2 yaşayış, 329,6 m2 köməkçi sahədən ibarət 119 nömrəli fərdi yaşayış evini 510 705 manata Cavabdeh4 satmış, xx.xx.2007-ci il tarixdə həmin fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən sonuncunun adınamülkiyyət hüququ üzrə qeydiyyata alınaraq ona MH seriyalı ******* nömrəli çıxarış verilmişdir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halı həmçinin ondan ibarətdir ki, Cavabdeh4, Bakı şəhərinin notariat kontorunun notariusu E.S.Zeynalov tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci il tarixli 7E/22-9808 reyestr nömrəli etibarnaməyə əsasən mülkiyyətində olan sözügedən fərdi yaşayış evi üzərində bütün səlahiyyətləri həyata keçirməyi (o cümlədən satmağı, bağışlamağı, ipoteka (girov) qoymağı və s.) X24 20 il müddətinə (xx xxxx 2031-ci ilədək) etibar etmiş, Fərid Sadıqov isə Bakı şəhəri 43 saylı notariat kontorunda 7EO5/3803 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2011-ci il tarixli etibarnaməyə əsasən həmin etibarnamədə göstərilən səlahiyyətləri Cavabdeh7 etibar etmişdir. İş materiallarından aydın olur ki, xx.xx.2011-ci il tarixdə “xxxx” ASC-nin 1 saylı filialının (bank) rəhbəri Cavabdeh5 ilə “Emil-İ” firmasının direktoru qismində çıxış edən Cavabdeh2 arasında 582/01 F1 nömrəli kredit müqaviləsi bağlanmış, kredit müqaviləsi üzrə “Emil-İ” firmasının pul öhdəliyinin icrasının təmin edilməsi məqsədiylə bankla Cavabdeh4 adından xx.xx.2011-ci il tarixli etibarnamə əsasında hərəkət edən Cavabdeh7 arasında Bakı şəhəri 46 saylı notariat kontorunda eyni tarixli ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 119 saylı fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka müqaviləsi bağlanarkən İddiaçı adından onun mübahisəli fərdi yaşayış evinin ipotekaya qoyulmasına etiraz etməməsi barədə Bakı şəhəri 10 saylı notariat kontorunda təsdiqlənmiş “07 sentyabr....” tarixli ərizə verilmişdir. İş materiallarından həmçinin aydın olur ki, bankla Cavabdeh7 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən sonuncu, 582/01 F1 nömrəli kredit müqaviləsi üzrə “Emil-İ” firmasının öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə zamin durmuş, kreditin məbləği 1 500 000 manat, müddəti isə 36 ay olaraq qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin təyin etdiyi xətşünaslıq ekspertizasının xx.xx.2017ci il tarixli rəyində, 3M/1195 saylı notariat işinin 18-ci vərəqəsində İddiaçı adından olan “07 sentyabr....” tarixli “evin ipotekaya qoyulmasına razılıq ərizəsi”ndə “İmza” qrafasındakı imzanın və “İddiaçı” yazılarının İddiaçı tərəfindən yox, onun həqiqi xətt və imzasına oxşadılmaqla başqa şəxs tərəfindən, habelə həmin ərizənin qeydiyyatdan keçdiyi 00487 nömrəli reyestr kitabının 97-ci vərəqəsində “8540” sıra sayı qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imzanın və “Zamanova” soyadının İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu göstərilmişdir. İşin müəyyən olunmuş digər halına görə, Cavabdeh4 adından xx.xx.2011-ci il tarixli etibarnamə əsasında hərəkət edən Cavabdeh7 Bakı şəhəri 38 saylı notariat kontorunda bağlanmış xx xxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 119 saylı fərdi yaşayış evini ipotekada qalmaq şərtilə 40 000 manata Cavabdeh3, sonuncu isə xx xxxxx 2014-cü il tarixdə eyni notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında sözügedən evi yenə ipotekada qalmaq şərtilə 15 000 manata Cavabdeh6 satmış, alqı-satqı müqavilələri bağlanarkən bank, fərdi yaşayış evinin ipoteka yüklülüyünün saxlanılması şərtilə özgəninkiləşdirilməsinə razılıq vermişdir. İş materiallarından aydın olur ki, xx xxxx 2015-ci il tarixdə Cavabdeh6 mübahisə mövzusu olan evi 10 000 manata əvvəlki mülkiyyətçi Cavabdeh4 satmış, bununla belə 2016-cı ilin yanvar ayında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli evi Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin rəhbər vəzifəli şəxslərinin təzyiqi altında kredit borcunu qeyrisi ilə birlikdə ödəməklə evi ipoteka yüklülüyündən azad edərək Cavabdeh4 adına rəsmiləşdirdiyini iddia edərək alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh6 10 000 manatın alınaraq Cavabdeh4 verilməsi qət edilmişdir; həmin qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən). İş materiallarından görünür ki, Milli Təhlükəsizlik Nazirliyinin sabiq vəzifəli şəxsləri barəsində olan cinayət işi ilə bağlı aparılmış araşdırma zamanı Cavabdeh7 izahatında, “Emil-İ” firmasının faktiki sahibi və rəhbəri olduğunu, dostluq münasibətlərində olduğu Cavabdeh5 həmin firma üçün 1 500 000 manat kredit xətti açdırdığını, ancaq kredit götürmədiyini, krediti götürmək üçün Murad və Mehbalı adlı şəxlərin Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 119 saylı fərdi yaşayış evini girov qoymağı təklif etdiklərini, evə dair sənədləri və baş etibarnaməni ona verdiklərini, sənədləri aldıqdan sonra evin daha əvvəldən tanımadığı Cavabdeh4 adlı şəxsə məxsus olduğunu öyrəndiyini, lakin Muradın evin həqiqətdə özünə məxsus olduğunu bildirdiyini, götürdüyü kreditin böyük hissəsini Murada verdiyini, sonradan Muradın yoxa çıxdığını, vəziyyəti Cavabdeh5 izah edərək evin satılaraq borcun ödənilməsini təklif etdiyini, xx xxxxxx 2012-ci il tarixdə evin girovda qalmaq şərti ilə Cavabdeh5 yaxın tanışı Cavabdeh3 adına keçirildiyini göstərmişdir. Həmin araşdırma zamanı izahatı alınmış Cavabdeh4 isə, mübahisəli evi xx xxxxxx 2007-ci ildə X2 560 000 manata aldığını, məqsədinin sonradan həmin evi baha satmaqla pul qazanmaq olduğunu, evin təmirə ehtiyacının olduğunu, lakin təmir üçün əlavə pulunun qalmadığını, həmin ərəfədə qaynı Beytulla Hüseynovla danışıb onun təmir edilməsi barədə danışdıqlarını, evin alınması və təmirinə çəkilmiş xərcin tam şəkildə çıxıldıqdan sonra, qalan pulun ikisi arasında yarı bölünməsi barədə razılığa gəldiklərini, 2008-ci ildən 2011-ci ilədək evin yenidən təmir olunduğunu, təmir işlərinə Beytulla Hüseynovun dostu Bayram Vəliyevin rəhbərlik etdiyini, 2011-ci ilin iyun ayında Beytulla Hüseynovla danışıb həmin evi 1 100 000 manata satmağı qərarlaşdırdıqlarını, həmin ərəfədə Bayramın Fərid adlı şəxsin evi 1 200 000 manata almağa razılaşdığını, habelə Fəridin adına etibarnamə verməli olduğunu bildirdiyini, beləliklə Fərid Sadıqova həmin evin satılması, bankda girov qoyulması ilə bağlı etibarnamə verdiyini, sonradan Fəridin Bakıda olmamasını, onları aldadaraq Moskva şəhərinə getməsini öyrəndiyini, həmin hadisədən sonra dəfələrlə Bayramdan Fəridin pulu verib-verməməsi ilə maraqlandığını və Bayramın hər dəfə Fəridin qısa müddət ərzində pulu düzəldib verəcəyini dediyini, bundan sonra evin adına rəsmiləşdirildiyi İntiqamla danışdığını, habelə Vaqif, Mehbalı və bankın filial rəhbəri olan Ələddinə evin ona məxsus olduğunu bildirərək evi heç kəsə verməmələrini dediyini, evin qaytarılmasının təminatı kimi Mehbalı ilə arasında borc müqaviləsi imzalandığını, xx xxxx 2015-ci il tarixdə Bayramın zəng vurub məsələnin həll olunduğunu bildirərək alqı-satqı olunması üçün banka getməsini xahiş etdiyini, işdən çıxıb günorta saatlarında Bank filialına getdiyini, filialın əməkdaşları ilə görüşdüyünü, Cavabdeh7 və Bayram Vəliyevin də oraya gəldiklərini, orada olduqları müddətdə kiminsə əsas borcu ödəyərək mənzili girovdan çıxarmaq məqsədilə pul gətirdiyini, Bayramın bayıra çıxıb 380 000 manat pulu götürdüyünü, çatışmayan 3000 manat pulu isə Beytullanın göndərdiyini, həmin pulu banka ödəyərək əmlakını girovdan çıxartdığını və notariat kontoruna gedərək Cavabdeh6lə alqısatqı müqaviləsi imzaladıqlarını, sonradan isə Cavabdeh6 həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı Xətai Rayon Məhkəməsinə müraciət etdiyini və əleyhlərinə qərarın qəbul edildiyini bildirmişdir. Həmin araşdırma zamanı izahatı alınmış Cavabdeh6 göstərmişdir ki, 2006-cı ildən “xxxx” ASC-nin 1 saylı filialında kredit mütəxəssisi vəzifəsində işləmiş, 2011-ci ilin iyun ayında Cavabdeh7 işlədiyi banka müraciət edərək Göyçay rayonu ərazisində şirə və şərab zavodunun olduğunu, zavodun fəaliyyətinin genişləndirilməsi üçün 1 500 000 manat məbləğində kredit götürmək istədiyini bildirmiş, onunla birlikdə Göyçay rayonuna gedib inkişaf etdirmək istədiyi biznesi ilə maraqlanmış, amma zavodun sənədləri qaydasında olmadığı üçün onun girov qoyulması mümkün olmamış və bu səbəbdən kreditin verilməsindən imtina edilmişdir. İmtinadan sonra Cavabdeh7 yenidən banka müraciət edərək, girov kimi başqa əmlaklar qoya biləcəyini bildirmiş, təklif etdiyi əmlaklardan biri də Tariyel Zamanovun adına olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi olmuşdur. Həmin şəxs tərəfindən Cavabdeh7 baş etibarnamə verilmiş, evə baxış keçirilmiş və qiymətləndirmə firması tərəfindən əmlak qiymətləndirildikdən sonra onun girov şəklində götürülməsinə dair razılıq verilmiş, əmlakın bazar dəyəri 1 200 000 manat, likvid dəyəri isə 1000 000 manat müəyyən edilmişdir. Həmçinin Cavabdeh7 faktiki rəhbərlik etdiyi “Emil-İ” firmasına məxsus “Göyçay konyak zavodu”na baxış keçirilmiş, müvafiq fotoşəkillər çəkilərək kredit dosyesinə əlavə edilmişdir. Firmanın direktoru Cavabdeh2, təsisçisi isə Eldar Əliyev olmuş, bundan sonra Cavabdeh7 1 500 000 manat məbləğində kredit xəttinin açılmasına bankın baş ofisi tərəfindən icazə verilsə də, ilkin mərhələdə girov qoyduğu əmlakın 50%-i miqdarında kredit verilməsinə qərar verilmişdir. Beləliklə xx xxxxxxxx 2011ci ildə “Emil-İ” firmasının direktoru Cavabdeh2la bank arasında ipoteka müqaviləsi imzalanmış, müqavilənin imzalanması ərəfəsində girov qoyulan əmlakın mülkiyyətçisi Tariyel Zamanovun həyat yoldaşı İddiaçı da notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilmiş, eyni zamanda həmin kredit müqaviləsi üzrə Cavabdeh7la bank arasında zaminlik müqaviləsi də imzalanmışdır. İpoteka müqaviləsi əsasında Cavabdeh2 400 000 manat kredit verilmiş, müqaviləni Cavabdeh2 imzalasa da, faktiki olaraq krediti Cavabdeh7 götürdüyü məlum olmuşdur. Bundan bir neçə ay sonra Cavabdeh7 kredit ödənişlərini etmiş, sonradan Göyçay rayonunda yerləşən 2 ədəd torpaq sahəsini girov qoymaqla yenidən 50 000 manat kredit götürmüşdür. Cavabdeh7 bir neçə ay kredit ödənişi etdikdən sonra, ödəməni dayandırmış, dəfələrlə ödənişləri etməsi tələb olunsa da, pulunun olmadığını, girov qoyduğu əmlakı satıb ödənişləri edəcəyini bildirmişdir. Bundan sonra əmlak üçün həm Cavabdeh7, həm də bank müştəri axtarmağa başlamış, 2012-ci ilin əvvəllərində bankın Ağaisa Mahmudov adlı müştərisi həmin amlakla maraqlanmış, daha sonra filial müdiri Cavabdeh5 vasitəsilə Vaqiflə Ağaisa arasında görüş təşkil olunmuşdur. Ağaisa Vaqiflə birlikdə evə baxdıqdan sonra, aralarında qiymət barədə razılığa gəlmişlər. Bildiyinə görə evin satılmasını 823 000 manata razılaşdırmışlar. Daha sonra həmin əmlakın alqı-satqı edilməsi ilə bağlı sənədlər toplanmış, Ağaisa Mahmudovun təklifi ilə əmlakın Cavabdeh5 yaxın tanışı olan Cavabdeh3 adına rəsmiləşdirilməsi qərara alınmış, nəhayət xx xxxxxx 2012-ci il tarixdə Bakı şəhəri, Atatürk prospektində yerləşən notariat kontorunda ünvan 4 ünvanında yerləşən ev bankda girov qalmaq şərti ilə Tariyel Zamanovun adından Cavabdeh3 adına alqı-satqı olunmuş, həmin prosesdə onun özü də iştirak etmişdir. Tariyel Zamanovun adından etibarnamə əsasında Cavabdeh7 çıxış etmiş, eyni zamanda Tariyel Zamanovun həyat yoldaşı İddiaçı adından da notarial qaydada təsdiq edilmiş razılıq məktubu da təqdim edilmişdir. Alqı-satqı olunduqdan sonra Ağaisa kredit ödənişlərini həyata keçirmiş, ilkin mərhələdə Vaqifin girov qoyduğu torpaq sahələri üzrə kredit borcu ödənmiş, həmin əmlaklar girovdan azad olunaraq Vaqifin özünə qaytarılmışdır. 2014-cü ildə həmin əmlak Cavabdeh3 adından onun adına alqı-satqı olunmuş, bunun səbəbini bilməmiş, bu barədə qərarı Cavabdeh5la Ağaisa Mahmudov birgə qəbul etmişlər. Təxminən 2014-cü ildə Cavabdeh5 “Emil-İ” firması ilə bağlı bütün sənədləri götürərək onunla birlikdə MTN-ə gedəcəyini bildirmiş və birlikdə MTN-nin inzibati binasına getmişlər. Əmlakın əvvəlki sahibi Cavabdeh4 onun qaytarılmasını tələb etdiyindən, 2015-ci ilin yay aylarında Cavabdeh5 bir neçə dəfə MTN-ə dəvət edib həmin əmlakla bağlı sorğu-sual etmiş, əmlakın yenidən Cavabdeh4 adına keçirilməsini tələb etmişlər. Həmin dövr üçün “Emil-İ” firmasının götürdüyü kredit üzrə banka 383 000 manat əsas borc, 218 000 manat faiz borcu olmuş, qərara gəlinmişdir ki, əmlakın girovdan azad edilməsi üçün bank tərəfindən hesablanmış faiz borcları bankın mənfəəti hesabına ödənilsin. Cavabdeh5 bildirdiyinə görə, banka olan 383 000 manat pul vəsaiti isə başqa şəxs tərəfindən ödəniləcəkdi. Bundan sonra bankın baş ofisi tərəfindən kredit üzrə hesablamış 218 000 manat faiz borcunun bankın mənfəəti hesabına silinməsi barədə qərar qəbul edilmiş, növbəli gün isə - yəni, xx xxxx 2015-ci il tarixdə o, Cavabdeh4, Tariyelin yanında olan adını bilmədiyi hüquqşünas, habelə keçəl, hündür boylu, dolu bədən quruluşlu, 40-45 yaşlarında, bığsız, qara “Mitsubishi Pajero” markalı avtomobil idarə edən şəxslə birlikdə Atatürk prospektində yerləşən notariat kontoruna getmişlər. Notariat kontoruna getməmişdən öncə təklif etmişlər ki, kredit xətti üzrə banka olan borc tam şəkildə silinsin, daha sonra əmlak girovdan çıxarılsın və bundan sonra alqı-satqı olunsun. Ancaq qarşı tərəf buna razılaşmamış və əmlakın girovda ola-ola alqı-satqı olunmasını, daha sonra kredit borcunu tam şəkildə ödəyəcəklərini bildirmişlər. Lakin notariat kontorunda notarius həmin şəxslərə əmlak üzərində 383 000 manat və 218 000 manat öhdəliyin olmasını bildirərək, alqı-satqıdan sonra öhdəliyin onların üzərinə keçəcəyini bildirmiş, onlar isə buna razılaşmadıqlarından birlikdə banka geri qayıtmışlar. Bundan sonra MTN əməkdaşlarından kimsə Cavabdeh5 zəng vurub tapşırıqlar vermiş, sonuncu isə öz növbəsində bankın rəhbərliyi ilə danışmışdır. Bundan sonra onlar yenidən notariat kontoruna getmiş, həmçinin onun və Tariyel Zamanovun həyat yoldaşı Nəzakət Abdullayeva da notariat kontoruna gəlmişlər və nəticədə alqı-satqı müqaviləsini imzalamışlar. Alqı-satqı müqaviləsindən sonra birlikdə yenidən banka qayıtmışlar. Həmin gün Tariyel Zamanov tərəfindən banka 383 000 manat pul vəsaiti ödənilmiş və əmlak girovdan çıxarılmışdır. Həmin məbləğdə pulu kimin gətirdiyini bilmir. Həmin əmlak Tariyel Zamanovun adına rəsmiləşdirilsə də, Ağaisa hazıradək həmin evdə yaşayır. 2016-cı ilin əvvəllərində Ağaisa Mahmudovun xahişi ilə Şahin adlı vəkilə etibarnamə vermiş və onun adından məhkəmədə iddia qaldırılmışdır. Daha sonra həmin əmlak üzrə həyata keçirilmiş xx xxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair Xətai Rayon Məhkəməsinin qətnaməsi qəbul edilmişdir. Ağaisa Mahmudovun deməsinə görə MTN əməkdaşlarına 300 000 manat və 50 000 manat məbləğində pul vermişdir. Həmin işdə izahatı alınmış X6 bildirmişdir ki, bacısı İddiaçı əri olan Cavabdeh4 əvvəllər Naxçıvan MR-da bankda, sonradan isə “xxxx” ASC-nin Nərimanov filialında işləmiş, Murad Quliyevi əvvəllər tanımamış, onun Тагуеlə məxsus evi dələduzluq yolu ilə ələ keçirməsi ilə bağlı məsələ olmuş və həmin hadisədən sonra tanımışdır. Belə ki, təxminən 2011-ci ildə yeznəsi Cavabdeh4 özünə məxsus olan ünvan 5 ünvanında yerləşən evini satmaq istəmiş, Bayram Vəliyev adlı tanışı onu Murad Quliyevlə tanış etmiş, Muradla Sahil bağında, onun yaşadığı evin qarşısında görüşmüş, X5 və Patent Komitəsinin idarə rəisi kimi tədim etmişdir. Murad C.Hacıbəyli küçəsi ev 119 ünvanında yerləşən fərdi yaşayış evini almaq istədiyini, ancaq əlində nağd pulunun olmadığını bildirərək evi banka girov qoyub kredit götürərək pulunu verəcəyini bildirmiş, həmin vaxt evi 900 000 manata satmağı razılaşdırmışlar. Muradın Bayramla tanışlıqlarını, böyük vəzifədə işləməsini nəzərə alaraq inanıb evin pulunu verməmişdən öncə adına etibarnamə verməyə razılaşmış və onun tapşırığı ilə Taryel Muradın adına etibarnamə vermişdir. Bundan sonra ev “xxxx” ASC-də girov qoyularaq kredit götürülmüş, lakin Murad bir ay ərzində evin pulunu ödəyəcəyini bildirsə də, pulu ödəməmişdir. Daha sonra Muradın Moskva şəhərinə getdiyini eşitmiş, evin girov qoyulması ilə maraqlanmış və Muradın, Mehbalı və Vaqif adlı şəxslərlə birlikdə həmin evi “xxxx” ASC-də girov qoyaraq 400 000 manat kredit götürdüklərini, Muradın Azərbaycandan qaçaraq pulu ödəməkdən imtina etdiyini, Vaqifin isə evi Ağaisa Mahmudov adlı şəxsə satdığını öyrənmişdir. Həmin ərəfədə şifahi olaraq bir neçə dövlət orqanına müraciət etsə də, əmlakın geri qaytarılmasına köməklik edilməmiş, buna görə də məsələ ilə bağlı sabiq nazir Eldar Mahmudovun köməkçisi Vüqar Mahmudova müraciət etmişdir. Təxminən 2015-ci ilin yay aylarında Natiq adlı MTN əməkdaşı onunla əlaqə saxlayaraq evin artıq geri qaytarılma ərəfəsində olduğunu, ancaq evin girovdan çıxarılması üçün 383 000 manat borcun ödənilməli olduğunu, pulun 300 000 manat hissəsini Muradın verəcəyini, 83 000 manatını isə onun ödəməli olduğunu bildirmişdir. Bundan sonra Muradın hansısa qohumu 300 000 manat pulu gətirərək Bayrama, o da əlavə olaraq 83 000 manat Taryelə vermişdir. Sonuncular (Taryel və Bayram) banka gedərək 383 000 manat pulu banka ödəmiş və evi girovdan çıxartmışlar. Daha sonra ev Cavabdeh4 adına alqı-satqı olunmuşdur. Həmin işdə izahatı alınmış X23 izahatında qeyd etmişdir ki, 2010-cu ilin noyabr ayından 2011-ci ilin noyabr ayınadək Standartaşdıma və Patent Dövlət Komitəsinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsində işləmiş, 2011-ci ilin noyabr ayında könüllü olaraq öz ərizəsilə tutduğu vəzifədən çıxmış və Rusiya Federasiyasının Moskva şəhərinə gedərək bizneslə məşğul olmuşdur. Beytulla Hüseynovu 2010-cu ildən tanıyır, yaxşı münasibətləri olmuşdur. 2011-ci ildə Beytulla Hüseynov, Ceyhun Hacıbəyli küçəsində yerləşən 119 nömrəli evi satdığını bildirmiş, həmin vaxt evi almaq qərarına gəlmiş və evə baxdıqdan sonra Beytulla Hüseynovla dəyərini 1 000 000 manata razılaşmış, evin dəyərinin 1 il ərzində hissə-hissə ödəniləcəyi barədə razılıq əldə etmişlər. Bundan sonra evə dair Cavabdeh4 tərəfindən onun işçisi Fərid Sadıqova notariusda baş etibarnamə verilmişdir. Həmin ərəfələrdə tanışı Mehbalı onu Cavabdeh7la tanış etmiş, görüş zamanı Vaqif “Göyçay Konyak” zavodunun sahibi olduğunu və spirtli içkilərin satışında yaxşı gəlir olduğunu bildirmiş, spirtli içkilərin istehsalına vəsait yatırmağını təklif etmişdir. Vaqifin danışığından, yaxşı maddi vəsait olsa həmin fəaliyyəti genişləndirirək yaxşı gəlir (ayda 100 000-150 000 manat) əldə edilə biləcəyini başa düşmüş və onunla birgə iş görməyə razılaşmışdır. Həmin vaxt pulu olmadığını Vaqifə bildirdikdə, sonuncu “xxxx” ASC-nin 1 saylı filialında 1 500 000 manatlıq kredit xəttinin olduğunu və həmin kreditdən istifadə etmək üçün banka girov lazım olduğunu bildirmişdir; o isə öz növbəsində, Beytulla Hüseynovdan etibarnamə ilə 1 000 000 manat dəyərində ev aldığını və sonuncuya aylıq 100 000 manat ödəməyi öhdəsinə götürdüyünü bildirmişdir. Vaqif həmin evi girov qoymağa ona inandırmış, Beytulla ilə danışdıqdan sonra evi girov qoymağa razılaşmışdır. Bundan sonra Beytulla Hüseynovla görüşüb bu barədə danışmış və sonuncunun razılığını aldıqdan sonra köməkçi Fərid Sadıqov həmin evlə bağlı Vaqifə baş etibarnamə vermişdir. Bundan sonra Vaqif banka gedərək həmin etibarnamə əsasında evi 1 saylı filialda girov qoyaraq bildiyinə görə 400 000 manat ilkin kredit götürmüş, razılaşdırdıqları kimi həmin məbləğin 180 000 manatını ona vermişdir. Vaqifdən 180 000 manatı alıb 120 000 manat əlavə edərək ümumilikdə 300 000 manatı Beytulla Hüseynova iş yerində xidməti otağında vermişdir. 2011-ci ilin noyabr ayında işdən könüllü olaraq çıxandan sonra Moskva şəhərinə getmiş və X21 ayda 100 000 manatı ödəməsini bildirmiş, Vaqif də razılaşmışdır. Moskva şəhərindən arabir Vaqiflə əlaqə saxlamış, Mehbalı ilə birlikdə Beytulla ilə danışdıqlarını və evin pulunu ödəmək üçün vaxt istədiklərini bildirmiş, lakin evin başqa şəxsə satılması barədə məlumat verməmişdir. Araşdırma zamanı izahatı alınmış X31 bildirmişdir ki, 2010-2012-ci illərdə Dövlət Standartlaşdırma Komitəsinin Bakı şəhər İdarəsinin rəisinin köməkçisi vəzifəsində işləmiş, 2011-ci ilin iyun ayında rəisi X19iləvi dostu olan Beytulla Hüseynovun qaynı Cavabdeh4la görüşməyinitapşırmış, sonuncununona evlə bağlı etibarnamə verəcəyini bildirmişdir. Murad Quliyevin tapşırığı ilə xx.xx.2011-ci il tarixdə Cavabdeh4la əlaqə saxlamış və Nizami rayonu ərazisində yerləşən notariat kontorunda görüşmüşlər. Cavabdeh4 həmin vaxt öz adına olan, lakin faktiki olaraq qohumu Beytulla Hüseynova məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 119 nömrəli fərdi yaşayış evinə dair etibarnamə vermiş, bundan sonra həmin etibarnamə 1 ay müddətində onda qalmışdır. xx xxxxxx 2011-ci il tarixdə Murad Quliyevin tapşırığı ilə həmin etibarnamə əsasında tanışı Cavabdeh7 baş etibarnamə vermiş və sonrakı məsələlər barədə məlumatı olmamışdır. 2012-ci ildə işdən çıxmış, 2016-cı ildə Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağrıldığı zaman məlum olmuşdur ki, Cavabdeh7 ona verdiyi etibarnamə əsasında evi yüklü edərək kredit götürmüş, həmin krediti bağlamadığı üçün evi satmış, lakin Beytulla Hüseynovun tapşırığı ilə sabiq MTN-nin əməkdaşları həmin şəxslərə təzyiq edərək evi yenidən Beytullaya qaytarmışlar. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Cavabdeh4 Fərid Sadıqova verdiyi xx.xx.2011-ci il tarixli etibarnaməyə əsasən İddiaçı ilə birgə nikahda olduqları dövrdə əldə etdikləri Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində istifadədə olan 0,01615 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 7 otaqlı, 138,4 m2 yaşayış, 329,6 m2 köməkçi sahədən ibarət 119 nömrəli fərdi yaşayış evi üzərində bütün səlahiyyətləri həyata keçirməyi (o cümlədən satmağı, bağışlamağı, ipoteka (girov) qoymağı və s.) Fərid Sadıqova 20 il müddətinə (xx xxxx 2031-ci ilədək) etibar etmiş, Fərid Sadıqov isə Bakı şəhəri 43 saylı notariat kontorunda 7EO5/3803 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2011-ci il tarixli etibarnaməyə əsasən həmin etibarnamədə göstərilən səlahiyyətləri Cavabdeh7 ötürmüş, xx.xx.2011-ci il tarixdə “xxxx” ASC-nin 1 saylı filialı ilə Cavabdeh7 faktiki sahibi və rəhbəri olduğu “Emil-İ” firması arasında kredit müqaviləsi bağlanmış, kredit müqaviləsi üzrə “Emil-İ” firmasının pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bankla Cavabdeh4 adından xx.xx.2011-ci il tarixli etibarnamə əsasında hərəkət edən və həmçinin borcalan “Emil-İ” firmasının faktiki sahibi və rəhbəri olan Cavabdeh7 arasında eyni tarixli ipoteka müqaviləsi imzalanmış, müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 119 saylı fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, habelə Cavabdeh7 eyni tarixli zaminlik müqaviləsinə əsasən kredit müqaviləsi üzrə faktiki sahibi və rəhbəri olduğu “Emil-İ” firmasının öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə zamin durmuş, əldə edilən kredit məbləğini isə şəxsi məqsədləri üçün (“Göyçay konyak zavodu”nun inkişaf etdirilməsi üçün) istifadə etmişdir. İş materiallarından və tərəflərin izahatlarından həmçinin müəyyən edilmişdir ki, Cavabdeh7 faktiki sahibi və rəhbəri olduğu “Emil-İ” firmasının adına götürülən kredit borcunu ödəyə bilmədiyindən borcun bağlanması məqsədilə “xxxx” ASC-nin 1 saylı filialının yaxın dostluq münasibətlərində olduğu rəhbəri Cavabdeh5 təklifi ilə mübahisəli evi sonuncunun tanışı Cavabdeh3 adına rəsmiləşdirilmiş, Cavabdeh3 isə sonradan evi həmin bankda kredit mütəxəssisi vəzifəsində çalışan və yuxarıda göstərilən əməliyyatlarda (kreditin verilməsində) bilavasitə iştirak edən Cavabdeh6 adına keçirtmişdir. Başqa sözlə, etibar edilmişi etibaretmə qaydasında verilmiş xx.xx.2011-ci il tarixli etibarnaməyə əsasən Cavabdeh7, Cavabdeh4 (təmsil olunanın) maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və yenə onun maraqlarından çıxış etmək səlahiyyəti verildiyi halda, o həmin etibarnamə əsasında təmsil olunanın (Cavabdeh4) maraqlarından deyil, öz maraqlarından hərəkət edərək mübahisə mövzusu olan daşınmaz əmlakı şəxsi məqsədləri üçün əldə etdiyi kredit borcunun icrasının təmin edilməsi məqsədilə ipoteka ilə yüklü etmiş, sonradan isə kredit borcunu ödəyə bilmədiyindən borcun bağlanması məqsədilə evi alqı-satqı müqavilələri ilə ayrı-ayrı şəxslərin adına rəsmiləşdirmişdir; beləliklə də qanunvericiliyin etibarnamə institutu ilə bağlı tələbləri pozulmuşdur. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 337-ci maddəsinə görə isə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Digər tərəfdən kollegiya nəzərə alır ki, sözügedən ipoteka müqaviləsi bağlanarkən İddiaçı adından onun mübahisəli fərdi yaşayış evinin ipotekaya qoyulmasına etiraz etməməsi barədə Bakı şəhəri 10 saylı notariat kontorunda təsdiqlənmiş “07 sentyabr....” tarixli ərizənin saxta olduğu birinci instansiya məhkəməsinin təyin etdiyi xətşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir. Bu isə o deməkdir ki, Cavabdeh4 İddiaçı ilə birgə nikahda olduqları dövrdə əldə etdiyi, başqa sözlə onların ümumi birgə mülkiyyəti sayılan mübahisə mövzusu olan fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi (həmçinin satılması) yönündə İddiaçı ümumiyyətlə iradəsi olmamış, onun adından verilmiş olduğu göstərilən razılıq ərizəsi saxtalaşdırılmışdır. Göründüyü kimi, Taryel və Nəzakət Zamanovların irəli sürdükləri faktiki hallar onların mübahisələndirilən əqdlərə dair iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır və həmin hissədə iddia tələblərinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur; belə ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu nəticəyə gələrkən kollegiya onu da nəzərə alır ki, Cavabdeh4 bilavasitə Cavabdeh7 etibarnamə verməməsi, onlar arasında, eləcə də müstəqil tələb irəli sürən üçüncü şəxslə xx xxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsi üzrə evin alıcı qismində göstərilmiş Cavabdeh3 arasında mübahisəli evin alqı-satqısı ilə bağlı hər hansı danışığın, müzakirənin və razılaşmanın olmaması, qeyd edilən bütün bu hərəkətlərin Cavabdeh7 tərəfindən icra edilməsi və əmlakın satışından əldə etdiyi vəsaiti mülkiyyətçiyə qaytarmaması ağlabatan mühakimə əsasında cavabdehin iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin buna dair iradələrinin olmadığını bildiyi halda sözügedən əmlakı satmış olduğu qənaətinə gəlməyə əsas verir. Kollegiya həmçinin nəzərə alır ki, mübahisəli fərdi yaşayış evi Cavabdeh4 adından xx.xx.2011-ci il tarixli etibarnamə əsasında hərəkət edən Cavabdeh7 tərəfindən kredit borcunu ödəyə bilməməsi səbəbindən borcun bağlanması məqsədilə yaxın dostluq münasibətlərində olduğu və “xxxx” ASC-nin 1 saylı filialının rəhbəri Cavabdeh5 tapşırığı ilə görünüş olaraq sonuncunun tanışı Cavabdeh3 adına rəsmiləşdirilmiş, Cavabdeh3 isə sonradan evi yenə Cavabdeh5 tapşırığı ilə həmin bankda kredit mütəxəssisi vəzifəsində çalışan və dolaylı şəkildə Cavabdeh7 kreditin verilməsində bilavasitə iştirak edən Cavabdeh6 adına özgəninkiləşdirmişdir. Bütün bunlar isə mübahisəli evin həqiqi niyyətlə satılmadığı, əsas məqsədin fərdi yaşayış evinin başqa şəxsin adına özgəninkiləşdirməklə Cavabdeh4 adından çıxarılmasına yönəlmiş olduğu qənaətinə gəlmək üçün kifayət qədər əsas verir. Hansı ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir. Kollegiyanın qənaətinə görə, Cavabdeh6 Cavabdeh4 qarşı “mübahisəli evə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə tələbinin təmin edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktının olması da fərqli nəticəyə gəlməyə əsas vermir; belə ki, həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarında kollegiya, Milli Təhlükəsizlik Nazirliyinin müvafiq vəzifəli şəxslərinin barəsində olan işə həmin ərəfədə Bakı Hərbi Məhkəməsində baxılmasının, eləcə də İddiaçı tərəfindən evə dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi tələbi ilə məhkəmədə ayrıca icraatda iddia qaldırmasının işə baxılmasına mane olmadığını və iş üzrə icraatın dayandırılması üçün əsas vermədiyini xüsusi olaraq qeyd etmişdir. Bu mənada kollegiya hesab edir ki, sözügedən məhkəmə aktları ilə müəyyən edilənlər hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edə bilməz. Bununla belə kollegiya, etibarsız hesab edilən əqdlər üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsinin həll edilməsinə zərurət görmür. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddənin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər; hazırkı işin hallarından isə Cavabdeh7 öz maraqlarından hərəkət edərək mübahisəli evi kredit borcunun bağlanması məqsədilə bankın filial rəhbərinin (Cavabdeh5) göstərişi əsasında sonuncunun yaxın tanışına satdığı, sonradan isə evin bankın işçisinə özgəninkiləşdirildiyi müəyyən edilmişdir. Kollegiya, mübahisələndirilən əqdlərin – yəni razılıq ərizəsinin və etibarnamənin, habelə ipoteka və alqı-satqı müqavilələrinin etibarsız olması barədə gəldiyi qənaətin məntiqi davamı olaraq həmin müqavilələr əsasında aparılmış qeydiyyatın və verilmiş hüquqi sənədlərin (çıxarışların) ləğv edilməsi tələbini də əsaslı hesab edir və bununla bağlı əlavə araşdırma aparmağı zəruri saymır. Kassasiya instansiyasının “əqdin etibarsızlığı ilə bağlı kəsici müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verilməsi” göstərişi ilə əlaqədar isə kollegiya aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 354.1-ci və 354.2-ci maddələrinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd edilən maddələrin hüquqi mahiyyəti ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Başqa sözlə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə müvafiq hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq olunmalıdır. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia müddətləri həmişə məhkəməyə müraciət etməklə bağlı olan müddətlər olduqları halda, kəsici müddətlərin məhkəməyə müraciət etməklə bağlı olması həmişə zəruri deyildir. Əqdi mübahisələndirə bilmək üçün məhkəmədə iddia qaldırmaq məcburiyyəti və zərurəti yoxdur, hüququ pozulmuş şəxs tərəfindən əqdin mübahisələndirildiyinə dair iradə ifadəsinin hər hansı bir şəkildə qarşı tərəfə bildirilməsi kifayətdir. Nəzərə alınmalıdır ki, qeyd edilən maddələrin mənasına görə, müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. İşin hallarından göründüyü kimi, Cavabdeh4la cavabdehlər arasında dəfələrlə görüşlər olmuş, danışıqlar aparılmış, o, mülkiyyətçisi olduğu evə dair həyata keçirilmiş əqdlərlə bağlı cavabdehlərə ciddi etirazını bildirmiş, başqa sözlə həmin əqdlərin mübahisələndirildiyinə dair iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Həmçinin onun hüquqmühafizə orqanlarına müraciət etməsi, MTN əməkdaşlarının təzyiqi və məcburiyyəti ilə evi sonradan öz adına yenidən qaytarmağa nail olduğu da mübahisə mövzusu deyildir. İş materiallarından görünür ki, Cavabdeh6 MTN-nin vəzifəli şəxslərinin təzyiqi altında kredit borcunu qeyrisi ilə birlikdə ödəməklə evi ipoteka yüklülüyündən azad edərək Cavabdeh4 adına rəsmiləşdirilməsini əsas göstərməklə xx xxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırmış, iddiası təmin olunaraq ev onun mülkiyyətinə qaytarılmış, Zamanovlar isə əqdləri mübahisələndirdiklərinə dair daha əvvəldən bildirdikləri iradə ifadələrini (evə dair həyata keçirilmiş əqdlərlə bağlı cavabdehlərə ciddi etirazlarını bildirməklə, hüquq-mühafizə orqanlarına müraciət etməklə) məhkəmə qaydasında da bildirmişlər. Kollegiyanın qənaətinə görə, bütün bunlar əqdin etibarsızlığı ilə bağlı kəsici müddətə Zamanovlar tərəfindən əməl edildiyi qənaətinə gəlməyə əsas verir. Bununla belə kollegiya, “Cavabdeh7 və Cavabdeh2 müştərək qaydada 383 000 manat məbləğində pulun alınaraq Nəzakət və Cavabdeh4lara verilməsi” hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.Belə ki, qeyd olunan məbləğin məhz Cavabdeh4 adından banka ödənildiyi iş materialları ilə təsdiq olunsa da, həmin pulun nə sonuncuya, nə də arvadı olan iddiaçıya (İddiaçı) məxsus olması öz təsdiqini tapmamışdır. Halbuki, “Cavabdeh7 və Cavabdeh2 müştərək qaydada 383 000 manat məbləğində pulun alınaraq Nəzakət və Cavabdeh4lara verilməsi” hissəsində iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər; həmin maddi hüquq normasına görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. İş materiallarından aydın olur ki, Milli Təhlükəsizlik Nazirliyinin sabiq vəzifəli şəxsləri barəsində olan cinayət işi ilə bağlı aparılmış araşdırma zamanı Cavabdeh4 izahatında “...bankda olduqları müddətdə kiminsə əsas borcu ödəyərək mənzili girovdan çıxarmaq məqsədilə pul gətirdiyini, Bayramın bayıra çıxıb 380 000 manat pulu götürdüyünü, sonradan əlavə olaraq 3000 manat pulun da ödənilməli olduğu bəlli olduğundan Beytullanın kiminləsə 3 000 manat pul göndərdiyini və həmin tarixdə banka 383 000 manat pul ödəyərək notariat kontoruna gedib Cavabdeh6lə alqı-satqı müqaviləsi imzaladdığını”, Beytulla Hüseynov (iddiaçının qaynı) isə izahatında “...Muradın hansısa qohumunun 300 000 manat pulu gətirərək Bayrama, onun isə əlavə olaraq 83 000 manat Taryelə verdiyini, sonuncuların (Taryel və Bayram) banka gedərək 383 000 manat pulu banka ödədiklərini və evi girovdan çıxartdıqlarını, daha sonra evin Cavabdeh4 adına alqı-satqı olunduğunu” göstərmişlər. Həmçinin işə əvvəlki apellyasiya icraatı qaydasında baxılarkən iddiaçının və 3-cü şəxsin nümayəndəsi (vəkili) izahatında “...2015-ci ildə bankın rəhbərliyi evi Cavabdeh4 qaytarmaq qərarına gəlir, Murad adlı şəxs evin girovluqdan çıxarılması üçün Cavabdeh4 müəyyən məbləğdə pul verir və 383000 manat ödənildikdən sonra ev girovdan çıxarılaraq Cavabdeh4 adına keçir” göstərməklə 383 000 manat məbləğində pulun təmsil etdiyi şəxslərə məxsus olmadığı faktını qismən də olsa etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh6 və Cavabdeh5 apellyasiya şikayətləri təmin edilməsin. Cavabdeh7 və Cavabdeh2 apellyasiya şikayətləri təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6016/2017 saylı iş üzrə xx xxxxxx 2017-cı il tarixli qətnaməsi “Cavabdeh7 və Cavabdeh2 müştərək qaydada 383 000 manat məbləğində pulun alınaraq İddiaçı və Cavabdeh4 verilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin olunmasın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Şeyda Məhərrəmova Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-12775/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12775/2019
05.11.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver