Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1278/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və 14 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 319/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və 14 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müracət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 58-də yerləşən 53 saylı mənzilə dair "xxxx" ASC-nin Gənclik filialının müdiri X4, Cavabdeh1 və X5 arasında 14 saylı Notariat Ofisində bağlanmış xx.xx.2011-ci il tarixli, 40/161 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-319/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" ASC-yə və 14 saylı Notariat Ofisinə qarşı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 58-də yerləşən 53 saylı mənzilə dair "xxxx" ASC-nin Gənclik filialının müdiri X4, Cavabdeh1 və X5 arasında 14 saylı Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, 40/161 reyestr nömrəli alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası rədd edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddiaçının iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib belə qənaətə gəlir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, bundan əvvəl Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-319/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən apellyasiya və kassasiya qaydasında mübahisələndirmiş və onun apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3599/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4651/2022 saylı, 20.09.202-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Başqa sözlə, cavabdehin deyil, iddiaçının tələbləri təmin olunmamışdır. Bununla belə, hazırda cavabdeh hüquqi nəticə etibarı ilə xeyrinə çıxarılmış qətnaməni mübahisələndirir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 403-cü maddəsində apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadlarından yalnız tələbləri təmin olunmayan tərəflərin şikayət verməsinin mümkünlüyü təsbit edilmişdir. Birinci instansiya məhkəmələrinin aktlarından verilən şikayətlərlə bağlı belə bir tələbin bilavasitə nəzərdə tutulmamasına baxmayaraq, şikayət vermə institunun mahiyyəti məhz təmin olunmayan hər hahsı tələbin təmin edilməsi ilə bağlı nəticənin əldə edilməsindən ibarətdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçı öz iddiasının əsası kimi əmlakın satılmasından məlumatlı olmamasını və onun razılığının alınmamasını göstərdiyi halda, cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən mübahisələndirilən müqavilənin predmeti olan mənzildə bir gün belə yaşamadığını, mənzilin ona təhvil verilmədiyini göstərir. Başqa sözlə, cavabdeh iddiada göstərilməyən hüquqi əsaslara istinad edir və dəlillər gətirir. Qeyd edilənlər də öz növbəsində Cavabdeh1 apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri mümkün edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-319/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-319/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1278/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1278/2023
10.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver