Məhkəmə qərarları › İş №2(103)-1280/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1280/2023

27.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1280/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı "vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasın qəbul edilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlik haqqında şəhadətnamənin ləğvi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı X3 qanuni nümayəndəsi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı X3 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı "vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasın qəbul edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1715/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçının qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri, 3 saylı Baki “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 dekabr 2018-ci il tarixli AZ-İİ seriyalı, 989317 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 12 dekabr 2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 18 dekabr 2018-ci il tarixdə 2020 nömrə ilə qeyd edilmişdir.

2. X8 məxsus xx.xx.2011-ci il tarixli il tarixli AZ-İİ seriyalı, 600602 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 oğlu xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X9, ana qrafasında İddiaçı qeyd edilmişdir. Bu barədə doğum haqqında şəhadətnamə akt qeydləri kitabında 08 fevral 2011-ci il tarixdə 725 nömrə ilə qeyd edilmişdir.

3. Bakı şəhəri 28 saylı Notariat Ofisi tərəfindən xx.xx.2019-cu il tarixli 2V-39 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, 12 dekabr 2018-ci il tarixdə vəfat etmiş X2 vərəsələri ünvan 1i ünvanında qeydiyyatda olan anası Cavabdeh5, ünvan 2 ünvanında qeydiyyatda olanlar-oğlu Cavabdeh2, arvadı- Cavabdeh3 və ünvan 3 ünvanında qeydiyyatda olan qızı Cavabdeh4dır və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2007-ci il tarixdə X4 verilmiş ********* qeydiyyat, **********54-10301 reyestr nömrəli, 74 nömrəli reyestr kitabının 6625-ci səhifəsində qeyd edilmiş çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 223.9 kv/m yaşayış sahəsi 478.5 kv/m köməkçi sahəsi olan 6 otaqlı fərdi yaşayış evindən ibarətdir.

4. Bakı şəhəri 28 saylı Notariat Ofisi tərəfindən xx.xx.2019-cu il tarixli 2V-40 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki 12 dekabr 2018-ci il tarixdə vəfat etmiş X2 vərəsələri ünvan 1i ünvanında qeydiyyatda olan anası Cavabdeh5, ünvan 2 ünvanında qeydiyyatda olanlar-oğlu Cavabdeh2, arvadı- Cavabdeh3, və Baki şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlülzadə küçəsi, ev 10/7 ünvanında qeydiyyatda olan qızı Cavabdeh4dır və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak X2 "xxxx" MTK-də ( VÖEN **********) 1% iştirak payından ibarətdir. (Azərbaycan Respublikası Vergilər Nazirliyi Yanında Milli Gəlirlər Departamentinin Hüquqi X1 İdarəsinin **********105900 nömrəli, xx.xx.2019-cu il tarixli məktubu)

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Baki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2005-ci il tarixdə X2 adına ilkin qeydiyyata alınmışdır. Sonradan sozügedən ünvan Baki şəhəri, 28 saylı notariat kontorunun 2V-39 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə yə əsasən ¼ hissəsi Cavabdeh5, ¼ hissəsi X5, ¼ hissəsi Cavabdeh3 və ¼ hissəsi Cavabdeh2 adlarına qeydiyyata alınmışdır və hazırda mülkiyyətlərindədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

6.Məhkəmə baxışı zamanı iddiaçı X3 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən "vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasın qəbul edilməsi" tələbinə dair iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 28 nömrəli notariat kontorunun xx.xx.2019-cu il tarixli, vərəsəlik işin nömrəsi V-10/2019, Reyestrdə 2V-39 nömrəli və xx.xx.2019-cu il tarixli, vərəsəlik işin nömrəsi V-10/2019, Reyestrdə 2V-40 nömrəli qeyd edilmiş Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamələrin etibarsız sayılaraq, İddiaçı qızı X3 atası xx.xx.2018-ci il tarixdə vəfat etmiş, X2 qanun üzrə bərabər pay hüququlu vərəsəsi hesab olunması və miras qalmış ünvan 4 ünvanında yerləşən 223.9kv/m yaşayış sahəsi, 478.5 kv/m köməkçi sahəsi olan 6 otaqlı fərdi yaşayış evi və "xxxx" MTK-də 1% iştirak payından ibarət payı vərəsələr arasında bərabər bölünərək 1/5 hissəsinə İddiaçı qızı X8 mülkiyyət hüququnun tanınması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 İddiaçı ilə olan münasibətdən xx.xx.2010-cu il təvəllüdlü X10 adında bir qızları vardır. Atalığın müəyyən edilməsi haqqında xx.xx.2011-ci il tarixli 91 nömrəli qeyd edilmiş şəhadətnaməyə əsasən xx.xx.2010-cu il təvəllüdlü X3 atası X6r. xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 miras əmlakına dair Bakı şəhəri 28 saylı Notariat ofisində açılmış vərəsəlik işi üzrə müəyyən olunmuşdur ki, X2 mülkiyyətində xx.xx.2007- ci il tarixdə verilmiş ********* qeydiyyat, **********54-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 223.9 kv/m yaşayış sahəsi, 478.5 kv/m köməkçi sahəsi olan 6 otaqlı fərdi yaşayış evi və "xxxx" MTK-də 1% iştirak payından ibarət payı vardır. Buna görə də xx.xx.2019-cu il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamədə xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 qanun üzrə birinci dərəcəli vərəsələri olan anası Cavabdeh5, arvadı Cavabdeh3, qızı Cavabdeh4 və oğlu Cavabdeh2 qeyd edilərək paylar müəyyən edilmişdir. Lakin qızı xx.xx.2010- cu il təvəllüdlü X10 birinci dərəcəli qanun üzrə vərəsə olmasına baxmayaraq xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 miras əmlakından ona pay verilməmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə adı qeyd olunmamışdır. Buna görə də onlara məlum olan vaxtdan xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 28 saylı Notariat ofisinə müraciət etdilər ki, xx.xx.2018ci il tarixdə vəfat etmiş X2 ölümü ilə açılmış miras əmlakından pay verilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə payın qeyd edilməsinə köməklik edilsin. Bakı şəhəri 28 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 931 nömrəli cavab məktubu ilə bildirdi ki, X2 ölümü ilə vərəsəlik işi açılmış və miras əmlaka xx.xx.2019-cu il tarixli, vərəsəlik işin nömrəsi V-10/2019, Reyestrdə 2V-39 nömrəli və xx.xx.2019-cu il tarixli, vərəsəlik işin nömrəsi V-10/2019, Reyestrdə 2V-40 nömrəli şəhadətnamə ilə qanun üzrə vərəsəlik hüququ artıq verildiyindən onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verə bilmirlər. Azərbaycan Respublikası MPM-nin 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Bunun əsasında Bakı şəhəri, 28 nömrəli notariat kontorunun xx.xx.2019-cu il tarixli, vərəsəlik işin nömrəsi V-10/2019, Reyestrdə 2V-39 nömrəli və xx.xx.2019-cü il tarixli, vərəsəlik işin nömrəsi V- 10/2019, Reyestrdə 2V-40 nömrəli qeyd edilmiş Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamələr etibarsız sayılmalıdır. ünvan 4 ünvanında yerləşən 223.9kv/m yaşayış sahəsi, 478.5 kv/m köməkçi sahəsi olan 6 otaqlı fərdi yaşayış evi və "xxxx" MTK-də 1% iştirak payından ibarət payı vərəsələr arasında bərabər bölünərək 1/5 hissəsi İddiaçı qızı X8 çatmalıdır.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1715/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı "vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi və s." tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən mirasın qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul edilməməsi, mirasın qəbul edilməsi üçün Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin (altı ay) buraxılması işin mübahisəsiz hallarındandır və notariat orqanının iddiaçının adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkünsuzlüyü ilə bağlı göstərdikləri işin halları ilə uzlaşır. Başqa sözlə, cavabdehlərin adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnamələrinin etibarsız sayılması üçün hüquqi əsaslar mövcud deyildir. Məhkəmə, iddiaçının mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətdə müraciət etməməsinin səbəbi ilə bağlı izahatında və buna dair ərizəsində göstərdiklərinə qiymət verərək hesab etmişdir ki, iddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin ötürülməsinin səbəbinin üzrlü səbəblərdən vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilməməsinə dair göstərilənləri təsdiq edəcək hər hansı bir sübut növü təqdim etməmişdir. Belə ki, əgər doğrudan da mərhumun İ növbə vərəsələrindən olan oğlu xx.xx.2010- cu il təvəllüdlü X3 da vərəsə kimi adının şəhadətnaməyə daxil edilməsi məqsədi ilə müvafiq sənədləri ondan almışsa və 6 aylıq müddət ərzində onlara bununla bağlı hər hansı sənəd verməmişlərsə belə, iddiaçı tərəfə heç kim və heç nə mane olmurdu ki, özü müstəqil olaraq notariat ofisinə ərizə vermək qaydasında mirası qəbul etmək üçün həmin orqana müraciət etsin. İddiaçı tərəfin izahatlarına əsasən onun X2 xx.xx.2018-ci il tarixdə vəfat etməsi barədə məlumatlı olması (yas mərasimlərində iştirak etmələri və müzakirələr aparmaları və s.) işin mübahisəsiz halıdır və məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin buraxılması barədə göstərilənlər üzrlü səbəblər kimi qiymətləndirilə bilməz.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134, 1145, 1146, 1243, 1246, 1255, 1321.1-ci maddələri, "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59, 60-cu maddələri, Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları, Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarı, A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən iddiaçının qanuni nümayəndəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)1715/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanun üzrə vərəsəlik, bəlli vərəsəlik dairəsində müəyyən edilən şəxslərin qarşılıqlı münasibəti, vərəsələrin pay əldə edilməsində vicdanlılığı, başqa vərəsələrin payına sahiblənməklə ləyaqətsiz vərəsə, ən əsası vərəsələr dairəsində “mülki prosessual hüquq subyekti (mülki-prosessual fəaliyyət qabiliyyətli) ola bilməyən azyaşlı vərəsənin” olması ilə bağlı mübahisələri tənzimləyən maddi hüquq normalarına ziddir və qətnamədə istinadedilən maddi hüquq normaları hazırkı iş üzrə düzgün şərh edilməmişdir. Mirasın qəbulu ilə bağlı Azərbaycan Resbublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyənedilmiş 6 aylıq müddət, mirasın qəbulunun rəsmiləşdirilməsini məhkəmə üçün deyil, notariat üçün məhdudlaşdırır. Həmin maddənin tələb nəticəsində görə 6 aylıq müddətin ötürüldüyündən sonra məsələyə baxılması məhkəməyə keçmiş olur. Belə ki, qətnamədə istinad edilmiş MM-nin 1246, 1248.1 və 1268.2-ci maddələrin əlaqəli şərh edilməsinə dair Konstitutsiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarlarında bu məsələ belə şərh edilmişdir. “... 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət mirasın qəbulunun notariat qaydasında realizəsi üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna notariat qaydasında rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakının qəbulu məsələsi məhkəmə qaydasında həll ediləbilər. Həmçinin adı çəkilən Qərarda Konstitusiya Məhkəməsi qeyd edir ki, MM-nin 1248.1-ci maddəsində mirasın qəbulu üçün müəyyən edilmiş 6 aylıq müddətin uzadılması ilə bağlı müraciətlərə baxarkən məhkəmələr, həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün müraciət edə bilməməsi halları ilə məhdudlaşdırmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırmaqla məsələyə hüquqi qiymət verməlidir. Bundan başqa məhkəmənin gəldiyi nəticəyə görə vərəsə miras əmlakını vaxtında qəbul etməyibsə, miras əmlakda qanunla müəyyən edilmiş pay hüququndan mərhum edilmiş olur. Lakin qanunvericilik bunun tam əksini demir. Belə ki, MM-nin 1248.2ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Vərəsəlik və mirasdan payalma ilə bağlı yuxarıda qeyd olunan maddi hüquq normaların tələblərini və eyni zamanda iş üzrə tərəflər olan vərəslər dairəsindəki şəxslərin hüquq münasibətlərini baxımından, iddiaçının miras əmlakda payı müəyyən edilməli, digər vərəsələr tərəfindən sahiblənmiş miras payı (natura və ya dəyər formasında) ona geriyə dönüş edilməlidir. Həmçinin iddiaçının prosessual hüquq fəaliyyəti durumu baxımından, mirasın qəbulu və ya rəsmiləşdirilməsi ilə bağlı müddətin tətbiqi ona nisbətdə yol verilməzdir. Göründüyü kimi mirasqoyanın vərəsələrindən biri olan iddiaçı X10 xx.xx.2011-ci il təvəlüdlü olmaqla, mirasın açıldığı zaman, anası tərəfindən notariata, daha sonra da məhkəməyə müraciət edildiyi zamanlarda azyaşlı olmuşdur. Yəni hüquqi fəaliyyət baxımından posessual hüquq fəaliyyətinə malik şəxs deyildir. Onun öz hüquqlarının müdafiəsi üçün tələb olunan prosessual hərəkətlərin həyata keçirilməsi tələbi yetkinlik yaşına çatandan sonra irəli sürüləbilər. İddiaçının hazırda 11 yaşı vardır. Vərəsələr dairəsinə daxil olan digər vərəsələr mirasın açıldığı vaxt yetkinlik yaşına çatmış şəxslərdir və hər biri mirasdan pay almaq üçün ayrı-ayrılıqda notariat ofisinə ərizə ilə müraciət etmişlər. Belə olan halda mirasdan pay almaqda onlarla eyni hüquqa malik olan, lakin azyaşlı olduğundan buna imkansızlığı üzündən notariata müraciət edə bilmədiyindən, onun notariatda bəyan etməsi məsələsi yetkinlik yaşına çatmış vərəsələrə aiddir. Lakin onlar qəsdən azyaşlı vərəsəni gizlətmiş, mirasdan ona çatası paya da sahiblənmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 qanuni nümayəndəsi İddiaçı nümayəndəsi və vəkili Vəkil çıxış edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, miras qoyanın vərəsələrindən biri olan iddiaçı X10 xx.xx.2011ci il təvəlüdlü olmaqla, mirasın açıldığı zaman, anası tərəfindən notariata, daha sonra da məhkəməyə müraciət edildiyi zamanlarda azyaşlı olmuşdur. Yəni hüquqi fəaliyyət baxımından posessual hüquq fəaliyyətinə malik şəxs deyildir. Onun öz hüquqlarının müdafiəsi üçün tələb olunan prosessual hərəkətlərin həyata keçirilməsi tələbi yetkinlik yaşına çatandan sonra irəli sürülə bilər. Vərəsələr dairəsinə daxil olan digər vərəsələr mirasın açıldığı vaxt yetkinlik yaşına çatmış şəxslərdir və hər biri mirasdan pay almaq üçün ayrı-ayrılıqda notariat ofisinə ərizə ilə müraciət etmişlər. Belə olan halda mirasdan pay almaqda onlarla eyni hüquqa malik olan, lakin azyaşlı olduğundan buna imkansızlığı üzündən notariata müraciət edə bilmədiyindən, onun notariatda bəyan etməsi məsələsi yatkinlik yaşına çatmış vərəsələrə aiddir. Lakin onlar qəsdən azyaşlı vərəsəni gizlətmiş, mirasdan ona çatası paya da sahiblənmişlər.

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

16. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsində qeyd edilir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. (Maddə 1133.2)

17. Məcəllənin 1134.1-ci maddəsində qeyd edilir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. (Maddə 1146)

18. Məcəllənin 1159.1.1-ci maddəsində qeyd edilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. (Maddə 1160)

19. Məcəllənin 1243.1-ci maddəsində qeyd edilir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (Maddə 1243.2)

20. Məcəllənin 1244-cü maddəsində qeyd edilir ki, mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. (Maddə 1245)

21. Həmin Məcəllənin 1246-cı maddəsində qeyd edilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

22. Məcəllənin 1248.1-ci maddəsində qeyd edilir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. (Maddə 1248.2)

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Hazırki halda iddiaçının qanuni nümayəndəsinin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

27. İş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edilərkən ona istinad edilmişdir ki, iddiaçı X3 qanuni nümayəndəsi İddiaçı mirasın qəbulu ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddəti üzrsüz səbəbdən ötürmüşdür.

28. İşin mübahisəsiz hallarına görə X9 12 dekabr 2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarından göründüyü kimi, miras əmlakla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr məhrumun ölümündən 7 ay sonra xx.xx.2019-cu il tarixdə verilmişdir. 29.Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr xx.xx.2019-cu il tarixdə verilməsinə baxmayaraq iddiaçı X3 qanuni nümayəndəsi İddiaçı qızının adının şəhadətnaməyə daxil edilməsi, miras əmlakdan pay verilməsi ilə bağlı köməklik göstərilməsi ilə bağlı Bakı şəhəri 28 saylı Notariat Ofisinə şəhadətnamələr verildikdən 2 il sonra – 27 noyabr 2021-ci il tarixdə müraciət etmiş, Bakı şəhəri 28 saylı Notariat Ofisi tərəfindən İddiaçı 01 dekabr 2021-ci il tarixli 931 saylı məktubla cavab verilərək bildirilmişdir ki, Bakı şəhəri 28 saylı notariat ofisində X2 ölümündən sonra vərəsəlik işi açılmış və miras əmlaka xx.xx.2019-cu il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr artıq verilmişdir. Bundan sonra iddiaçı X3 qanuni nümayəndəsi İddiaçı 21 iyun 2022-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

30. Mülki Məcəllənin 1272-ci maddəsində qeyd edilir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

31. Göründüyü kimi, iddiaçı X3 qanuni nümayəndəsi İddiaçı qanun üzrə şəhadətnamələrin verilməsindən uzun müddət keçdikdən sonra qızının qanun üzrə vərəsələr siyahısına daxil edilməsi ilə bağlı notariat orqanına müraciət etmiş, hazırkı halda isə qanunvericiliklə müəyyən edilmiş müddətləri üzrlü səbəbdən ötürməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.

32. Bundan əlavə, X10 mərhumun nikahdankənar övladı olmuşdur və miras əmlakı faktiki olaraq da qəbul etməmişdir.

33. Apellyasiya şikayətinin digər dəlili odur ki, iddiaçı azyaşlı olduğundan müddət ona tətbiq edilməməlidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliklə müəyyən olunur ki, fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər öz qanuni nümayəndələri vasitəsilə mirası qəbul edirlər. Qanunvericinin tələbindən müəyyən edilir ki, qanuni nümayəndə qanunvericilikdə nəzərdə tutulan müddətlərə əməl etməli idi.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, “...Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir.”

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

38. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı X3 qanuni nümayəndəsi İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1715/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Şərafət Məmmədova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar