Məhkəmə qərarları › İş №2(103)-1285/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1285/2021

11.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1285/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçının vəkili X13, Cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(010)- 1654/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 qarşı mənzilə köçürülmə və maneənin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət edərək, onun X3 ilə birlikdə ümumi təsərrüfat apardıqları dövrdə birgə vəsait hesabına əldə etdikləri və yaşadıqları ünvan 1 ünvanında yerləşən 3 otaq, mətbəx və sanitar qovşağından ibarət olan fərdi yaşayış evinə köçürülməsini və cavabdehlər tərəfindən yaradılmış maneənin aradan qaldırılmasını xahiş etimşdir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, X3 ilə faktiki olaraq xx.xx.2004-cü il tarixində ailə qurmuşlar və nikahları Bakı şəhəri Suraxanı rayonu qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Birgə nikah dövründə xx.xx.2005-ci il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. O, 2004-cü ildə Suraxanı rayonunda yerləşən mənzilə gəlin köçmüşdür və 2006-cı il tarixdən də hazırda mübahisəli olan mənzili yoldaşı X8 ilə birlikdə birgə təsərrüfat apararaq və işləyərək 3 otaq, mətbəx və sanitar qovşağından ibarət olan fərdi yaşayış evini tikdirmişlər. Eyni ünvanda bir dam altında iki girişi olan və hər biri 3 otaqdan ibarət fərdi yaşayış evi tikilmişdir ki, bir girişdə yoldaşı, o və oğlu qalmış, digərində isə cavabdehlər yaşamışdır. X3 və övladları ilə birlikdə o, ünvan 2 ünvanında yerləşən 3 otaq, mətbəx və sanitar qovşağından ibarət olan fərdi yaşayış evində 2020-ci ilin yanvar ayının əvvəlinə kimi yşaamışdır. Cavabdehlər onu öz evində yaşamamağını və yoldaşının burada yaşamadığından dəfələrlə öz evindən çıxmağını bildirmiş və ona hər cür şər ataraq çıxaracaqlarını bildirmişlər. Cavabdehlər ona şər atmış və onun öz evindən çıxmasına nail olmuşlar və onu öz evinə buraxmamışlar. Hazırda bütün əşyaları mənzildədir və o, öz mənzilindən sərbəst istifadə edə bilmir, məcbur olub valideynlərinin evində müvəqqəti sığınmışdır. Ona görə də, iddia təmin edilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(010)- 1654/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3 qarşı mənzilə köçürülmə və maneənin aradan qaldırılması tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1654/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya Məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması nəticəsilə iddiasının rədd edilməsi barədə qətnamə çıxarmışdır. Həmin qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.Qətnaməyə münasibətdə bildirir ki, məhkəmə yalnız Azərbaycan Respublikası MM-nin 57.8-ci maddəsinə istinad edərək bildirmişdir ki, iddia tələbində qeyd edilənlər işin halları, tərəflərin izahatları və işdə olan sübutlarla öz təsdiqini tapmır. Beləki, iddiaçının əsası ondan ibarətdir ki, mübahisəli yaşayış evi onun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlanları Coşqun Nadirovla nikaha daxil olandan sonra tikmişlər və həmin evin tikilməsində o, həyat yoldaşı ilə birgə vəsait xərcləmişlər və uzun müddət həmin evdə yaşamışlar. Məhkəmə isə buna qeyd edir ki, iddiaçının uzun müddət həmin evdə yaşaması işin mübahisəsiz halı olsada, həmin evin tikintisində iddiaçının vəsait xərcləməsini və ya hər hansı bir əməyinin olmasını təsdiqləyən sübutların iş materialında olmamasını və evin tikilən vaxt iddiaçının və yoldaşının tələbə oİduğundan tikintiyə xərc çəkə biləcəyini ağlabatan saymamışdır. Hətta bildirmişdir ki, iddiaçının uzun müddət mübahisəli mənzildə yaşaması onun həmin evdə yaşamaq hüququnun tanınması üçün yetərli deyildir. Məhkəmə ona görədə hesab edir ki, iddiaçının Cavabdeh1 faktiki məxsus olan evə köçürülməsi onun əmlak hüquqlarının pozulması ilə nəticələnir və ona görədə iddia tələbi qanuni və ədalətli hesab edilə bilməz. Onu da qeyd edir ki, məhkəmənin cavabdehlərin izahatlarına uyğun və heçbir rəsmi sübutu olmadan yalnız onların izahatını əsas götürməsi qanunsuz və əsassızdır. Beləki, o, 2004-cü ildə Suraxanı rayonunda yerləşən mənzilə gəlin köçmüş və 2006-cı il tarixdən də hazırda mübahisəli olan mənzili yoldaşı X8 ilə birlikdə birgə təsərrüfat apararaq 3 otaq, mətbəx və sanitar qovşağından ibarət olan fərdi yaşayış evini tikdirmişlər. Cavabdehlər həmin vaxt tələbə olduğunu bildirsədə, həmin dövrdə artıq onlar yoldaşı ilə universiteti dondurmuşlar və təhsil almamışlar. Yoldaşı xırda ticarət alveri ilə məşğul olurdu ki, həmin qazancla tikinti işləri aparmışdır. Bundan əlavə olaraq bildir ki, məhkəmə qeyd edir ki, iddiaçının Cavabdeh1 faktiki məxsus olan evə köçürülməsi onun əmlak hüquqlarının pozulması ilə nəticələnir. O, isə hesab edir ki, həmin fərdi yaşayış evi özbaşına tikilidi və onun üzərində hələki heçkəsin əmlak hüuqu tanınmamışdır və hüququ yaranmamışdır ki, onunda əmlak hüquqları pozulsun. Hətta o, cavabdehin yaşadığı və tikdirdiyi fərdi yaşayış evinə deyil 14 (on dörd il ) yoldaşı ilə yaşadığı fərdi yaşayış evinə köçürülməyini tələb etdiyini bildilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X19 iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin eilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, X7 və Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədənn qüvvəsində saxlanılmasını xahiş etmişlər. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı və iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan, AZ-İ 036320 № li Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X9 ilə X11 xx.xx.2004-cü ildə nikaha daxil olmuşlar. Arvada Nadirova soyadı verilmişdir. İş materiallarında olan, AZ-İ 674569 № li doğum haqqında şəhadətnamənin surətindən görünr ki, X6 xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuşdur. X1, anası X10r. İş materiallarında olan, AN-İ ******* № li xx xxxxxx 2005-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, X5 Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində yerləşən torpağın 240 kv.m-ni Cavabdeh1 satmışdır. İş materiallarında olan, Torpağın mülkiyyətə verilməsinə dair JN-23812H № li şəhadətnamədən görünür ki, Cavabdeh1 Bakı şəhəri, 37 saylı Dövlət Notariat Kontorunun xx xxxxxx 2005-ci il tarixli 4-ə-3/406 saylı alqı-satqı müqaviləsi ilə satılmış 0.024 hektar torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün mülkiyyətinə verilmişdir. İddiaçı mübahisəli evə köçürülmə və ona yaradılan maneələrin aradan qaldırılması tələbi irəli sürmüşdür. Tərəflər arasında münasibətlər 2004-cü ildə yaranmışdır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə istinad etməklə hazırki işə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, iddiaçının köçürülməsi tələbini irəli sürdüyü ev mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmış ev deyildir. Bu baxımdan, habelə tərəflər arasında hüquq münasibətləri də 2004-cü ildə yarandığından hazırki mübahisəyə analogiya üzrə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının uzun müddət hazırda köçürülməsini tələb etdiyi evdə yaşaması işin mübahisəsiz halıdır, lakin həmin evin tikintisində iddiaçının vəsait xərcləməsini və ya hər hansı bir əməyinin olmasını təsdiqləyən sübutların iş materialında olmamasını və evin tikilən vaxt iddiaçının və ərinin tələbə oİduğundan tikintiyə xərc çəkə biləcəyini ağlabatan saymamışdır. Tərəflərin izahatından müəyyən olunur ki, İddiaçı 2004-cü ildə Suraxanı rayonunda yerləşən mənzilə gəlin köçmüş və 2006-cı il tarixdən də hazırda mübahisəli olan evdə əri X8 ilə birlikdə birgə təsərrüfat apararaq 14 (on dörd) il yaşamışlar. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin məcəllənin 53-cü maddəsinin mənasına əsasən mülkiyyətçinin ailə üzvləri onun arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Mülkiyyətçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də onun ailə üzvləri hesab edilə bilərlər. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Mənzil Məcəlləsinin istinad edilən müddəalarından göründüyü kimi, iddiaçının həmin evə köçürülməsi üçün onun həmin evdə yaşayaraq, orada ümumi təsərrüfat aparması tələb olunur ki, bu da işin faktiki halları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kolegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(010)-1654/2020 nömrəli qətnaməsi ləğv olunmalı və İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 qarşı mənzilə köçürülmə və cavabdehlər tərəfindən maneənin aradan qaldırılması tələbi təmin olunaraq İddiaçı ünvan 1 ünvanında yerləşən 3 otaq, mətbəx və sanitar qovşağından ibarət olan fərdi yaşayış evinə köçürülməli və cavabdehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(010)- 1654/2020 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 qarşı mənzilə köçürülmə və cavabdehlər tərəfindən maneənin aradan qaldırılması tələbi təmin olunsun. İddiaçı ünvan 1 ünvanında yerləşən 3 otaq, mətbəx və sanitar qovşağından ibarət olan fərdi yaşayış evinə köçürülsün və cavabdehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar