Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13/2022 22.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh »Yeni Yasamal» MTK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6625/2017 saylı, 18 avqust 2017-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı cavabdeh »Yeni Yasamal» MTK-ya qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi, qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK-nin ünvan 1 ünvanda Cavabdeh MTK-ya məxsus inşa ediləcək hündürmərtəbəli yaşayış binasından qeyri-yaşayış sahəsi almaq məqsədilə 10 avqust 2007-ci il tarixdə onunla Cavabdeh MTK arasında qeyriyaşayış sahəsinin tikintisinə dair müqavilə bağlanmışdır. Müqavilədə qeyd olunan öhdəliklərə əsasən MTK tikilməkdə olan binanın 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən və ümumı sahəsi 102 kv.m. olan qeyri-yaşayış sahəsini alıcıya verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin ümumi dəyəri 122.400 (bir yüz iyirmi iki min dörd yüz) manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ iddiaçı tərəfindən ödənildikdən sonra ona Cavabdeh MTK tərəfindən xx.xx.2007-ci il tarixli qeyri-yaşayış sahəsinin dəyərinin ödənilməsinə dair maliyyə arayışı təqdim edilmişdir. İddiaçı müqavilə bağlanan anda qeyriyaşayış sahəsinin tam dəyərini cavabdehə ödəmişdir. Müqavilə bağlanarkən o, üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Dəfələrlə tikinti rəhbərlərinə müraciət edərək üzərlərinə düşən öhdəliyi vaxtında yerinə yetirməyi tələb etmiş, lakin tikintidə yaranmış problemləri baxımından vaxtın uzadılmasını xahiş etmişdilər. Cavabdeh MTK-nin möhürü ilə təsdiqlənmiş maliyyə arayışına əsasən ünvan 3 ünvanda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 102 kv.metr qeyriyaşayış sahəsinin dəyəri onun tərəfindən tam ödənilmişdir. Lakin cavabdeh müxtəlif bəhanələrlə üzərinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırmışdır. Belə olan halda onun həmin qeyri-yaşayış sahəsinə olan hüquqlarını həyata keçirməyə imkan vermir. Həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi haqqında tələbləri cavabdeh tərəfindən yerinə yetirilməmiş qalmışdır. Həmçinin Cavabdeh MTK ilə aparılan danışıqlar heç bir nəticə verməmişdir. qeyri-yaşayış sahəsini ona təhvil vermədiyinə görə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin cavabdeh bundan heç bir nəticə çıxartmamış, onun qanunla qorunan hüquqlarını pozmaqda davam etmişdir. Göstərilənlərə əsasən Cavabdeh MTK-nin Yasamal rayonu, Yeni Yasamal yaşayış masivi, M.Xiyabani küçəsi 5 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 102 kv.m olan qeyri-yaşayış sahəsinə onun istifadə və sahiblik hüququnun tanınması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6625/2017 saylı, 18 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh MTK-nın üzərinə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilən çoxmənzilli yaşayış evinin 1-ci giriş, 1-ci mərtəbə, ümumi sahəsi 102 kv.m. olan, qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyinin qoyulması qət edilmişdir (sədrlik edən: Toğrul Axundov).
4. Qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6625/2017 saylı, 18 avqust 2017-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi-5 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsinin 1-ci girişindəki 126 kv. metr qeyri-yaşayış sahəsinin Maraqlı şəxs verilməsi, sonuncunun alıcı qismində MTK-ya 126.000 manat pay haqqını ödəməyi barədə MTK-nın sədri X2 ilə Kərimov Şahmərda arasında xx.xx.2017-ci il tarixində müqavilə bağlanmış və o, həmin qeyri-yaşayış sahəsinin 126.000 manat dəyərini ödəyərək bu barədə maliyyə arayışı aldıqdan sonra, MTK-nın sədri tərəfindən həmin binanın 1-ci mərtəbəsinin 1-ci girişində 126 kv. metr qeyri-yaşayış sahəsi 1-ci mərtəbənin planına imza edilməklə Maraqlı şəxs istifadə və sahibliyinə verilmiş sahənin təmir işlərinə başlamışdır. Həmin sahəyə telefon, internet, su-kanalizasiya xətti çəkilərək, hər ay ödənişlər edilmişdir. xx.xx.2018-ci il tarixində apellyatorun mübahisəli sahədə olmadığı vaxt icra məmuru və polis əməkdaşları tərəfindən obyektin qapısı sındırılaraq obyekt iddiaçıya təhvil verilmişdir. Bu barədə xəbər tutuduqdan sonra apellyatora Yasamal Rayon Məhkəməsinin qətnaməsinin olduğu bildirilmişdir. Halbuki, iddiaçı obyektin Maraqlı şəxs istifadəsində olduğunu bilirdi, lakin bu barədə ona heç bir şey deməmişdir. İcra məmuru onu icra sənədinin könüllü icra etməsinə dair yazılı və ya şifahi şəkildə xəbərdar etməmişdir. İddiaçı Maraqlı şəxs qarşı deyil, Cavabdeh MTK-ya qarşı iddia qaldırmışdır. Yasamal Rayon Məhkəməsinin qətnaməsi Cavabdeh MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci girişində yerləşən 102 kv. metrlik qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi öhdəliyi Maraqlı şəxs deyil, Cavabdeh MTK-nın üzərinə qoymuşdur. K.Şahmərdanın da həmin qeyriyaşayış sahəsinə istifadə və sahiblik hüququnun olmasını təsdiq edən müqavilə və maliyyə arayışının olduğu halda, icra məmuru mübahisənin məhkəmə qaydasında həllini gözləməli idi. Maraqlı şəxs birinci instansiya məhkəməsində icraat zamanı işdə iştiraka cəlb edilməmişdir. İddiaçı obyektin Maraqlı şəxs məxsus olduğunu bilsə də, bu barədə ona bildirməmişdir. İddiaçının iddia etdiyi sahə 102 kv. metr olduğu halda, apellyatorun istifadəsində olan sahə 126 kv.metrdir. İddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinin binanın məhz 1-ci girişində olmasını təsdiq edən məlumat mövcud deyildir. Tərəflərin izahatları:
6. Kollegiya iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi.
7. Kollegiya iclasının vaxtı və yeri barədə digər tərəflərə lazımi qaydada məlumat verilməsinə bamayaraq onlar kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi:
10. Belə ki, iş materiallarında olan 10 avqust 2007-ci il tarixli Yaşayış Binasında Mənzil Tikintisi Haqqında müqaviləsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh MTK ilə İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nın tikilməkdə olan binanın 1-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsindən (market) 102 kv.m alıcıya verilməyi, alıcı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 122400 (bir yüz iyirmi iki min dörd yüz) manat müəyyən edilmişdir.
11. İş materiallarında olan Cavabdeh MTK-nin sədri C.H.Alışov tərəfindən verilmiş 10 avqust 2007-ci il tarixli maliyyə arayışının notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı qeyri-yaşayış sahəsinin tikintisi üçün 122400 (bir yüz iyirmi iki min dörd yüz) manat məbləğində pul ödəmişdir.
12. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Yaşayış Binasında Mənzil Tikintisi Haqqında müqaviləsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh MTK ilə Maraqlı şəxs arasında Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nın tikilməkdə olan binanın 1-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsindən (market) 126.0 kv.m alıcıya verilməyi, alıcı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 126000 (bir yüz iyirmi altı min) manat müəyyən edilmişdir.
13. İş materiallarında olan Cavabdeh MTK-nin sədri C.H.Alışov tərəfindən verilmiş 30 oktyabr 2017-ci il tarixli maliyyə arayışının notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs qeyri-yaşayış sahəsinin tikintisi üçün 126000 (bir yüz iyirmi altı min) manat məbləğində pul ödəmişdir. Hüquqi dəyərləndirmə:
14. İddiaçı qeyd edir ki, onunla Cavabdeh MTK arasında ünvan 6 ünvanında tikilən çoxmənzilli yaşayış evinin 1-ci giriş, 1-ci mərtəbə, ümumi sahəsi 102 kv.m. olan, qeyri-yaşayış sahəsinin tikintisi ilə bağlı xx.xx.2007-ci il tarixdə müqavilə imzalanmış, müqaviləyə əsasən mənzilin dəyəri 122400 (bir yüz iyirmi iki min dörd yüz) manat məbləğində dəyərləndirilmişdir. İddiaçı tərəfindən MMC-yə mənzilin dəyəri 122400 (bir yüz iyirmi iki min dörd yüz) manat ödəniş edilmiş, lakin Cavabdeh MTK müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.
15. Birinci instansiya məhkəməsi Cavabdeh MTK-nın müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsini əsas götürərək iddia tələbini təmin etmişdir.
16. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etdiyindən, mübahisələndirilən qeyri-yaşayış sahəsi icra məmuru tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilmiş, daha sonra həmin qeyri-yaşayış sahəsindən istifadə edən Maraqlı şəxs hüquqları pozulduğuna görə qətnamədən apellyasiya şikayəti vermişdir. İş üzrə maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamə ilə ona məxsus olan qeyri-yaşayış sahəsindən zorla çıxarıldığını, məhkəmə mübahisəsindən xəbərsiz olduğunu bildirmiş və qətnamənin ləğv edilməsini xahiş etmişdir.
17. İşə apellyasiya instansiyası məhkəməsində baxan hakim müəyyən araşdırma aparmış daha sonra Yeni Yasamal MTK-nın sədri X1 barəsində olan cinayət işinə baxılıb qurtaranadək mülki iş üzrə icraatı dayandırmışdır. Cinayət işi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə mindiyindən, hazırki mülki iş üzrə icraat xx.xx.2022-ci il tarixində təzələnmişdir.
18. Kollegiya ilk növbədə birinci instansiya məhkəməsinin iddianı təmin edərkən əsas götürdüyü İddiaçı ilə Yeni Yasamal MTK arasında bağlanmış müqavilə ilə bağlı qeyd edir ki, həmin müqaviləyə düzəliş edilməsi gözlə görüldüyündən mötəbərliyi şübhə doğruran sübutdur. İddiaçının təqdim etdiyi müqavilədə olan 10 avqust 2017-ci il tarixindəki “1” rəqəminin “0” kimi düzəldilməsi adi gözlə görülür. Kollegiya hesab edir ki, düzəliş gözlə açıqaşkar göründüyündən sənədlərin texniki ekspertizasının keçirilməsi zərurəti yoxdur və işin lüzumsuz şəkildə uzadılmasına xidmət edəcəkdir. Sənəddəki düzəlişlərin müəyyən edilməsi aşkar olmadıqda və düzəlişin müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduqda, həmin sənədlər düzəlişin olub-olmamasının müəyyən edilməsi üçün ekspertizaya göndərilir. Hazırki mübahisədə işə iddiaçının təqdim etdiyi müqavilədə çapla yazılmış 2017 rəqəmindəki “1”-in əl yazısı ilə “0” kimi düzəldilməsinin adi gözlə müşahidə edilməsi həmin müqaviləyə düzəliş edilməsi mübahisəsizdir və həmin müqavilənin mötəbər sübut kimi istinad edilməsini istisna edir. Bundan başqa, kollegiya iclasında verdiyi izahatında Alışov Cahangir də İddiaçılə olan müqavilənin 2007-ci ildə deyil, 2017-ci ildə bağlandığını bildirmişdir. Lakin, üçüncü şəxs Maraqlı şəxsla olan müqavilədə düzəlişin olması müəyyən edilmir. Bu səbəbdən də həmin müqavilədə düzəlişin olub-olmaması ilə bağlı ekspertiza keçirilməsinə kollegiya zərurət görmür.
19. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı Cavabdeh MTK-nın sədri Alışov Cahangirin məhkəmə iclasında izahatı alınmışdır. Alışov Cahangir xx.xx.2018-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında İddiaçı adlı şəxsi ilk dəfədir gördüyünü, onun adını sənədlərdən tanıdığını, onun 38-40.000 manat ödəyərək 2 otaqlı mənzil aldığını, eyni zamanda Şahmərdanın ona 115.000 ABŞ dolları verdiyini bildirmişdir. Lakin, C.Alışov xx.xx.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı mübahisəli sahəni satmaq istədiyinə görə sənədləri Maraqlı şəxs adına rəsmiləşdirdiyini və Maraqlı şəxs adlı şəxsdən heç vaxt pul almadığını bildirərək, bir-birinə zidd izahatlar vermişdir.
20. Bundan başqa, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman keçirilmiş tikinti-texniki ekspertizasının rəyinə əsasən, İddiaçı adına verilmiş plan-sxemdə nəzərdə tutulan sahə ilə Maraqlı şəxs adına verilmiş plan-sxemdə nəzərdə tutulan sahələrin Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində, binanın həyətə tərəf olan hissəsində 1-ci girişin sol tərəfindəki eyni sahədə yerləşdiyi müəyyən olunmuş, mübahisəli tikilinin faktiki sahəsinin 110.7 kv. metr təşkil etdiyini nəzərə alaraq, İddiaçı satılmış 102.0 kv.m. qeyri-yaşayış sahəsinin bütünlükdə mübahisəli tikili ilə üst-üstə düşdüyü və faktiki sahədən 8.7 kv.m. az təşkil etdiyi, Maraqlı şəxs satılmış 126.0 kv.m. sahənin isə 110 kv.m hissəsinin mübahisəli tikili ilə üst-üstə düşdüyü və faktiki sahədən 15.3 kv.m. çox təşkil etdiyi müəyyən olunmuşdur.
21. Ekspert rəyinin mötəbərliyinə sübhə yaradan hər hansı hal iş materiallarında aşkar edilmədiyindən, kollegiya hesab edir ki, həmin ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilərək mübahisənin həllində istifadə olunmalıdır.
22. Kollegiya qeyd edir ki, iş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Maraqlı şəxs mübahisəli qeyri-yaşayış sahəsi üçün 2018-ci il tarixində telefon xətti çəkdirmiş, 2018-ci ildə sudan istifadə üçün haqq ödəmişdir. Müəyyən təmir işləri aparmışdır. Qeyd edilənlər onu göstərir ki, Maraqlı şəxs mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etmişdir. Bu barədə mübahisə olmadığından, kollegiya həmin əraziyə yerində baxış keçirilməsinə zərurət görməmişdir.
23. Həmçinin Maraqlı şəxs apellyasiya şikayətində və kollegiya iclasında verdiyi izahatında İddiaçı onu tanımasına və mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etdiyini bilməsinə baxmayaraq, bununla bağlı Maraqlı şəxs və ya MTK rəhbərliyinə müraciət etmədiyini, həmçinin iddia qaldırması barədə ona heç bir məlumat vermədiyini bildirmişdir. İddiaçı isə cavabında Maraqlı şəxsı şəxsən tanımadığını, icra məmuru tərəfindən mübahisəli sahənin qapısı sındırıldıqdan sonra Maraqlı şəxs adlı şəxsin oranı təmir etdirib istifadə etdiyini öyrəndiyini bildirmişdir.
24. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini həmçinin o səbəbdən əsassız sayır ki, iddiaçı mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini Cavabdeh MTK-dan tələb etmişdir. Lakin, birinci instansiya məhkəməsinin qətnaməsi həmin qeyri-yaşayış sahəsinin təhvil verilməsini Cavabdeh MTK-nın deyil, Maraqlı şəxs müəyyən zərərlərə məruz qalmaqla təmin edilməsinə səbəb olmuşdur. Belə ki, mübahisəli qeyriyaşayış sahəsi iddiaçıya Maraqlı şəxs həmin sahədən çıxarılması nəticəsində təhvil verilmişdir. Halbuki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli müqavilədən və maliyyə arayışından görünür ki, Maraqlı şəxs mübahisəli qeyri-yaşayış sahəsi üçün 126.000 manat ödəmişdir. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə görə, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İş materiallarından görünür ki, iddiaçı qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini Yeni Yasamal MTK-dan tələb edir və cavabdeh kimi Yeni Yasamal MTK-nı göstərmişdir.
25. Mülki Məcəllənin 158.1-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ, 158.1.2. əmlakdan istifadə hüququ, 158.1.3. servitutlar.
26. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
27. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
28. Qeyd edilən maddənin mahiyyətindən də görünür ki, əmlakdan istifadə hüququ əmlak hüququdur və mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, hətta mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İşin faktiki hallarına əsasən, nə iddiaçı, nə də üçüncü şəxs sözügedən əmlakın mülkiyyəçisi deyillər. Lakin, üçüncü şəxsi Maraqlı şəxs sözügedən əmlakdan faktiki olaraq istifadə etməsi, orada təmir işləri aparması, kommunal ödənişlər ödəməsi iş materialları ilə öz təsdiqini tapdığından, kollegiya hesab edir ki, onun həmin sahədən çıxarılması Mülki Məcəllə ilə qorunan əmlak hüquqlarını pozur.
29. Kollegiya yuxarıda qeyd edilənləri nəzərə alaraq qeyd edilməsini zəruri hesab edir ki, iddiaçı əgər Yeni Yasamal MTK-ya 122.400 manat pul ödəməsində israr edirsə, mənzilin alınıb iddiaçıya təhvil verilməsinə dair hazırda baxılan iddianın təmin edilməməsi onun gələcəkdə ödədiyi məbləği Yeni Yasamal MTK-dan tələb etməklə bağlı iddia qaldırmaq hüququnu əlindən almır. Başqa sözlə, İddiaçı ödədiyi vəsaitin Yeni Yasamal MTK-dan geri alınması ilə bağlı iddia tələbi ilə müvafiq məhkəməyə müraciət edə bilər.
30. Kollegiya iş materiallarını, tərəflərin izahatlarını, ekspert rəyini və apellyasiya şikayətinin dəlillərini əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, iddiaçı mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin həqiqətən də ona məxsus olmasını, həmin sahənin Maraqlı şəxs məxsus olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşməməsini sübut edə bilmədiyindən, Alışov Cahangirin kollegiya iclaslarında müxtəlif tarixlərdə verdiyi izahatları arasında kəskin ziddiyyətlər olduğundan iddia tələbi rədd edilməlidir.
31. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
34. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
35. Beləlilə yuxarıda sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
37. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
38. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
39. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
40. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə:
41. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin həqiqətən də ona məxsus olmasını, həmin sahənin Maraqlı şəxs məxsus olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşməməsini sübut edə bilmədiyindən, Alışov Cahangirin kollegiya iclaslarında müxtəlif tarixlərdə verdiyi izahatları arasında kəskin ziddiyyətlər olduğundan apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir.
42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6625/2017 saylı, 18 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev