Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1301/2023 06.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi ilə,İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştriakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı pozulmuş istehlakçı hüquqlarının müdafiəsi və borcun silinməsi tələbinə dair iddia mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1794/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı istifadəsində olan Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə əsassız olaraq “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən cərimə kimi yazılmış 2.489,4 manat cərimə borcunun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1794/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Abşeron rayonu, Hökməli qəsəbəsi (Abonent kodu: **********04654) ünvanı üzrə hesablanmış 2.489,4 manat məbləğində borcun silinməsi, 44,9 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar dövlət rüsumunun əvəzinin iddiaçıdan tutulmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, eyni tərəflər və eyni predmet üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Mülki işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Mülki işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-553/2021 saylı qiyabi qətnaməsindən görünür ki, iddiaçı SOCAR Cavabdeh İddiaçı qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası təmin edilərək cavabdeh İddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2489,4 manat məbləğində dəymiş ziyan və dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla cəmi 2519,4 manat pulun məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi qət edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, qətnamə icraya yönəldilmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1794/2022 saylı qətnaməsi ləğv edilməli və hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0 və 261.0.2-ci maddələrinə əsasən eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət etməsinə yol verilmir; 384.0 və 384.0.5-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər; 114.1 və 114.1.4-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə icraata xitam verildiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 22,5 manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 261, 262, 384, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1794/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı pozulmuş istehlakçı hüquqlarının müdafiəsi və borcun silinməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin hesabına ödənilmiş 22,5 (iyirmi iki manat, əlli qəpik) manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1301/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1301/2023
06.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver