Məhkəmə qərarları › İş №2(103)-1303/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1303/2025

30.04.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1303/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “qanunsuz tikilinin sökülməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-830/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Qaz xəttinin mühafizə zonasının pozulması haqqında ZO nömrəli xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Maştağa qəsəbəsi H.Heybətov küçəsi ünvanında (40.517041; 49.983986 koordinatlar) 108 mm-lik aşağı təzyiqli yerüstü qaz xəttinin 40 p/m hissəsi fərdi yaşayış evinin həyətyanı sahəsinin daxilinə salınmışdır. Aktda tikinti obyektinin sahibi Cavabdehdur;

2. xx.xx.2023-cü il tarixli xəbərdalığın surətindən görünür ki, qaz xəttinin mühafizə zonasında tikinti işlərinin aparılmasının qanunazidd olması barədə Cavabdeh yazılı xəbərdarlıq edilmişdir.

3. BM seriyalı 000294 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Maştağa qəsəbəsində yerləşən 47 q nömrəli bağ (1 y.ot. 16.24 kv.m) Cavabdeh xüsusi mülkiyyətindədir.

4. xx.xx.1992-ci il tarixli çıxarışın surətindən görünür ki, X1 Bakı şəhər XDS İcraiyyə Komitəsinin baş planına uyğun olaraq fərdi yaşayış evi tikintisi üçün 154 saylı sahədə 0.12 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır.

5. xx.xx.2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, X2 Bakı şəhəri Maştağa qəsəbəsi 154 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi, tikinti işləri aparmağı, ona ayrılmış torpaq sahəsini və üzərində tikilmiş tikililəri tam özəlləşdirməyi...və bu işlə əlaqədar bütün hərəkətləri etməyi Cavabdeh etibar etmişdir.

6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin İddiaçı İB-nə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi tərəfindən yalnız tikintisinə icazə verilmiş obyektlərin və məlumatlandırma icraatı çərçivəsindən fərdi yaşayş evlərinin tikinti layihələrinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun inşa olunmasına dövlət nəzarəti təşkil edilir və həyata keçirilir. Bu zaman şəhərsalma və tikinti qanunvericiliyinə əsasən yerli icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü ərzində tikintisinə icazə verilmiş və ya barəsində məlumatlandırma icraatının tətbiq olunmuş obyektin tikintisi, habelə 1 iş günü müddətində qanunvericiliyin tələblərinə riayət edilmədən tikilən obyektlər barədə məlumatlar Agentliyə təqdim ediməlidir. Şəhərsalma nəzarəti qaydasında özbaşına tikilən obyektlərə dair tabeliyində olan ərazilərdə inzibati icraat müvafiq yerli icra hakimiyyəti orqanları bu sahədə dövlət nəzarəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir. Bununla bağlı həmin ərazilərdə özbaşına aparılan tikinti quraşdırma işlərinə dair Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları”na uyğun tədbirlər yerinə yetirilməlidir. Qanunvericiliklə müəyyən olunmuş tələblər və onlara riayət edilməsi ilə bağlı müddətlər və müddəalar səlahiyyətli orqan tərəfindən hər hansı səbəbdən pozulduğu halda həmin obyektlərə dair tərəfimizdən qaydalarla müəyyən edilmiş tədbirlərin görülməsini mümkünsüz edir. Odur ki, qaldırdığınız məsələ ilə bağlı yerli icra hakimiyyəti orqanlarına müraciət etməyiniz tövsiyə olunur.

7. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Bakı şəhəri Sabunçu RİH-nə və İddiaçı İB-nə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən dövlət şəhərsalma nəzarətinin məqsədi şəhərsalma fəaliyyəti sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısının alınması, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin şəhərsalma fəaliyyətinin təsdiq edilmiş ərazi planlaşdırılması sənədlərinin tələblərinə uyqun həyata keçirilməsi, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunrmısı və sair ilə bağlı tələblərin yerinə yetirilməsini təmin etməkdən ibarətdir. Həmin Qaydaların 4-cü hissəsini rəhbər tutaraq, göstərilən ünvanlara yerli səviyyədə şəhərsalma nəzarətinin təmin edilməsi və şəhərsalma qanunvericiliyinin müddəalarının tələblərinin pozulması hallarına yol verilməməsi məqsədilə yuxarıda qeyd olunan sənədlər tərəfimizdən Sizə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 06 06 2012-ci iıl tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun müvafiq tədbirlərin görülməsi məqsədilə müraciətdə əksini tapmış xüsusatların aidiyyəti qurumlarla birgə araşdırılması və nəticəsi barədə İddiaçınə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumatın təqdim edilməsi xahiş olunur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 2 ünvanında (koordinatlar: 40.517041; 49.983986) fərdi yaşayış evinin ətrafında qanunsuz olaraq inşa edilmiş özbaşına tikililərin - daş hasarın və qapı yerinin bütövlükdə cavabdehin vəsaiti hesabına əvəzi ödənilmədən sökülməsi, İddiaçı İB-nin balans və istismarında olan 108 mm diametrli, aşağı təzyiqli, yerüstü qaz xəttinin 40 p/metr hissəsinin mühafizə zonasının bərpa edilərək əvvəlki vəziyyətə qaytarılması, məhkəmədə iddia qaldırılması üçün İddiaçı İB tərəfindən ödənilmiş 100.40 manat (bir yüz manat qırx qəpik) dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı İB-nə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq Sabunçu rayonu Maştağa qəsəbəsi H.Heybətov küçəsi ünvanında (koordinatlar: 40.517041; 49.983986) fərdi yaşayış evinin ətrafında ümumi yolun bir hissəsi qanunsuz zəbt edilərək özbaşına daş hasar inşa edilmiş və qapı quraşdırılmış, İddiaçı balans və istismarında olan 108 mm diametrli, aşağı təzyiqli, yerüstü qaz xəttinin 40 p/metr hissəsi və 1 ədəd G-4 tipli qaz sayğacı qanunsuz olaraq fərdi yaşayış evinin həyətyanı sahəsi daxilində qapalı şəraitə salmışdır. Aşkar olunmuş fakt İddiaçı İB-nin əməkdaşları tərəfindən aktlaşdırılmış cavabdehin ünvanına yazılı xəbərdarlıq təqdim edilərək qaz xəttinin normal istismarına şərait yaradılması, bu məqsədlə də həmin ünvanda sonradan özbaşına tikilmiş tikililərin, daş hasar tikilisinin və qapı yerinin sökülməsi tələb edilmişdir. Belə ki, cavabdeh tərəfindən həmin ünvanda qanunsuz inşa edilmiş həmin tikililər qaz xəttinin İddiaçı İB əməkdaşları tərəfindən normal istismarını pozur, fiziki nəzarət üsulları ilə yoxlanılmasına mane olur, qaz xəttinin həmin hissəsinə texniki xidmət göstərilməsinin qarşısını alır və bu kimi texniki xidmət qaydalarının iddiaçı tərəfindən lazımi səviyyədə vaxtında görülə bilinməsinə cavabdeh tərəfindən süni maneənin yaradılmış olması gələcəkdə də qaz xəttinin vaxtından əvvəl zədələnməsinə (sıradan çıxmasına), habelə korroziyaya uğrayaraq fərdi yaşayış evinin həyətyanı sahəsinə təbii qazın dolmasına gətirib çıxarır. Qeyd olunanlardan əlavə, cavabdeh tərəfindən tikilmiş özbaşına tikilinin daxilində qapalı şəraitə salınmış müvafiq qaz xəttinə qarşı cavabdeh və ya digər şəxslər tərəfindən törədiləcək hər hansı bir ehtiyatsız davranış, həmçinin qaz xəttinin zədələnməsi nəticəsindən baş verə biləcək kiçik bir qaz sızması gələcəkdə həmin ünvanda və ətrafda cavabdehin ailəsi və ya digər sakinlər üçün arzuolunmaz hadisələrə, ölümlə nəticələnə biləcək partlayışa, yanğına və sair növ bədbəxt hadisələrə yol aça bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçı hesab edir ki, sözügedən ünvanda cavabdeh tərəfindən qanunsuz inşa edilmiş həmin özbaşına tikili cavabdehin vəsaiti hesabına əvəzi ödənilmədən sökülməli və İddiaçı İB-nə məxsus qaz xəttinin mühafizə zonası bərpa edilərək əvvəlki vəziyyətə qaytarılmalıdır.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-830/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən ünvan 2 ünvanında (koordinatlar: 40.517041; 49.983986) fərdi yaşayış evinin ətrafında qanunsuz olaraq inşa edilmiş özbaşına tikililər - daş hasar və qapı bütövlükdə cavabdehin vəsaiti hesabına əvəzi ödənilmədən sökülsün, İddiaçı İB-nin balans və istismarında olan 108 mm diametrli, aşağı təzyiqli yerüstü qaz xəttinin 40 p/metr hissəsinin mühafizə zonası bərpa edilərək əvvəlki vəziyyətə qaytarılması, Cavabdeh 100 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində bank xidmət haqqı tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, Maştağa qəsəbəsi H.Heybətov küçəsində, İddiaçı balans və istismarında olan 108 mm diametrli, aşağı təzyiqli yerüstü qaz xəttinin mühafizə zonasında qanunsuz olaraq Cavabdeh tərəfindən fərdi yaşayış evinin ətrafında tikililər inşa olunmuşdur. Bu səbəbdən iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh tərəfindən ünvan 2 ünvanında (koordinatlar: 40.517041; 49.983986) fərdi yaşayış evinin ətrafında qanunsuz olaraq inşa edilmiş özbaşına tikililər - daş hasar və qapı yeri bütövlükdə cavabdehin vəsaiti hesabına əvəzi ödənilmədən sökülməli, İddiaçı İB-nin balans və istismarında olan 108 mm diametrli, aşağı təzyiqli yerüstü qaz xəttinin 40 p/metr hissəsinin mühafizə zonası bərpa edilərək əvvəlki vəziyyətə qaytarılmalıdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci, 66-cı, 67-ci, 68-ci, 111-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 155.1-ci, 155.2-ci, 180.1-ci, 180.2-ci, 180.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının 1.1-ci, 2.7-ci, 2.11ci, 2.13-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, həyətdən qaz xətti keçdiyinə torpağı özəlləşdirə bilmirdi. 1996-cı ildə evi tikdirmişdir. 1998-ci ildə İddiaçı əməkdaşları gəlib qaz boru kəməri çəkmək üçün ondan razılıq aldılar. Onların həyəti darvaza yerinə “arka” formasında qaz xəttini qoyaraq çəkdilər. Digər küçəyə keçən qapının üstündən qaz xətti arka formasında keçirtdilər. Yaşıl darvaza və hasarı 1992-cü ildə Baləli özü çəkdirmişdi. Buna görə ona etibarnamə vermişdi. Bağın hasar çəkdirmiş və 35-dən çox ağac əkmişdi. "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları demişdilər ki, icazə verin, sizin həyətdən müvəqqəti qaz xəttini keçirək qəsəbə qaz xəttini çəkildikdən sonra gəlib yerini dəyişəcəklər. Qaz xəttini isə onun həyətindən keçirməklərini maddi çətinliklə əlaqələndirib tez bir zamanda həyətdən çıxaracaqlarını bildirdilər. Onu "Azəriqaz” İstehsalat Birliyi aldadıb, qaz xəttinin müvəqqəti olduğunu bildirmişdir. Lakin, indi qaz xətti keçən həyətin hasar və darvazasının sökülməsini onun vəsaiti ilə tələb edirlər. Təbii ki, qaz xətti çəkiləndən 24 il keçmiş, qaz xətti çəkənlər hal-hazırda işləmirlər. İndi isə qaz xəttinin keçdiyi həyətimin hasar və darvazasının spkülməsini tələb edirlər. 1992-ci ildə Baləli öz həyətyanı torpaq sahəsinə çıxarış almış, hasar çəkditib, darvaza qoydurmuşdur. İddiaçıistehsalat Birliyinin istinad etdiyi qanunlar isə 1999-cu ildə qəbul olunmuşdur. Ona ziyan vurmaqla nəticələnən qanunlara istinad olunduğuna görə bu qanunların geriyə qüvvəsi ola bilməz. Qaz xəttinin çəkilməsindən 24-25 il keçəndən sonra yada düşmüşdür ki, qaz xətti insanlar üçün təhlükə yarada bilər. Həmin darvaza, hasar, tikililər, ağaclar onun həyətindən qaz xətti çəkiləndə var idi. Buna sübut qaz xəttinin onun darvazasının üstündən “arka” formasında keçirilməsidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Əlavə olaraq həmin ev ona 1990-ci ildən məxsus olmuş, çıxarışı isə 2003-cü ildə almışdır. Qaz xətti yerdən 30 santimetr yüksəklikdədir. Lakin onun hasarı olan hissədə qaz xətti lap hündürlüyə qaldırılmışdır. İzahatının sonunda apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etmişdir.

17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

d) Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

19. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 46-cı maddəsinə əsasən dövlətin obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

21. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının: 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. 8.2-ci maddəsinə əsasən milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

22. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. e) Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

27. Qanuna əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hazırkı işin müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti olan hasar və qapı cavabdehin mülkiyyətində olan evi əhatə edir və sonuncu fasiləsiz olaraq 1991-ci il tarixdən həmin tikilidə yaşamaqla hasarda mövcud olmuşdur.

28. Göründüyü kimi, İddiaçı mübahisəli torpaq sahəsi üzərində inşa edilmiş 34 ildən çox müddət ərzində mövcud olmuş mülkiyyətində olan evin əhatə olunduğu hasar uzun illərdir Cavabdeh istifadəsindədir. Lakin iddiaçı tərəfindən cavabdehin həmin ərazidə yaşadığı 60 il ərzində inşa edilmiş mübahisəli tikilinin məhz qaz xəttinin İddiaçı İB əməkdaşları tərəfindən normal istismarını pozur və pozmuş olsaydı belə bu günə kimi bununla bağlı müraciət edilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh mülkiyyətində olan evdə (hasar və qapı mövcud olub) ailəsi ilə birlikdə 34 ildən uzun müddətdə yaşayır, bununla yanaşı məhkəmə tərəfindən verilə sorğuya cavabdan da müəyyən edildiyi kimi, qaz xəttinin həmin tikilinin mövcudluğundan sonra inşa edilmişdir. Yəni qaz xətti ordan aparılarkən cavabdehi evi mövcud olmuş hətta hasar və qapı yerinin də nəzərə alınması işdə olan fotioşəkillərdən də müəyyən edilir.

30. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırda sökülməsi tələb edilən hasar və qapı artıq 34 ildən çox müddətədə mövcud olmaqla cavabdehin mülkiyyətində olan evin sərhədlərini müəyyən edir. Eyni zamanda cavabdehin verdiyi cavabla da müəyyən edilri ki, Sabunçu rayonu Maştağa qəsəbəsi H.Heybətov küçəsi ünvanında (koordinatlar: 40.517041; 49.983986) fərdi yaşayış evinin ətrafında İddiaçı balans və istismarında olan 108 mm diametrli, aşağı təzyiqli, yerüstü qaz xəttinin 40 p/metr hissəsi 2011-ci ildən quraşdırılmışdır.

31. Beləliklə, yuxarıda qeyd edilən xüsusatları nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir.

32. Belə olan halda kollegiya hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-830/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıa aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıdan alınaraq cavabdehə ödənilməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-830/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu İddiaçındən alınaraq Cavabdeh ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar