Məhkəmə qərarları › İş №2(103)-1309/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1309/2022

28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1309/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Cavabdeh2nə, Cavabdeh3 qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və əmlakın sahibliyinə geri qaytarılması” tələbinə dair; iddiaçılar İddiaçı, X4 Cavabdeh3 qarşı “maddi zərərin ödəniməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3335/2021 saylı, 20.10.2021-ci il tarixli qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Cavabdeh2nə, Cavabdeh3 qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və əmlakın sahibliyinə geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin açıq hərracda satılmasına dair “Külək" MMC-nin 19.11.2020-ci il tarixli 48/01 saylı hərracın nəticələri haqqında protokolunun etibarsız hesab edilməsi, əmlakın onun sahibliyinə geri qaytarılması barədə qətnamə, habelə qanun pozuntusuna yol vermiş vəzifəli şəxslər barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23.06.2014-cü il tarixdə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilmişdir. 2014-cü ildə İddiaçı qızının əri X6 İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsində 4 mərtəbəli çoxmənzilli yaşayış binasını tikərək qazanc əldə etməyi təklif etmiş, lakin əldə olan pulun tikintiyə bəs edilməməsi səbəbindən qeyd olunan torpağı girov qoyub borc götürməyə dair İddiaçı razılıq almışdır. 29.12.2014-cü il tarixdə tikinti ilə əlaqədar AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X3 kənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən sifarişçi İddiaçı layihəsinə müsbət rəy verilmişdir. 14.07.2015-ci il tarixli, 127 saylı AR Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının rəyinə əsasən İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsində tikintinin aparılmasına icazə verilmişdir. 12.12.2015ci il tarixdə Cavabdeh3 ilə X6 arasında 7 ay müddətinə 305.000 (üç yüz beş min) ABŞ dolları məbləğində borc müqaviləsi bağlanıb. Həmin öhdəliyin təmin edilməsi məqsədilə İddiaçı məxsus Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0.276117 ha torpaq sahəsi 12.02.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 xeyrinə yüklü edilmişdir. Tikinti işlərinin davam etdirilərək başa çatdırılması üçün əlavə vəsaitə ehtiyac yaranmışdır. Bu səbəbdən 06.10.2015-ci il tarixdə 5 ay müddətinə Cavabdeh3 ilə İddiaçı arasında 204.000 (iki yüz dörd min) ABŞ dollarında məbləğində müqavilə bağlanıb, borcun təminatı olaraq 06.10.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsi sonrakı ipoteka müqaviləsinə əsasən yenə də yüklü edilmişdir. Həmçinin 06.10.2015-ci il tarixdə Cavabdeh3 ilə İddiaçı arasında öhdəlik müqaviləsi bağlanılmışdır, öhdəlik müqaviləsinə əsasən tərəflər razılaşmışdır ki, ipotekaya qoyulmuş torpaq sahəsinin təminat olduğu borc öhdəliyi vaxtında və ya tam ödənilmədiyi halda, gələcəkdə ipotekaqoyan yalnız ipotekasaxlayanın yazılı razılığı ilə həmin inşa olunan yaşayış evinin digər şəxslərə tam və qismən özgəninkiləşdirilməsini alqı-satqısını, bağışlanılmasını, dəyişdirilməsini, kirayə, icarə və ya istifadəyə verilməsini həyata keçirəcək və bunlardan əldə edilmiş pul vəsaiti ilk növbədə borc kredit öhdəliyinin ödənilməsinə yönəldiləcəkdir. Bina tikilən zaman mənzillər təxmin olunan vaxtda satılmadığına, həmçinin, ABŞ dollarının məzənnəsi yüksəldiyinə görə borcları vaxtında qaytara bilməmişlər. Bu səbəbdən Cavabdeh3 2016-cı ilin oktyabr ayında Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 605.000 (altı yüz beş min) ABŞ dolları borcun tutulması, tələbin İddiaçı məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinə yönəldilməsini, torpaq sahəsinin açıq hərracda satılaraq əldə olunmuş vəsaitdən borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, eyni zamanda, həmin məhkəmənin 10.10.2016-cı il tarixli qərardadı ilə həmin torpaq sahəsinin üzərinə həbs qoyulmuş, X6 və İddiaçı torpaq sahəsinə və yaşayış evinə hər hansı qaydada girişinə qadağa qoyulmuşdur. Nərimanov Rayon Məhkəməsinin 28.06.2018-ci il tarixli 2(005)- 10/2018 saylı saylı qətnaməsi ilə Cavabdeh3 iddiası təmin olunaraq 345.225 ABŞ dollarının X2 tutulması, tələbin ipoteka ilə yüklü edilmiş, ilkin satış qiyməti 170.000 manat məbləğində müəyyən edilmiş Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinə yönəldilməsi və satışdan əldə olunan vəsaitdən borcun tutlması, İddiaçı isə 227.460 ABŞ dolları məbləğində borcun tutulması və tələbin yenə də həmin torpaq sahəsinə yönəldilərək açıq hərracda satılaraq əldə olunan vəsait hesabına borcun qaytarılması qət edilmişdir. Qeyd olunan qətnamədən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu ıl tarixli qətnaməsi ilə təmin edilmiş, rayon məhkəməsinin qətnaməsi dəyişdirilmiş, ipoteka ilə yüklü edilmiş torpaq sahəsinin ilkin satış qiyməti 230.000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 23.10.2019-cu il tarixli 2(102)-6684 sayıl qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 11 03.2020-ci il tarixli icra vərəqəsinə əsasən 345.225 ABŞ dolları X2 tutulmalı, tələbin ipoteka ilə yüklü edilmiş, ilkin satış qiyməti 230.000 manat məbləğində müəyyən edilmiş Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 0.276117 ha torpaq sahəsinə yönəldilməli və satışdan əldə olunan vəsaitdən borc tutulmalı, İddiaçı isə 227.460 ABŞ dolları məbləğində borc tutulmalı və tələb yenə də həmin torpaq sahəsinə yönəldilərək açıq hərracda satılaraq əldə olunan vəsait hesabına borc qaytarılmalıdır. Materiallara əsasən müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 11.03.2020-ci il tarixli icra vərəqəsi üzrə 12.03.2020-ci il tarixdə Cavabdeh2ndə icraata başlanılmış, tələbin könüllü icrası barədə 5 gün könüllü müddət təyin edilmişdir. 21.05.2020ci il tarixdə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin açıq hərracda satılması üçün “Əmlak ixtisaslaşdırılmış hərrac mərkəzi" MMC-yə sifariş verilmiş, 05.06.2020-ci il tarixli bildirişə əsasən hərracın keçirilməsi 01.07.2020-ci il tarixə təyin edilmiş, sonradan 26.06.2020-ci il tarixli bildirişə əsasən 01.07.2020-ci il tarixə təyin edilmiş hərrac COVİD-19 səbəbilə təxirə salınaraq 08.07.2021-ci il tarixə təyin olunmuşdur. Lakin açıq hərracın nəticələri barədə məlumat icra işinin materiallarında yoxdur. Daha sonra Cavabdeh3 16.10 2020-ci il tarixli ərizəsinə əsasən (ərizə icra qurumuna 23.11.2020-ci il tarixdə daxil olub) “Əmlak ixtisaslaşdırılmış hərrac mərkəzi" MMC-yə verilmiş sifariş Cavabdeh2 20.10.2020-ci il tarixli məktubu ilə geri istənilmiş, torpaq sahəsinin açıq hərracda satılması üçün icra qurumunun 22.10.2020-ci il tarixli məktubu ilə "xxxx" MMC-yə sifariş verilmişdir. Cavabdeh2ndən və 2021-ci ilin may ayının 11-də “Külək" MMC-dən təqdim olunan materiallara əsasən məlum olmuşdur ki, ipoteka ilə yüklü edilmiş əmlak 19.11.2020-ci il tarixdə guya 243.800 (iki yüz qırx üç min səkkiz yüz) manata Cavabdeh3 satılmışdır. Halbuki həmin torpaq sahəsinin üzərində 4 mərtəbəli çoxmənzilli yaşayış binaları mövcuddur, hazırkı bazar qiyməti minimim 1.000.000 (bir milyon) manat dəyərində qiymətləndirilir. Sual olunur ki, hazırda Bakıda daşınmaz əmlak bazarında sözügedən torpaq sahəsinin üzərində 1000 kv.m-a yaxın yaşayış binası inşa edilmiş 243.800 manat deyərində əmlak mövcuddurmu? Əlbəttə ki, mövcud deyildir. Lakin nə Cavabdeh2ndən, nə də “Külək" MMC-dən qeyd olunanlarla bağlı hər hansı rəsmi sənəd daxil olmamış, bu hallar 2021-ci ilin may ayında məlum olmuşdur. Belə ki, icra prosesi və hərracın keçirilməsi zamanı kobud qanun pozuntularına yol verilmişdir. “ipoteka haqqında" Qanunun 41.2-ci maddəsinə 28.12.2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə era məmuru sifarişi “icra haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Göründüyü kimi, icra məmuru qanunun bu tələbinə əməl etməmiş, əmlakın satılması üçün istədiyi hərrac təşkilatlarına sifariş vermişdir. Bundan başqa, “Külək" MMC-dən əldə etdiyi sənədlərə əsasən müəyyən edilmişdir ki, hərracın keçirilməsi barədə guya ona bildiriş göndərilmiş, lakin həmin bildiriş də ona çatmamışdır. “FM Express" məktub və bağlama daşınması xidmətinin 28.10.2020-ci il tarixli 124304 nömrəli qəbzində bildirişin ona ünvanlandığı, lakin həmin bildirişin “Starşeva" soyadlı şəxs tərəfindən qəbul edildiyi yazılmışdır. O, isə həmin soyadlı şəxsi tanımır, nə də belə bir şəxsə hər hansı səlahiyyət verməmişdir. Hərracın keçirilməsi barədə bildirişi almış olsaydı orada iştirak edər və əmlakın qiymətinin real bazar dəyərində satılmasına nail olardı.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2(009)-1771/2021 saylı qərardadına əsasən İddiaçı və X4 Cavabdeh3 qarşı “zərər” tələbinə dair 2(009)- 1771/2021 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Cavabdeh2nə, Cavabdeh3 qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və s.” tələbinə dair 2(005)- 3535/2021 saylı mülki işlə bir icraatda birləşdirilib vaxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir.

4. İddiaçılar İddiaçı və X4 Cavabdeh3 qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsindən görünür ki, Cavabdeh3 onlara dəymiş zərərin əvəzi kimi ******* manat pul vəsaiti, iddianın verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi ******* manat pul vəsaitinin tutularaq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 23.06.2014-cü il tarixdə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilmişdir. 2014-cü ildə İddiaçı qızının əri X6 İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsində 4 mərtəbəli çoxmənzilli yaşayış binasını tikərək qazanc əldə etməyi təklif etmiş, lakin əldə olan pulun tikintiyə bəs edilməməsi səbəbindən qeyd olunan torpağı girov qoyub borc götürməyə dair İddiaçı razılıq almışdır. 29.12.2014-cü il tarixdə tikinti ilə əlaqədar AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən sifarişçi İddiaçı layihəsinə müsbət rəy verilmişdir. 14.07.2015-ci il tarixli, 127 saylı AR Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının rəyinə əsasən İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsində tikintinin aparılmasına icazə verilmişdir. 12.12.2015ci il tarixdə Cavabdeh3 ilə X6 arasında 7 ay müddətinə 305.000 (üç yüz beş min) ABŞ dolları məbləğində borc müqaviləsi bağlanıb. Həmin öhdəliyin təmin edilməsi məqsədilə İddiaçı məxsus Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0.276117 ha torpaq sahəsi 12.02.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 xeyrinə yüklü edilmişdir. Tikinti işlərinin davam etdirilərək başa çatdırılması üçün əlavə vəsaitə ehtiyac yaranmışdır. Bu səbəbdən 06.10.2015-ci il tarixdə 5 ay müddətinə Cavabdeh3 ilə İddiaçı arasında 204.000 (iki yüz dörd min) ABŞ dollarında məbləğində müqavilə bağlanıb, borcun təminatı olaraq 06.10.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsi sonrakı ipoteka müqaviləsinə əsasən yenə də yüklü edilmişdir. Həmçinin 06.10.2015-ci il tarixdə Cavabdeh3 ilə İddiaçı arasında öhdəlik müqaviləsi bağlanılmışdır, öhdəlik müqaviləsinə əsasən tərəflər razılaşmışdır ki, ipotekaya qoyulmuş torpaq sahəsinin təminat olduğu borc öhdəliyi vaxtında və ya tam ödənilmədiyi halda, gələcəkdə ipotekaqoyan yalnız ipotekasaxlayanın yazılı razılığı ilə həmin inşa olunan yaşayış evinin digər şəxslərə tam və qismən özgəninkiləşdirilməsini alqı- satqısını, bağışlanılmasını, dəyişdirilməsini, kirayə, icarə və ya istifadəyə verilməsini həyata keçirəcək və bunlardan əldə edilmiş pul vəsaiti ilk növbədə borc kredit öhdəliyinin ödənilməsinə yönəldiləcəkdir. Bina tikilən zaman mənzillər təxmin olunan vaxtda satılmadığına, həmçinin, ABŞ dollarının məzənnəsi yüksəldiyinə görə borcları vaxtında qaytara bilməmişlər. Bu səbəbdən Cavabdeh3 2016-cı ilin oktyabr ayında Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 605.000 (altı yüz beş min) ABŞ dolları borcun tutulması, tələbin İddiaçı məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinə yönəldilməsini, torpaq sahəsinin açıq hərracda satılaraq əldə olunmuş vəsaitdən borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, eyni zamanda, həmin məhkəmənin 10.10.2016-cı il tarixli qərardadı ilə həmin torpaq sahəsinin üzərinə həbs qoyulmuş, X6 və İddiaçı torpaq sahəsinə və yaşayış evinə hər hansı qaydada girişinə qadağa qoyulmuşdur. Nərimanov Rayon Məhkəməsinin 28.06.2018-ci il tarixli 2(005)- 10/2018 saylı saylı qətnaməsi ilə Cavabdeh3 iddiası təmin olunaraq 345.225 ABŞ dollarının X2 tutulması, tələbin ipoteka ilə yüklü edilmiş, ilkin satış qiyməti 170.000 manat məbləğində müəyyən edilmiş Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinə yönəldilməsi və satışdan əldə olunan vəsaitdən borcun tutlması, İddiaçı isə 227.460 ABŞ dolları məbləğində borcun tutulması və tələbin yenə də həmin torpaq sahəsinə yönəldilərək açıq hərracda satılaraq əldə olunan vəsait hesabına borcun qaytarılması qət edilmişdir. Qeyd olunan qətnamədən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu ıl tarixli qətnaməsi ilə təmin edilmiş, rayon məhkəməsinin qətnaməsi dəyişdirilmiş, ipoteka ilə yüklü edilmiş torpaq sahəsinin ilkin satış qiyməti 230.000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 23.10.2019-cu il tarixli 2(102)-6684 sayıl qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 11 03.2020-ci il tarixli icra vərəqəsinə əsasən 345.225 ABŞ dolları X2 tutulmalı, tələbin ipoteka ilə yüklü edilmiş, ilkin satış qiyməti 230.000 manat məbləğində müəyyən edilmiş Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 0.276117 ha torpaq sahəsinə yönəldilməli və satışdan əldə olunan vəsaitdən borc tutulmalı, İddiaçı isə 227.460 ABŞ dolları məbləğində borc tutulmalı və tələb yenə də həmin torpaq sahəsinə yönəldilərək açıq hərracda satılaraq əldə olunan vəsait hesabına borc qaytarılmalıdır. Araşdırma zamanı və 2021-ci ilin may ayının 11-də "xxxx" MMC-dən təqdim olunan materiallara əsasən məlum olmuşdur ki, ipoteka ilə yüklü edilmiş əmlak (üzərində 4 mərtəbəli çox mənzilli yaşayış binası istisna olmaqla) 19.11.2020-ci il tarixdə 243.800 manata Cavabdeh3 satılmışdır. Qeyd etmək lazımdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə ilkin satış qiyməti 230.000 (iki yüz otuz min) manat qoyulmuşdur. Qiymət yalnız torpaq sahəsinə qoyulmuşdur. Bu onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin üzərində olan tikili başa çatmayan tikilidir və reyestrdə qeydə alınmamışdır. Həmin tikili mövcud vəziyyətdə və qabaqcadan qeydiyyata alınması ilə bağlı qanunvericiliyin müəyyən etdiyi hər hansı əsasla qeydə alınmamışdır. Belə olan halda rəsmi dövlət reyestrində qeydə alınmayan əmlaka ipoteka predmeti olaraq tələb yönəldilməsi və ilkin satış qiymətinin müəyyən edilməsi mümkün hesab edilməmişdir. Belə olan halda Cavabdeh3 928,5 kv.metr olan yaşayış sahəsini və 261,1 kv.metr olan zirzəmi sahəsini pulsuz əldə etmişdir. Həmçinin Cavabdeh3 öhdəlik müqaviləsinə də əməl etməmişdir, çünki bugünkü gündə İddiaçı və E.Ağayev tərəfindən Cavabdeh3 borca götürülən 452.100 (dörd yüz əlli iki min yüz) manatın qarşılığında hələ də 743.564 (yeddi yüz qırx üç min beş yüz altmış dörd) manat məbləğində borc qalmaqdadır. 11.02.2019-cu il tarixdə Əmlak Ekspert Mərkəzi tərəfindən qeyd olunan torpaq tikililərlə birlikdə 696.000 (altı yüz doxsan altı min) manata qiymətləndirilsə də, bugünkü gündə təkcə tikililər 1.000.000 (bir milyon) manat məbləğində qiymətləndirilir.

6. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3335/2021 saylı, 20.10.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Cavabdeh2nə, Cavabdeh3 qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və əmlakın sahibliyinə geri qaytarılması” tələbinə dair iddianın təmin edilməməsi və iddiaçılar İddiaçı, X4 Cavabdeh3 qarşı “maddi zərərin ödəniməsi” tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Aytən Novruzova).

7. Qətnamədən iddiaçı X6 apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini, iddiaların təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti və dəlilləri:

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, ilk öncə qeyd etmək lazımdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsi işə qərəzli yanaşıb, iş üzrə heç bir araşdırma aparmayıb. Məhkəmənin qətnaməsi 14 səhifədən ibarət olsa da, iş üzrə real məhkəmə baxışı iclası 1 dəfə keçirilib və məhkəmənin faktiki əsaslandırılması 2 abzasdan ibarətdir. Belə ki, Məhkəmə qeyd edir ki, hərrac təşkilatı tərəfindən məhkəməyə təqdim edilmiş hərrac işinə dair sənədlərdən görünür ki, qeyd edilən hərrac bildirişi eyni tarixdə, yəni 29.10.2020-ci il tarixdə X5 da ünvanlanmış və həmin bildiriş “Xanəliyeva” soyadlı şəxs tərəfindən qəbzə imza atılmaqla qəbul edilmişdir. Bundan əlavə hərrac təşkilatı Külək” MMC tərəfindən hərracın keçirilməsi vaxtı və yeri barədə “Birja yenilikləri” qəzetində elan yerləşdirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı hərrac barədə lazımınca məlumatlandırılmışdır. Bundan əlavə hərraca çıxarılmış torpaq sahəsinin ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmamış, hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Qeyd etmək lazımdır ki, hərrac təşkilatı tərəfindən X5 ünvanlanmış bildirişin “Xanəliyeva” tərəfindən alınması, hələ o demək deyil ki, Xanəliyeva kürəkəninə çatası məktubu hökmən açıb, tanış olub və hərrac barədə məlumatlı olmuşdur. Məhkəmə qeyd edir ki, iş materiallarında olan hərracın yekunları barədə 19.11.2020-ci il tarixli, 48/01 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsi ilkin satış qiyməti 230.000 (iki yüz otuz min) manat məbləğində müəyyən edilərək "xxxx" MMC tərəfindən hərraca çıxarılmış və elə həmin gün 243.800 (iki yüz qırx üç min səkkiz yüz) manat məbləğində Cavabdeh3 satılmışdır. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 43.1.1ci maddəsinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə hərrac baş tutmamış elan edilir. 19.11.2020-ci il tarixdə "xxxx" MMC tərəfindən keçirilmiş birinci hərracda Cavabdeh3 hərracı udmuş elan edilmiş və 230.000 (iki yüz otuz min) manatlıq əmlakı 243.800 (iki yüz qırx üç min səkkiz yüz) manat məbləğində almışdır. Belə olan halda həmin hərrac üzrə ikinci iştirakçı hərrac təşkilatının bank hesabına 5 faizi məbləğində beh qoyub iştirak etməli idi. Yalnız Hərrac təşkilatı tərəfindən Məhkəməyə təqdim olunmuş iş materiallarında bununla bağlı heç bir sənəd, o cümlədən behin hərrac təşkilatının bank hesabına keçirilməsini təsdiq edən qəbz və mədaxil qəbzi təqdim olunmayıb. Digər iddiaya münasibətdə Məhkəmə qeyd edir ki, iddiaçılar cavabdeh tərəfindən onlara maddi zərərin dəyməsini sübuta yetirə bilməmişdir. Digər tərəfdən Məhkəmə qeyd edir ki, İş materiallarında olan “Əmlak Ekspert Mərkəzinin” 11.02.2019-cu il tarixli, ƏEM/F299-386/19 saylı rəyindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,287457 ha boş torpaq sahəsinin 11.02.2019-cu il tarixə olan bazar dəyəri 230000 manat, üzərində olan tikililərlə birlikdə 172500 manat, yarımçıq tikililərlə olan dəyəri 696000 manat təşkil edir. Belə ki, tikillərin dəyəri məlum olsa da, dövlət qeydiyyatına alınmadığından onların satışı mümkün olmamışdır, lakin tikililərin mövcudluğu və onlara sərf olunan vəsaitlərin həcmi məlumdur. Cavabdeh3 928,5 kv.metr olan yaşayış sahəsini və 261,1 kv.metr olan zirzəmi sahəsini pulsuz əldə edib. Həmçinin bugünkü gündə İddiaçı və E.Ağayev tərəfindən Cavabdeh3 borca götürülən 452.100 (dörd yüz əlli iki min yüz) manatın qarşılığında hələ də 743.564 (yeddi yüz qırx üç min beş yüz altmış dörd) manat məbləğində borcun qalması bəllidir. Bütün bunlar sübuta yetirilmiş danılmaz faktlardır, maraqlısı odur ki, bunlar olan halda Məhkəmə hansı əsasla iddiaçıların maddi zərərin sübuta yetirilə bilməməsi barədə nəticəyə gəlmişdir? Tərəflərin izahatları:

9. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi Cavabdeh3 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçılara və digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar kollegiya iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

12. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

13. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-962/2019 saylı, 02.04.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-10/2018 saylı 28 iyun 2018-ci il tarixli qətnaməsinin “Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiyməti 170.000 (yüz yetmiş min) manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiyməti 230.000 (iki yüz otuz min) manat müəyyən edilməsi, qətnamənin cavabdeh İddiaçı münasibətdə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, qiymətləndirmənin aparılması ilə bağlı hesablanmış 200 manat cavabdeh İddiaçı tutularaq "xxxx" MMC-in hesabına ödənilməsi qət edilmişdir.

14. İş materiallarında olan 12 fevral 2015-ci il tarixli borc (kredit) müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 240.000 (iki yüz qırx min) manat (ekvivalenti 305.000 (üç yüz beş min) ABŞ dollarına bərabər olan) məbləğində pul vəsaitini, 7 (yeddi) ay müddətinə X5 borc vermiş, sonuncu isə həmin pulu 12.09.2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

15. İş materiallarında olan 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 204.000 (iki yüz dörd min) ABŞ dolları məbləğində pul vəsaitini, İddiaçı borc vermiş, sonuncu isə həmin pulu 06.03.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

16. İş materiallarında olan 12 fevral 2015-ci il tarixli ipoteka müqaviləsinin notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 ilə X6 arasında bağlanmış borc (kredit) müqaviləsi üzrə yaranan borc öhdəliyinin icrasını təmin etmək məqsədi ilə mülkiyyət hüququ ilə İddiaçı qızma məxsus olan Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsi Cavabdeh3 xeyrinə ipoteka ilə yüklü edilmişdir.

17. İş materiallarında olan 06 oktyabr 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə yaranan borc öhdəliyinin icrasını təmin etmək məqsədi ilə mülkiyyət hüququ ilə İddiaçı qızma məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsi Cavabdeh3 xeyrinə ipoteka ilə yüklü edilmişdir.

18. İş materiallarına əlavə edilmiş 06 oktyabr 2015-ci il tarixli öhdəlik müqaviləsinin notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında bağlanmış 06 oktyabr 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin şərtlərinə əsasən ipoteka predmeti olan torpaq sahəsi üzərində tikiləcək istənilən tikili, qurğu və binalara həmin ipoteka şamil ediləcəkdir; İddiaçı ipotekaya qoyulan torpaq sahəsi üzərində qanuna müvafiq qaydada 4 mərtəbəli yaşayış evinin inşa olunacağını bildirir, ipotekasaxlayan isə, yaşayış evinin tikintisinin aparılmasına razılıq verir. Tərəflər razılaşırlar ki, ipotekaya qoyulmuş torpaq sahəsinin təminat olduğu borc (kredit) öhdəliyi vaxtında və ya tam ödənilmədiyi halda, gələcəkdə ipotekaqoyan yalnız ipoteka saxlayanın yazılı razılığı ilə həmin inşa olunan yaşayış evinin digər şəxslərə tam və qismən özgəninkiləşdirilməsini, alqı-satqısını, bağışlanmasını, dəyişdirilməsini, kirayə və ya istifadəyə verilməsini həyata keçirəcək və bunlardan əldə edilmiş pul vəsaiti ilk növbədə borc (kredit) öhdəliyinin ödənilməsinə yönəldiləcəkdir.

19. İş materiallarında olan “Əmlak Ekspert Mərkəzinin” 11.02.2019-cu il tarixli, ƏEM/F299- 386/19 saylı rəyindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,287457 ha boş torpaq sahəsinin 11.02.2019-cu il tarixə olan bazar dəyəri 230000 manat, üzərində olan tikililərlə birlikdə 172500 manat, yarımçıq tikililərlə olan dəyəri 696000 manat təşkil edir.

20. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsi 23.06.2014-cü il tarixdən İddiaçı mülkiyyətindədir.

21. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən 0,2761 ha torpaq sahəsi 24.02.2021-ci il tarixdən Cavabdeh3 mülkiyyətindədir.

22. İş materiallarında olan Binəqədi rayon icra və probasiya şöbəsinin 12.03.2020-ci il tarixli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 962/2019 saylı, 02.04.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu X5 və İddiaçı qərarda göstərilən tələbi 5 gün müddətinə könüllü olaraq təmin etmələri təklif olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin 31.01.2020-ci il tarixli sifariş məktubundan görünür ki, "xxxx" MMC-yə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-962/2019 saylı, 02.04.2019-cu il tarixli icra vərəqəsi üzrə əmlakın hərraca çıxarılması sifariş edilmişdir.

23. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin "xxxx" MMC-yə ünvanlanmış 12.03.2020-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-962/2019 saylı, 02.04.2019-cu il tarixli icra vərəqəsi üzrə girov predmeti olan əmlakın ilkin satış qiyməti 170000 manat və 230000 manat müəyyən edilmişdir. İcra vərəqəsinin icrasında zərurət yarandığından Bakı Apellyasiya Məhkəməsinin 28.02.2020-ci il tarixli qərardadı əsasında həmin əmlakın ilkin satış qiyməti 230000 manat müəyyən edilmiş və 11.03.2020-ci il tarixdə yeni icra vərəqəsi verilmişdir. Bu səbəbdən ünvanlanmış 17/68-108566-15 saylı, 31.01.2020-ci il tarixli sifarişin icra edilmədən geri qaytarılması xahiş olunmuşdur.

24. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin 21.05.2020-ci il tarixli sifariş məktubundan görünür ki, "xxxx" MMC-yə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-962/2019 saylı, 02.04.2019-cu il tarixli icra vərəqəsi üzrə əmlakın hərraca çıxarılması sifariş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin "xxxx" MMC-yə ünvanlanmış 20.10.2020ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-962/2019 saylı, 02.04.2019-cu il larixli icra sənədinə ən əmlakın hərracı çıxarılması ilə əlaqədar 21.05.2020ci il tarixli sifariş məktubu göndərilmişdir. Zərurət aradan qalxdığından hərracın keçirilməsinin dayandırılması və 21.05.2020-ci il tarixli sifarişi icra etmədən geri qaytarılması xahiş edilmişdir.

25. İş materiallarında olan hərracın yekunları barədə 19.11.2020-ci il tarixli, 48/01 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsi ilkin satış qiyməti 230000 manat məbləğində müəyyən edilərək "xxxx" MMC tərəfindən hərraca çıxarılmışdır.

26. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi 0,276117 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və Cavabdeh3 xeyrinə ipoteka ilə yüklü edilmişdir.

27. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin 22.10.2020-ci il tarixli sifariş məktubundan görünür ki, "xxxx" MMC-yə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-962/2019 saylı, 02.04.2019-cu il tarixli icra vərəqəsi üzrə əmlakın hərraca çıxarılması sifariş edilmişdir.

28. İş materiallarında olan "xxxx" MMC-nin hərracın keçirilməsi barədə 26.10.2020-ci il tarixli, 01 saylı bildirişin surətindən görünür ki, tərəflərə hərracın vaxtı və yeri barədə məlumat verilmişdir.

29. İş materiallarında olan FM Express Kuryer xidmətləri üçün mədaxil qəbzinin talonundan görünür ki, X5 ünvanlanmış məktub 29.10.2020-ci il tarixdə “Xanəliyeva” soyadlı şəxs tərəfindən qəbul edilmişdir.

30. İş materiallarında olan “Birja yenilikləri” qəzetinin 24.10.2020-ci il tarixli buraxılışında Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən torpaq sahəsinin hərraca çıxarılması yeri və vaxtına dair elan verilmişdir. Hüquqi dəyərləndirmə:

31. Kollegiya İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Cavabdeh2nə, Cavabdeh3 qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və əmlakın sahibliyinə geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə bağlı qeyd edir ki, mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edilməsi zəruridir.

32. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

33. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir;

34. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər;

35. 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir;

36. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir;

37. 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur;

38. 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır;

39. 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır;

40. 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

42. 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur;

43. 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər;

44. 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır;

45. 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.

46. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

47. İddiaçı, cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Cavabdeh2nə, Cavabdeh3 qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və s. tələbinə dair ərizəsində, eyni zamanda apellyasiya şikayətində "xxxx" MMC tərəfindən keçirilmiş hərracın qanunvericiliyin tələblərinin pozulmaqla keçirilməsini iddia edir.

48. Belə ki, İddiaçı bildirmişdir ki, hərrac təşkilatı onları hərracın keçirilmə yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırmamış, hərracın təşkili ilə bağlı bildirişlər “Starşeva” adlı kənar şəxs tərəfindən qəbul edilmişdir.

49. Həmçinin iddiaçı apellyasiya şikayətində bildirmişdir ki, hərrac təşkilatı tərəfindən X5 ünvanlanmış bildirişin “Xanəliyeva” tərəfindən alınması, hələ o demək deyil ki, Xanəliyeva kürəkəninə çatası məktubu hökmən açıb, tanış olub və hərrac barədə məlumatlı olmuşdur.

50. Kollegiya iddia tələbi və apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, hərrac təşkilatı tərəfindən məhkəməyə təqdim edilmiş hərrac işinə dair sənədlərdə görünür ki, qeyd edilən hərrac bildirişi 29.10.2020-ci il tarixdə X5 da ünvanlanmış və həmin bildiriş “Xanəliyeva” soyadlı şəxt tərəfindən qəbzə imza atılmaqla qəbul edilmişdir. İddiaçı apellyasiya şikayətində həmin bildirişi almasını inkar etməmiş, kürəkəninə çatası məktubu açmadığını bildirmişdir.

51. Bundan əlavə, Kollegiya qeyd edir ki, hərrac təşkilatı "xxxx" MMC tərəfindən hərracın keçirilməsi vaxtı və yeri barədə “Birja yenilikləri” qəzetində elan yerləşdirilmişdir. Bu səbəbdən Kollegiya hesab edir ki, İddiaçı hərrac barədə lazımınca məlumatlandırılmışdır. Bundan əlavə hərraca çıxarılmış torpaq sahəsinin ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir.

52. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

53. İddiaçı apellyasiya şikayətində Cavabdeh3 təşkilatının bank hesabına 5 faizi məbləğində beh qoyub iştirak etməli olmasını qeyd etmişdir.

54. Kollegiya iddiaçının apellyasiya şikayətinin bu dəlilinə qiymət verərkən “İpoteka haqqında” Qanunun 42.4-cü maddəsinə istinad edilməsini zəruri sayır. Həmin maddəyə görə, Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur.

55. Qeyd edilən maddənin tələblərinə əsasən, Cavabdeh3 ipoteka saxlayan olduğundan onun “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməsinə zərurət yoxdur.

56. Kollegiya iddiaçılar İddiaçı, X4 Cavabdeh3 qarşı “maddi zərərin ödəniməsi” tələbinə dair iddia ərizə ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

57. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”.

58. Kollegiya iş materiallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən hesab edir ki, iddiaçılar cavabdeh tərəfindən onlara maddi zərərin dəyməsini sübuta yetirə bilməmişdir.

59. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, hərrac keçirilərkən qanunvericiliyin tələblərinin pozulması və iddiaçıya maddi zərərin dəyməsi sübuta yetirilmədiyindən hər iki iş üzrə iddia tələblərinin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qtənamə dəyişdirilmədən saxlanılmalıdır.

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

63. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

64. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

65. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs

q ə t e t d i:

İddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3335/2021 saylı, 20.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar