Məhkəmə qərarları › İş №2(103)-135/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-135/2021

29.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-135/2021 29.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, cavabdehlərin nümayəndəsi vəkil X2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 Qəhrəman oğlunun və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs 27 saylı Notariat Kontoruna, “xxxx” ASC-yə qarşı «xx.xx.2017-ci il tarixli ilkin müqavilələrin etibarsızlığı tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 384/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 Qəhrəman oğlunun və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs 27 saylı Notariat Kontoruna, “xxxx” ASC-yə qarşı iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-384/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə rədd edilmiş, iddia ərizəsi rədd edildiyindən, İddiaçı2 Qəhrəman oğlu tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-384/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə kompleks (məhkəmə-mühasibat, məhkəmə-əmtəəşünaslıq) ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3468 saylı, xx.xx.2020-ci il tarixli ekspertiza rəyinə əsasən, aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi vəkil X4 məhkəməyə iddiaçılar tərəfindən yazılmış notarial qaydada təsdiq edilmiş ərizəni təqdim edərək, tərəflərin barışdığını, iddiaçıların Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-384/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən və qərardadından verilmiş apellyasiya şikayətlərindən imtinanı qəbul edib, apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 Qəhrəman oğlu və İddiaçı3 ərizə təqdim edərək, ünvanlanmış iddiaçılar tərəfindən yazılmış notarial qaydada təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, hazırda cavabdehlərlə öz aralarında razılığa gəldiyini, bu səbəbdən hər iki apellyasiya şikayətindən imtina etdiklərini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən, iddiaçılar İddiaçı1, İddiaçı2 Qəhrəman oğlunun və İddiaçı3 və üçüncü şəxs 27 saylı Notariat Kontorunun, “xxxx” ASC-nin nümayəndələrinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəfin ərizəsini nəzərdən keçirib hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Qəhrəman oğlunun və İddiaçı3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-384/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və iddiaçılar İddiaçı1, İddiaçı2 Qəhrəman oğlu və İddiaçı3 münasibətdə apellyasiya icraatına xitam verilməli, dövlət rüsumu üçün ödənilmiş məhkəmə xərci onu ödəyən şəxsə aid edilməli və ekspertiza üzrə məhkəmə xərcləri isə iddiaçılardan tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369, 377, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2 Qəhrəman oğlunun və İddiaçı3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-384/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinaları qəbul edilsin, iddiaçılar İddiaçı1, İddiaçı2 Qəhrəman oğluna və İddiaçı3 münasibətdə apellyasiya icraatına xitam verilsin. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı1, İddiaçı2 Qəhrəman oğlu və İddiaçı3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar