Məhkəmə qərarları › İş №2(103)-1355/2025

Bakı Apellyasiya Məhkəməsi Əlavə qətnamə — İş №2(103)-1355/2025

27.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1355/2025 27.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2; müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı işi üzrə Açar sözlər: (“payın naturada ayrılması, mənzilə köçürülmə və s.”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, Cavabdeh1 və onun nümayəndəsi Vəkil3 iştirakları ilə, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “payın naturada ayrılması, mənzilə köçürülmə və s.” tələblərinə dair mülki iş üzrə İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 nümayəndəsi vəkil Nümayəndə ərizəsi əsasında əlavə qətnamənin qəbul edilməsi məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində payların naturada ayrılması, İddiaçı Böyükağa qızının ünvan 2 ünvanına köçürülməsi, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 07 may 2020-ci il tarixli icarə müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış 04 aprel 2023-cü il tarixli icarə müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh2 ilə bağlanmış 25 avqust 2021-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, evin icarəyə verilmiş hissələrinin boşaldılması, icarə müqavilələri bağlanan gündən qətnamə icra olunan günə qədər ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin icarəsindən əldə olunan gəlirin Cavabdeh1 alınaraq paylara uyğun bölünməsi barədə iddia tələbi (dəqiqləşmə) irəli sürmüşdür.

2. Müstəqil tələb irəli sürən üçüncü şəxs X7 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində payların naturada ayrılması, onun ünvan 2 ünvanına köçürülməsi, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 07 may 2020-ci il tarixli icarə müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış 04 aprel 2023-cü il tarixli icarə müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh2 ilə bağlanmış 25 avqust 2021-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, evin icarəyə verilmiş hissələrinin boşaldılması, icarə müqavilələri bağlanan gündən qətnamə icra olunan günə qədər ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin icarəsindən əldə olunan gəlirin Cavabdeh1 alınaraq paylara uyğun bölünməsi barədə eyni məzmunlu iddia tələbi (dəqiqləşmə) irəli sürmüşdür.

3. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-281/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiasının qismən təmin edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddiasının qismən təmin edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun müstəqil tələb irəli sürən üçüncü şəxs X4 aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X7 ayrı-ayrılıqda eyni məzmunda apellyasiya şikayətləri verərək, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)- 281/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən, iddialarının təmin olunmayan hissəsində ləğv edərək iddia tələbinin tam şəkildə təmin olunması barədə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh1 apellyasiya şikayətinə etiraz təqdim etmiş və şikayətlərin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar

6. Bakı Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-281/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi qismən – icarə müqavilələrinin etibarsız hesab edilməsi və icarədən əldə olunan gəlirin paylara uyğun bölünməsi hissəsində - ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməklə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 07 may 2020-ci il tarixli, Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış 04 aprel 2023-cü il tarixli, Cavabdeh1 ilə Cavabdeh2 ilə bağlanmış 25 avqust 2021-ci il tarixli icarə müqavilələləri etibarsız hesab edilmiş, icarə müqavilələri bağlanan gündən qətnamə icra olunan günə qədər ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin icarəsindən əldə olunan gəlirin Cavabdeh1 alınaraq paylara uyğun bölünməsinin təmin edilməsi, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin İddiaçı, Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

7. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 nümayəndəsi vəkil Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, qətnamədə qeyd olunmuşdur ki, “Apellyasiya şikayətlərində evin icarəyə verilmiş hissələrinin boşaldılması əsaslarına dair qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində belə tələb olmamış və bunun qətnamənin qət etdi hissədə təsbit edilməsi mümkün olmasa da, diqqət çatdırılmalıdır ki, müqavilələrin etibarsızlığı müvafiq olaraq məhkəmə qərarının icrası zamanı evin icarəyə verilmiş hissələrinin boşaldılması üçün əsasdır. Belə ki, Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir və hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.” Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, “evin icarəyə verilmiş hissələrinin boşaldılması” tələbi həm iddiaçı, həm də müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə birinci instansiya məhkəməsində təqdim edilmiş, elektron kabinetdə (Yasamal rayon məhkəməsi elektron kabinet s/s 44, 47,48), eyni zamanda Yasamal rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-281/2024 saylı Qərardadında (elektron kabinet S/S 45,46 ) da öz əksini tapmışdır. Lakin buna baxmayaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin “qət etdi” hissəsində bu tələbə qiymət verilməmişdir. Azərbaycan Respubliaksının Mülki Prosessual Məcəlləsinin 229.1.1-229.2-ci maddəsinə əsasən, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-281/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsini “evin icarəyə verilmiş hissələrinin boşaldılması” hissəsində ləğv edilərək, həmin hissədə iddianın təmin olunması barədə əlavə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil3 əlavə qətnamənin çıxarılması ilə bağlı ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 229-cu maddəsində hansı hallarda qətnaməyə əlavələrin edilməli olması öz əksini tapmışdır, iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı 4 dəfə ərizə verilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin 4-cü səhifəsində boşaldılma ilə bağlı tələb öz əksini tapmamış, iddiaçılar isə məhkəmə iclaslarında öz tələblərini bu hissədə müdafiə etməmişdirlər, apellyasiya instansiya məhkəməsinin qərarında qeyd edilən hala qiymət verilərək belə bir mövqe öz əksini tapmışdır ki, müqavilələrin etibarsızlığı müvafiq olaraq məhkəmə qərarının icrası zamanı evin icarəyə verilmiş hissələrinin boşaldılması üçün əsasdır, qeyd edilən halların nəzərə alınmasını və ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

9. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iştirakı olmadan əlavə qətnamənin çıxarılması məsələsinə baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası bildirir ki, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X7 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində payların naturada ayrılması, İddiaçı Böyükağa qızının ünvan 2 ünvanına köçürülməsi, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 07 may 2020-ci il tarixli icarə müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış 04 aprel 2023-cü il tarixli icarə müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh2 ilə bağlanmış 25 avqust 2021-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, evin icarəyə verilmiş hissələrinin boşaldılması, icarə müqavilələri bağlanan gündən qətnamə icra olunan günə qədər ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin icarəsindən əldə olunan gəlirin Cavabdeh1 alınaraq paylara uyğun bölünməsi barədə iddia tələbi (dəqiqləşmə) irəli sürmüşdür. Məhkəmə kollegiyası tərəfindən qətnamənin 26.bəndində qeyd edilmişdir ki, 26. Göründüyü kimi Cavabdeh1 icarəyə verdiyi əmlaka dair hüquqları məhkəmə qaydasında etibarsız hesab olunmuşdur. Əmlak hüquqları etibarsız hesab edilmiş şəxsin bağladığı müqavilələr etibarsız hesab edilməli və həmin əmlakdan əldə edilən gəlir tərəflər arasında bölünməlidir. Apellyasiya şikayətlərində evin icarəyə verilmiş hissələrinin boşaldılması əsaslarına dair qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində belə tələb olmamış və bunun qətnamənin qət etdi hissədə təsbit edilməsi mümkün olmasa da, diqqət çatdırılmalıdır ki, müqavilələrin etibarsızlığı müvafiq olaraq məhkəmə qərarının icrası zamanı evin icarəyə verilmiş hissələrinin boşaldılması üçün əsasdır.

11. Diqqətə çatdırılmalıdır ki, tələb olunduğunu halda elan edilmiş qətnamənin nəticə hissəsində evin icarəyə verilmiş hissələrinin boşaldılması barədə qətnamə qəbul edilməmişdir. Göstərilən nöqsan aradan qaldırılmalı və hazırki iş üzrə əlavə qətnamə qəbul edilməlidir. Belə ki, iddia tələbləri üzrə boşaldılma tələbi olsa da, tərəflər ərizələrini elektron qaydada təqdim etmədiyindən, habelə birinci instansiya məhkəməsi tərəfindən qüsura yol verilərək bu hissəni elektron dövriyyə sənədlərində təsbit etmədiyindən bu xüsusat apellyasiya icraatı zamanı diqqət kənar qalmışdır. Kollegiya hesab edir ki, vətəndaşlar qeyd edilən halla bağlı prosessual məhdudiyyətlərə məruz qala bilməzlər. Apellyasiya instansiya məhkəməsi “boşaldılma” ilə bağlı öz mövqeyin təsbit edərək əsaslandırma aparsa da, icra sənədində bu halın təsbit olunmasını tələb etmək iddiaçıların prosessual hüququdur və onu təmin etməməyə əsaslar mövcud deyildir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 228.1. Çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. 228.2. Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqların və açıq hesab səhvlərinin düzəldilməsi barədə ərizəyə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində baxılır və həll edilir. 229.1-ci maddəsinə əsasən, iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: 229.1.1.işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa; 229.1.2.hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; 229.1.3.məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. Həmin Məcəllənin 229.2-ci maddəsinə əsasən, əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 229.3-cü maddəsinə əsasən, əlavə qətnamə və ya əlavə qərardad çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən və ya əlavə qərardaddan şikayət verilə bilər. 392-1. Apellyasiya instansiyası məhkəməsinin əlavə qətnaməsi bu Məcəllənin 229-cu maddəsi ilə müəyyən edilmiş hallarda və qaydada çıxarılır.

13. Məhkəmə Kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, qətnamə tərtib edilən zaman əks edilmədiyindən iddia tələblərinin “evin icarəyə verilmiş hissələrinin boşaldılması” hissəsində əlavə qətnamə qəbul edilməlidir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində tələb düzgün təsbit edilmədiyindən tələbin yuxarıda qeyd edildiyi kimi olması nəzərə alınmalıdır.

14. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

q ə t e t d i:

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1355/2025 saylı işi üzrə əlavə qətnamə qəbul edilsin. Tələblərin “evin icarəyə verilmiş hissələrinin boşaldılması” hissəsi müvafiq olaraq qətnamənin əsaslandırıcı və nəticə hissəsində təsbit edilməsi nəzərə alınmaqla, həmin hissədə iddia tələbləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsində (əsaslandırıcı və qət etdi hissələrində) “Cavabdeh1 ilə Cavabdeh2 ilə bağlanmış 25 avqust 2021-ci il tarixli icarə müqavilələləri etibarsız hesab edilsin”dən sonra “evin icarəyə verilmiş hissələrinin boşaldılması”nın təsbit edilməsi müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2(iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi(“Elektron Məhkəmə” informasiya sistemi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar