Məhkəmə qərarları › İş №2(103)-1360/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1360/2024

06.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1360/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh “X2” MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Məhkəməsinin e- 2(004)-4631/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsindən iş üzrə iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “X2” MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 166 nömrəli evin 21 nömrəli mənzilinə aid hərracın yekunları barədə 28 sentyabr 2021-ci il tarixli YP № 153 saylı protokolun etibarsız hesab edilməsi, bağlanmış alqı-satqı müqaviləsinin və bunun əsasında "xxxx" ASC-yə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Məhkəməsinin e-2(004)-4631/2023 nömrəli, 07 dekabr 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(103)-1360/2024 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək məhkəməyə xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən Bakı şəhəri Yasamal Məhkəməsinin e-2(004)-4631/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin daxil olduğunu və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən proses iştirakçıları mülki işin apellyasiya baxışından çıxarılmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən şikayət ərizəsinə baxılması məsələsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, icraata qəbul qərardadı ləğv olunmalı və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh “X2” MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(103)-1360/2024 saylı mümkünlük qərardadı ləğv edilməli və mülki iş baxışdan çıxarılaraq həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı cavabdeh “X2” MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(103)-1360/2024 saylı mümkünlük qərardadı ləğv edilsin və mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhər Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar