Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1363/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1363/2024 (Açar sözlər: vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X13 və X8 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-4604/2023 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə 28 fevral 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən atalarından miras qalmış əmlaka dair xx.xx.2023-cü il tarixdə (Reyestrdə 2V-12№-ilə qeyd edilib) Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784 H ünvanda yerləşən 0,057032 ha torpaq sahəsinin və ümumi sahəsi 77,9 km bağ evinin 1/2 hissəsinə cavabadeh Cavabdeh2 adına verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən atalarından miras qalmış əmlaka dair xx.xx.2023-cü il tarixdə (Reyestrdə 2V-13№- ilə qeyd edilib) Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784 H ünvanda yerləşən 0,057032 ha torpaq sahəsinin və ümumi sahəsi 77,9 km bağ evinin 1/6 hissəsinə cavabadehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784 H ünvanda yerləşən 0,057032 ha torpaq sahəsinin və ümumi sahəsi 77,9 km bağ evinin 4/6 hissəsinə ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh2 verilmiş **********24-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın (torpağa dair, həmçinin bağ evinə dair) ləğv edilməsi; Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784 H ünvanda yerləşən 0,057032 ha torpaq sahəsinin və ümumi sahəsi 77,9 km bağ evinin 1/6 hissəsinə ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh4 verilmiş **********24-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın (torpağa dair, həmçinin bağ evinə dair) ləğv edilməsi; Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784 H ünvanda yerləşən 0,057032 ha torpaq sahəsinin və ümumi sahəsi 77,9 km bağ evinin 1/6 hissəsinə ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh3 verilmiş **********24-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın (torpağa dair, həmçinin bağ evinə dair) ləğv edilməsi; həmin çıxarışa əsasən ünvan ünvanda yerləşən 0,057032 ha torpaq sahəsinə və ümumi sahəsi 77,9 km bağ evinə dair cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ilə Cavabdeh1 arasında 24 mart 2023-cü il tarixdə bağlanmış AN № ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi; atalarından miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 784 H ünvanda yerləşən 0,057032 ha torpaq sahəsinə və ümumi sahəsi 77,9 kv.m bağ evinə İddiaçı1 1/5 hissəsinə və İddiaçı2 1/5 hissəsinə vərəsəlik hüququnun tanınması; atalarından miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 784 H ünvanda yerləşən bağ evinin və torpaq sahəsinin satışından əldə edilmiş 80 000 manat pulun 1/5 hissəsinə İddiaçı1 və 1/5 hissəsinə İddiaçı2 vərəsəlik hüququnun tanınması və cavabdehlər X2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 16 000 manat pulun alınaraq İddiaçı1 və 16 000 manat pulun Cavabdeh3 ödənilməsi; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 784 H ünvanda yerləşən 0,057032 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 77,9 kv.m bağ evinin (halhazırda sökülmüş) Cavabdeh1 tərəfindən öz şəxsi vəsaiti hesabına bərpa edilərək onlara təhvil verilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 784 H ünvanda yerləşən 0,057032 ha torpaq sahəsindən və ümumi sahəsi 77,9 kv.m bağ evindən Cavabdeh1 əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxılmasını xahiş etmişlər.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 784 H ünvanda yerləşən 0,057032 ha torpaq sahəsi X4nun xüsusi mülkiyyətində olmuşdur. X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Ataları vəfat edəndən sonra onun bütün dəfn mərəsimlərini və dəfn xərclərini onlar qarşılamışlar, həmçinin dəfnə görə birdəfəlik müavinət də almışlar. Bundan başqa atalarından miras qalmış Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 784 H saylı bağ evini və altındakı 0,057032 ha torpaq sahəsi faktiki qəbul etmişlər. Bu yaxın vaxtlarında onlara məlum olmuşdur ki, atalarının ikinci nikahdan arvadı hazırda Cavabdeh2 və ikinci nikahdan olan övladları hazırda cavabdehlər Cavabdeh3 və Cavabdeh4 gizli olaraq onlara məlumat vermədən bağ sahəsinə aidiyyəti olmayan Xətai Rayonunda yerləşən Bakı şəhəri 6 saylı notariat ofisinə (notarius Ərəstun İmanov) müraciət edərək vərəsəlik işi açdırmışlar və onların vərəsə olmalarını gizlətmişdirlər. Həmin notariat ofisinə vəkil vasitəsilə sorğu vermişlər. Bakı şəhəri, 6 saylı notariat ofisi tərəfindən sorğu əsasında xx.xx.2023-cü il tarixdə verilmiş sənədlərdən məlum olmuşdur ki, miras qoyan X10 övladları İddiaçı1 və İddiaçı2 adllı övladları olması gizlədilmişdir. Həmin notariat kontorunda xx.xx.2023-cü il tarixdə(2V-12 № ilə qeyd edilib) Cavabdeh2 adına Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 784 H saylı bağ evinin və altındakı 0,057032 ha torpaq sahəsinin 1/2 hissəsinə ər-arvadın ümumi əmlakın paya sağ qalmış arvada mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə (2V-13 № ilə qeyd edilib) Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 adına Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 784 H saylı bağ evinin və altındakı 0,057032 ha torpaq sahəsinin 1/6 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamələr etibarsız hesab edilməlidir: Mübahisəli olan əmlakı faktiki olaraq onlar da qəbul etmişlər, lakin notariat kontorunda miras qoyan X10 iki övladı da olması gizlədilmişdir. Ataları vəfat edəndən sonra onun bütün dəfn mərasimlərini və dəfn xərclərini onlar qarşılamışlar, həmçinin dəfnə görə birdəfəlik müavinət də almışlar. Bundan başqa atalarından miras qalmış Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 784 H saylı bağ evini və altındakı 0,057032 ha torpaq sahəsini faktiki qəbul etmişlər. Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 784 H saylı bağ evinin altındakı 0,057032 ha torpaq sahəsi X4nun ikinci evlilikdən əvvəl alınmış torpaq sahəsidir, sadəcə həmin torpaq sahəsinə 2015-ci ildə çıxarış alınmışdır. Qanunun tələbində görə birgə nikah dövründə və birgə vəsait hesabına əldə olunmuş torpaq sahəsi ümumi birgə hesab olunur. Lakin notariat kontoru bunu araşdırmadan mübahisəli olan Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 784 H saylı bağ evinin altındakı 0,057032 ha torpaq sahəsinə 1/2 hissəsinə Cavabdeh2 mülkiyyət hüquqi haqqında şəhadətnamə vermişdir, halbuki həmin torpaq sahəsi birgə nikah dövründə alınmamışdır, həmin torpaq sahəsi ikinci nikahdan əvvəl əldə edilmiş torpaq sahəsidir. Sonradan həmin şəhadətnamələr əsasında mübahisəli olan bağ evinə və torpaq sahəsinə çıxarışlar verilmişdir. Digər vəkil sorğusundan məlum olmuşdur ki, elə həmin Bakı şəhəri 6 saylı notariat kontorunda cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 mübahisəli olan bağ evini və torpaq sahəsini tez-tələsik xx.xx.2023-cü il tarixdə (yəni vərəsəlik haqqında şəhadətnamə alınan gündən 47 gün sonra) Cavabdeh1 dəyərindən aşağı qiymətə satmışlar.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 4604/2023 saylı qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia təmin edilməmişdir.
4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 1.2, 140, 149.2, 182.1, 1133.1, 1133.2, 1146, 1151.1, 1159.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1318, 1321.1, 1321.2, 1321.3-cü maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 55, 57, 59-cu maddələrinə, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 81, 88, 119.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdehlər vərəsəlik işinin açılması ilə bağlı notariusa müraciət edərkən iddiaçıları vərəsə kimi gizlətmişlər. Bu isə öz növbəsində vərəsələrin mirasdan məhrum edilməsi ilə də nəticələnir. Lakin məhkəmə sözügedən məsələ ilə bağlı qətnamədə hər hansı bir fikir bildirməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddət ərzində mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etməsi barədə ərizə ilə müraciət etməmişdirlər. Onlar miras əmlakı faktiki (qeyri-rəsmi üsulla) qəbul etmiş olduğu da iş materialları ilə, ümumiyyətlə, müəyyən olunmur. İddiaçıların atalarının dəfn və yas mərasimini təşkil etmələri və bunun üçün müvəqqəti olaraq mübahisə predmeti olan bağ evində qalmaları və ya orada gedib-gəlmələri mirasın faktiki qəbul etmələrini təstiq etmir. Hesab edirlər ki, məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Ümumiyyətlə, vərəsəlik işi mirasın açıldığı yer üzrə notariat ofisində açılmamışdır. Miras əmlak Mərdəkan qəsəbəsində, yəni Əzizbəyov rayonunda olduğu halda, nədənsə Xətai Rayonunda 6 nömrəli notariat ofisində vərəsəlik işi açılmışdır. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (MM-nin 1243.3). İddiaçılar X4 xx.xx.2022-ci il tarixdə mübahisəli olan bağ evində vəfat etdikdən sonra həmin bağ və torpaq sahəsini faktiki qəbul etmişdirlər. Faktiki qəbul etmələrinə dair sübutlar: - X18 xx.xx.2022-ci il tarixdə Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784 H ünvanda yerləşən bağ evində vəfat etdikdən sonra onun bütün yas mərasimlərini iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin bağ evində təşkil etmələri (40 mərasiminədək) mübahisəsiz haldır. Bunu hətta məhkəmədə şahid qismində dindirilmiş X19 və X1 təstiq etmişdirlər; Mülki iş materiallarda olan sənəddən görünür ki, X10 birdəfəlik dəfn xərcini xx.xx.2022-ci il tarixdə İddiaçı1 almışdır; Məhkəmədə şahid qismində dindirilmiş X19 bildirmişdir ki, X18 vəfat etdikdən sonra onu iddiaçılar dəfn etmişlər. Onun bütün yas mərasimlərini onlar keçirmişlər. O, mərhumun qırx mərasimlərinə kimi oraya gəlib-getmişdir. Həmin vaxt iddiaçlar oraya gəlib-gedirdilər, bəzən qalırdılar. İddiaçılar atalarının qırxından sonra oraya gələndə qapının kilidini də dəyişmişdirlər. Göründüyü kimi iddiaçılar faktiki olaraq bağ evini və altındakı torpağı miras əmlak kimi qəbul etmişdirlər və sahiblik edirdilər, bu səbəbdən bağ evi mülkiyyətləri olduğuna görə qapının kilidini də dəyişmişdirlər; Məhkəmədə şahid qismində dindirilmiş X6 bildirmişdir ki, X10 bacısı qızıdır. Həmin bağ evində qonşuluqda bir həyətdə anası ilə birlikdə yaşayır. X10 dəfn və yas mərasimlərini iddiaçılar keçirmişdir. Suğra, Safurə nəinki onlara gəlməmiş, hətta zəng belə etməmişdir. Sentyabr-oktyabr aylarında iddiaçılar orada qalırdılar; Məhkəmə iclasında Cavabdeh2 (X10 2-ci arvadı) bildirmişdir ki, X18 bağ evində, o isə Qara Qarayevdə yaşayırdı. X10 vəfatından məlumatı olmamışdır, dəfndə və yas mərasimlərində iştirak etməmişdir. Dəfni və yas mərasimlərini bağ evində iddiaçılar təşkil etmişdir; Digər Cavabdeh4 bildirmişdir ki, atasının dəfn və yas mərasimində iştirak etməmişdir, çünki həmin vaxtlar ölkədə olmamışdır, xaricdə yaşayırdı və yalnız 2023-cü ildə Azərbaycana qayıdıb; Digər Cavabdeh3 bildirmişdir ki, atasının dəfn və yas mərasimində iştirak etməmişdir, çünki həmin vaxtlar cəza çəkmə müəssisəsində cəza çəkirdi, yalnız 2022-ci ilin noyabr ayında azadlığa buraxılmışdır; iddiaçılar həmin bağ evində uşaqlıqdan böyüyüb başa çatmışdırlar, həmin bağ evi onların baba yurdu olmuşdur, baba yurdu olmaları atalarına vərəsəliklə keçməsi sübut edir. İddiaçılar ataları həmin bağ evində vəfat etdikdən sonra yalnız onlar bütün yas mərasimini həmin bağda keçirmişlər, sonradan həmin bağ evinə sahiblik və istifadə etmələri açıq-aşkar görünür, hətta bağ evinin qapısının kilidini də dəyişmişdirlər. Göründüyü kimi iddiaçılar bağ evini və altındakı torpağı sahiblik etmişdirlər və əmlakı idarə etməyə faktik başlamışdırlar və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdirlər. MM-nin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmənin dövlət reyestrinə verdiyi sorğu əsasında alınmış sənədlərdən görünür ki, mübahisəli olan bağ evi və altındakı torpaq sahəsi mərhum X14 atasından vərəsəliklə keçmişdir. Buna dair 12 dekabr 2010-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə mövcuddur. Lakin 6 saylı notariat ofisi vərəsəlik haqqında iş açarkən həmin amlakı mərhum X18 ilə Cavabdeh2 birgə nikah dövründə əldə olunmuş əmlak hesab edərək ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə vermişdir. Lakin məhkəmə buna, ümumiyyətlə, hüquqi qiymət verməmişdir. Məhkəmə hesab etmişdir, mübahisə bağ evini alan Cavabdeh1 vicdanlı alıcıdır. Hesab edir ki, məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə iclasında Cavabdeh2 bildirmişdir ki, Cavabdeh1 mərhum əri X15 hələ sağlığından tanıyırdı və o vaxtlar gəlib gedirdi. Bağa baxmışdır və almaq istəyirdi. Yəni buradan aydın olur ki, Cavabdeh1 mərhum X10 birinci nikahdan 2 oğlu olması barədə konkret xəbər olmuşdur və bağ evinə dair çıxarış alındıqdan sonra teztələsik satılmasından məlumatı olmuşdur. Çünki çıxarış verildikdən 47 gün sonra alqı-satqı olunmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə prosesində iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə prosesində iştirak edən Cavabdeh4 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
13. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər.
14. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
15. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
16. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
17. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
18. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
19. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
20. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
21. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
22. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
23. Maddə 1159.1.1. 1-ci növbədə – Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
24. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.
25. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir;
26. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfındən qəbul edilmiş sayılır;
27. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası qəbul etmişdir.
28. Maddə 1321.3 Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
32. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi əhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin bütövlükdə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
37. Birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi hüquq normalarının tətbiq olunmasında yanlışlığa yol vermişdir ki, bu da mübahisələndirilən qətnamənin ləğvi üçün əsaslar yaratmışdır.
38. Belə ki, kollegiya ilk növbədə cavabdehin iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilən müddət ərzində vərəsəliyi qəbul etməməsi barədə dəlillərinə, o cümlədən bu mövqe ilə razılaşan birinci instansiya məhkəməsinin qətnaməsinə münasibətdə aşağıdakıları qeyd edir.
39. Məlum olduğu kimi hazırki işə baxılan zaman Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1246 və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” sorğu ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət olunmuş və bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı dərc olunmuşdur.
40. Konstitusiya Məhkəməsi həmin Qərarında hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz.
41. Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
42. Məhkəmə kollegiyası hesab edir ki, Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qeyd olunan Qərarı ilə birinci instansiya məhkəməsinin hazırki işdə tətbiq etdiyi mirasın qəbulu müddətləri ilə bağlı Mülki Məcəllənin 1246-cı maddəsi qüvvədən düşmüş hesab edildiyindən və həmin qərar məhkəmələrin icraatında olan mübahisələrə şamil olunduğundan, iş materialları iddiaçıların Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə, Mülki Məcəllənin 1159-cu maddəsinə uyğun olaraq vərəsəlik hüququnun mövcudluğu, mövcud olduğu halda, miras əmlakda payının müəyyən edilməsi və digər tələbləri baxımından araşdırılmalı və buna uyğun qanuni qərar qəbul edilməlidir.
43. Belə ki, iş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 280150 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 828 nömrə ilə qeyd edilmişdir.
44. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən dövlət notariat kontoruna verilmiş xx.xx.2022ci il tarixli arayışın surətindən görünür ki, Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784 H ünvanında yerləşən bağ evində yalnız X18 qeydiyyatda olmuşdur.
45. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 05Q/1655/70 nömrəli arayışın surətindən görünür ki, X18 ilə X3 nikahı haqqında 18 aprel 1992-ci ildə 356 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Talıbov”, arvada “Talıbova” soyadı verilmişdir.
46. xx.xx.2010-cu il tarixli 2V-1-96 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1990-cı il tarixdə vəfat etmiş X12 vərəsəsi X18 miras əmlakdan tam olaraq irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2010-cu ildə verilmiş arayışa əsasən, Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ümumi sahəsi 16,5 kv.m olan 784 saylı bağ evindən, 0,12 ha (faktiki 0,117032 ha torpaq sahəsi) torpaq sahəsindən ibarətdir.
47. xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X18 ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş, 11/16668 saylı arayışa və ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 56 nömrəli reyestr kitabının 5918 saylı vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********29-11301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2011-ci il tarixli çıxarışa əsasən ona məxsus olan Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ümumi sahəsi 16,5 kv.m olan 784 saylı bağ evinin yerləşdiyi, sahəsi 0.087032 ha olan torpaq sahəsinin 0.057032 ha hissəsini mülkiyyətində saxlamaqla, sahəsi 0.03 ha hissəsini və həmin torpaq sahəsində yerləşən, birotaqlı, yaşayış sahəsi 16.5 kv.m, ümumi sahəsi 16.5 kv.m olan “A” Literli tikilidən ibarət bağ evini bacısı X7 bağışlamışdır.
48. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784 H ünvanında yerləşən 0,057032 ha torpaq sahəsi və ümumi sahəsi 77,9 kv/m olan bağ evi xx.xx.2015-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə X10 adına qeydiyyatdan keçmişdir.
49. xx.xx.2023-cü il tarixli 2V-12 reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 qalmış arvadı Cavabdeh2 onların birgə nikah dövründə əldə etdikləri ümumi birgə ½ hissəsinə mülkiyyət hüququ vardır. Cavabdeh2 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı ƏMDKnin yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə X14 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784 H ünvanında yerləşən 0,057032 ha toraq sahəsi və ümumi sahəsi 77,9 kv/m olan bağ evindən ibarətdir.
50. xx.xx.2023-cü il tarixli 2V-13 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X10 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4dır və onların hə biri miras əmlakdan 1/6 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRXnin Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784 H ünvanında yerləşən 0,057032 ha toraq sahəsi və ümumi sahəsi 77,9 kv/m olan bağ evindən ibarətdir.
51. xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784 H ünvanında yerləşən 0,057032 ha torpaq sahəsi və ümumi sahəsi 77,9 kv/m olan bağ evinin paylı mülkiyyət üzrə onlara məxsus olan hissəsini 80000 manat qiymətinə Cavabdeh1 satmışlar. Alıcı Cavabdeh1 satıcı Cavabdeh2 satığı 4/6 hissəsini (51,92 kv/m və 0,03802134 ha) ondan 53334 manata, satıcı Cavabdeh3 satığı 1/6 hissəsini (12,99 kv/m və 0,00950533 ha) ondan 13333 manata və satıcı Cavabdeh4 satığı 1/6 hissəsini (12,99 kv/m və 0,00950533 ha) ondan 13333 manata almışdır.
52. Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ona məxsus olan 67000 manat pul vəsaitini Cavabdeh3 bağışlamışdır.
53. Beləliklə, kollegiya qeyd edir ki, hazırda iddia tələblərinə uyğun olaraq iddianın həlli istiqamətində məhkəmə tərəfindən müəyyən edilməli hallar: 1) iddiaçıların miras əmlakdan pay almaq hüquqlarının mövcud olub-olmaması; 2) əgər mövcuddursa, onlara düşəcək payın həcmi və hazırda cavabdehlərə verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsızlığı; 3) miras əmlakın satıldığı şəxsin vicdanlı alıcı olub-olmaması; 4) bu sualın cavabına uyğun olaraq alqı-satqı müqaviləsinin ləğvi məsələsindən ibarətdir.
54. Belə ki, iş materiallarındakı doğum haqqında şəhadətnamələrindən görünür ki, İddiaçı1 və İddiaçı2 doğum haqqında şəhadətnamələrində ata qrafasında mərhum X10 adı qeyd olunmuşdur. Bu da o deməkdir ki, iddiaçıların mərhum X10 qanun üzrə vərəsəsi olması işin mübahisəsiz halını təşkil edir və onun miras əmlakından qanunvericiliklə müəyyən olunmuş pay almaq hüquqlarına malikdirlər.
55. İş materiallarından da göründüyü kimi mərhum X10 digər vərəsələri, yəni hazırki iş üzrə cavabdehlər miras qoyanın ölümündən sonra müvafiq notariat orqanına müraciət edərək vərəsəlik işinin açılmasını xahiş etmişlər. Lakin hansısa səbəblərdən dolayı hazırki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 vərəsəlik işinin açılması zamanı dəvət olunmamış, bunun nəticəsində qanunla qorunan pay almaq hüquqlarından istifadə etmək imkanlarından məhrum olmuşlar. Yuxarıda da qeyd edildiyi kimi Konstitusiya Məhkəməsinin mövqeyinə görə mirasın qəbulu prosesi ilə bağlı müddət tələbləri götürüldüyündən, artıq iddiaçıların mübahisəli miras əmlaklarına onların qanun üzrə vərəsə kimi pay almaq hüquqları öz mövcudluğunu qorumuş olur.
56. İşin halları ilə müəyyən olunur ki, digər vərəsələr, yəni hazırki iş üzrə cavabdehlərə vərəsəlik haqqında şəhadətnamə verilərkən iddiaçılar vərəsə kimi tanınmadığından onlara düşən pay da nəzərə alınmamışdır. Bu halda kollegiya hesab edir ki, artıq cavabdehlərə düşən payın miqdarının əks olunuduğu vərəsəlik haqqında şəhadətnamələrin etibarsızlığı üçün əsaslar yaranmış olur. Beləliklə, kollegiya hesab edir ki, iddiaçıların iddia tələbləri miras əmlakda vərəsəlik hüquqlarının tanınması və cavabdehlərə verilən vərəsəlik haqda şəhadətnamələri etibarsız hesab edilməlidir.
57. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ilə Cavabdeh1 arasında 24 mart 2023-cü il tarixdə bağlanmış AN № ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və; Cavabdeh1 bağ evinin Cavabdeh1 tərəfindən öz şəxsi vəsaiti hesabına bərpa edilərək təhvil verilməsi və onun əşyaları ilə birlikdə həmin əmlakdan çıxarılması hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh1 vicdanlı əldə edən olduğu üçün iddia tələbi həmin hissədə təmin edilə bilməz.
58. Belə ki, Cavabdeh1 alqı-satqı müqaviləsi bağlayarkən daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 mülkiyyətində olan bağ evinə və toraq sahəsinə dair hər hansı bir məhdudiyyət və ya qeyd olmamışdır. O məhz bu qeydiyyata etibar edərək bağ evinə və topraq sahəsinə görə 80.000 manat pul ödəyib satın almış, əmlakı satın alana qədər iddiaçıları və digər cavabdehləri tanımamışdır. Qeyd olunan hallar isə Cavabdeh1 vicdanlı tərəf olmasına dəlalət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Cavabdeh1 bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək yaşayış sahəsi əldə etmiş və yaşayış sahəsi olan bağ evinə dair hüquqlarını reyestrdə qeydə aldırmışdır.
59. İddia tələbinin həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş çıxarışın, o cümlədən əmlakın satılmamışdan öncə cavabdehlərin adına paylarına müvafiq surətdə verilmiş çıxarışların ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edildiyi kimi cavabdehlərlə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarlı olduğundan müvafiq olaraq sonuncunun həmin əmlaka hüquqlarını təsdiq edən çıxarışın ləğv olunmasına da hər hansı hüquq əsas yaranmamış olur. Həmin çıxarışın və mübahisəli əmlakın Cavabdeh1 qanuni əsaslarla məxsus olması səbəbindən artıq cavabdehlərin həmin əmlaklara dair çıxarışları birbaşa qüvvədən düşmüş hesab olunur və məhkəmə qərarı ilə həmin çıxarışların hüquqi qüvvəsinə xüsusilə münasibət bildirilməsinə hər hansı zərurət qalmır.
60. Məhkəmə kollegiyası iddia tələbinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 784 H ünvanda yerləşən bağ evinin və torpaq sahəsinin satışından əldə edilmiş 80 000 manat pulun 1/5 hissəsinə İddiaçı1 və 1/5 hissəsinə İddiaçı2 vərəsəlik hüququnun tanınması və cavabdehlər X2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 16 000 manat pulun alınaraq İddiaçı1 və 16 000 manat pulun Cavabdeh3 ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.
61. İddiaçılar öz iddia ərizələrində və apelyasiya şikayətlərində bildirmişlər ki, mübahisəli əmlak xx.xx.2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X14 vərəsəliklə keçmişdir və qanunvericiliyin tələblərinə görə vərəsəlik qaydasında aldığı əmlak şəxsin öz mülkiyyəti olduğundan həmin əmlaka birgə nikah dövründə əldə edilən əmlak statusu verilə bilməz.
62. İddiaçıların qeyd edilən dəlillərinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, iş materiallarındakı xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsinin surətindən göründüyü kimi X18 ona vərəsəliklə tam formada keçmiş sahəsi 0.087032 ha olan torpaq sahəsinin 0.057032 ha hissəsini mülkiyyətində saxlamaqla, sahəsi 0.03 ha hissəsini və həmin torpaq sahəsində yerləşən, birotaqlı, yaşayış sahəsi 16.5 kv.m, ümumi sahəsi 16.5 kv.m olan “A” Literli tikilidən ibarət bağ evini bacısı X7 bağışlamış, daha sonra torpaq sahəsinin özündə saxladığı hissəsində birgə nikah dövründə yeni bağ evi inşa edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən də görünür ki, Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784 H ünvanında yerləşən ümumi sahəsi 77,9 kv/m olan bağ evi məhz həmin 0,057032 ha torpaq sahəsinin üzərində inşa edilmiş və həmin bağ evi birgə nikah dövründə, yəni xx.xx.2015-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə X10 adına qeydiyyatdan keçmişdir.
63. Göründüyü kimi mübahisə predmeti olan bağ evi heç də iddiaçıların qeyd etdiyi kimi mərhum miras qoyana vərəsəliklə keçməmiş, mərhumun və arvadının birgə nikah dövründə birgə vəsaitləri hesabına (bunu təkzib edən hər hansı sübut iş materiallarında aşkarlanmamış və mübahisələndirilməmişdir) inşa edilmişdir. Bu da onu deməyə əsas verir ki, miras əmlakı təşkil edən sözügedən əmlakların üzərində mirasqoyan X10 yalnız ½ hissədə payı olmuşdur. Bunun nəticəsində də kollegiya hesab edir ki, həmin əmlakın satışından əldə olunan 80.000 manat məbləğində vəsaitin yalnız ½ hissəsi, yəni 40.000 məbləğində vəsaitlə bağlı iddiaçıların müvafiq qaydada pay almaq hüquqları mövcuddur.
64. İş materialları ilə müəyyən olunduğu kimi mərhum X10 iddiaçılar da daxil olmaqla ümumilikdə 5 vərəsəsi mövcuddur: İddiaçı1, İddiaçı2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4.
65. Beləliklə, kollegiya hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 784 H ünvanda yerləşən bağ evinin və torpaq sahəsinin satışından əldə edilmiş 80 000 manat pulun miras qoyan X14 məxsus olan ½, yəni 40.000 manat məbləğində olan hissəsinin 1/5 hissəsinə, yəni 8000 manatla bağlı İddiaçı1 və 1/5 hissəsinə, yəni 8000 manatla bağlı İddiaçı2 vərəsəlik hüququnu tanınmalıdır.
66. Qeyd edilən məbləğlərin cavabdehlər X2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada iddiaçıların xeyrinə tutulması ilə bağlı isə kollegiya qeyd edir ki, hərçənd ki, X9 və Cavabdeh4 həmin əmlakların satışından əldə olunmuş və onların paylarına uyğun olaraq əldə edilmiş 67.000 manat məbləği digər vərəsə Cavabdeh3 bağışlasalar da, bu hal onların öz aralarında baş verən mülki hüquq münasibətlərindən irəli gəlir və öz paylarından imtina etdikləri anlamına gəlmir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıların hər birinə ödənilməli olan 8000 manat məbləğində vəsait cavabdehlər X2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutulmalıdır.
67. Beləliklə, kollegiya işin yuxarıda qeyd edilən hallarına və qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784 H ünvanda yerləşən 0,057032 ha torpaq sahəsinin və ümumi sahəsi 77,9 km bağ evinin 1/6 hissəsinə cavabadehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməli, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 784 H ünvanda yerləşən bağ evinin və torpaq sahəsinin satışından əldə edilmiş 80.000 manat pulun miras qoyan X14 məxsus olan ½, yəni 40.000 manat məbləğində olan hissəsinin 1/5 hissəsinə, yəni 8000 manatla bağlı İddiaçı1 və 1/5 hissəsinə, yəni 8000 manatla bağlı İddiaçı2 vərəsəlik hüququnu tanınmalı, cavabdehlər X2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 8000 manat pul alınaraq İddiaçı1 və 8000 manat pul Cavabdeh3 ödənilməlidir, qalan hissədə isə iddia təmin edilməməlidir.
68. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
69. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
70. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
71. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 4604/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784 H ünvanda yerləşən 0,057032 ha torpaq sahəsinin və ümumi sahəsi 77,9 km bağ evinin 1/6 hissəsinə cavabadehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 784 H ünvanda yerləşən bağ evinin və torpaq sahəsinin satışından əldə edilmiş 80.000 manat pulun miras qoyan X14 məxsus olan ½, yəni 40.000 manat məbləğində olan hissəsinin 1/5 hissəsinə, yəni 8000 manatla bağlı İddiaçı1 və 1/5 hissəsinə, yəni 8000 manatla bağlı İddiaçı2 vərəsəlik hüququ tanınsın. Cavabdehlər X2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 8000 (səkkiz min) manat pul alınaraq İddiaçı1 və 8000 (səkkiz min) manat pul Cavabdeh3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova