Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1366/2025 17.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(007)- 2697/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il aktdan görünür ki, X4 məxsus ünvan 1 ünvanında quraşdırılmış G-4 markalı **********0 nömrəli Zenner tipli qaz sayğacı (AKT 0381108) xx.xx.2024-cü il tarixdə xəttən çıxarılmış növbəti dövlət yoxlamasına göndərilmiş, Metrologiya Departamentinin Sayğacların müayinəsi laborotoriyasında sayğac yoxlanılmış əhali qaz sayğacının yoxlanılması haqqında tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 0252 nömrəli akta əsasən İddiaçı məxsus ünvan 2 ünvanına təbii X5nın pozulması haqqında ******* nömrəli 6480 m3 dəymiş ziyan hesablanmışdır.
2. Təbii X5nın pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanına quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacın hesablama mexanizminin qoruyucu qapağı üzərinə vurulan üst sağ zavod plastmas plombun üzərində və yuvasının ətrafında əzik-cızıq izləri aşkar olunmuşdur. İddiaçı qeyd olunan aktı imzalanmaqdan imtina etmişdir.
3. Abonentin saldosuna əsasən, X1 qalıq və aktlar üzrə borcu 777,60 manat təşkil edir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü ildə Bakı RQSD-nın QB və SS-nin Nizami rayon XS üzrə qrup rəhbəri Seyidov Vüsal, mühəndis İsparov İxtiyar, nəzarətçi X6 Nigar Xanlar qızma məxsus Nizami rayon P.Fərzəliyev 4 ünvanında quraşdırılmış G-4 markalı **********0 nömrəli Zenner tipli qaz sayğacının (AOT № 0381108) xx.xx.2024-cü il tarixdə xətdən çıxarılıb növbəti dövlət yoxlamasına göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Meterologiya Departamentinin Sayğacların müqayisəsi laboratoriyasında sayğac yoxlanılmış, əhali qaz sayğacının yoxlanılması haqqında ADT № 0252 nömrəli akt tərtib olunmuşdur. Tərtib olunan akta əsasən İddiaçı qızına məxsus Nizami rayonu, P.Fərzəliyev 4 ünvanında (kod: **********0034) təbii X5nın pozulması haqqında ******* nömrəli akt tərtib olunaraq 6480 m3 dəymiş ziyan hesablanmışdır. Aktı Azəriqaz İB-nin BRQSD-nın rəis müavini Orucəli Məmmədov təsdiq etmişdir. Tələbnamədə dəymiş ziyan həcmi hesablanıb göstərib. Abonentin saldosuna əsasən sözügedən akt üzrə 993 manat borc hesablanıb. İddiaçı dəfələrlə cavabdehin nümayəndələrindən əsassız hesablanmış borcun silinməsini tələb etsə də cavabdeh borcu silməkdən imtina edib, hesablanmış borcu ödəməyi tələb elmişdir. Aşağıdakılara əsasən xx.xx.2024-cü il ******* saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında əsassız hesablanmış 993 manat borcun silinməsi barədə qətnamə qəbul edilməlidir. Əvvəla akt tərtib olunarkən iddiaçının bundan xəbəri olmayıb və onun tərtib olunarkən iddiaçının bundan xəbəri olmayıb və onun iştirakı təmin edilməyib. xx.xx.2024-cü il tarixli ******* saylı akt Azəriqazın 3 əməkdaşı tərəfindən imzalanıb və həmin sahənin rəisi tərəfindən təsdiq edilib. Aktda iddiaçının iştirakını təmin edilməməsi heç cür izah edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmişdir. Qərardan istifadə qaydalarının 6.5.4-cü bəndinə əsasən qaz paylayıcısının işçisi bi Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zədənin bu qaydaların 6.5.2-ci və 6.5.3-cü bəndinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşma çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmamışdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə akta müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparmaqla) qeydə alınır. İstehlakçı izahat və aktın məzmunu barəsində öz mülahizələrinin təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 3.5-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edə bilməz. Əlavə olaraq dəymiş ziyanın hesablanması aydın deyil. xx.xx.2024-cü il tarixi dəymiş ziyanın bərpasına dair tələbnamədə dəymiş ziyanın “X5”nın 6.5-ci bəndinin tələblərinə əsasən hesablandığı qeyd edilir. Bakı şəhəri Nizami rayon P.Fərzəliyev 4 ünvanda abonent kodu: **********00034 saylı abonentin kodu üzrə xx.xx.2024-cü il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 993 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Cavabdeh İB-nin nümayəndəsi iddia ərizəsinə qarşı etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00034 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış **********00 sayğac çıxarılaraq yoxlanılması üçün “Azərbaycan Metrologiya İnstitutu” PHŞ “Kommunal Laboratoriyalar”ına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 0252 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan üst sağ zavod plastmas plombunun üzərində və yuvasının ətrafında fiziki təsir nəticəsində əzik cızıq izləri aşkar olundu, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2024-cü il tarixli, ******* saylı “Təbii X5nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 6480 m3 təşkil etmişdir. Hesablanmış 777,60 manat dəymiş ziyan 2024-cü ilin mart ayından abonentin koduna yerləşdirilmişdir. Belə ki, ******* saylı, xx.xx.2024-cü il tarixli aktın etibarsız hesab edilməsi əsas yoxdur, çünki həmin akt sayğacın əvəz edilməsini özündə əks etdirir. Həmçinin, cavabdehin ödənilməmiş 2023cü ilin oktyabr-dekabr ayları üzrə 185,80 manat sərfiyyat borcu və limitdən əlavə 8 manat sərfiyyat borcu, 2024-cü ilin fevral-iyul ayları üzrə 229,16 manat sərfiyyat borcu və limitdən əlavə 17,04 manat sərfiyyat borcu, cəmi 440 manat sərfiyyat borcu qalmışdır. 2023-cü ilin oktyabr ayından 2024-cü ilin iyun ayına qədər cavabdeh cəmi 224,60 manat məbləğində ödəniş etmişdir (440-224,60=215,40). Belə ki, cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 215,40 manat borcu (debitor borc) da qalmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011- ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X5”nın 1.3- cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildirir ki, **********00034 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İBnin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiş ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca güya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Beləliklə yuxarıda qeyd olunanlara əsaslanaraq iddia ərizəsinə öz etirazlarını bildirirlər.
7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(007)- 2697/2024 nömrəli qətnaməsi ilə (hakim R.T.Əhmədov) iddia tələbi təmin edilmiş, Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi, həmin akt əsasında hesablanmış 993 manat məbləğində cərimə borcunun silinməsi qət edilmişdir.
8. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğac mənzildən bayırda quraşdırılmışdır, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən qoruması qeyri-mümkündür, müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir, istinad edilən Qaydaların 4.2-ci maddəsinin tələbinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilməlidir.
9. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, aktın əsaslı olmasını təsdiq edən sübutlarını dövlət orqanı olan cavabdeh təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, təbii qaz zədələnmiş qaz sayğacı vasitəsi ilə sərf edildiyi üçün abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2, 560.1, 560.2, 560.3, 560.3.5.2-ci maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X5»nın 4.2, 4.5, 4.7, 4.8, 4.9, 5.5-ci bəndlərinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.2, 88, 119.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, CavabdehİB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00034 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış **********00 sayğac çıxarılaraq yoxlanılması üçün “Azərbaycan Metrologiya İnstitutu” PHŞ“Kommunal Laboratoriyalar”ına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 0252 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan üst sağ zavod plastmas plombunun üzərində və yuvasının ətrafında fiziki təsir nəticəsində əzik cızıq izləri aşkar olundu, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2024-cü il tarixli, ******* saylı “Təbii X5nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 6480 m təşkil etmişdir. Hesablanmış 777,60 manat dəymiş ziyan 2024-cü ilin mart ayından abonentin koduna yerləşdirilmişdir. Belə ki, ******* saylı, xx.xx.2024-cü il tarixli aktın etibarsızhesab edilməsi əsas yoxdur, çünki həmin akt sayğacın əvəz edilməsini özündə əks etdirir. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. Məhkəmə Kollegiyasının nəzərinə çatdırmaq istəyir ki, quraşdırılmış qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında İddiaçıdan başqa heç kim maraqlı ola bilməz. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı “Təbii X5nın pozulması haqqında” Aktda, hansı ki, İddiaçıya məxsus abonent kodu verilmiş mənzilə quraşdırılmış sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan üst sağ zavod plastmas plombunun üzərində və yuvasının ətrafında fiziki təsir nəticəsində əzik cızıq izləri aşkar edilməsi əsası ilə tərtib edilmişdir. Göründüyü kimi iş materiallarında yer alan, mübahisələndirdiyimizqətnamədə də öz əksini tapan və 1-ci instansiya məhkəməsinin istinad etdiyi sübutlar iddia tələbinin borcun silinməsi hissəsində təmin edilməsinə yox, iddia tələbinin həmin hissəsində də rədd edilməsinə əsasdır. 1-ci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair saldoda yer almış və iddiaçının müdaxilə edilməsi faktını rəqəmlərlə təsdiqləyən məlumatları araşdırmamışdır. Məhkəmə itirilmiş qazın dəyərini hər hansı bir hüquqi əsas olmadan əsassız borc kimi qələmə verərək abonent hesabından silinməsini qət etmişdir. İddiaçı məhkəməyə əsaslı olması ilə bağlı uydurma izahatından başqa heç nə təqdim edə bilməmişdir.
13. Daha sonra cavabdehin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının ödənilməmiş 2023-cü ilin oktyabrdekabr ayları üzrə 185,80 manat sərfiyyat borcu və limitdən əlavə 8 manat sərfiyyat borcunu, 2024-cü ilin fevral-iyul ayları üzrə 229,16 manat sərfiyyat borcunu və limitdən əlavə 17,04 manat sərfiyyat borcunu, cəmi 440 manat sərfiyyat borcunu əsassız olaraq silmişdir. Bundan əlavə iddiaçının 2023-cü ilin oktyabr ayından 2024-cü ilin iyun ayına qədər iddiaçı cəmi 224,60 manat məbləğində ödəniş etmişdir (440-224,60=215,40). Belə ki, iddiaçının sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 215,40 manat borcu (debitor borc) da qalmışdır. Məhkəmə həmin debitor borcu da, əsassız olaraq silmişdir. Belə çıxır ki, ümumilikdə iddiaçının 655,40 qəpik borc məbləği Məhkəmə tərəfindən əsassız olaraq silinmiş və mövcud qanunsuz Qətnamə qəbul edilmişdir. Qərar qəbul edilərkən, yuxarıda qeyd olunan vacib xüsusatların nəzərə alınması xahiş olunmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X5” Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. X5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X5 ilə tənzimlənir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-1366/2025 nömrəli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(007)-2697/2024 nömrəli qətnaməsi “Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt ləğv edilsin” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata, bu tələbə məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir.
23. Hazırkı işdə borcun silinməsi tələbinə dair iddia təmin olunduğundan və cavabdeh apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir.
25. İşdən görünür ki, “Təbii X5nın pozulması” haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli akta əsasən dəymiş ziyanın əvəzi olaraq iddiaçıdan 777.60 manat məbləğində borc tələb edilmişdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan qanunvericiliyin imperativ tələblərinə uyğun olaraq iddiaçı sayğaca müdaxilə, habelə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
27. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
28. Lakin iddiaçının sayğaca müdaxilədə təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədən cavabdeh iddiaçıdan vurulmuş zərərin ödənilməsini tələbnamə ilə tələb etmiş, həmin zərərin məbləğini abonentin saldosuna daxil etmişdir.
29. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Cavabdeh İB tərəfindən abonent İddiaçı yuxarıda qeyd olunan akt üzrə hesablanmış məhz 777.60 manat məbləğində cərimə borcu silinməlidir.
30. Birinci instansiya məhkəməsi akt üzrə hesablanmış həmin məbləği nəzərə almamış, iddiaçının hesabından 993 manat məbləğində borcun silinməsini qət etmiş, bununla da səhv nəticəyə gəlmiş, habelə maddi hüquq normalarını düzgün tədbiq etməmişdir.
31. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(007)-2697/2024 nömrəli qətnaməsi ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı (abonent kodu **********00034) akt üzrə hesablanmış 777.60 manat məbləğində cərimə borcu silinsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.