Məhkəmə qərarları › İş №2(103)-138/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-138/2025

18.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-138/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı hüquqi varisi X2 iştirakı ilə, İddiaçı hüquqi varisi X2 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4918/2023 saylı, 25 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğacsız təbii qazdan istifadə və sayğaca müdaxilə halları aşkar edilmiş, bu barədə tərəfindən ünvan 1 ünvanı üzrə aktlar tərtib edilmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8564/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 528 manat məbləğində dəymiş ziyan, 512,70 manat məbləğində debitor borcu iddiaçı Cavabdeh İB-nin xeyrinə tutulmuşdur.

3. Apellyasiya baxışı zamanı “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən İddiaçı 23 mat 2024-cü il tarixdə ölməsinin qeydiyyata alındığı müəyyən edilmişdir. İddiaçının oğlu – X3 hüquqi varis qismində işə cəlb edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı – ünvan 1-ə (abonent kodu: **********00001) cərimə kimi yazılmış olan 6.870,91 manat borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 (abonent kodu: **********00001) ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayış evinə yoxlama apararkən akt tərtib edərək sayğacı yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. Laboratoriya rəyində qeyd edilmişdir ki, iddiaçı sayğaca müdaxilə etmiş və ona görə haqsız yerə 6.870,91 manat cərimə borcu yazılmışdır. İddiaçı bildirir ki, nə o, nədə ki ailə üzvləri tərəfindən sayğaca müdaxilə olunmamışdır. Rəy əsassızdır və özündə həqiqəti əks etdirmir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4918/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək ünvan 1 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu **********00001 olan) hesablanmış 5.909,32 (beş min doqquz yüz doqquz manat, otuz iki qəpik) manat borcun silinməsi; Cavabdehndən 79.09 (yetmiş doqquz manat doqquz qəpik) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən 15 gün müddətində təbii qazdan sayğacdan kənar istifadə edilmiş və buna görə də cavabdehin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı akt tərtib edilmiş və müvafiq olaraq itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 5.967,64 manat məbləğində borc tələb edilmişdir. İddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsi etiraf edilsə də, lakin məhkəmə Cavabdeh İB tərəfindən itirilmiş qaz sərfiyyatının bərpası məqsədilə hesabatın aparılması qaydasını və hesablanmış borcun məbləğini düzgün və ədalətli hesab etmir.

8. Məhkəmə hesab etmişdir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Aktlardan da göründüyü kimi, yoxlayıcılar evin daxilinə baxış keçirməmiş sayğacdan kənar xəttdən evin daxilində hansı qaz işlədicilərinin qidanlamasını araşdırmamışdır. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçıya yazılmış akta əsasən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 15 gün nəzərə alınaraq dəymiş ziyanın həcmi 1.2 x 12 x 15= 216 m3 , QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 15 gün nəzərə alınaraq dəymiş ziyanın həcmi 1.5 x 12 x 15= 270 m3 olmaqla 58.32 manat ((216 x 0,12 = 25.92)+( 270 x 0,12 = 32.4)) müəyyən edilməlidir. ünvan 1 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu **********00001 olan) hesablanmış 5.909,32 (5.967,64-58,32 =5.909,32) manat borc silinməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na; «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4918/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar, nəzərə almayıb. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına tam uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı prosessual hüquqi varisi X3 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. 14.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 16.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 18.Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tətbiqində səhvə yol verdiyindən apellyasiya baxışının predmetini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

19. Belə ki, mübahisələndirilən qətnamədən göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8564/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə konkret faktlar üzrə gəlinən nəticələrin tərəflər üçün məcburi qüvvəyə malik olduğunu nəzərə almamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

20.21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 22.386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 23.1096, 1097.1 və 1097.1-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 24.1.3-cü və 1.4-cü bəndlərinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 25.3.2.1-ci və 5.5-ci bəndlərinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktda (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 26.4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 27.4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 28.4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 29.6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun

30.13-cü maddəsinin 8-ci bəndinə (köhnə redaksiyada) əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 31.13-cü maddəsinin 8-1-ci bəndinə (qüvvəyə mindiyi tarix 2022-ci il mayın 1-i) əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 32.11-ci maddəsinin 6-cı bəndinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyatakeçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

33.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 35.82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir.

37. İlk öncə qeyd edilməlidir ki, işin apelyasiya baxışı zamanı iddiaçının öldüyü müəyyən edilmişdir. Mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verdiyindən iddiaçının oğlu X3 hüquqi varis qismində işə cəlb edilmişdir. Belə ki, mübahisə predmeti olan öhdəlik maddi dəyərlərə malik olmaqla şəxsi xarakter daşımır və həmin evdən istifadə edən şəxslərə vərəsəlik qaydasında keçir.

38. İş materiallarından göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğaca müdaxilə, sayğacsız təbii qazdan istifadə halları aşkar edilmiş, bu barədə tərəfindən ünvan 1 ünvanı üzrə aktlar tərtib edilmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən tərtib olunmuş aktları qismən əsaslı hesab etmiş, aktlara əsasən iddiaçının abonent koduna hesablanmış və cavabdehin etiraf etmədiyi 5.909,32 manat borcun silinməli olması qənaətinə gəlmişdir

39. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ilk aktın, yəni 2017-ci ilin mart ayında tərtib edilmiş aktdan sonra Cavabdeh İB həmin akta əsasən hesablanmış məbləğin (80 manat) tutulması üçün məhkəməyə müraciət etsəydi və abonentin mülki-hüquqi məsuliyyətə cəlb edilməsini, yəni zərərin əvəzini ödəmək öhdəliyinin onun üzərinə qoyulmasını tələb etsəyidi, zərərin həcmi 5.967,64 manata qədər artmazdı. Cavabdeh İB bir neçə il ərzində öz hərəkətsizliyi ilə zərərin həcminin artmasına şərait yaradıb. Məhkəmənin iclasında iştirak etmiş iddiaçı ünvan 1 ünvanında 4 gözlü qaz plitəsindən və İran sobasından istifadə etmişdir. Aktlardan da göründüyü kimi, yoxlayıcılar evin daxilinə baxış keçirməmiş sayğacdan kənar kənar xəttdən evin daxilində hansı qaz işlədicilərinin qidanlamasını araşdırmamışlar.

40. Məhkəmə hesab etmişdir ki, 2017-ci ilin mart ayında tərtib edilmiş akta əsasən dəymiş ziyanın həcmi 58.32 manat ((216 x 0,12 = 25.92)+( 270 x 0,12 = 32.4)) müəyyən edilməlidir. Odur ki, ünvan 1 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu **********00001 olan) hesablanmış 5.909,32 (5.967,64-58,32=5.909,32) manat borc silinməlidir.

41. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçıya məxsus abonent koduna tərtib olunmuş aktlara əsasən hesablanmış borc ilə əlaqədar hesab edir ki, birinci instansiya məhkəməsi, iddianın həlli ilə əlaqədar nəticəyə gələrkən mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üzrə preyudusiya əhəmiyyətinə malik olan iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8564/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş halları nəzərə almamışdır. Halbuki bu cür yanaşma müvafiq qanunvericiliyin yuxarıda istinad olunan maddələrinə uyğun hesab oluna bilməz.

42. Belə ki, işdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8564/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən göründüyü kimi, iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 528 manat məbləğində dəymiş ziyanın, 512,70 manat məbləğində debitor borcunun iddiaçı Cavabdeh İB-nin xeyrinə tutulması, iddianın digər hissədə isə rədd edilməsi qət edilmişdir.

43. Həmin qətnaməyə əsasən iddiaçı Cavabdeh əməkdaşları tərəfindən abonent kodu **********0001 olan cavabdeh İddiaçı ünvan 3 ünvanını təbii qazla cihaz edən qaz xəttinin üzərində quraşdırılmış sayğaca baxış keçirilərkən xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 80 manat; xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 197.60 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 528 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 194.40 manat; xx.xx.2018-ci il tarixli, 166909 saylı akt əsasında 164.40 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 345.60 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115.20 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57.60 manat; xx.xx.2019-cu il tarixli, 199540 saylı akt əsasında 133.20 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133.20 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133.20 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133.20 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat; xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 295.20 manat; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295.20 manat; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat olmaqla, cəmi 3536.80 manat məbləğində Cavabdehnə ziyan dəydiyi müəyyən edilmişdir.

44. Məhkəmə, xx.xx.2017-ci il tarixli, ******* saylı və xx.xx.2017-ci il tarixli, ******* saylı aktların sayğacın çıxış plastmas borusunun kənar təsirlər nəticəsində deşilməsi əsası ilə tərtib edildiyini müəyyən etmiş və bununla bağlı qeyd etmişdir ki, qanuna və qaz istismarı qaydalarına uyğun olaraq, İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə iddiaçı olan Cavabdeh daşıdığından, həmin aktlar üzrə müdaxilə olunmasına, iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz.

45. Məhkəmə, xx.xx.2018-ci il tarixdən etibarən müxtəlif vaxtlarda tərtib edilmiş digər aktlara dair, abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi əsası ilə tərtib edildiyini, iddia tələbinin sübutu kimi iş materiallarına əlavə edilmiş məlum aktların (çoxsaylı) tərtib edilmə dövriliyi və tərtib edilmə üslub və qaydaları, eləcə də hər bir qoşulma halının müəyyən edildiyi zaman iddiaçı Cavabdeh müvafiq səlahiyyətli şəxsləri tərəfindən qanunvericilikdə nəzərdə tutulan hərəkətlərin edilməməsi və zəruri tədbirlərin görülməməsi də qoşulmaların reallığını və bununla əlaqədar tərtib edilmiş aktların mötəbərliliyini şübhə altına almışdır. Ona görə də məhkəmə abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi əsası ilə ilk dəfə tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı aktı mötəbər sübut kimi nəzərə alaraq, hesab etmişdir ki, həmin akt üzrə hesablanmış 528 manat məbləğində dəymiş ziyan, eləcə də, 2020-2021-ci illər üçün sayğac üzrə faktiki istifadə edilmiş, lakin dəyəri ödənilməmiş 512,70 manat borcun tutulması hissələrində iddia sübuta yetmiş hesab edilməlidir.

46. Hazırda məhkəmə araşdırmasının predmetini də 2017-ci il üzrə 277,60 manat, 2018-ci il üzrə 1.778,40 manat, 2019-cu il üzrə 1.080 manat, 2020-ci il üzrə 756 manat, 2021-ci il üzrə 1.530 manat, 2022-ci il üzrə 540 manat, 2023-cu il üzrə 5,64 manat məbləğində akt borcu təşkil edir.

47. Qanuni qüvvəsini almış məhkəmə aktına əsasən 2017-2020-ci illər üzrə zərərin hesablanmasına əsas olmuş aktlar (xx.xx.2018-ci il tarixli akt istisna olmaqla) qeyrimötəbər sübut olaraq nəzərə alınmış, iddianın bu hissədə təmin edilməməsi qənaətinə gəlinmişdir. Beləliklə hazırda iddiaçının silinməsini xahiş etdiyi məbləğin 2017-2020-ci illərə aid hissəsi hazırkı mülki iş üçün preyudisiyal əhəmiyyətə malik olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8564/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallara uyğun silinməlidir.

48. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərhedilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

49. Preyudisiya institutu məhkəmə aktları ilə müəyyən edilmiş halların yenidən baxılmasının qarşısının alınmasına, o cümlədən sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir.

50. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qərarı artıq məcburidir, orada konkret faktlar üzrə gəlinən nəticələr müvafiq subyektlər üçün məcburi qüvvəyə malikdir. Məhkəmə qərarının konkret iş üçün qanun qüvvəsini əldə etdiyini, yaxud eynilə qanun kimi məcburi olduğunu bildirən “qərarın qanuni qüvvəsi” anlayışı da məhz bunu ifadə edir.

51. Bundan başqa, 2023-cü ilin yanvar ayı üzrə hesablanmış 5,64 manat, qaz xəttinə qanunsuz qoşulması ilə bağlı iddiaçının təqsirli olmasının müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutlar Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmadığından həmin tarixdə tərtib edilmiş akt əsasında cavabdehin abonent hesabına dəymiş zərərlə bağlı pul məbləğinin hesablanaraq ondan tələb edilməsi də əsassızdır.

52. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2022-ci il mayın 1-dən qüvvəyə minmiş 13-cü maddəsinin 8-1-ci bəndinə görə syğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

53. 2022-ci ilin may ayının 1-dək tərtib edilmiş (12.2021 və 01.2022) aktlara dair mübahisə isə “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndinin köhnə redaksiyadakı mətnə əsasən öz həllini tapmalıdır.

54. Beləliklə həm də iddiaçının ünvanına dair 2021-ci ildə tərtib edilmiş 1 akt üzrə: 3 qış ayı üzrə x 1476 m3=4.428 m3 və 2022-ci ildə 1 akt üzrə: 1 qış ayı x 1476 m3=1476 m3 miqdarda zərərin hesablanması daha ağlabatan hesab edilməlidir. Kollegiya həmçinin zərərçəkənin-cavabdehin davranışının zərərin yaranmasına və artmasına müəyyən həcmdə şərait yaratması hallarına yol verdiyini nəzərə alaraq hesab edir ki, qeyd edilən aktlar üzrə qaz itkisinə görə ziyanın məbləği itirilmiş təbii qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablanmaqla müəyyən edilməlidir. Belə olan halda da, 2021-ci ildə 1 akt üzrə hesablanmış 1.530 manat məbləğindən 442,8 manat, 2022-ci ildə 1 akt üzrə hesablanmış 540 manat məbləğindən 147,60 manat saxlanılmaqla (1.087,2+392,4) 1.479,6 manat məbləğində zərər da silinməlidir.

55. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin silinməsini tələb etdiyi 6.870,91 manat məbləğindən 2017-ci il üzrə 277,60 manat, 2018-ci il üzrə 1.250,40 manat, 2019-cu il üzrə 1.080 manat, 2020-ci il üzrə 756 manat, 2021-ci il üzrə 1.087,20 manat, 2022-ci il üzrə 392,40 manat, 2023-cu il üzrə 5,64 manat olmaqla, 4.849,24 manat məbləğində zərər əsassız hesablandığı üçün silinməlidir.

56. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iddia qismən təmin edilməlidir.

57. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

58. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti (təmin olunan və olunmayan hissələrdə) beş min manatdan az olduğundan hazırki qətnamədən həm iddiaçı, həm də cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

59. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4918/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı hüquqi varisi X2 Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı məxsus **********00001 saylı abonent koduna hesablanmış 4.849,24 manat məbləğində borc silinsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar