Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1381/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdehlər 4 saylı “Asan Xidmət” Mərkəzi, Cavabdeh2 və X1 qarşı “vərəsəlik şəhadətnaməsinin və reyestr qeydinin ləğv edilməsi və miras əmlakda payların müəyyən edilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Cavabdeh2 məxsus olan “Opel Vectra” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə iddianı təmin etmə tədbiri kimi qoyulmuş həbs götürülsün. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, həmin iş üzrə iddia rədd olunub və bu barədə olan qətnamə qanuni qüvvəyə minib. Mülki-Prosessual Məcəllənin 162.3-cü maddəsinə görə iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq həbsin götürülməsini qərara alıb. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1381/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1381/2021
05.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver