Məhkəmə qərarları › İş №2(103)-1385/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1385/2021

09.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1385/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, iştirakı ilə, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 Cavabdeh MMC-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1467/2019 saylı, xx xxx 2019-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 Cavabdeh MMC-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC tərəfindən istehlakçı hüquqlarımın pozulması nəticəsində ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin dəyərini məhkəmə öz mülahizəsinə görə təyin edərək, bu məbləğin cavabdehdən tutularaq ona ödənilməsi, Cavabdeh MMC-yə Domofon quraşdırılması üçün ödənilmiş 50 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi, bloka maqnit kartı olmadan daxil olmağını təmin etmək üçün, Cavabdeh MMC-nin 3 gün ərzində mənzilinin yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti, 83/85 ünvanlı binanın 4 saylı blokunun giriş qapısındakı Domofon sisteminin yaddaşına 4 rəqəmli şəxsi şifrənidaxil edərək, həmin şifrəni 2 gün ərzində ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Cavabdeh MMC tərəfindən, istehlakçı hüquqlarının pozulması nəticəsində ona dəymiş mənəvi (qeyri- əmlak) zərərin dəyərini məhkəmə öz mülahizəsinə görə təyin edərək, bu məbləğin cavabdehdən tutularaq ona ödənilməsi, Bakı şəhəri, Heydər Əliyev prospekti 83/85, 62 saylı mənzilindəki Domofon sistemindən ayrılmış abunə dəstinin (Trubkanın), Cavabdeh MMC tərəfindən 3 gün ərzində domofon sisteminə qoşmağa borclu olması, Bloka maqnit kartı olmadan daxil olmağını təmin etmək üçün, Cavabdeh MMC tərəfindən 3 gün ərzində mənzilin yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti 83/85 ünvanlı binanın 4 saylı blokunun giriş qapısındakı Domofon sisteminin yaddaşına onun 62 saylı mənzili üçün 5-6-7- 8 rəqəmlərindən ibarət şəxsi şifrə daxil etməyə borclu olması, Cavabdeh MMC tərəfindən yaşadığı mənzilin yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti 83/85, 4 saylı blokun giriş qapısına quraşdırdıqları Domofon sisteminin funksiyalarını, quraşdırma qaydalarını və s. özündə əks etdirən Texniki Pasportunu cavabdehin ona verməyə borclu olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən istehlakçı hüquqlarının pozulması nəticəsində ona dəymiş mənəvi (qeyri- əmlak) zərərin dəyərini məhkəmə öz mülahizəsinə görə təyin edərək, bu məbləğin ”Cavabdeh” MMC-dən tutularaq ona ödənilməsi, Bloka maqnit kartı olmadan daxil olmağını təmin etmək üçün, Cavabdeh MMC tərəfindən 3 gün ərzində mənzilin yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti 83/85 ünvanlı binanın 1 saylı blokunun giriş qapısındakı Domofon sisteminin yaddaşına 9 saylı mənzili üçün 2-4-6-8 rəqəmlərindən ibarət şəxsi şifrədaxil etməyə borclu olması, Domofonun zəmanət müddəti ərzində, Satıcının xidmət haqqı yığmaqla ona vurduğu zərərin əvəzi olaraq, Cavabdeh MMC-dən 28 manat pulun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1467/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı istehlakçı hüquqlarının müdafiəsi və mənəvi zərərin ödənilməsi barədə iddiası qismən təmin edilmiş, Cavabdeh MMC-dən domofonun quraşdırılması üçün ödənilmiş 50 (əlli) manat pul vəsaiti cavabdehdən tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 Cavabdeh MMC-yə qarşı istehlakçı hüquqlarının müdafiəsi və mənəvi zərərin ödənilməsi barədə iddiası rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayəti verərək, qətnamənin ona münasibətdə ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-13034/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1467/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində qismən, yəni «Bakı şəhəri. Heydər Əliyev prospekti 83/85, 62 saylı mənzilindəki Domofon sistemindən ayrılmış abunə dəstinin (Trubkanın), Cavabdeh MMC tərəfindən 3 gün ərzində domofon sisteminə qoşmağa borclu olması» hissəsində ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilmiş, Cavabdehnə Bakı şəhəri. Heydər Əliyev prospektndəki 83/85 nömrəli evin 62 saylı mənzilindəki Domofon sistemindən ayrılmış abunə dəstinin (Trubkanın) 3 gün ərzində domofon sisteminə qoşmaq(nasazlığı aradan qaldırmaq) vəzifəsi həvalə edilmiş, qətnamə, iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmış, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə, müstəqil tələblər irəli sürən üçüncü şəxsin apellyasiya şikayəti mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4482/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi “iddiaçının mənzilindəki Domofon sistemindən ayrılmış abunə dəstinin Cavabdeh MMC tərəfindən 3 gün ərzində domofon sisteminə qoşmağa borclu olması” hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib həmin hissədə iddianın qismən təmin edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə enidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, yazılı müqavilənin mövcudluqundan xəbəri olmasa da, 50 manatı ödəməklə o, istehlakçı kimi iradə ifadəsini (Domofonun alınaraq quraşdırılmasına razılıqımı) faktiki hərəkətləri ilə bildirmişdir. Həmçinin cavabdeh də, Trubkanı mənzilində quraşdırıb Domofon sisteminə qoşmaqla onu istehlakçı kimi tanımışdır. Qeyd etmək istəyir ki, o, heç vaxt cavabdehə xidmət haqqı ödəməmişsdir, o səbəbdən ki Domofonun zəmanət müddəti hələ də qüvvədədir. Sözsüz ki, Domofonun zəmanət müddəti bitdikdən sonra, cavabdehə və ya texniki xidmət göstərən diqər təşkilata (seçimi çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yıqıncaqı və ya MMMC-nin idarə heyətinin üzvləri edəçəklər), o, xidmət haqqı ödəməyə hazırdır. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddiaçıya münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müəyyən edilmiş hissədə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri, Heydər Əliyev prospekti 85/83 blok 4 ünvanda yerləşən binanın sakinlərinin adından xx.xx.2018-ci il tarixli tapşırıq müqaviləsinə əsasən çıxış edən həmin binanın sakini X5 ilə İcraçı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 05.02.18/1 nömrəli xidmət müqaviləsinin surətinə əsasən İcraçı Sifarişçiyə çağırış blokunun quraşdırılması üçün blok və abunə dəstini, yəni domofon audio-sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materialları çatdırmağı, Sifarişçi isə avadanlığı, yəni çağırış blokunun quraşdırılması üçün blok və abunə dəstini istifadəsinə qəbul etməyi, abunə dəstinin, yəni domofon audio- sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materiallarının dəyərini ödəməyi, çağırış blokunun quraşdırılması üçün blok dəstinin xidmət müqaviləsinin qüvvədə olduğu müddət ərzində istifadəyə qəbul etməyi və xidmət müqaviləsinə xitam verildiyi təqdirdə İcraçıya təhvil verməyi öhdəsinə götürmüşdülər. Sifarişçi Bakı şəhəri, Heydər Əliyev prospekti 85/83 blok 4 ünvanda yerləşən binanın sakinlərinin adından xx.xx.2018-ci il tarixli tapşırıq müqaviləsinə əsasən çıxış edən həmin binanın sakini X5 ilə İcraçı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 05.02.18/1 nömrəli xidmət müqaviləsi üzrə binanın sakinləri tərəfindən imzalanmış əlavənin (protokolun) surətinə əsasən Sifarişçi Bakı şəhəri, Heydər Əliyev prospekti 85/83 blok 4 ünvanda yerləşən binanın sakinlərinin adından 05.02.20l8-ci il tarixli tapşırıq müqaviləsinə əsasən çıxış edən həmin binanın sakini X5 ilə İcraçı "Cavabdeh” MmC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 05.02.18/1 nömrəli xidmət müqaviləsi İcraçı tərəfindən göstərilən xidmətlərə görə icraçı tərəfindən ödənilən aylıq abunə haqqı 2 manat məbləğində olması razılaşdırılmışdır. Sifarişçi Bakı şəhəri, Heydər Əliyev prospekti 85/83 blok 1 ünvanda yerləşən binanın sakinlərinin adından xx.xx.2017-ci il tarixli tapşırıq müqaviləsinə əsasən çıxış edən həmin binanın sakini X3 ilə İcraçı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 18.12.17/1 nömrəli xidmət müqaviləsinin surətinə əsasən İcraçı Sifarişçiyə çağırış blokunun quraşdırılması üçün blok və abunə dəstini, yəni domofon audiosistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materialları çatdırmağı, Sifarişçi isə avadanlığı, yəni çağırış blokunun quraşdırılması üçün blok və abunə dəstini istifadəsinə qəbul etməyi, abunə dəstinin, yəni domofon audio- sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materiallarının dəyərini ödəməyi, çağırış blokunun quraşdırılması üçün blok dəstinin xidmət müqaviləsinin qüvvədə olduğu müddət ərzində istifadəyə qəbul etməyi və xidmət müqaviləsinə xitam verildiyi təqdirdə İcraçıya təhvil verməyi öhdəsinə götürmüşdülər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Kollegiya qeyd edir ki, Cavabdeh MMC ilə İddiaçı arasında hər-hansı xidmət müqaviləsi bağlanmamışdır. İddiaçı öz apellyasiya şikayətindədə xidmət müqaviləsinin bağlanmasından xəbərsiz olduğunu bildirmişdir. Tərəflər arasında xidmət müqaviləsi mövcud olmadığından, Cavabdeh MMC-nin İddiaçı qarşısında hər-hansı öhdəliyi yaranmamışdır. Belə olan halda isə iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə olan halda birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də,istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi apellyatorun dəlilləri formal xarakter daşıyır və apellyatorun mülahizələrinə əsaslanır. Belə olan halda apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1467/19 saylı, xx xxx 2019-ci il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar