Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1389/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçının İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh1, onun nümayəndəsi və vəkili Nümayəndə, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 Məmmədəli qızının hüquqi varisi X7, Bakı şəhəri 15 saylı xüsusi notariat kontoru və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi və s.” barədə və üçüncü şəxslər X6 və X1 cavabdehlər İddiaçı, Cavabdeh1, Cavabdeh4 Məmmədəli qızı qızının hüquqi varisi X7, Bakı şəhəri 15 saylı xüsusi notariat kontoru və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mirasın qəbulu faktının müəyyən edilməsi və s.” haqqında iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və üçüncü şəxslər tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh4 adına verilmiş şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv olunması, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən vərəsələrin hər birinə düşən əmlak üzrə fərdi şəhadətnamə, çıxarışların və tikinti pasportun verilməsi və həmin şəxslərin qeydiyyata alınmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, Nazim Hüseynov və Sevinc Hüseynova da ərizə təqdim edərək, mülki iş üzrə onların müstəqil tələb irəli sürən üçüncü şəxs kimi qəbul edilmələrini, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh4 adına verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən onlara verilmiş çıxarışın ləğv olunması, X13 qızından Bakı şəhəri, Keşlə qəsəbəsi, A.Ələsgər küçəsi, 12 ünvanında yerləşən miras qalan fərdi yaşayış evinin Nazim Hüseynov və Sevinc Hüseynova tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka dair qanunla müəyyən edilmiş qaydada payların müəyyən edilərək həmin hissədə onlara vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin Bakı şəhəri 15 saylı Xüsusi Notariusunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə hər iki iddia rədd edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin onun iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilərək, iddiasının tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı bundan əvvəl də mübahisəli mirasa dair verilmiş çıxarışların ləğv edilməsi barədə məhkəməyə müraciət etmiş və həmin mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə mərhum atası Qəhrəman Hüseynovun ünvan 4 ünvanında yerləşən anası Reyhan İbrahim qızının 2004cü ildə ölümündən sonra miras qalan əmlakı faktiki qəbul etməsi təsdiq olunmuşdur. Belə olan halda, sonuncunun həmin əmlakda olan miras payı onun vərəsələrinə, yəni övladlarına aid hesab olunmalıdır. Bu isə öz növbəsində miras əmlaka dair payların yenidən bölüşdürülməsi, o cümlədən həmin əmlaka dair cavabdehlərə verilmiş qanun üzrə vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi və cavabdehlərə məxsus mülkiyyət hüququna dair mövcud çıxarışların ləğv edilməsi üçün əsasdır. Lakin rayon məhkəməsi iddiaçının mübahisəli evdə qeydiyyatda olmasını və valideynindən qalmış miras əmlakı faktiki qəbul etməsini inkar etmişdir. Halbuki, mülki qanunvriciliyə görə, vərəsə miras payı ya bu barədə notariat orqanına ərizə verməklə, ya da faktiki qəbul edərək sahiblənməklə qəbul edə bilər. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə, apelyasiya şikayəti qismən təmin edilərək, Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv, hər iki iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə, iddiaçının kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Sonradan üçüncü şəxslər də, apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələblərinin təmin edilməsini xahiş etmişlər. Şikayətin dəlilləri ondan ibarətdir ki, işin mübahisəsiz hallarından görünür ki, üçüncü şəxslər atalarının sözügedən fərdi yaşayış sahəsinin onlara aid olan hissəsini faktiki olaraq qəbul etmişlər. Bu halı atalarının və onun vəfatından sonra onların həmin evdə yaşamaları, orada qeydiyyatda olmaları, kommunal xərcləri ödəmələri, məhkəməyə təqdim edilən 2 nömrəli forma arayışda həmin evdə yaşayan şəxslər olaraq qeyd olunmaları sübut edir. Sadəcə cavabdehlər qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə edib fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarını təsdiq edən çıxarış aldıqdan sonra xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi əsasında həmin evin A tikilisinə aid müəyyən otaqları üçüncü şəxslərə bağışlamışlar. Bundan sonra onlar həmin əmlak üzrə çıxarış əldə etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, öz apelyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək, onun təmin, üçüncü şəxslərin şikayətinin isə rədd olunmasını xahiş etdi. Üçüncü şəxs Sevinc Hüseynova, özlərinin apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin, cavabdehin şikayətinin isə rədd olunmasını xahiş etdi. Cavabdeh1 və nümayəndəsi isə, hər iki apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apelyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz hallarına görə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1941-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Reyhan İbrahim qızı tərəfindən əldə edilmiş, həmin evin 3 otağı xx.xx.2002-ci il tarixdə sonuncunun adına, 1 otağı isə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Reyhan İbrahim qızı xx.xx.2004-cü il tarixdə ölmüşdür. xx.xx.2009-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında fərdi yaşayış evinin 3 otaqdan ½ hissəsi Cavabdeh4, ½ hissəsi Zümrüd Həsənovanın mülkiyyətinə keçmişdir. X5 digər övladları Süleyman Hüseynov xx.xx.1993-cü il tarixdə, Qəhrəman Hüseynov isə xx.xx.2015-ci il tarixdə ölmüşdür. xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən, mübahisəli fərdi yaşayış evindən hər birinə 1 otaq olmaqla, Süleyman Hüseynovun övladları Nazim Hüseynov və Sevinc Hüseynovaya bağışlanmış və onların həmin əmlaklara dair hüquqları müvafiq qaydada qeydə alınmışdır. Beləliklə, həmin fərdi yaşayış evinin 2 otağı Cavabdeh4, 2 otağı Cavabdeh1, 1 otağı Sevinc Hüseynovanın, 1 otağı isə Nazim Hüseynovun mülkiyyətindədir. X2 Hüseynov həmin qeydiyyatların qanunsuz olduğuna istinad edərək, mirasın qəbul edilmə müddətinin bərpa edilməsi, qeydiyyat vəsiqələrinin ləğv edilməsi və payının müəyyən edilməsi barədə iddia qaldırmış, həmin iddia rədd edilmişdir. Həmin mübahisə üzrə yekun məhkəmə qərarında göstərilmişdir ki, çıxarışın verilməsi üçün əsas olmuş əqdlər mübahisələndirilmədiyindən çıxarışın ləğv edilməsi barədə iddia təmin edilə bilməz. Bundan sonra, İddiaçı, xx.xx.2018-ci il tarixdə həmin qətnamə ilə “vərəsəliyinin tanındığına” istinad edərək, xx.xx.2009-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və vərəsələrin hər birinə miras əmlakdan payın verilməsi barədə hazırkı iddianı qaldırmışdır. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, İddiaçı hazırkı ərizə ilə müraciət etmək üçün subyektiv hüququ olmadığından onun iddiası təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsələrin dairəsini müəyyən edən 1134-cü maddəsini tələblərinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1272-ci, 1273-cü və 1273-1-ci maddələrinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Baxılan işdə miras qoyanın birinci növbə vərəsəsi İddiaçı yox, onun atası Qəhrəman Hüseynov olmuşdur. Sonuncu 2015-ci il tarixdə, yəni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasından 6 il sonra vəfat etmişdir, eyni zamanda mübahisəli evin bir hissəsinin Sevinc Hüseynova və Nazim Hüseynova bağışlanması da onun sağlığında baş vermişdir. İddiaçının mərhum atası qeyd edilən əqdlərin heç birini mübahisələndirməmişdir. İddiaçı isə, atasının ölümündən 2 il keçdikdən sonra mirasın qəbul edilməsi müddətinin uzadılmaqla, əmlaka dair qeydiyyat vəsiqələrinin ləğv edilməsi tələbinə dair iddianı, həmin vaxtdan 3 il sonra isə vərəsəlik hüququ üzrə şəhadətnamənin etibarsız hesab edilməsi barədə hazırkı iddianı qaldırmışdır. Halbuki, iddiaçının mərhum atası qanun üzrə vərəsə özü mirası faktiki olaraq qəbul etmiş olsa belə, digər vərəsələrin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirməməklə, miras əmlakın onlar arasında bölüşdürülməsinə ümumiyyətlə etiraz etməmişdir. Belə olan halda, yəni, iddiaçının atası sağ ikən miras əmlakın müqəddəratı ilə razılaşaraq öz payını tələb etmədiyi halda, həmin payla bağlı onun hazırkı tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Bu isə o deməkdir ki, üçüncü şəxslərin iddiasının təmin edilməsi üçün də qanuni əsas yoxdur. Belə ki, iddia ərizəsinin məzmunundan və işin faktiki hallarından görünür ki, üçüncü şəxslər Nazim Hüseynov və Sevinc Hüseynova, İddiaçı iddiası üzrə xx.xx.2009-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız hesab ediləcəyi təqdirdə onların həmin evin paylı mülkiyyətçilərinə çevrilməsinə əsas olmuş bağışlama müqaviləsinin də etibarsız hesab ediləcəyinə istinad edərək, miras əmlakı qəbul etmələri faktının müəyyən edilməsi və əmlakdan paylarına düşən hissə üzrə şəhadətnamənin verilməsi barədə tələb irəli sürmüşlər. Kollegiyanın yuxarıdakı qənaətinə əsasən, İddiaçı iddiası təmin olunmadığı halda isə cavabdehlərə məxsus mübahisələndirilən qanun üzrə vərəlik şəhadətnamələrin etibarsız hesab edilməsi üçün üçüncü şəxslərin mənafeləri baxımından heç bir haqlı səbəb yoxdur. Belə ki, işdən görünür ki, üçüncü şəxslər Nazim Hüseynov və Sevinc Hüseynova miras qoyanın oğlu Süleyman Hüseynovun övladları olmaqla, xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən, miras əmlak olan fərdi yaşayış evindən onların hər birinə 1 otaq bağışlanmış və həmin əmlaka dair hüquqları müvafiq qaydada reyestrdə qeydə alınmışdır. Göründüyü kimi, cavabdehlər tərəfindən üçüncü şıxslərinin hüquqları pozulmamış və onlar miras əmlakdan pay əldə etmişlər. Odur ki, Kollegiya qeyd olunanları nəzərə alaraq apelyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi hər iki iddianı rədd edərkən işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və şikayətlərin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və üçüncü şəxslər X6 və X1 apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-136/2019 saylı iş üzrə 0xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorların özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1389/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1389/2021
17.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver