Məhkəmə qərarları › İş №2(103)-13953/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-13953/2019

04.12.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13953/2019 04.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X9 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X7, Cavabdeh Qulı̇yeva Hökümə Səmı̇d qızının nümayəndəsi və vəkili X8, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Bakı Şəhər İcra Hakı̇mı̇yyəti Mənzı̇l-Kommunal Təsərrüfatı Departamentinin cavabdeh Qulı̇yeva Hökümə Səmı̇d qızına qarşı orderin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-5852/2019 saylı qətnaməsindən cavabdeh Qulı̇yeva Hökümə Səmı̇d qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti “Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-ni və Bakı şəhəri Xətai rayon Polis İdarəsini üçüncü şəxs qismində cəlb etdiyi Cavabdeh qarşı “orderin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 44 saylı otağına dair cavabdehə verilmiş xx.xx.2006-cı il tarixli, 0244 saylı orderin etibarsız hesab edilməsi və onun yaşayış sahəsinə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir . İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafıə Sənayesi Nazirliyinin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər, o cümlədən Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı ünvanda yerləşən yataqxana binası balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxsərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı ünvanda yerləşən yataqxana binası 1968-ci ilda inşa edilmiş, daş karkas konstruksiyadan, beş mərtəbədən, iki girişdən ibarətdir. Yataqxana binası balansa qəbul edilənədək əvvəllər məxsus olduğu Müdafiə Sənayesi Nazirliyinin müvafiq qrumlarında çalışan işçilər və məcburi köçkiin ailələri orada məskunlaşmışdır. Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdınlmasına dair əlavə tədbirlər haqqında” xx.xx.2011-ci il tarixli, 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafıq Dövlət Proqramına Əlavələrdə nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada müvəqqəti məskunlaşmış 63 məcburi köçkiin ailəsindən 57 ailə yeni mənzillərə köçürülmüş, 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək yataqxana binasının 44 saylı otağına adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, 1992-ci ildən binanın 44 saylı otağında Laçın rayonundan məcburi köçkün kimi X10 və ailəsi məskunlaşmış, onlar Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq qurumlan tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşlər. Bundan istifadə edən cavabdeh 44 saylı otağı əldə etmək məqsədilə qapısını bağlamışdır. Qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda “Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” İstehsalat Zavodunun xx.xx.2006-cı il tarixli, 0244 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə həmin otaq onun istfadəsinə verilmişdir. Hal-hazırda Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 20A saylı evin, 79 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır. Faktiki olaraq məcburi köçkün yaşadığı boş olmayan otağa güya order verilmiş, qeyd edilən order isə “xxxxxxxxxxxxxxx” İstehsalat Birliyinin müdiriyyəti tərəfindən möhürlə təsdiq edilməmiş, həmçinin mənzil sahəsinin verilməsi barədə adıçəkilən təşkilatın müdiriyyəti və hemkarlar komitəsinin birgə qərarı olmamışdır. Odur ki, iddiaçı tərəfındən xx.xx.2019-cu il tarixli, 48 saylı məktubla “Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” zavodu MMC-yə müraciət edilərək məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə orderlərin verilməsinə əsas olan sənədlərin təqdim olunması xahiş edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən xx.xx.2019-cu il tarixli, 02/47 cavab məktubu ilə bildirilmişdir ki, 4 saylı yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Göründüyü kimi, məcburi köçkün ailəsinin məskunlaşdığı boş olmayan 49/50 saylı otağa dair Cavabdeh verilmiş orderin hüquqi əsası olmamışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-5852/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 44 saylı otağına dair Cavabdeh verilmiş xx.xx.2006-cı il tarixli, 0244 saylı orderin etibarsız hesab edilməsi qət edilmişdir. Cavabdeh Qulı̇yeva Hökümə Səmı̇d qızı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-5852/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, iddia tələbinin təmin olunması üçün iddiaçının göstərdiyi əsas dəlilləri faktiki olaraq məcburi köçkün yaşayan boş olmayan otağa orderin verilməsi, orderin “xxxxxxxxxxxxxxx” İstehsalat Birliyinin müdiriyyəti tərəfindən möhürlə təsdiq edilməməsi, mənzil sahəsinin verilməsi barədə “xxxxxxxxxxxxxxx” İstehsalat Birliyinin midiriyyətinin və həmkarlar komitəsinin birgə qərarının olmaması, iddiaçı tərəfindən verilmiş sorğuya “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 02/47 saylı cavab məktubunda xx.xx.2007-ci il tarixdən sonrakı dövrdə məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərin heç birinə orderin verilməməsindən ibarətdir. “Orderin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə baxan Xətai rayon Məhkəməsi iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 44 saylı otağına dair Cavabdeh verilmiş xx.xx.2006-cı il tarixli 0244 saylı orderin etibarsız hesab edilməsi haqqında xx.xx.2019-cu il tarixli, 2(011)- 5852/2019 saylı qətnamə qəbul etmişdir. Məhkəmə işi tam, obyektiv və hərtərəfli araşdırmamış əsassız, qanunazidd, ədalətsiz, qeyri obyektiv qərar qəbul etmişdir. Belə ki, iddia tələbinin təmin olunması üçün iddiaçının göstərdiyi əsas dəlilləri faktiki olaraq məcburi köçkün yaşayan, boş olmayan otağa orderin verilməsi, orderin “xxxxxxxxxxxxxxx” İstehsalat Birliyinin müdiriyyəti tərəfindən möhürlə təsdiq edilməməsi, mənzil sahəsinin verilməsi barədə “xxxxxxxxxxxxxxx” İstehsalat Birliyinin midiriyyətinin və həmkarlar komitəsinin birgə qərarının olmaması, iddiaçı tərəfindən verilmiş sorğuya “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 02/47 saylı cavab məktubunda xx.xx.2007-ci il tarixdən sonrakı dövrdə məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərin heç birinə orderin verilməməsindən ibarətdir. İddiaçının cavabdehə verilmiş orderin hüquqi əsası olmaması haqqında göstərdiyi dəlillər formal xarakter daşıyır və heç bir hüquqi əsası yoxdur. Belə ki, “Orderin etibarsız hesab edilməsi” üçün iddiaçının göstərdiyi əsas dəlillərdən biri faktiki olaraq məcburi köçkün yaşayan boş olmayan otağa orderin verilməsidir. xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən order yalnız boş olan yaşayış sahəsinə verilə bilər. Qeyd olunan müddəada boş olan ayrıca yaşayış sahəsi qanuni əsaslarla başqa şəxslərin hüquqları ilə yüklü edilməyən, hüquqi cəhətdən boş olan yaşayış sahəsinin olmasını nəzərdə tutur. Bu dəlillə bağlı məhkəmənin də hüquqi mövqeyi eynidir. İddiaçının orderin ləğv edilməsi üçün əsas hesab etdiyi digər dəlili isə qeyd edilən orderin “xxxxxxxxxxxxxxx” İstehsalat Birliyinin müdiriyyəti tərəfindən möhürlə təsdiq edilməməsi, mənzil sahəsinin verilməsi barədə “xxxxxxxxxxxxxxx” İstehsalat Birliyinin müdiriyyətinin və Həmkarlar Komitəsinin birgə qərarının olmamasıdır. Təqdim edilmiş, iş materiallarında olan, hər iki, Bakı “xxxxxxxxxxxxxxx” İB-nm HİK-nin X4 Şurasının və MMK-nin birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli, 41 saylı protokolu (iclasda uzun müddət “xxxxxxxxxxxxxxx” İB işləyərək mənzil növbəsində olan Birliyin fəhlə və qulluqçularının, məcburi köçkün ailələri mənzil problemlərinin həlli istiqamətində müzakirələr aparılmış və qərara alınmışdır ki, zavodun yataqxanalarında yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzillərə dair orderlər verilsin, mənzil və yataqxana növbəsində olan, mənzil sahəsi az olan fəhlə və qulluqçulara məcburi köçkün ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunsun və təklifi qəbul edən fəhlə və qulluqçuların ərizəsi əsasında həmin mənzillərə dair orderlər verilsin, məcburi köçkün ailələri öz torpaqlarına qayıdarsa və ya yeni mənzillərlə təmin olunarsa yataqxanaların boşalan mənzilləri qeyd-şərtsiz Order verilmiş fəhlə və qulluqçuların istifadəsinə verilsin) və Bakı “xxxxxxxxxxxxxxx” İB-nin HİK-nin X4 Şurasının və MMK-nin birgə növbəti iclasının xx.xx.2006-cı il tarixli, 68 saylı protokolu (iclasda Birliyin xx.xx.2004-cü il tarixli növbəti iclasının qərarını əsas tutaraq yataqxanalarda fəhlə və qulluqçular yaşayan mənzillərə yeni sıra nömrələri əsasında Orderlərin verilməsi, mənzil növbəsində olan fəhlə və qulluqçuların ərizəsi, xahişi əsasında, məcburi köçkün ailələri tərəfindən zəbt olunmuş mənzillərə dair yeni sıra nömrəsi verilməklə Orderlərin verilməsi Qərara alındı) müəssisənin rəhbəri və HİK-in sədri tərəfindən imzalanmış, təsdiq edilmişdir. İddiaçının onun tərəfindən verilmiş sorğuya “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 02/47 saylı cavab məktubunda 01.(H.2007-ci il tarixdən sonrakı dövrdə məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərin heç birinə orderin verilməməsini dair dəlilinə gəlincə məktubun məzmunundan da aydın olur ki, 2007-ci ildən sonra orderlərin verilmədiyi qeyd edilmiş, 2007-ci ildən əvvəlki illərə dair heç bir münasibət bildirilməmişdir. Mübahisə predmeti olan order isə 2006-cı ildə verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2007-ci il tarixdən sonrakı dövrdə köçkünlərin məskunlaşdığı otaqlardan heç birinə dair orderin veriləməmsi faktı cavabdehə verilmiş orderin etibarsız hesab edilməsinə əsas vermir. Digər tərəfdən təqdim edilmiş sübutlardan (“Bakı şəhəri, “xxxxxxxxxxxxxxx” İB-nin balansında olan Cavanşir küçəsi 4, R.Quliyev küçəsi 6, Məshəti küçəsi ЗА və S.Ə.Şirvani küçəsi 4A da yerləşən yataqxanalarda “xxxxxxxxxxxxxxx” İB-nin HİK-nin X17 və MMK-nin Birgə qərarı ilə fəhlə və qulluqçulara mənzil və yataqxana növbəsi əsasında verilmiş Orderlərin siyahısı” ndan) məlum olur ki, xx.xx.2007-ci ilədək yataqxanada demək olar ki, boş otaq qalmamışdı. İddiaçının cavabdehə qarşı “orderin etibarsız hesab edilməsinə dair” göstərdiyi bütün dəlillər işin faktiki hallarına uyğun olmamasına baxmayaraq, Xətai rayon Məhkəməsi iddia tələbini təmin etmiş və iddianın təminini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən yataqxananın 4-cü mərtəbəsində yaşayış sahəsi 18 kv.m olan 1 otaqlı, 44 saylı mənzilə dair Cavabdeh Bakı “xxxxxxxxxxxxxxx” İB tərəfindən xx.xx.2006-cı il tarixli, 0244 nömrəli orderin qanunvericiliyin tələblərinin pozulmaqla verilmişdir. Həmin yataqxananın xx.xx.2014-cü il tarixli Təhvil-Qəbul Aktına əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin balansından Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsini, yataqxana təhvil verilərkən məcburi köçkünlərin məskunlaşdığı otaqlara dair ayrı-ayrı şəxslərin adına orderlərin verilməsi barədə sənədlərin təhvil verilməməsini nəzərə alıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Lakin işin faktiki halları order verilərkən qanunvericiliyin tələblərinin pozulmadığını, məcburi köçkünlərin məskunlaşdığı otaqlara dair ayrıayrı şəxslərin adına orderlərin verilməsi barədə sənədlərin mövcud olduğunu və təhvil verildiyini sübut edir. Belə ki, təqdim edilmiş, iş materiallarında olan Bakı “xxxxxxxxxxxxxxx” İB-nin HİK-nin X4 Şurasının və MMK-nin birgə növbəti İclasının xx.xx.2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışın sürətdindən göründüyü kimi iclasda zavodun fəhlə və qulluqçularına mənzil problemlərinin həlli istiqamətində müzakirələr apararaq qərara alınmışdır ki, uzun müddət mənzil və yataqxana növbəsində olan fəhlə və qulluqçulara məcburi köçkün ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunsun və təklifi qəbul edən fəhlə və qulluqçuların ərizəsi əsasında həmin mənzilə dair müvafiq sənədlər verilsin, yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzillərə dair Order verilsin.İş materiallarında olan Bakı “xxxxxxxxxxxxxxx” İB-nin HİK-nin X4 Şurasının və MMK-nın birgə növbəti iclasının xx.xx.2006-cı il tarixli 68 saylı protokolundan çıxarışın surətindən göründüyü kimi cavabdeh zavodun işçisi kimi ərizə ilə müraciət edərək yataqxanalardan birində ona otaq verilməsini xahiş etmişdir. Ərizə Birliyin təşkil etdiyi komissiyada müzakirə olunaraq Laçın rayonundan olan məcburi köçkün X11 və ailəsi tərəfindən zəbt olunmuş 18 kv.m sahəsi olan 44 saylı otağın orada yaşayan məcburi köçkün ailəsi yeni mənzil verilib köçürüldükdən sonra cavabdehin adına rəsmiləşdirilməklə qeydiyyata salınması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2006-cı il tarixli, 0244 saylı orderin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxananın 3-cü mərtəbəsində yaşayış sahəsi 18 kv.m olan 1 otaqlı, 44 saylı mənzilə dair order cavabdehin adına verilmişdir. İş materiallarında olan Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2019-cu il tarixli, 68/34-ç nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən yataqxananın 44 saylı otağında 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi X10 və ailəsi məskunlaşmış, onlar Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyinə köçürülmüşlər. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin balansında olan sosial-mədəni və məişətkommunal təminatlı obyektləri, o cümlədən Xətai rayonu, Cavanşir küçəsi 4 saylı ünvanda yerləşən yataqxana binası iddiaçı tərəfindən balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı otaqlara dair ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənədin təhvil verilməməsi cavabdehə verilmiş orderin etibarsız hesab edilməsinə əsas vermir, işin faktiki halları, təqdim olunmuş sübutlar və şahid ifadələri orderin qanuni əsaslarla, mənzil təyinatlı olmaqla cavabdehə verildiyini sübut edir. İş üzrə şahid qismində dindirilmiş X14 ifadəsinə əsasən (o, əvvəllər yataqxanada komendant, xx.xx.2007-xx.xx.2014-cü ilə qədər 4 saylı MKİS-in rəisi vəzifəsində işləmişdir) mübahisəli mənzilin yerləşdiyi yataqxana 2007-ci ildə onun rəisi olduğu MKİS-in istismarına verilmişdir. Hazırkı iş üzrə cavabdehin qeyd edilən müəssisədə, yəni Bakı “xxxxxxxxxxxxxxx” İB-da işləməsi və mübahisəli mənzilin həmin vaxt bu iş üzrə cavabdehə verilməsinin şahididir. Eyni zamanda, xx.xx.2007-ci il tarixdə mübahisəli mənzilə dair orderlə birlikdə digər orderlər də ona təhvil verilmişdir. 2014-cü ildə iki qurum arasında təhvil-təslim aktı tərtib edilmiş, həmin vaxt orderlərdə daxil olmaqla bütün sənədlər iddiaçıya təhvil verilmişdir. xx.xx.2007-xx.xx.2014-cü ilə qədər kommunal xidmətlərlə bağlı ödənişlər, ev pulları mənzil sahibləri eyni zamanda cavabdeh tərəfindən ona verilmiş, o da öz növbəsində həmin pulları dövlətə ödəmişdir. İş materiallarından göründüyü mübahisəli otağın yerləşdiyi ünvandakı yataqxana ilkin olaraq “Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” zavodunun balansında olmuş, daha sonra isə xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin “xxxxxxxxxxxxxxxx” MMCnin balansına verilmiş xx.xx.2013-cü ildən iddiaçının balansındadır. İş materiallarından göründüyü kimi mübahisənin predmeti xx.xx.2006-cı il tarixində cavabdehə verilmiş 0244 saylı orderdir. Qanunun tələbinə görə mübahisə, mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun həll edilməlidir. Belə olan halda 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir ki, həmin Məcəllənin 49-cu maddəsinin 2-ci abzasında qəti olaraq göstərilir: Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən üç il ərzində irəli sürülə bilər. Mübahisəli mənzilə order xx.xx.2006-cı ildə verilməsinə görə onun etibarsız hesab edilməsinə dair tələb hüququ Müdafiə Sənayesi Nazirliyinin “xxxxxxxxxxxxxxxx” MMC-də olmuş, sonuncu bu hüquqdan istifadə etməmişdir və ya onun tərəfindən ötürülmüşdür. İddiaçı tərəfindən mübahisəli mənzilin yerləşdiyi yataqxana xx.xx.2013-cü ildə balansa qəbul edilmiş, 2019-cu ildə (6 il sonra) iddiaçı orderin etibarsız olub-olmamasını araşdırmaq üçün məhkəməyə müraciət etmişdir və iddia müddətinin ötürülməsini onunla izah etmişdir ki, cavabdeh mübahisəli mənzilə dair mənzil-kirayə müqaviləsi bağlamaq üçün ərizə ilə müraciət etdikdə həmin mənzilə dair orderin mövcud olduğundan məlumatı olmuşdur. Lakin, iddiaçı həqiqəti ifadə etmir. Belə ki, Bakı şəhər Xətai Rayon Məhkəməsində xx.xx.2016-cı il tarixdə 2(011)-3682/2016 saylı işə baxılarkən iddiaçının nümayəndəsi məhkəmə prosesində iştirak edərək X1 adına verilmiş orderin etibarlı olmasını təsdiq etmişdir. Qəbul edilmiş qətnamə xx.xx.2017-ci il tarixdə AR Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılmış, iddiaçının xx.xx.2018-ci il tarixli sərəncamı əsasında Abdullayev Dilavərə RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Qeyd olunan işdə orderin verilməsi əsasları eyni olmaqla iddianın predmeti orderin əsassız olub- olmaması olmuşdur. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Digər tərəfdən 2004-2006-cı illərdə eyni əsaslarla order verilmiş bir çox yataqxana sakinlərinə iddiaçı tərəfindən Sərəncam verilmiş, onlarla mənzil kirayə müqaviləsi bağlanılmış, mənzil-kirayə müqaviləsi əsasında Çıxarışlar verilmişdir. İddiaçının məcburi köçkünlər yaşadığı mənzillərə 2004-2006-cı illərdə orderlərin verilməsi haqqında “məlumatının olmaması” həqiqəti əks etdirmir. Qanunvericilik müəyyən edir ki, iddia müddətinin keçməsi həmin tələb üzrə hüququn məhkəmə müdafiəsi imkanının itirilməsi demək deyil. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız müdafiə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin iddia müddətinin keçməsinin tətbiq edilməsi barədə ərizə verməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh Qulı̇yeva Hökümə Səmı̇d qızının nümayəndəsi və vəkili X15 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X16 apellyasiya şikayətini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X12 izahat verərək bildirdi ki, Cavabdeh Samid qızının adına olan əmək kitabçasının surətində vaxtıikən müəssisədə işləmiş X2 şəxsi vərəqəsinin qeydləri aşkarlanmışdır. Buna görə də, veriləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən müvafiq sənədləri təqdim etmişlər. Qərar qəbul edilərkən mübahisənin həllini məhkəmənin səlahiyyətinə buraxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)- 5852/2019 saylı qətnaməsi ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi xxxxxxxxxxxxxxxxxxxxxxxxnin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi barədə xx.xx.2014-cü il tarixli Təhvil-Qəbul Aktının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli,131 saylı sərəncamına, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamına, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2013-cü il tarixli, 122 saylı sərəncamına, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2013-cü il tarlxli, 16 saylı əmrinə, AzərbaycanRespublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2013-cü il tarixli, 01-1/984 saylı məktubuna və Müdafiə Sənayesi Nazirliyi xxxxxxxxxxxxxxxxxxxxxxxxnin xx.xx.2013-cü il tarixli, 15 saylı əmrinə əsasən Azərbaycan Respublikası Müdafıə Sənayesi Nazirliyinin "xxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı ünvanda yerləşən yataqxana binası Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. İş materiallarında olan Bakı “xxxxxxxxxxxxxxx” İB-nin HİK-nin X6 Şurasının və MMK-nin birgə növbəti İclasının xx.xx.2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışın surətindən görünür ki, Birlikdə uzun illər işləyən və yataqxana növbəsində olan fəhlə və qulluqçulara, növbə əsasında mənzil verilə bilinməməsi nəzərə alınaraq birliyə məxsus yataqxanalarda, o cümlədən, ünvan 2 ünvanında yerləşən yataqxanada məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı “xxxxxxxxxxxxxxx” İB-nin HİK-nin X6 Şurasının və MMK-nin birgə növbəti iclasının xx.xx.2006-cı il tarixli, 68 saylı protokolundan çıxarışının surətindən görünür ki, birliyin işçisi Cavabdeh ərizə ilə müraciət edərək ailəsinə yataqxanalardan birində yer verilməsini xahiş etmişdir. Bu ərizə Birliyin təşkil etdiyi komissiyada müzakirə olunaraq 44 nömrəli 18 m2-lik sahəsi olan otağın orada yaşayan qaçqın ailələri onlara verilən rnənziə köçərkən Cavabdeh adına sənədləşdirılməsivə qeydiyyata salınması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2006-cı il tarixli, 0244 nömrəli orderin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən yataqxananın 1-ci giriş, 3-cü mərtəbəsində yaşayış sahəsi 18 kv.m olan 1 otaqlı 44 saylı mənzilə dair Cavabdeh order verilmişdir. İş materiallarında olan əmək kitabçasının surətindən müəyyən olunur ki, “Кулиева Хокума Самиd кызы” xx.xx.2007-ci il tarixədək “xxxxxxxxxxxxxxx” zavodunda işləmişdir. İş materiallarında olan Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2019-cu il tarixli, 68/26- ç nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən yataqxananın 1992-ci ildən 44 saylı otağında Laçın rayonundan məcburi köçkün kimi X10 və ailəsiməskunlaşmış, onlar Azərbaycan Respublikası Qaçqınlann və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq qurumlan tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşlər. İş materiallarına əlavə olunmuş Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2019-cu il tarixli, 48 saylı məktubunun surətindən görünür ki, "Üfüq" İstehsalat Birliyi "xxxxxxxxxxxxxxx" zavodu MMC-yə müraciət edilərək məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə orderlərin verilməsinə əsas olan sənədlərin təqdim olunması xahiş edilmişdir. İş materiallarına əlavə olunmuş "Üfüq" İstehsalat Birliyi "xxxxxxxxxxxxxxx" zavodu MMCnin xx.xx.2019-cu il tarixli, 02/47 məktubunun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. İş materiallarında olan Cavabdeh tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, cavabdeh iddiaçıya müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxananın 44 saylı otağına adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayonu 103 saylı MKİS-nin xx.xx.2019-cu il tarixli, 1123 saylı arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 20A saylı evin 79 saylı mənzilində qeydiyyatdadır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, o, 2014-cü ildən bu günə qədər mübahisəli mənzilin yerləşdiyi yataqxanaya xidmət edən 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 133 saylı Mənzil Kommunal İstismar Sahəsində qırçı vəzifəsində işləyir. O, əvvəllər qeyd edilən yataqxanada komendant vəzifəsində işləmişdir, həm də 1990-cı ildən həmin binada yaşayır. xx.xx.2007-ci ildən xx.xx.2014-cü ilə qədər 4 saylı MİS-in rəisi vəzifəsində işləmişdir. Mübahisəli mənzilin yerləşdiyi yataqxana həmin MKİS-in istismarına verilmişdir. O, özü də mənzil almaq üçün növbədə olmuşdur. Hazırki iş üzrə cavabdeh qeyd edilən müəssisədə, yəni Bakı “xxxxxxxxxxxxxxx” İB-də işləmişdir. Mübahisəli mənzil də həmin vaxt bu iş üzrə cavabdehə verilmişdir. Belə ki, xx.xx.2007-ci il tarixdə orderlər ona təhvil verilmişdir. Yəni, bu mənzillərlə bağlı arayışları və başqa sənədləri şəxsən özü vermişdir. 2014-cü ildə təhvil-təslim zamanı 2 qurum arasında təhvil-təslim aktı tərtib edilmişdir. Bir tərəfdən, nümayəndə kimi özü iştirak etmişdir. Həmin vaxt bütün sənədlər təhvil verilmiş, lakin, təhvil verilmiş sənədlər siyahıya alınmamışdır. xx.xx.2007-ci ildən xx.xx.2014-cü ilə qədər kommunal xidmətlərlə bağlı ödənişlər, yəni ev pulları mənzil sahibləri tərəfindən ona verilmiş, o da öz növbəsində həmin pulları dövlətə ödəmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, otağa dair order verilən zaman Cavabdeh Samid qızı “Üfüq” İB “xxxxxxxxxxxxxxx” zavodu MMCnin işçisi olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 6-cı maddəsinə əsasən yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. Həmin Məcəllənin 33-cü maddəsinin birinci hissəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəllənin 107-ci maddəsinin ikinci bəndinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən order verilir. Cavabdehə sözügedən orderin verilməsi xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin yuxarıda sadalanan müddəalarına uyğun olmuş və orderin etibarsız hesab edilməsinə əsas olan hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Mübahisəli mənzil cavabdehə mənzilə şəraitinin yaxşılaşdırılması üçün verilmişdir və müəssisə tərəfindən o, mənzil növbəsinə daxil edilmiş və növbəlilik qaydasında o mənzillə təmin olunmuşdur. Cavabdehə mənzil müvafiq həmkarlar ittifaqının qərarı əsasında verilmiş və həmin qərar mübahisələndirilməmişdir. Həmin Məcəllənin 33-cü maddəsinin birinci hissəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Bundan başqa, məhkəmə orderin etibarsız hesab edilməsi üçün iddiaçının irəli sürdüyü dəlilini də (məcburi köçkünlər məskunlaşdığından boş olmayan sahəyə orderin verilə bilməməsi) əsassız hesab edir. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinin 2ci bəndində qeyd edilir ki, order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, orderin verildiyi zaman həmin mənzil (otaq) məcburi köçkün ailəsi tərəfindən zəbt olunmuşdur. Kollegiya hesab edir ki, qeyd edilən müddəada boş olan ayrıca yaşayış sahəsi qanuni əsaslarla başqa şəxslərin hüquqları ilə yüklü edilməyən və hüquqi cəhətdən boş olan yaşayış sahəsinin olmasını nəzərdə tutur. Məcburi köçkünlər isə yaşayış sahələrində özbaşına olaraq məskunlaşmış və onlar həmin yaşayış sahələrində qanuni əsasla istifadə və ya sahiblik hüquqları əldə etməmişlər. Mənzilin məcburi köçkün ailəsi tərəfindən zəbt olunması isə, həmin mənzilin hüquqi cəhətdən boş olmaması anlamına gəlmir. Yəni, qeyd edilən normada mənzilin boş olması deyilərkən, mənzilin zəbt olunması halları üçün deyil, mənzilin qanuni sahibi ola-ola ona orderin verilməsinin imkansız olmasını müəyyən edir. Ona görə də kollegiya hesab edir ki, məcburi köçkün ailəsinin qeyd edilən ünvanda yerləşən yataqxana binasının 44 saylı mənzilində (otağında) yaşadığı halda həmin yaşayış sahəsinə verilmiş orderin həmin əsasla etibarsız hesab edilməsi düzgün hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbi əsl olan cavabdehə qarşı yönəlmədiyindən, hazırkı mərhələdə əvəz etmənin yolverilməz olduğundan bu əsasla da qətnamə ləğv olunmalı və iddia tələbi təmin olunmamalıdır. Belə ki, iddiaçı Cavabdeh qoymaqla ona qarşı orderin etibarsız hesab edilməsinə dair tələb irəli sürmüşdür. Halbuki, order Cavabdeh tərəfindən deyil, müvafiq səlahiyyətli təşkilat tərəfindən verilmişdir. Cavabdeh order vermək və ya həmin orderi ləğv etmək səlahiyyətinə malik deyil, onun üzərinə belə bir öhdəliyin qoyulması da yolverilməzdir. İddia müddətinə qiymət verərək, kollegiya aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair qərarına əsasən, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci ilin sentyabr ayının 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49-cu maddəsinin 2-ci abzasına əsasən, orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Kollegiya hesab edir ki, orderin etibarsızlığı ilə bağlı hüquq münasibətlərinə 2009-cu ilinoktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsininnormaları tətbiq edilməli olsa da, iddiaçının məhkəməyə müraciət etməsi ilə bağlı hüquqmünasibətlərinə qeyd edilən norma tətbiq edilə bilməz. Belə ki, iddiaçı xx.xx.2014-cü il tarixli təhvil-qəbul aktından sonra, qeyd edilənyataqxana iddiaçının balansına verilmişdir. Belə ki, qüvvədə olan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Digər tərəfdən, hazırki orderin mövcud olması barədə iddiaçı yalnız bu ilin əvvəllərində cavabdehin ona mübahisəli mənzilə dair kirayə müqaviləsi bağlanması ilə bağlı müraciət etməsindən, o cümlədən inzibati-iqtisadi məhkəmədə iddia qaldırmasından sonra məlumatlı olmuşdur. Belə olan halda, həm 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarının, həm də qüvvədə olan Mülki Məcəllənin normalarının tətbiqi baxımından iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Belə ki, qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-cimaddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddətiüç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Sadalanan qanunvericilik aktları normalarına əsasən kollegiya hesab edir ki,cavabdehin iddia müddətinin tətbiq edilməsi barəsində ərizəsinin dəlilləri əsassızdır. Bunagörə də, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsibarədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsindəqərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadə etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 390-cu maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Qulı̇yeva Hökümə Səmı̇d qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)- 5852/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar