Məhkəmə qərarları › İş №2(103)-1396/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1396/2022

06.01.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1396/2022 06.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2930/2021 saylı iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə dair işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020ci ilin oktyabr ayı üçün 3,435.41 manat. 2020-ci ilin noyabr ayı üçün 3,263.63 manat olmaqla cəmi 6,699.04 (altı min altı yüz doxsan doqquz manat, 04 qəpik) manat məbləğində əmək haqqının, 27 noyabr 2020- ci il tarixədək istifadə edilməmiş 74 günlük əsas əmək məzuniyyətinə görə 8,362.51 (səkkiz min üç yüz altımış iki manat, 51 qəpik) manat pul əvəzinin, Vəkilə ödənilmiş 3,750.00 (üç min yeddi yüz əlli) manatın, 09 noyabr 2020-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 3.435.41 manat məbləğində əmək haqqının (Oktyabr 2020-ci il üçün əmək haqqı) 1 % -i məbləğində (günlük 34.35 manat) ödəncin, 07 dekabr 2020-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 3,263.63 manat məbləğində əmək haqqının (Noyabr 2020-ci il üçün əmək haqqı) 1 % -i (günlük 32.63 manat) məbləğində ödəncin Cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2930/2021 saylı iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 2020-ci ilin oktyabr ayı üçün 3,435.41 manat, 2020-ci ilin noyabr ayı üçün 3,263.63 manat olmaqla, cəmi 6,699.04 (altı min altı yüz doxsan doqquz manat, 04 qəpik) manat məbləğində əmək haqqı tutularaq İddiaçı ödənilməsi, 09 noyabr 2020-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 3.435.41 manat məbləğində əmək haqqının 1 %-i məbləğində yəni, günlük 34.35 manat ödənc, 07 dekabr 2020-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 3,263.63 manat məbləğində əmək haqqının 1 %-i yəni, günlük 32.63 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, hüquqi yardıma görə ödənilmiş 3750 (üç min yeddi yüz əlli) manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, Cavabdeh MMCdən 30 manat dövlət rüsumunun tutulması, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh MMC və İddiaçı apelyasiya şikayəti verilmişlər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(005)- 2930/2021 qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(005)-2930/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apellyasiya şikayətinin İddiaçı geri qaytarılması qərara alınmışdır. Daha sonra İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(005)- 2930/2021 nömrəli qətnaməsindən şikayət vermək üçün müəyyən edilən müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2930/2021 saylı iş üzrə 13 dekabr 2021-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(005)- 2930/2021 nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmamış hesab edilməsi qərara alınmışdır. Kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.3-cü maddəsinə görə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2930/2021 saylı iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsindən qanunla müəyyən edilmiş müddətin buraxılmamış hesab edilməsi barədə ərizə vermiş olsa da, ərizəyə apellyasiya şikayətini əlavə etməmiş, birinci instansiya məhkəməsi isə qeyd olunan halı nəzərə almadan müddətin buraxılmamış hesab etməklə İddiaçı apellyasiya şikayətinin işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2930/2021 saylı iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2930/2021 saylı iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar