Məhkəmə qərarları › İş №2(103)-1399/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1399/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1399/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı «xxxx» İnvestisiya Kommersiya Bankı ASC-nin cavabdehlər Əhmədov İbrahim Əbülfəz oğluna, Əhmədov Əbülfəz İbrahim oğluna, Əhmədova Gülsüm Bayram qızına və Əhmədova Əfsanə Əbülfəz qızına qarşı “borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-183/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: «xxxx» İKB ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 20 may 2015ci il tarixli kredit müqaviləsi üzrə 9656,33 ABŞ dolları əsas borcun, 6213,43 ABŞ dolları faiz borcunun, 1016,94 ABŞ dolları cərimə borcu olmaqla ümumillikdə cəmi 16886,9 ABŞ dolları yaranmış borcun, eləcə də, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqında ödənilməsi, tutmanın Əhmədov Əbülfəz İbrahim oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Elşən Suleymanov küçəsində yerləşən 3 otaqlı, 71,4 kv.m ümumi, 45,5 kv.m yaşayış, 25.9 kv.m yardımçı sahədən ibarət olan 160 a nömrəli evin 38 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nizami rayonu, Elşən Suleymanov küçəsində yerləşən 3 otaqlı 71,4 kv.m ümumi, 45,5 kv.m yaşayış, 25.9 kv.m yardımçı sahədən ibarət olan 160 a nömrəli evin 38 nömrəli mənzilinin açıq hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxx” İKB ASC-nə ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Əhmədov Əbülfəz İbrahim oğluna məxsus olan Bakı şəhəri, Nizami rayonu, Elşən Suleymanov küçəsində yerləşən 3 otaqlı 71,4 kv.m ümumi, 45,5 kv.m yaşayış, 25.9 kv.m yardımçı sahədən ibarət olan 160a nömrəli evin 38 nömrəli mənzilinə yönəldikdə və mənzil satdıqdan 1 ay sonra Əhmədov İbrahim Əbülfəz oğlunun, Əhmədov Əbülfəz İbrahim oğluna, Əhmədova Gülsüm Bayram qızının və Əhmədova Əfsanə Əbülfəz qızının Bakı şəhəri, Nizami rayonu, Elşən Suleymanov küçəsində olan 160 a nömrəli evin 38 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirmiş hesab edilməsi, Əhmədov İbrahim Əbülfəz oğlunun, Əhmədov Əbülfəz İbrahim oğlunun, Əhmədova Gülsüm Bayram qızının və Əhmədova Əfsanə Əbülfəz qızının həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 26 may 2015-ci il tarixıli kredit müqaviləsinə əsasən cavabdeh Əhmədov İbrahim Əbülfəz oğlu «xxxx» İKB ASCnin “MXM” filialından illik 25%-lə 36 ay müddətində 11000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Əhmədov Əbülfəz İbrahim oğlunun mülkiyyədindəki Bakı şəhəri, Nizami rayonu, Elşən Suleymanov küçəsində yerləşən 3 otaqlı 71,4 kv.m ümumi, 45,5 kv.m yaşayış, 25.9 kv.m yardımçı sahədən ibarət olan 160 a nömrəli evin 38 nömrəli mənzili 26 may 2015-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariat qaydasında təsdiq edilmiş və dövlət reyestrində qeydə alınmışdır. Bağlanmış kredit müqaviləsi üzrə cavabdeh Əhmədov İbrahim Əbülfəz oğlu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 02 iyul 2018-ci il tarixə 9656,33 ABŞ dolları əsas borcu, 6213,43 ABŞ dolları faiz borcu, 1016,94 ABŞ dolları cərimə bor-cu olmaqla, ümumillikdə 16886,9 ABŞ dolları borcu yaranmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)-183/2019 nömrəli qətnaməsi ilə İddia qismən təmin edilərək, Əhmədov İbrahim Əbülfəz oğlundan 26 may 2015-ci il tarixli 6-Gİ-1-0-554-15 saylı Bank hesab, kredit müqaviləsi üzrə 9496,59 ABŞ dolları əsas borc, 6221,91 ABŞ dolları faiz borc, 359,83 ABŞ dolları cərimə borcu olmaqla, ümumillikdə cəmi 16078.33 ABŞ dolları qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı “xxxx” İKB ASC-nin xeyrinə tutulması, tələbin Əhmədov Əbülfəz İbrahim oğlunun mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Elsən Suleymanov küçəsində yerləşən 3 otaqlı 71,4 kv.m ümumi, 45,5 kv.m yaşayış, 25.9 kv.m yardımçı sahədən ibarət olan 160 a nömrəli evin 38 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin -95.000.00 (doxsan beş min) manat müəyyən edilməklə həmin mənzilin açıq hərracdan satılması və cəmi 16078.33 ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞ dollarının manatla məzənnəsi nəzərə alınmaqla, manatla və cəmi 40 (qırx) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə tutulmuş 20 manat xidmət haqqı ipoteka predmetinə açıq hərracdan satışından əldə olunan vəsait hesabına “xxxx” İKB ASC-yə ödənilməsi, qalan məbləğin cavabdeh Əhmədov Əbülfəz İbrahim oğluna qaytarılması,Əhmədov İbrahim Əbülfəz oğlu, Əhmədov Əbülfəz İbrahim oğlu, Əhmədova Gülsüm Bayram qızı və Əhmədova Əfsanə Əbülfəz qızı yaşadıqları- Bakı şəhəri, Nizami rayonu, Elşən Suleymanov küçəsində yerləşən, 3 otaqlı 71,4 kv.m ümumi, 45,5 kv.m yaşayış, 25.9 kv.m yardımçı sahədən ibarət olan 160 a nömrəli evin 38 nömrəli mənzilini boşaltmaları və banka təhvil vermələri, iddianın qalan hissədə təmin edilməməsi, İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri- 150 (yüz əlli) manat Əhmədov İbrahim Əbülfəz oğlundan alınıb dövlət büdcəsinə SAP (XİİS) hesabı Dövlət xəzinədarlığı Aqentliyi KOD 210005, VÖEN: **********1 Müxbir hesab AZ41NABZ01360 **********03944 SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertizası mərkəzi, VÖEN 170032 6621, Hesab AZ34CTRE********************01 hesablaşma hesabına keçirilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-183/2019 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin tutmanın ipoteka predmetinə yönəldilməsi, faiz və cərimə hissələrində ləğv edilməsini, qətnaməni əsas borcun tutulması hissəsində dəyişərək, Cavabdeh1 xx xxx 2015-ci il tarixli 6-Gİ-1-0-554-15 saylı Bank hesab, kredit müqaviləsi üzrə 9496.59 ABŞ dollarını müqavilənin bağlandığı günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla (1 ABŞ dolları 1.05 AZN) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Nizami Rayon Məhkəməsinin 2(007)-183/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi qanunsuz və əsassız olduğundan, həmin maddədə nəzərdə tutulmuş aşağıdakı əsaslara görə ləğv edilməlidir: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilmədiyi üçün (MPM-nin 385.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq); məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması səbəbindən (MPM-nin 385.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq); birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən (MPM-nin 385.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq). Qətnamənin tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Elşən Suleymanov küçəsində yerləşən 3 otaqlı, 71,4 kv.m ümumi, 45,5 kv.m yaşayış, 25.9 kv.m yardımçı sahədən ibarət olan 160 a nömrəli evin 38 nömrəli mənzilinə yönəldilməsi hisəsində əsassızılığı barədə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 307.4-cü və "İpoteka haqqında" Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi - valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış xx xxx 2015-ci il tarixli 6-G1-1-0-554-15 saylı İpoteka müqaviləsi bağlanılarkən orada zəruri şərtlərdən olan faiz məbləği göstərilməmişdir. Cavabdeh1 ilə “xxxx" İKB ASC arasında imzalanmış bağlanılmış xx xxx 2015-ci il tarixli 6-G1-1-0-554-15 saylı kredit müqaviləsi bağlanarkən həmin müqavilənin şərtləri ilə Cavabdeh2 tanış edilməmişdir. Belə olan halda, tələbin Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri. Nizami rayonu, Elsən Suleymanov küçəsində yerləşən 3 otaqlı 71.4 kv.m ümumi, 45.5 kv.m yaşayış, 25.9 kv.m yardımçı sahədən ibarət olan 160 a nömrəli evin 38 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin - 95.000.00 (doxsan beş min) manat müəyyən edilməklə həmin mənzil açıq hərracdan satılması və cəmi 16078.33 ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞ dollarının manatla məzənnəsi nəzərə alınmaqla, manatla və cəmi 40 (qırx) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə tutulmuş 20 manat xidmət haqqının ipoteka predmetinə açıq hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" İKB ASC-yə ödənilməsi, qalan məbləğin Cavabdeh2 qaytarılması, Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Elşən Suleymanov küçəsində yerləşən, 3 otaqlı 71.4 kv.m ümumi, 45,5 kv.m yaşayış, 25.9 kv.m yardımçı sahədən ibarət olan 160 a nömrəli evin 38 nömrəli mənzili boşaltması və banka təhvil verilməsi hissəsində qətnamə qanunsuz və əsasızdır. Qətnamə 6221,91 ABŞ dolları faiz borcu hissəsində qanunsuzdur. Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında imzalanmış bağlanılmış xx xxx 2015-ci il tarixli 6-G1-1-0-554-15 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən həmin müqavilə üzrə ödənilməli fai məbləği 4744.87 ABŞ dolları müəyyən edilmişdir. Müqavilədə faizin digər formada hesablanması və ya faizə əlavə ilə bağlı hər hansı müddəa yoxdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-183/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən 6221.91 ABŞ dolları faiz borcu tutulması qət edilmişdir. Bununla bağlı qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3. 399.4.445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.14-cu il tarixli Qərarında qeyd olunur ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anma qədər müqavilə qüvvədə sayılır. Göründüyü kimi məhkəmə qənaməsi 6221.91 ABŞ dolları faiz, borcu tutulması hissəsində də əsassızdır. Qətnamə 359,83 ABŞ dolları cərimə borcu hissəsində əsassızdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almır. İddiaçı qeyd olunan məbləği səhətində olan problemlərə görə götürmüş və sonradan baş verən bir sıra hallar onun kredit ödənişini davam etdirməyə imkan verməmişdir. Belə olan halda məhkəmə cərimə borcunu tam silməli idi. Qətnamə əsas borcun tutulması hissəsində dəyişdirilməlidir. Qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı qəbul olunmuşdur. Qərarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə doğru deyil. Mülki Məcəllədə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları qeyd olunub. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsinin xüsusi hallarından biri də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir. Belə ki, Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə istinad etməklə, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin tutmanın ipoteka kreditinə yönəldilməsi, faiz və cərimə hissələrində ləğv edilməsini, qətnaməni əsas borcun tutulması hissəsində dəyişərək, Cavabdeh1 xx xxx 2015-ci il tarixli 6-Gİ-1-0-554-15 saylı Bank hesab, kredit müqaviləsi üzrə 9496.59 ABŞ dollarını müqavilənin bağlandığı günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla (1 ABŞ dolları 1.05 AZN) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «xxxx» İnvestisiya Kommersiya Bankının 26 may 2015-ci il tarixli 6-Gİ-1-0-554- 15 saylı Bank hesab, kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Əhmədov İbrahim Əbülfəz oğluna 36 ay müddətinə, illik 25% olmaqla 11.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan «xxxx» İnvestisiya Kommersiya Bankının 26 may 2015cü il tarixli 6-Gİ-1-0-554-15 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, borcun təminatı olaraq Əhmədov Əbülfəz İbrahim oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Elşən Suleymanov küçəsində yerləşən 3 otaqlı 71,4 kv.m ümumi, 45,5 kv.m yaşayış, 25.9 kv.m yardımçı sahədən ibarət olan 160 a nömrəli evin 38 nömrəli mənzili ipotekaya yüklü edilmişdir. İş materiallarında olan 26 may 2015-ci il tarixli məxaric orderinin surətindən görünür ki, cavabdeh Əhmədov İbrahim Əbülfəz oğlu «xxxx» İKB -dan 11.000 ABŞ dolları kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Əhmədov İbrahim Əbülfəz oğlunun iddiaçı «xxxx» İKB-yə 26 may 2015- ci il tarixli kredit müqaviləsi üzrə nə 9496,59 ABŞ dolları əsas borcu, 8821,45 ABŞ dolları faiz borcu, 359,83 ABŞ dolları cərimə bor-cu, 26 iyun 2016-cı il tarixdən 22 avqust 2019-cu il tarixədək 5 faizlə hesablanmış 557,25 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumillikdə 19235,12 ABŞ dolları borcu qalmışdır. İş materaillarında olan «xxxx» İnvestisiya Kommersiya Bankının 05 iyun 2018ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı «xxxx» İKB tərəfindən cavabdehlər Əhmədov İbrahim Əbülfəz oğluna və digərlərinə borcun 5 gün müddətində ödənilməsi təklif olunmuş əks halda bu barədə məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan “xxxx” MMC–nin mənzil qiymətləndirilməsinə dair 19 noyabr 2018-ci il tarixli, 0910/18/NB saylı rəyindən görünür ki, cavabdeh Əhmədov İbrahim Əbülfəz oğluna məxsus olan Bakı şəhəri, Nizami rayonu, Elşən Suleymanov küçəsi ev 160A, mənzil 38 ünvanda yerləşən mənzilin qiyməti 95.000 manat məbləğində təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2019-cu il tarixli, 5334 nömrəli rəyinə əsasən cavabdeh Əhmədov İbrahim Əbüıfəz oğlunun iddiaçı “xxxx” İKB ASC-nə 26 may 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 02.07. 2018-ci il tarixə 9.653,97 ABŞ dolları əsas borcu, 6.221,91 ABŞ dolları faiz borcu və cəmi 15.875,88 ABŞ dolları, eləcə də, onun 29 dekabr 2016-cı il tarixə 9.653,97 ABŞ dolları əsas borcu, 7.576,15 ABŞ dolları faiz borcunun qalması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respiblikası DİN-nin BPMQİ-nin MAPS şöbəsindən verilmiş 25 may 2018-ci il tarixli arayışlarından görünür ki, cavabdehlər Əhmədov İbrahim Əbülfəz oğlu, Əhmədov Əbülfəz İbrahim oğlu, Əhmədova Gülsüm Bayram qızı və Əhmədova Əfsanə Əbülfəz qızı Bakı şəhəri, Nizami rayonu, Elşən Suleymanov küçəsi ev 160A, mənzil 38 ünvanda qeydiyyatdadırlar. İş materiallarında olan 01 iyun 2018-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, iddiaçı «xxxx» İKB tərəfindən cavabdehə qarşı iddia ərizəsi üzrə cəmi 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1.ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göstərilən Məcəllənin 448.1. və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmə-diyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödə-nilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-nin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 34.1.1 və 34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəlməsi anı kimi nəzərdə tutulmuşdur. «Məhkəmə qətnamələri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödə-nilməsi müəyyən edilən məbləğlər Azərbaycan respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, cavabdeh Əhmədov İbrahim Əbülfəz oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o kredit və ipoteka müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda ödənişlər etməməklə, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsas borca münasibətdə iddiaçının son maliyyə arayışında əks olunmuş məbləğ 9496,59 ABŞ dolları, faiz borcuna münasibətdə iş üzrə təyin olunmuş ekspertiza üzrə verilmiş ekspert rəyində müəyyən olunmuş 6221,91 ABŞ dolları, cərimə məbləğinə münasibətdə isə həmin məbləğin əsas borc məbləğinə münasibətdə mütənasibliyi nəzərə alınmaqla 359,83 ABŞ dolları cərimə məbləği müəyyən olunmaqla ümumilikdə 16078,33 ABŞ dolları hissədə təmin olunmalı qalan hissədə isə əsassız olduğundan rədd edilməlidir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmə qərardadı əsasında aparılmış ekspertiza rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Əhmədov İbrahim Əbülfəz oğlundan 26 may 2015-cü il tarixli kredit müqaviləsini bağlayarkən üzərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirnə-diyindən borcun ödənilməsi barədə iddia qismən təmin edilməli, 26 may 2015-ci il tarixli 6-Gİ-1-0-554-15 saylı kredit müqaviləsi üzrə yaranmış borca görə 9496,59 ABŞ dolları əsas borcu, 6221,91 ABŞ dolları faiz borcu, 359,83 ABŞ dolları cərimə borcu, ümumillikdə 16078,33 ABŞ dolları məbləğində borc, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı cavabdehdən “xxxx” İKB ASCnin xeyrinə tutulmalıdır. İddia tələbinin bu hissəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, tələb Əhmədov Əbülfəz İbrahim oğlunun mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Elsən Suleymanov küçəsində yerləşən 3 otaqlı 71,4 kv.m ümumi, 45,5 kv.m yaşayış, 25.9 kv.m yardımçı sahədən ibarət olan 160 a nömrəli evin 38 nömrəli mənzilinə yönəldilməli, mənzilin ilkin satış qiyməti iş üzrə təyin edilmiş qiymətləndiricinin hesabatı əsas götürülməklə, yəni 95.000.00 (doxsan beş min) manat müəyyən edilməklə, həmin mənzil açıq hərracdan satılmalı və cəmi 16078,33 ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞ dollarının manatla məzənnəsi nəzərə alınmaqla, manatla və cəmi 40 (qırx) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə tutulmuş 20 manat xidmət haqqı, ipoteka predmetinə açıq hərracdan satışından əldə olunan vəsait hesabına “xxxx” İKB ASCnə ödənilməli, qalan məbləğ cavabdeh Əhmədov Əbülfəz İbrahim oğluna qaytarılmalıdır. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 59.3.1-ci və 59.3.2-ci maddələrinə əsasən, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekayaya qoyulmuş olduqda və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar Göründüyü kimi, qanunvericilikdə ipoteka müqaviləsi əsasında kreditin qaytarılması üçün ipoteka ilə yüklü edilmiş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi qaydası müəyyən edilmişdir. Ona görə də, məhkəmə kollegiyası cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılması və banka təhvil verilməsi” tələbinə qanunvericinin müəyyən etdiyi kriteriyadan yanaşaraq hesab edir ki, iddia həmin hissədə mənzilin boşaldılması və banka təhvil verilməsi hissəsində təmin edilməli, həmin tələbin cavabdehlərin “mənzildən çıxarılması” hissəsi ipoteka predmetinin açıq hərracda satılması xüsusi prosedur qaydada həyata keçirildiyindən və həmin əmlakın başqa şəxs(lər)ə satılması istisna edilmədiyindən təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, Əhmədov İbrahim Əbülfəz oğlundan 26 may 2015-ci il tarixli 6-Gİ-1-0-554-15 saylı Bank hesab, kredit müqaviləsi üzrə 9496,59 ABŞ dolları əsas borc, 6221,91 ABŞ dolları faiz borc, 359,83 ABŞ dolları cərimə borcu olmaqla, ümumillikdə cəmi 16078.33 ABŞ dolları qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı “xxxx” İKB ASC-nin xeyrinə tutulması, tələbim Əhmədov Əbülfəz İbrahim oğlunun mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Elsən Suleymanov küçəsində yerləşən 3 otaqlı 71,4 kv.m ümumi, 45,5 kv.m yaşayış, 25.9 kv.m yardımçı sahədən ibarət olan 160 a nömrəli evin 38 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiyməti -95.000.00 (doxsan beş min) manat müəyyən edilməklə həmin mənzilin açıq hərracdan satılması və cəmi 16078.33 ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞ dollarının manatla məzənnəsi nəzərə alınmaqla, manatla və cəmi 40 (qırx) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə tutulmuş 20 manat xidmət haqqı ipoteka predmetinə açıq hərracdan satışından əldə olunan vəsait hesabına “xxxx” İKB ASC-yə ödənilməsi, qalan məbləğin cavabdeh Əhmədov Əbülfəz İbrahim oğluna qaytarılması, Əhmədov İbrahim Əbülfəz oğlu, Əhmədov Əbülfəz İbrahim oğlu, Əhmədova Gülsüm Bayram qızı və Əhmədova Əfsanə Əbülfəz qızı yaşadıqları- Bakı şəhəri, Nizami rayonu, Elşən Suleymanov küçəsində yerləşən, 3 otaqlı 71,4 kv.m ümumi, 45,5 kv.m yaşayış, 25.9 kv.m yardımçı sahədən ibarət olan 160 a nömrəli evin 38 nömrəli mənzili boşaltmaları və banka təhvil vermələri, iddianın qalan hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində əsas borcun dəyişdirilməsi, faiz borcun azaldılması və cərimə borcunun tam silinməsini tələb etsə də, buna əsas olan sübutları təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)-183/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar