Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14032/2019 27.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5785/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti (bundan sonra Departament) "Üfüq" İB "xxxx” MMC-ni və Bakı şəhəri Maraqlı şəxs3 üçüncü şəxs qismində cəlb etdiyi Cavabdeh qarşı “orderin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçesi, 4 saylı yataqxana binasının 54 saylı mənzilinə dair cavabdehə verilmiş xx.xx.2005-ci il tarixli, 35 saylı orderin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5785/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 54 saylı otağına dair Cavabdeh verilmiş xx.xx.2005-ci il tarixli, 35 saylı order etibarsız hesab edilməsi, iddianın verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumununCavabdeh tutularaq iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin hesabına ödənilməsi qət edimişdir. Həmin qətnamədən narazı qalan Cavabdehapellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia müddətinin keçməsi səbəbi ilə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, Xətai Rayon Məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yerrilir və bu səbəbdən qərar ləğv edilməlidir və iddia rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. İddia tələbinin təmin olunması üçün iddiaçının göstərdiyi əsas dəlilləri faktiki olaraq məcburi köçkün yaşayan boş olmayan otağa orderin verilməsi, orderin “xxxx” İstehsalat Birliyinin müdriyyəti tərəfindən möhürlə təsdiq edilməməsi, mənzil sahəsinin verilməsi barədə “xxxx” İstehsalat Birliyinin müdriyyətinin və həmkarlar komitəsinin brgə qərarının olmaması, iddiaçı tərəfindən verilmiş sorğuya MMC-nin xx.xx.2019-cu il tarixli, 02/47 saylı cavab məktubunda xx.xx.2007-ci il tarixindən sonrakı dövrdə məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərin heç birinə oredrin verilməməsindən ibarətdir. Məhkəmə işi tam, obyektiv və hərtərəfli araşdırmamış, əsassız, qanunazidd, ədalətsiz qeyri obyektiv qərar qəbul etmişdir. İddiaçının cavabdehə verilmiş orderin hüquqi əsası olmaması haqqında göstərdiyi dəlillər formal xarakter daşıyır və heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçının əsas dəlillərindən biri faktiki olaraq məcburi köçkün yaşayan boş olmayan otağa orderin verilməsidir. xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən order yalnız boş olan yaşayış sahəsinə verilə bilər. Qeyd olunan müddəada boş olan ayırca yaşaış sahəsi qanuni əsaslala başqa şəxslərin hüquqları ilə yüklü edilməyən, hüquqi cəhətdən boş olan yaşayış sahəsinin olmasını nəzərdə tutur. Bu dəlillə bağlı məhkəmənin də hüquqi mövqeyi eynidir. İddiaçının orderin ləğv edilməsi üçün əsas hesab etdiyi digər dəlili isə qeyd edilən orderin “xxxx” İstehsalat Birliyinin müdiriyyəti tərəfindən möhürlə təsdiq edilməməsi, mənzil sahəsinin verilməsi barədə “Radioqurşdırma” İstühsalat Birliyinin müdiriyyətinin və Həmkarlar Komitəsinin birgə qərarının olmamasıdır. İddiaçının onun tərəfindən verilmiş sorğuya “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 02/47 saylı cavab məktubunda xx.xx.2007-ci il tarixdən sonrakı dövrdə məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərin heç birinə orderin verilməməsinə dair dəlilinə gəlincə məktubun məzmunundan da aydın olur ki, 2007-ci ildən sonra ordelərin verilmədiyi qeyd edilmiş, 2007-ci ildən əvvəlki illərə dair heç bir münasibət bildirilməmişdir. Mübahisə predmeti olan order isə 2006-cı ildə verilmişdir. “xxxx” MMC-nin xx.xx.2007-ci il tarixdən sonrakı dövrdə köçkünlərin məskunlaşdığı otaqlardan heç birinə dair order verilməməsi faktı cavabdehə verilmiş orderin etibarsız hesab edilməsinə əsas vermir. Digər tərəfdən təqdim edilmiş sübutlardan məlum olur ki, xx.xx.2007-ci ilədək yataqxanada demək olar ki, boş otaq qalmamışdı. İddiaçının cavabehə qarşı “orderin etibarsız hesab edilməsinə dair” göstərdiyi bütün dəlillər işin faktiki hallarına uyğun olmamasına baxmayaraq, Xətai Rayon Məhkəməsi iddia tələbini təmin etmiş və iddianın təminini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yataqxananın 4-cü mərtəbəsində yaşayış sahəsi 18 m2 olan 1 otaqlı 54 saylı mənzilə dair Cavabdeh Bakı “xxxx” İB tərəfindən xx.xx.2005-ci il tarixli, 35 nömrəli orderin qanunvericiliyin tələblərinin pozulmaqla verilmişdir. Həmin yataqxananın xx.xx.2014-cü il tarixli Təhvil-Qəbul Aktına əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “xxxx” MMC-nin balansından Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsini, yataqxana təhvil verilərkən məcburi küçkünlərin məskunlaşdığı otaqlara dair ayrı-ayrı şəxslərin adına orderlərin verilməsi barədə sənədlərin təhvl verilməməsini nəzərə slıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmi edilməlidir. Lakin işin faktiki halları order verilərkən qaunvericiliyin tələblərinin pozulmadığını, məcburi köçkünlərin məskunlaşdığı otaqlara dair ayrı-ayrı şəxslərin adına orderlərin verilməsi barədə sənədlərin mövcud olduğunu və təhvil verildiyini sübut edir. Belə ki, təqdim edilmiş, iş materiallarında olan Bakı xxxx İB-nin HİK-nin müdiriyyətinin X6 və MMK-nin birgə növbəti iclasının xx.xx.2006-cı il tarixli 68 saylı protokolundan çıxarışın surətindən göründüyü kimi, cavabdeh zavodun işçisi kimi ərizə ilə müraciət edərək yataqxanalardan birində ona otaq verilməsini xahiş etmişdir. Ərizə Birliyin təşkil etdiyi komissiyada müzakirə olunaraq Ağdam rayonundan olan məcburi köçkün X4 və ailəsi tərəfindən zəbt olunmuş 18 m2 sahəsi olan 54 saylı otağın orada yaşayan məcburi köçkün ailəsi yeni mənzil verilib köçürüldükdən sonra cavabdehin adına rəsmiləşdirilməklə qeydiyyata salınması qərara alınmışdır. İddiaçı tərəfindən mübahisəli mənzilin yerləşdiyi yataqxana xx.xx.2013-cü ildə balansa qəbul edilmiş, 2019-cu ildə 6 il sonra iddiaçı orderin etibarsız olub-olmamasını araşdırmaq üçün məhkəməyə müraciət etmişdir və iddia müddətinin ötürülməsini onunla izah etmişdir ki, cavabdeh mübahisəli mənzilə dair mənzilkirayə müqaviləsi bağlamaq üçün ərizə ilə müraciət etdikdə həmin mənzilə dair orderin mövcud olduğundan məlumatı olmuşdur. Lakin, iddiaçı həqiqəti ifadə etmir. Belə ki, Bakı şəhər Xətai Rayon Məhkəməsində xx.xx.2016-cı il tarixdə 2(011)-3682/2016 saylı işə baxılarkən iddiaçının nümayəndəsi məhkəmə prosesində iştirak edərək X1 adına verilmiş orderin etibarlı olmasını təsdiq etmişdir. Qəbul edilmiş qətnamə xx.xx.2017-ci il tarixdə Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmış, iddiaçının xx.xx.2018-ci il tarixli sərəncamı əsasında Abdullayev Dilavər RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Qeyd olunan işdə orderin verilməsi əsasları eyni olmaqla iddianın predmeti orderin əsassız olub-olmaması olmuşdur. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faklar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Digər tərəfdən 2004-2006-cı illərdə eyni əsaslarla order verilmiş bir çox yataqxana sakinlərinə iddiaçı tərəfindən Sərəncam verilmiş, onlarla mənzil kirayə müqaviləsi bağlanmış, mənzil-kirayə müqaviləsi əsasında Çıxarışlar verilmişdir. İdiaçının məcburi köçkünlər yaşadığı mənzillərə 2004-2006-cı illərdə orderlərin verilməsi haqqında “məlumatın olmaması” həqiqəti əks etdirmir. Qanunvericilik müəyyən edir ki, iddia müddətinin keçməsi həmin tələb üzrə hüququn məhkəmə müdafiəsi imkanının itirilməsi demək deyil. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən aslı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız müdafiə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin iddia müddətinin keçməsinin tətbiq edilməsi barədə ərizə verməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti, üçüncü şəxslər "Üfüq" İB "xxxx” MMC-nin və Bakı şəhəri Maraqlı şəxs3 nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5785/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh qarşı “orderin etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən bu günə qədər mübahisəli mənzilin yerləşdiyi yataqxanaya xidmət edən 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 133 saylı Mənzil Kommunal İstismar Sahəsində qırçı vəzifəsində işləyir. O, əvvəllər qeyd edilən yataqxanada komendant vəzifəsində işləmişdir, həm də 1990-cı ildən həmin binada yaşayır. xx.xx.2007-ci ildən xx.xx.2014-cü ilə qədər 4 saylı MİS-in rəisi vəzifəsində işləmişdir. Mübahisəli mənzilin yerləşdiyi yataqxana həmin MKİS-in istismarına verilmişdir. O, özü də mənzil almaq üçün növbədə olmuşdur. Hazırki iş üzrə cavabdeh qeyd edilən müəssisədə, yəni Bakı “xxxx” İB-də işləmişdir. Mübahisəli mənzil də həmin vaxt bu iş üzrə cavabdehə verilmişdir. Belə ki, xx.xx.2007-ci il tarixdə orderlər ona təhvil verilmişdir. Yəni, bu mənzillərlə bağlı arayışları və başqa sənədləri şəxsən özü vermişdir. 2014-cü ildə təhvil-təslim zamanı 2 qurum arasında təhvil-təslim aktı tərtib edilmişdir. Bir tərəfdən, nümayəndə kimi özü iştirak etmişdir. Həmin vaxt bütün sənədlər təhvil verilmiş, lakin, təhvil verilmiş sənədlər siyahıya alınmamışdır. xx.xx.2007-ci ildən xx.xx.2014-cü ilə qədər kommunal xidmətlərlə bağlı ödənişlər, yəni ev pulları mənzil sahibləri tərəfindən ona verilmiş, o da öz növbəsində həmin pulları dövlətə ödəmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi xxxxnin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə Departamentin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi barədə xx.xx.2014-cü il tarixli Təhvil-Qəbul Aktının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli,131 saylı sərəncamına, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamına, Departamentin xx.xx.2013-cü il tarixli, 122 saylı sərəncamına, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2013-cü il tarlxli, 16 saylı əmrinə, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2013-cü il tarixli, 01-1/984 saylı məktubuna və Müdafiə Sənayesi Nazirliyi xxxxnin xx.xx.2013-cü il tarixli, 15 saylı əmrinə əsasən Azərbaycan Respublikası Müdafıə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı ünvanda yerləşən yataqxana binası Departamentin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. İş materiallarında olan Bakı “xxxx” İB-nin HİK-nin X3 Şurasının və MMK-nin birgə növbəti İclasının xx.xx.2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışın surətindən görünür ki, Birlikdə uzun illər işləyən və yataqxana növbəsində olan fəhlə və qulluqçulara, növbə əsasında mənzil verilə bilinməməsi nəzərə alınaraq birliyə məxsus yataqxanalarda, o cümlədən, ünvan 1 ünvanında yerləşən yataqxanada məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı “xxxx” İB-nin HİK-nin X3 Şurasının və MMK-nin birgə növbəti iclasının xx.xx.2005-ci il tarixli, 50 saylı protokolundan çıxarışının surətindən görünür ki, uzun illər zavodda işləmiş Cavabdeh ərizə ilə müraciət edərək mənzılin adına sənədləşdirilməsini xahiş etmişdir. Bu ərizə Birliyin təşkil etdiyi komissiyada müzakirə olunaraq 54 saylı otaqda yaşayan qaçqın ailələri onlara verilən rnənziə köçərkən Cavabdeh adına sənədləşdirılməsivə qeydiyyata salınması qərara alınmışdır İş materiallarında olan xx.xx.2005-ci il tarixli, 35 saylı orderin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yataqxananın 1-ci giriş 3-ci mərtəbəsində yaşayış sahəsi 18 kv.m olan 1 otaqlı 54 saylı mənzilə dair Cavabdeh order verilmişdir. İş materiallarına əlavə olunmuş Departamentin xx.xx.2019-cu il tarixli, 48 saylı məktubunun surətindən görünür ki, "Üfüq" İB "xxxx" zavodu MMC-yə müraciət edilərək məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə orderlərin verilməsinə əsas olan sənədlərin təqdim olunması xahiş edilmişdir. İş materiallarına əlavə olunmuş "Üfüq" İB "xxxx" zavodu MMC-nin xx.xx.2019-cu il tarixli, 02/47 məktubunun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. İş materiallarında olan Cavabdeh tərəfindən Departamentə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, cavabdeh iddiaçıya müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxananın 54 saylı otağına adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. İş materiallarında olan Departamentin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2019-cu il tarixli, 68/23-ç nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən yataqxananın 54 saylı mənzilində 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi Səfərova Nazilə Əbülfət qızı və ailəsi məskunlaşmış, onlar Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşlər. Həmin otaq Cavabdeh tərəfindən zəbt edilmişdir. Halhazırda faktiki olaraq qeyd edilən ünvanda yaşamır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Yanğınların Tədqiqatı və Sınaq Laboratoriyası tərəfindən xx.xx.2008-ci il tarixli 0171 saylı məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2008-ci il tarixdə Xətai rayonu, Q.Quliyev küçəsi 4 ünvanında yerləşən Müdafiə Sənayesi Nazirliyinin xxxxnin qonaq evində baş vermiş yanğın hadisəsi ilə əlaqədar görülmüş tədqiqat işlərinin nəticələrindən aydın olur ki, yanğın hadisəsi elektrotexniki səbəbdən baş vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 4 mənzil 13 ünvanda qeydiyyatdadır. İş materiallarında olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, Cavabdeh xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixinədək Bakı “xxxx” zavodunda (keçmiş Radiozavod) işləmişdir. İş materiallarında olan MKTD 1 saylı Xüsusi təyinatlı MKTB-nin 122 saylı MKİS-nin 26 saylı xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 4 mənzil 13 ünvanda qeydiyyatdadır. Kollegiya aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmənin qətnaməsi ləğv edilməklə iddia tələbi təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi düzgün olmayaraq hesab etmişdir ki, order verilərkən onun verilməsinin qanuni olub olmamasının, yəni etibarsız olub-olmamasının araşdırılması ilə bağlı hüquq münasibətlərinə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməli olsa da, iddiaçının məhkəməyə müraciət etməsi ilə bağlı hüquq münasibətlərinə qeyd edilən norma tətbiq edilə bilməz. Çünki, ən azından xx.xx.2014-cü il tarixli təhvil-qəbul aktından sonra, qeyd edilən yataqxana iddiaçının balansına verilmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiyası məhkəməsi daha sonra qeyd edir ki, hazırki orderin mövcud olması barədə iddiaçı yalnız bu ilin əvvəllərində cavabdehin ona mübahisəli mənzilə dair kirayə müqaviləsi bağlanması ilə bağlı müraciət etməsindən, o cümlədən inzibati-iqtisadi məhkəmədə iddia qaldımasından sonra məlumatlı olmuşdur. Belə olan halda, həm 2009cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarının, həm də qüvvədə olan Mülki Məcəllənin normalarının tətbiqi baxımından iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Belə ki, qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiq edilməsi barəsində ərizəsinin dəlilləri əsassızdır. Buna görə də, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. İş materiallarından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən yataqxananın 54 saylı otağına dair Cavabdeh xx.xx.2005-ci il tarixli, 35 saylı order verilən zaman cavabdeh "Üfüq" İB "xxxx" zavodunun işçisi olmamışdır, onun əmək fəaliyyəti xx.xx.1982xx.xx.1991-ci illəri əhatə edir və hazırda da həmin müəssisədə çalışmır, onun qeydiyyat ünvanı isə ünvan 4 mənzil 13-dir. İş materiallarından göründüyü kimi mübahisəli otağın yerləşdiyi ünvandakı yataqxanın ilkin olaraq “Üfiq” İstehsalat Birliyi “xxxx” zavodunun balansında olmuş, daha sonar isə xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin “xxxx” MMC-nin balansına verilmiş xx.xx.2013-cü ildən iddiaçının balansındadır. Mübahisə predmeti xx.xx.2005-ci il tarixdən cavabdehə verilmiş 35 saylı orderdir. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə, mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun həll edilməlidir. Belə olan halda hazırkı münasibətə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci abzasına tələbinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatlann hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci abzasına əsasən, orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Göründüyü kimi, mübahisəli mənzilə order xx.xx.2005-ci ildə verildiyinə görə onun etibarsız hesab edilməsinə dair tələb hüququ Müdafiə Sənayesi Nazirliyinin “xxxx” MMCdə olmuş, sonuncu bu hüquqdan istifadə etməmişdir və ya onun tərəfindən xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49-cu maddəsinin 2-ci abzasında müəyyən edilmiş 3 illik müddətləri ötürmüşdür. Bu baxımdan hazırkı iş üzrə iddiaçı olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti də iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2 maddəsinə əsasən Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı tərəfindən iddia müddətinin ötürülməsinin üzürlü səbəbləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Beləliklə, toplanmış sübutlara məcmu halında qiymət verərək kollegiya hesab edir ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti xx.xx.2005-ci il tarixli, 35 saylı orderin etibarsız hesab edilməsi üzrə 3 illik iddia müddəti keçirildiyindən iddia müddəti tətbiq edilməli, bu əsasla iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5785/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh qarşı “orderin etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehtərəfindən verilmişapellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5785/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh qarşı “orderin etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-14032/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14032/2019
27.11.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver