Məhkəmə qərarları › İş №2(103)-1404/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1404/2023

08.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1404/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cəlaləddin oğlu və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndələri-vəkilləri Vəkil5 Hətəm oğlunun, Vəkil3, cavabdeh ”Sahil-D Kompani” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, ”Sahil-D Kompani” MMC-yə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi”-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2562/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, ”Sahil-D Kompani” MMC-yə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi”-nə “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda inşa edilmiş 4 №-li yaşayış binasının 24-cü mərtəbəsində yerləşən 108 №-li mənzilə cavabdehlər “Sahil-D Kompani" MMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 176 №-li müqavilənin və həmin mənzilin dəyərinin ödənilməsi barədə xx.xx.2013-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, xx.xx.2011-ci il tarixli 176 №-li müqavilə əsasında ünvan 1 ünvanda inşa edilmiş 4 №-li yaşayış binasının 24-cü mərtəbəsində yerləşən 108 №-li mənzilə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2562/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil4 məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, Cavabdeh1 cavabdeh İddiaçı qarşı - Cavabdeh1 mülkiyyət hüquqlarının müdafiəsi edilməsi, cavabdeh İddiaçı və digərlərinin Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 108 saylı mənzildən çıxarılması və əmlakın iddiaçıya təhvil verilməsi barədə müvafiq məhkəmə aktının qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin e-2(011)-4555/2022, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı və digərlərinin Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156, korpus 4, mənzil 108-də çıxarılaraq həmin mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, mülki iş hakim cənab Fuad Abdiyevin icraatında olmaqla iş üzrə xx.xx.2023-cü il tarixdə məhkəmə iclası keçirilmiş və mülki işin baxılması müəyyən prosessual hərəkətlərin edilməsindən ötrü xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Hazırki mülki iş həmin mülki iş bir-biri ilə əlaqəlidir, tərəflər və mübahisə predmeti eynidir. Ona görə də hazırki baxılan 2(103)-1404/2023 nömrəli mülki işin jakim Fuad Abdıyevin icraatında olan 2(103)-1293/2023 nömrəli mülki işlə bir icraatada birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 nümayəndəsi-vəkili də məhkəməyə vəsatət göndərərək eyni məzmunlu fikir bildirərək mülki işlərin bir icraatada birləşdirilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatında iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı - Cavabdeh1 mülkiyyət hüquqlarının müdafiəsi edilməsi, cavabdeh İddiaçı və digərlərinin Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 108 saylı mənzildən çıxarılması və əmlakın iddiaçıya təhvil verilməsi tələbinə dair 2(103)-1293/2023 nömrəli iş vardır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırki 2(103)- 1404/2023 saylı mülki iş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı - Cavabdeh1 mülkiyyət hüquqlarının müdafiəsi edilməsi, cavabdeh İddiaçı və digərlərinin Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 108 saylı mənzildən çıxarılması və əmlakın iddiaçıya təhvil verilməsi tələbinə dair 2(103)-1293/2023 saylı mülki işlə (sədrlik edən hakim Fuad Abdıyev) birlikdə baxılması üçün birləşdirilməlidir. Kollegiya qeyd edir ki, sözügedən mülki işlər eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli işlər olduqları üçün onların bir icraata birləşdirilməsi məqsədəuyğundur. Həmçinin kollegiya qeyd edir ki, məhkəmə iclasında iştirak edən iddiaçının digər nümyəndəsi-vəkili və cavabdeh ”Sahil-D Kompani” MMC-nin nümayəndəsi də hazırki mülki işin sözügedən digər işlə bir icraatda birləşdirilməsini xahiş etmişlər. Eyni zamanda Cavabdeh1 nümayəndəsi-vəkili də məhkəməyə vəsatət göndərərək işlərin bir icraatda birləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə kollegiyası, mülki-prosessual hüquq institutu olan “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə (mülki işlərə) münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: 2(103)-1404/2023 saylı mülki iş birlikdə baxılması üçün 2(103)-1293/2023 saylı mülki işə birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Elşən Kazımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar